Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Zirəddin Tağıyev
Zirəddin Məmmədtağı oğlu Tağıyev — Bakı Bələdiyyə Teatrının aktyoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Zirəddin Məmmədtağı oğlu Tağıyev 8 may 1943-cü ildə Gəncə şəhərində anadan olmuşdur. 1959-cu ildə Gəncə teatrında Ələddin Abbasovun rejisorluğu ilə hazırlanmış "Dəli Kür" tamaşasına baxdıqdan sonra, teatra marağı yaranmış və teatra olan həvəsi onu on yeddi yaşında Bakıya gətirir. 1960-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki ADMİU) Dram və Kino aktyorluğu fakültəsinə daxil olur. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra M. Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilir və 4-5 ay müddətində teatrın qəhrəmanı olur. == Fəaliyyəti == Adil İsgəndərovun səhnələşdirdiyi "İki qardaş" lirik əsərində 80 yaşlı qocanın rolunu məharətlə canlandırır. 1971-ci ildə Adil İsgəndərov onu C.Cabbarlı "Azərbaycanfilm" kinostudiyasına rejissor olmağa dəvət edir, bir müddət burada işlədikdən sonra təhsilini artırmaq üçün Moskvaya M. Qorki adına Kinostudiyasisına göndərilir. Kursu bitirdikdən sonra "Mozalan" kinojurnalında rejissor və aktyor kimi fəaliyyət göstərir. Bu müddətdə 100-dən artıq xarici film Azərbaycan dilinə çevrildi. 1991-ci ildə Gəncə Dram Teatrına qayıdır və teatr səhnəsində Rəşad Nuri Güntəkinin "Qondarma ər" əsərini tamaşaya qoyur.
Firəddin Quliyev
Quliyev Firəddin Murtuza oğlu — Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-2000-ci illər), dosent. == Həyatı == Quliyev Firəddin Murtuza oğlu 26 fevral 1938-ci ildə Füzuli rayonunun Aybasanlı kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin "İqtisadiyyat" fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. Həmin ildən 1995-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində dekan və kefadra müdiri vəzifəsində işləmişdir. Çoxlu sayda aspirant və dissertantlara elmi rəhbərlik etmiş və xeyli elmi əsərləri vardır. 1994-2000-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. 2007-ci ildə vəfat etmişdir.
Zinəddin Zidan
Zinəddin Zidan (fr. Zinédine Zidane, ərəb. زين الدين يزيد زيدان‎ ; 23 iyun 1972[…]) — fransalı futbolçu, İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi, BMT-nin xoşməramlı səfiri. 2006-cı ildə futbolçu karyerasını başa vurmuşdur. Karyerası ərzində, 1988–1992-ci illərdə, Fransanın "Kann", 1992–1996-cı illərdə "Bordo", 1996–2001-ci illərdə İtaliyanın "Yuventus" və 2001–2006-cı illərdə İspaniyanın "Real Madrid" klublarında çıxış edib. Bu klublarla Zidan UEFA Çempionlar Liqasının, Avropa Superkuboku və Qitələrarası Kubokun ikiqat qalibi, İspaniya çempionu, İspaniya Superkubokunun qalibi, İtaliyanın ikiqat çempionu və İtaliya Superkubokunun qalibi olub. 1988–1995-ci illərdə Fransanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış edib. 1994–2006-cı illərdə Fransa milli futbol komandasının heyətində 108 oyun keçirib və 31 qol vurub. Fransa yığmasının heyətində Zidan ayrı-ayrı vaxtlarda 6 beynəlxalq turnirdə çıxış edib. O, millinin heyətində 1998-ci ildə dünya çempionu, 2000-ci ildə Avropa çempionu olub.
Ziyəddin Göyüşov
Ziyəddin Bahadur oğlu Göyüşov (20 may 1920, Ağdam rayonu – 9 fevral 1985, Bakı) — fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü == Həyatı == Ziyəddin Bahadur oğlu Göyüşov 1920-ci ilin may ayının 20-də Ağdam rayonunun Boyəhmədli kəndində anadan olmuşdur. Ziyəddi Göyüşov 1928–1936 illərdə Ağdamın Boyəhmədli kənd məktəbində oxumuş, 1938–1939 illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil almış, oranı fərqlənmə diplomu ilə bitirmişdir. Ziyəddin Göyüşov Boyəhmədli kəndində müəllimlik etmiş, Böyük Vətən müharibəsində iştirak edib yaralandıqdan sonra Vətənə qayıdaraq 1943-cü ildə bir müddət Ağdamda yerli radio verlişləri redaksiyasına rəhbərlik də etmişdir. O, 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsinə daxil olmuş, 1950-ci ildə oranı bitirmişdir. Ziyəddin Göyüşov 1953-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasına daxil olmuşdur. O,1957-ci ildə fəlsəfə elmləri namizədi, 1963-cü ildə fəlsəfə elmləri doktoru,1964-cü ildə professor adı almışdır.1976-cı ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının üzvü seçilmiş, elə həmin ildən də Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə tarixi şöbəsinin müdiri olmuşdur. O, Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak etmiş, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olmuşdur. Ziyəddin Bahadur oğlu Göyüşov 9 fevral 1985-ci ildə Bakıda vəfat etmişdir. == Elmi yaradıcılığı == Ziyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemlərini araşdırmış, Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir. Ziyəddin Göyüşovun tədqiqat sahəsi Azərbaycanın etik fikrinin qədim dövrdən XX əsrə qədər inkişaf meylləri və əsas aspektlərinin təhlili idi.
Ziyəddin Məhərrəmov
Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015) == Həyatı == Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tаriхi ərаzilərindən olаn Göyçə mahalındаkı Basarkeçər rayonunun Qoşabulaq kəndində аnаdаn olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Dаşkənd kənd ortа məktəbini, 1969-cu ildə V.İ.Lenin аdınа Аzərbаycаn Dövlət Pеdаqoji İnstitutunun tаriх-filologiyа fаkültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bаkı Аli Pаrtiyа Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979). Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərхаn vilаyətində hərbi хidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşаbulаq kənd ortа məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vаrdеnis" rаyon qəzеtində ədəbi işçi işləmişdir. 1975–1976-cı illərdə Şuşa şəhər yеrli rаdio vеrilişləri rеdаksiyаsındа müхbir, Kitаbsеvərlər Cəmiyyəti rаyon təşkilаtının məsul kаtibi işləmişdir. 1976–1983-cü illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsinin təbliğаt-təşviqаt və təşkilаt şöbələrində təlimаtçı, pаrtiyа komissiyаsının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Аzərbаycаn KP Şuşа Rаyon Komitəsində təlimаtçı, idеologiyа şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşа şəhər Sovеtinin dеputаtı, şəhər icrаiyyə komitəsinin üzvü və sədri (1986), rаyon partiya komitəsinin аpаrаt işçiləri ilk pаrtiyа təşkilаtı bürosunun kаtibi, rаykomun üzvü (1989) sеçilmişdir.
Ziyəddin Rəşidov
Ziyəddin Arzu oğlu Rəşidov (28 avqust 1997, Xırdalan – 30 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Rəşidov 1997-ci il avqustun 28-də Xırdalan şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ziyəddin Rəşidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ziyəddin Rəşidov oktyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ziyəddin Rəşidov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ziyəddin Sadıqov
Ziyəddin Əjdər oğlu Sadıqov - Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru[mənbə göstərin]. == Həyatı == Ziyəddin Sadıqov 22 dekabr 1934-cü ildə Qarayazının Qaratəhlə kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1954-cü ildə Qarayazının Qaratəhlə kənd orta məktəbini qızıl medalla, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-1962-ci illərdə BDU-nun kimya fakültəsinin aspiranturasında oxumuşdur. Aspiranturanı bitirdikdən sonra BDU-nun üzvi kimya kafedrasında assistent, baş müəllim vəzifələrində işləmişdir. 1965-ci ildən "Yüksək molekullu birləşmələr kimyası" kafedrasının dosenti olmuş, 1965-1983-cü illərdə isə həmin kafedraya rəhbərlik etmişdir. 1963-cü ildə namizədlik, 1980-cı ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. Ziyəddin Sadıqovun elmi-tədqiqat işləri əsasən stirol və onun bəzi törəmələrinin izobutilen ilə birgə sopolimerləşmə reaksiyasına, alınmış məhsulların özlülük aşqarı kimi tədqiqinə və alınmış sopolimerlərin destruksiyasının qanunauyğunluqlarına həsr edilmişdir. Onun elmi-pedaqoji fəaliyyəti 60 məqalədə, o cümlədən 3 müəlliflik şəhadətnaməsində əks olunmuşdur. Onun rəhbərliyi ilə 6 elmlər namizədi hazırlanmışdır.
Ziyəddin Xanalıyev
Ziyəddin Ariz oğlu Xanalıyev (16 yanvar 1999; Ağalıkənd, Biləsuvar rayonu, Azərbaycan — 6 noyabr 2020; Daşaltı, Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ziyəddin Xanalıyev 16 yanvar 1999-cu ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Orta təhsilini Təzəkənd kənd tam orta məktəbində almışdır. Subay idi. == Hərbi xidməti == Ziyəddin Xanalıyev 27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşmuş, 6 noyabr 2020-ci il tarixində Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. O, 19 noyabr 2020-ci il tarixində doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Ziyəddin Əliyev
Ziyəddin İsmayıl oğlu Əliyev (27 iyun 1963) — 2017–2023-cü illərdə Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Əməkdar mühəndis (2017). Əliyev Ziyəddin İsmayıl oğlu 27 iyun 1963-cü ildə Ermənistanın Krasnoselsk rayonunun Ardanış kəndində anadan olmuşdur. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. İxtisasca inşaat mühəndisidir. == Karyerası == "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuşdur. Əmək fəaliyyətinə 1980-ci ildə "Azərbaycan Kənd Təsərrüfatı Texnikası" Layihə Kontorunda başlamışdır. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1984–1993-cü illərdə "Bakı Mühəndis Tikinti" Trestində mühəndis, böyük mühəndis, müdir, 1993–1998-ci illərdə "İnşa" Elm-İstehsalat Mərkəzinin direktoru, 1999–2001-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentinin "Yoltəmirtikinti" Birliyində idarə rəisi, 2001–2002-ci illərdə "Bakı Yoltikintiservis" ATSC-nin Material təchizatı sahəsinin rəisi, 2002–2008-ci illərdə "Bakı Yol Tikinti-1" ATSC-nin direktoru, 2009–2010-cu illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin "77 saylı Yol İstismarı" MMC-də baş mühəndis, 2010–2013-cü illərdə "Mühəndis Yol Təmir-Tikinti" MMC-də baş mühəndis, 2013–2015-ci illərdə "Azəryolservis" ASC-nin "81 saylı Yol İstismarı" MMC-nin rəisi, 2015–2017-ci illərdə "Azəravtoyol" ASC-nin "Bakı 2 №-li Yol İstismarı" MMC-nin direktoru vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2017-ci il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
İrəddin Cəfərov (əsgər)
Nurəddin
Nurəddin, Nürəddin, Nuriddin — kişilərə verilən şəxsi ad. Nurəddin Babayev — Nurəddin Həbibov — Nurəddin Sadıqov — Digər Nurəddin (Laçın) — Laçın rayonunda kənd. Nurəddin — Laçın rayonu ərazisində mineral bulaqlar.
Firuddin Babayev
Firuddin Əli oğlu Babayev (d.1 may, 1929. Bərdə rayonu, Şirvanlı) — Azərbaycanın ilk professor fitopatoloqu, görkəmli kənd təsərrüfatı alimi, biologiya elmləri doktoru. 250-dən çox elmi dərsliklərin və əsərlərin müəllifidir. Dünyanın bir çox yerlərində mühazirə söyləmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. == Həyatı == Firuddin Babayev 1 may 1929-cu ildə Bərdə rayonunun Şirvanlı kəndində, ziyalı ailəsində anadan olmuşdur. Ailədə altı uşaq arasında Firuddin Babayev böyükləri idi və ondan əlavə olaraq bir qardaşı, dörd bacısı vardır. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1945-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Həmin texnikumu 1948-ci ildə bitirdikdən sonra təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsində davam etdirib. Bu institutu Alim Aqronom ixtisası üzrə 1953-cü ildə bitirmişdir.
Firuddin Hüseynov
Firudin Hüseynov (energetik) — AMEA-nın müxbir üzvü, professor. Firudin Hüseynov (dilçi) — filologiya üzrə elmlər doktoru. Firidun Hüseynov (ədəbiyyatşünas) — ədəbiyyatşünas alim, filologiya üzrə elmlər doktoru, professor.
Firuddin Məmmədov
Firuddin Məmmədov (Məmmədov Firuddin İbrahim oğlu; 1 iyul 1936, Şahtaxtı, Naxçıvan MSSR – 8 iyun 2017) — texnika elmləri doktoru (1993), professor (1995), AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Firuddin Məmmədov 1 iyul 1936-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini, sonra "Neftkimyaavtomatika" Elmi-Tədqiqat Layihə İnstitutunun (Sumqayıt) aspiranturasını bitirmişdir. O, 1958-1968-ci illərdə "Neftkimyaavtomatika" ETLİ-də laborant, texnik, mühəndis, baş mü­həndis, baş elmi işçi kimi çalışmışdır. 1968-1993-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Sumqayıt filialında baş müəllim, dosent, dekan, kafedra müdiri vəzifələrini icra etmişdir. 1993-cü ildən isə Sumqayıt Dövlət Universitetinin kafedra müdiri olmuşdur. Firuddin Məmmədovun elmi tədqiqatlarını əsasən informatikanın texniki vasi­tələ­ri­nin yaradılmasına həsr etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif texnoloji proseslərdə məlumat-ölçmə sistemləri, çoxölçülü vericilərin öyrənilməsi təşkil etmişdir. Alim elektromaqnit tipli vericilərin nəzəri əsaslarını işləmiş­dir. İnformasiya nəzəriyyəsinə, idarəetmə sistemlərinin hesablama və məlumat-ölçü texnikasının ilkin vericilərinin nəzəriyyəsi, işlənilməsi və tətbiqinə, neftçıxarma dərinlik nasosları üçün elektromaqnit vericilərlə işləyən tezlik teleölçü nəzəriyyəsinə dair tədqiqatlar aparmışdır.
Məlik Ziyaəddin
Məlik Ziyaəddin (?–?) — Nахçıvаn hаkimi (XIV əsr). == Həyatı == 1318-ci ildə Gürcüstаndа Sultan Əbu Səid Bahadur xanın (1316–1335) əlеyhinə iğtişаş qаldırmış Əmir Qurumuşiyə qаrşı çıхmışdır. Mənbələrin vеrdiyi məlumаtа görə, Məlik Ziyaəddin Qurumuşinin kömək göstərmək bаrədə хаhişini rədd еdib, təcili mərkəzə tərəf çəkilmiş, lаkin iğtişаşçılаrın əlinə kеçərək, 100000 dinаr ödəməklə cаnını хilаs еdə bilmişdir.
Nurəddin (Laçın)
Nurəddin — Azərbaycan Respublikasının Laçın rayonu Fərraş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Nurəddin kəndi Fərraş kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Toponimikası == Yaşayış məntəqəsini Piçənis kəndindən köçüb gəlmiş ailələr keçmiş binə yerində salmışlar. Bəzi tədqiqatçılar kəndin adını Nurəddin şəxs adı ilə bağlayırlar. Güman ki, binə həmin şəxsə məxsus olmuşdur. Oykonim (1933) Nuraddin variantında da qeydə alınmışdır. Norədin variantında oykonim "uçqun, yarğan yaxınlığında məskən" mənasını ifadə edir. == Tarixi == == Əhalisi == 2006-cı ilin statistikasına görə kəndin əhali sayı 210 nəfər olmuşdur.
Nurəddin Alışov
Nurəddin Sönməz
Nurettin Sönmez — Türk aktyor və Uzaq Şərq Döyüş Sənətləri müəllimi. == Həyatı == Nurettin Sönmez döyüş qabiliyyətinə görə savaş, aksiyon filmlərində yer almışdır. Ustaca qılınc, balta işlədə bilir. İlk Mavi Kelebekler televiziya serialında debüt etmişdir. Daha sonra isə Bir Zamanlar Osmanlı Kıyam və Osmanlıda Derin Devlet seriallarında özünü sübut etmişdir. Ən son isə 2014-cü ildən TRT1-də yayımlanan Diriliş:Ərtoğrul (teleserial, 2014) serialında görünməyə başladı. O, döyüş qabiliyyətini tam şəkildə sərgiləyir.Bu serialda Bamsı Beyrək rolunu canlandırır. Hal-hazırda bu serialda çəkilməyə davam edir.
Nurəddin Süleymanov
Nurəddin Əmirхan оğlu Sülеymanоv (17 may 1974, Daşkənd, Vardenis rayonu – 4 aprel 1993, Murovdağ) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Nurəddin Sülеymanоv 17 may 1974-cü ildə indiki Еrmənistan Rеspublikasının Vardеnis rayonunun Daşkənd kəndində anadan оlmuşdur. 1981-1988-ci illərdə Daşkənd orta məktəbində oxumuş 1988-ci ildə Göyçə mahalından məcburi köçkün olaraq Azərbaycana Bakı şəhərinə pənah gətirmişdir. 1988-ci ildən 1992-ci illərdə Bakı şəhəri Nəriman Nərimanov rayonu 177 nömrəli tam orta məktəbi bitirmişdir. 25 avqust 1992-ci ildə Bakı şəhəri Nərimanov RHK-dan hərbi xidmətə çağırılmışdır. 08.1992-02.1993-cü illərdə Türkiyədə hərbi təlimdə olmuşdur. 701-ci hərbi hissənin avtomatçısı olmuşdur. Sülеymanоv Nurəddin Əmirхan оğlu 4 aprel 1993-cü ildə Kəlbəcər rayonunun Murov dağı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Nurəddin Uluxanlı
Nurəddin Yolçuyev
Nurəddin Novruz oğlu Yolçuyev (29 iyul 1963, Quzanlı, Ağdam rayonu – 20 oktyabr 1992, Əliağalı, Ağdam rayonu) — Azərbaycan şəhidi. == Həyatı == Nurəddin Yolçuyev 1963-cü il iyulun 29-da Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1980-ci ildə orta məktəbi bitirib, bir il kolxozda çalışıb. Nurəddin iki illik hərbi xidmətini Almaniyada başa vurub. Əsgərlikdə olduğu müddətdətdə vaxtaşırı Əfqanıstana da ezam edilirdi. Əsgərlik müddəti sona çatdığı zaman hissənin komandanlığı ona hərbi məktəbə getməyi təklif edir, ancaq ailəsi razı olmadığina görə Nurəddin doğulduğu kəndə qayıdaraq kolxozda işini davam etdirir. 1985-ci ildə həm işləmək, həmdə təhsil almaq üçün komsomol putyovkası ilə Rusiyanın Arxangelski vilayətinə gedir. Orada zavodda işə düzəlir, bir neçə ildən sonra, yəni 1990-ci ildə instituta (qiyabi) daxil olur. Xocalı hadisəsindən bir neçə gün sonra, yəni 1992-ci ilin mart ayında Nurəddininin də iştirakı və təşəbbüsü ilə Arxangelskidə yaşayan bir qrup azərbaycanlı və çeçen işləri, təhsillərini atıb Azərbaycana, birbaşa Ağdama hərbi komissarlığına gəlib milli orduya götürülməyi tələb edirlər. Ancaq o zaman hərbi komisarlıqda könüllülər qəbul edilmədiyinə görə onlar Milli Qəhrəman Fred Asifin başçılıq etdiyi dəstəyə qoşulurlar.
Nurəddin İbrahimov
Nurəddin İslam oğlu İbrahimov (16 mart 1951, Buzovna – 10 fevral 1995, Binə) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == İbrahimov Nurəddin İslam oğlu 1951-ci il mart ayının 16-da Bakı şəhərində doğulmuşdur. 1969-cu ildə burada 125 saylı orta məktəbi bitirmişdir. 1970-ci ildə ordu sıralarına çağırılmışdır. 1978-ci ildə Rusiyanın İrkutsk şəhərinin milis idarəsində işə qəbul olunmuşdur. 1988-ci ildə burada İrkutsk şəhər cinayət axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Azərbaycanda baş verən hadisələrə biganə qalmayan Nurəddin 1990-cı ildə Bakıya gəlmiş, sonra isə Laçın rayon milis idarəsində sahə müvəkkili işləməyə başlamışdır. == Döyüşlərdə iştirakı == O, Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, bu döyüşlərin birində ağır yaralanmışdır. Müalicə olunandan sonra Bakının Əzizbəyov rayonunun polis idarəsində işini davam etdirmişdir. Buna baxmayaraq o, yenə də tez-tez cəbhəyə yollanmış, qızğın döyüşlərə girmişdir.
Nurəddin Şıxalıyev
Nurəddin Əfrəddin oğlu Şıxəliyev (29 dekabr 1998, Qızılağac, Salyan rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == İlk illəri == Nurəddin Əfrəddin oğlu Şıxəliyev 29 dekabr 1998-ci il tarixində Azərbaycanın Salyan rayonunda yerləşən Qızılağac kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Pirasora kəndindəndir. == Hərbi xidməti == Nurəddin Şıxalıyev 2020-ci ilin sentyabr ayının 21-də Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nurəddin Şıxalıyev müharibə boyunca ön cəbhədə vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlərdə yaralanmış, buna rəğmən digər yaralı əsgərlərə yardım etmişdir. Nurəddin Şıxalıyev noyabrın 6-da, 23 yaşında Şuşa yaxınlıqlarında həlak olmuşdur. O, noyabrın 7-də dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nurəddin Şıxəliyev
Nurəddin Əfrəddin oğlu Şıxəliyev (29 dekabr 1998, Qızılağac, Salyan rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == İlk illəri == Nurəddin Əfrəddin oğlu Şıxəliyev 29 dekabr 1998-ci il tarixində Azərbaycanın Salyan rayonunda yerləşən Qızılağac kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Pirasora kəndindəndir. == Hərbi xidməti == Nurəddin Şıxalıyev 2020-ci ilin sentyabr ayının 21-də Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nurəddin Şıxalıyev müharibə boyunca ön cəbhədə vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlərdə yaralanmış, buna rəğmən digər yaralı əsgərlərə yardım etmişdir. Nurəddin Şıxalıyev noyabrın 6-da, 23 yaşında Şuşa yaxınlıqlarında həlak olmuşdur. O, noyabrın 7-də dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Nurəddin Ədiloğlu
Nurəddin Ədiloğlu (Nurəddin Ədil oğlu Muğanlı; 1 fevral 1958, Xırmandalı, Masallı rayonu) — azərbaycanlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001) == Həyatı == Nurəddin Ədiloğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun jurnalistika fakültəsini bitirib. "Tok Qafar" adlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" qəzetində dərc olunub. Gənclər təşkilatında, Rayon İcraiyyə Komitəsində, rayon qəzetində, İcra Hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb. 1999–2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin cənub bölgəsi üzrə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995–2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb.
Nurəddin Əliyev
Nurəddin (Nuriddin) Məcid oğlu Əliyev (2 aprel 1920, Petrovsk-Port, Dağıstan vilayəti – 28 noyabr 1991, Bakı) — SSRİ-nin əməkdar təyyarəçisi (1966), Lenin, Oktyabr inqilabı, Qırmızı ulduz ordenləri laureatı, polkovnik. == Həyatı == Nurəddin Məcid oğlu Əliyev 2 aprel 1920-ci ildə Mahaçqala şəhərində anadan olmuşdur. 1937–1938-ci illərdə Bakı aeroklubunda U-2 üzrə pilotluq kursu keşmişdi. 1938-ci ildə Batay Yay pilotluq məktəbinə göndərilmişdi. 1940-cı ildə bu məktəbi uğurla bitirmişdi. O, pilot kimi İ-15, İ-16 təyyarələrində uçuşlara başlamışdı. II Dünya müharibəsində iştirak etmişdi. İl-2 təyyarəsinin sükanı arxasında Stalinqrad döyüşündə faşist təyyarələrinə qarşı vuruşmuşdu. 243-cü (78-ci) aviaalayın tərkibində uçuşlara qatılmışdı. Stalinqrad (Volqaqrad) ətrafında düşmənin 10 tankını, 2 zirehli maşınını, 5 zenit qurğusunu, 26 avtomaşınını, 190 yaxın zabit və əsgər heyətini məhv etmişdi.