Nurəddin Uluxanlı
Nurəddin Uluxanlı Dostuməli oğlu (1 aprel 1947, Göyçə mahalı, Basarkeçər rayonu, Böyük Məzrə) — coğrafiya üzrə fəlsəfə doktoru, APU-nin coğrafiya fakultəsində dosentdi, və dekan vəzifəsində çalışır.
N.D.Uluxanlı 1947-ci ildə Ermənistanın Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. 1972-ci ildə ADPİ-nu bitirib, coğrafiyaçı ixtisası almışdır.1968-ci ildə Azərbaycan Dövlət Pedaqoji institutunun (indiki ADPU) Təbiət-coğrafiya fakültəsinin coğrafiya ixtisası üzrə əyani şöbəsinə daxil olub. 1972-ci ildə ali təhsilini başa vurub.
1984-cü ildə iqlimşünaslığın tətbiqi istiqamətlərindən olan “Aqroiqlim” ixtisası üzrə “Azərbaycanda əncir bitkisinin becərilməsinin aqroiqlim şəraiti və ehtiyatları” adlı namizədlik dissertasiya işini müdafiə edərək coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.[1]
- 1972-ci ildən təyinatla Azərb. EA-nın (indiki AMEA) Coğrafiya institutunda iqlimşünaslıq şöbəsində kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamış, sonralar elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.
- 1996/1999-cu illərdə isə иqlimşünaslıq şöbəsinin “Aqroiqlim” bölməsinin müdiri kimi elmi fəaliyyət göstərib.
- 1999-cu ildən etibarən Azərbaycan Dövlət Pedaqoji Universitetində pedaqoji fəaliyyətə baş müəllim kimi başlamış.
- 2001-ci ildən Coğrafiya fakültəsində dekan müavini,
- 2002-ci ilin sentyabr ayından 2003-cü ilin may ayına kimi Coğrafiya və ÇH fakültəsinin dekan əvəzi vəzifəsində işləyib.
- 2001-ci ildən Ümumi coğrafiya kafedrasında dosent vəzifəsinə seçilib.
- 2005-ci ilin dekabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetində ilk dəfə yaradılan Əcnəbi tələbələrin işi üzrə fakültənin dekanı vəzifəsində çalışır .
- 2008-ci ildən isə həmin fakültənin nəzdində fəaliyyət göstərən Əcnəbi tələbələrin hazırlığı şöbəsinin dekanı vəzifəsində çalışır. Hal-hazırda da həmin vəzifələri icra edir.[2]
- Azərbaycan SSR-nin torpaq iqlim şəraiti ilə əlaqədar bir sıra subtropik meyvə bitkilərinin inkişaf fazalarına dair. Tezis. Azərbaycan EA torpaqşünaslıq və aqro-kimya institutu gənc alimlərin elmi konfransının materialları. Bakı, AMEA, 1978 (rus dilində). 23-25 səh.
- Azərbaycanda quru subtropik meyvə bitkilərin istiyə olan təlabatı və rütubətlə təmin olunma şəraiti. Tezis. “Azərb.SSR-də xalq təsərrüfatı təşkilatlarının hidrometeoroloji şəbəkələrlə təmin olunma keyfiyyətinin yüksəldilməsi” konfransın materialları. Bakı, AMEA, 1979 (rus dilində). 15-17 səh.
- Azərbaycan SSR-də əncirin iqlim suvarma norması və suya olan təlabatı. Məqalə. Azərbaycan EA aspirantlarının elmi konfransının materialları. Bakı, AMEA, 1980 (rus dilində). 17-21 səh.
- Bir sıra subtropik meyvə və qərzəkli meyvə bitkilərinin məhsullarının kəmiyyət və keyfiyyətinə meteoroloji şəraitin təsiri. Məqalə. Coğrafiya və kənd təsərrüfatı problemi üzrə müşavirənin materialları. Bakı, AMEA, 1980 (rus dilində). 42-44 səh. (Ə.C.Əyyubov və b. birlikdə)
- Azərbaycan SSR ərazisində subtropik meyvə bitkilərinin aqroiqlim ehtiyatları. Məqalə. Azərbaycan EA xəbərləri. Yer elmləri seriyası. Bakı, 1980 (rus dilində). 63-70 səh. (Ə.C.Əyyubov və b. birlikdə)
- Azərbaycan SSR-də bir sıra subtropik meyvə bitkilərin aqroiqlim rayonlaşdırılması. Məqalə. Azərbaycan SSR kənd təsərrüfatı elmləri xəbərləri. Bakı, KTNEİ, 1981, №5. 31-41 səh. (Ə.C.Əyyubov və b. birlikdə).
- Azərbaycan SSR-də iqlimin təbii və antropogen dəyişmələrinin qarşılıqlı əlaqəsi. Məqalə. Müasir iqlim dəyişmələrinin fiziki əsasları “Moskva”, 1981, 2-ci hissə (rus dilində). 42-49 səh. (Ə.C.Əyyubov və b. birlikdə).
- Azərbaycan SSR-də sənaye üzümçülüyünün yerləşdirilməsinin iqlim baxımından əsaslandırılmasına dair. Məqalə. Azərbaycan Coğrafiya cəmiyyətinin 5-ci qurultayının materialları. Bakı, AMEA, 1985 (rus dilində). 34-38 səh. (Ə.C.Əyyubov və b. birlikdə).
- Subtropik meyvə bağlarının mikroiqlim xüsusiyyətləri. Tezis. Azərbaycan SSR EA Coğrafiya İn-nun gənc alimlərinin 13-cü elmi konfransının materialları. Bakı, AMEA, 1985 (rus dilində). 26-27 səh.[3]
"Fəxri fərman"
18 aprel 2012-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.
Nurəddin Dostuməli oğlu Uluxanlı Arxivləşdirilib 2017-08-26 at the Wayback Machine