Nurəddin Əfrəddin oğlu Şıxəliyev (29 dekabr 1998, Qızılağac, Salyan rayonu – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Nurəddin Şıxəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 dekabr 1998(1998-12-29) |
Doğum yeri | |
Vəfat tarixi | 6 noyabr 2020(2020-11-06) (21 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri | 2020 |
Nurəddin Əfrəddin oğlu Şıxəliyev 29 dekabr 1998-ci il tarixində[1] Azərbaycanın Salyan rayonunda yerləşən Qızılağac kəndində anadan olmuşdur. Əslən Lerik rayonunun Pirasora kəndindəndir.
Nurəddin Şıxalıyev 2020-ci ilin sentyabr ayının 21-də Azərbaycan Silahlı Qüvvələrinin ordu sıralarına qoşulmuşdur. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşmışdır. Nurəddin Şıxalıyev müharibə boyunca ön cəbhədə vuruşmuş, Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, döyüşlərdə yaralanmış, buna baxmayaraq digər yaralı əsgərlərə yardım etmişdir. Nurəddin Şıxalıyev noyabrın 6-da, 23 yaşında Şuşa yaxınlıqlarında həlak olmuşdur. O, noyabrın 7-də dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Nurəddin Şıxəliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]