Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çöl
Çöl — əsasən düzənlik və alçaq təpəliklərdən ibarət olmaqla Yerin meşə zolağından cənuba doğru başlayır. Əsasən kserofil və mezokserofil ot bitkilərindən ibarət meşəsiz ərazidir. Çöllər üçün qara və şabalıdı torpaq səciyyəvidir. Çöllərin bitkiləri başlıca olaraq ağ ot, dovşanotu və s. dənli bitkilərdən ibarətdir. Heyvanlardan çöllərdə gəmiricilər daha çox yayılmışdır. Çöl əsasən mülayim qurşaqlarda yerləşir.Bu ərazilərin əsas heyvan növlərinə mülayim və subtropik enliklərdə antilop,dəvə,sürünənlərdən kərtənkələ,ilan,həşəratlardan isə əqrəb aiddir.Çöllərdə ot örtüyü üstünlük təşkil edir..
Abaran (çöl)
Abaran çölü- İrəvan quberniyasının İrəvan qəzasında çöl adı Ələyəz dağının qərb hissəsində ovalıq adıdır.
Ac çöl
Mirzəçöl (qaz. Мырзашөл, özb. Mirzacho‘l, Мирзачўл, rus. Мирзачуль) — Gilli-şoranlıq ərazilərdən ibarət olan səhra. Orta Asiya regionunda Qazaxıstanın cənubu və Özbəkistanın ərazilərini təşkil. Sırdərya çayı yaxınlığında, Fərqananə vadisinin çıxacağında yerləşir. Səhranın sahəsi 10 min km² təşkil edir. == Adı == Region ölkələri arasında Mirzəçöl adlandırılsada bəzi mənbələrdə Açlıq çölü olaraq adı keçir. Türkistanda geniş çöllük ərazi həyat şəraitinin cətinlikləri səbəbindən bu çür adlandırılmışdır. Səhrada yalnız köçərilərə rast gəlinir.
Meşə-çöl
Meşə-çöl — Şimal yarımkürəsinin təbii zonası, meşə və çöl sahələrinin birləşməsi ilə xarakterizə olunur. Avrasiyada meşə-çöllər, Karpatların şərq ətəklərindən Altayadək qərbdən şərqə davamlı bir zolaq olaraq uzanır. Rusiyada meşə zonası ilə sərhəd, Kursk və Kazan kimi şəhərlərdən keçir. Bu zolağın qərbindən və şərqindən, meşə-çölün davamlı uzanması dağların təsiri ilə kəsilir. Meşə çöllərinin ayrı-ayrı bölmələri Ortadunay düzənliyində (Macarıstan Pustası), Cənubi Sibir, Şimali Qazaxıstan, Monqolustan və Uzaq Şərqin bir sıra dağətəyi hövzələrində yerləşir, həm də Çinin şimal-şərqindəki Sunlyao düzənliyinin bir hissəsini tutur . Şimali Amerikada meşə-çöllər şimaldan cənuba, Böyük Düzənliklərdən keçərək 38 ° ş.e-ə qədər uzanır. Meşə-çöllərin iqlimi mülayim, adətən mülayim isti və qışı mülayim sərin keçir. Yağışıntıdan bir qədər çox buxarlanma müşahidə edilir. Cənuba doğru hərəkət edərkən, meşə-çöl tədricən daha az ağac və daha çox çöl sahələrini əhatə edir. İqlim istiləşir, yağıntı azalır və meşə-çöl tədricən səhraya keçir.
Vəhşi çöl
Vəhşi çöl (rus. Дикое поле) — Qara və Azov dənizi ətrafı tarixi çöl əraziləri. Qərbdən Dnestr çayı ilə, şərqdən isə Don və Xoper çayları ilə həmsərhəddir. Ərazi əhalinin az məskunlaşdığı bölgə hesab olunur. == Coğrafiyası == Reç Pospolitaya məxsus, Levasser de Boplanın (Guillaume Le Vasseur de Beauplan) tərtib etdiyi xəritədə ilk dəfə olaraq (1648) "Vəhşi çöl" (Dzike Polie) sözü istifadə edilmişdir. Ərazini məhsuldar olmayan torpaqlarına görə belə adlandırmışdılar. Bəzən sinonim kimi (lat.. Loca deserta) sözündən də istifadə olunurdu. Vəhşi çöl ümumi qəbul edilmiş dəqiq sərhədlərə malik deyildi. Müasir dövrdə bu bölgəyə Ukraynanın Luqansk, Donetsk, Zaporojiya, Dnepropetrovski, Kirovoqrad, Nikolayev, Odessa, Poltava, Sumı, Xarkov və Xerson vilayətləri, Dnestryanı və Rusiyanın Belqorod, Lipetsk, Tambov, Penza, Voronej, Saratov, Volqoqrad, Rostov vlayətləri daxildir.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ağaməmmədli
Çöl Ağaməmmədli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Sabirabad rayonunun Əlilambəyli inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Yaşayış məntəqəsini İmişli rayonunun Ağaməmmədli kəndindən ayrılmış ailələr salmışlar. Oykonim çöl (bayır, əsas kənddən aralı) və Ağaməmmədli (əvvəlki yaşayış yerinin adı) komponentlərindən düzəlib. "kənardakı Ağaməmmədli kəndi" deməkdir.
Çöl Beşdəli
Çöl Beşdəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Sabirabad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Muğan düzündədir. Oykonim çöl və Beşdəli (etnotoponim) komponentlərindən düzəlib, "kənarda olan Beşdəli kəndi" deməkdir. Burada çöl komponenti yaşayış məntəqəsini rayonun ərazisindəki Beşdəli adlı kənddən fərqləndirməyə xidmət edir. == Məşhur həmyerliləri == Yavər Camalov – Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri.
Çöl Dəllək
Çöl Dəllək — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 365 nəfərdir (2009).
Çöl Göylər
Çölgöylər, Göylərçöl — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Göylər Çöl kəndi rayon mərkəzindən 25 km cənubda, Ləngəbiz silsiləsinin ətəyindədir. Oykonimin birinci komponenti Səlcuq oğuzlarının salor tayfasına mənsub göglər qolunun adını əks etdirir, ikinci komponent isə kəndin düzənlikdə yerləşdiyini göstərir. XIX əsrin ortalarına aid hadisələri əks etdirən mənbələrin məlumatına görə, Pirmərdəkan dağında yarımköçəri həyat keçirən 96 ailəli göylər tayfasından bir hissəsinin dağlıq zonada, digər hissəsinin isə düzənlikdə (collükdə) məskunlaşması nəticəsində iki kənd yaranmışdır. Oykonim "düzənlikdə olan Göylər kəndi" deməkdir. 1981-ci ildə 400 nəfər əhalisi olmuşdur. İbtidai və səkkizillik məktəb, tibb məntəqəsi, Şeyx Tair türbəsi, tarixi abidələrdən çoxtəbəqəli "Təpədibi" yaşayış yeri, Pirəbğdad türbəsi, qəbiristan, "Qalacıq" yaşayış yeri var. == İqtisadiyyatı == Əhali əsəsən kənd təsərrüfatı, əkinçilik və maldarlıqla məşğul olur.
Çöl pişikdırnağı
== Təbii yayılması == Aralıq dənizinin şərq hissəsi və İranda yayılmışdır. Dağıtım sahəsinə Türkiyə və Kipr, Əlcəzairdən Fələstinə, İordaniyaya, Suriyaya, Ərəbistana, İraqa, Əfqanıstana, Pakistana və Qafqazın bir hissəsi, Orta Asiya və İrandan Hindistana qədər daxildir.[1] == Botaniki təsviri == Şaxəli tikanlı kolcuqdur, hündürlüyü 50–60 sm-ə çatan, nazik, möhkəm və əyilən budaqlıdır, üzəri konusşəkilli qırmızımtıl tikanlıdır. Cavan budaqlar və yarpaq saplaqları qısa tükcüklüdür. Yarpaqlar uzunsov-ovalşəkilli, uzunluğu 4–6 sm-dir. İkiqat cütlələkvaridir. Yarpaqcıqları xırda, 2,5–5,0 mm uzunluqda və 2 mm-ə qədər enində olub, xətvari, uzunsov formalı, üzəri qısa-tüklü, çox xırda saplaqcıqlarda yerləşir. Salxımları sıx, silindrik, çoxçiçəkli, yarpaqların qoltuqlarında yerləşir, ölçüsünə görə yarpaqlara bərabər və ya onlardan azca qısadır. Kasacığı dairəvi, 5 qısa dişcikli, tacı 4–5 mm-ə qədər uzunluqda olub, solğun və ya açıq sarı rəngdədir. Erkəkcikləri sərbəst, tacdan uzundur. May-iyun aylarında çiçəkləyir, meyvəsi iyul-sentyabrda yetişir.
Çöl qartalı
Çöl qartalı (lat. Aquila nipalensis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir, köçəri növdür. == Yayılması == Köçmə zamanı Xəzərin sahilində və respublikanın başqa aran rayonlarında təsadüf edilir. Dunay çayının aşağı axarında, Qazaxıstanın şimalında və Sibirin cənub-qərbində yuvalayır. Afrikada və başqa isti ölkələrdə qışlayır. == Yaşayış yeri == Açıq sahələrdə yaşayır. Xam torpaqların istifadə edilməsi çöl qartalının yaşayış yerlərini azaldır. == Təbiətdə sayı == Dəqiq məlumat yoxdur.
Çöl qatırquyruğu
Çöl sarmaşığı
Çöl sarmaşığı (lat. Convolvulus arvensis) — sarmaşıq cinsinə aid bitki növü.
Çöl sarı
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Çöl sarımsağı
Çöl sərçəsi
Ağac sərçəsi (Passer montanus) — Avrasiyada yaşayan sərçə növləridir.
Çöl tülküsü
Çöl tülküsü (ing. Vulpes zerda) — Fennek tülküsü olaraq da bilinən, köpəkkimilər (Canidae) familiyasının ən kiçik üzvü. Quraqlıq səhra şəraitinə çox yaxşı uyğunlaşmış, Şimali Afrikada və Ərəb yarımadasında rastlana, qeyri-adi böyük qulaqlarına görə bilinən tülkü növüdür. == Xüsusiyyətləri == 40 smə çatan bədən uzunluğuna tərs mütənasib olaraq 15 smə çatan qulaqları çox uzundur. Bu xüsusi vəziyyət özünü çöldə yaşamasını təmin edir, çünki bədən istiliyini qulaqları vasitəsi ilə tarazlıqda saxlayır. Quyruğu 25 sm uzunluğundadır, ağırlığı 1,5 kq qədər çatır.
Çöl yoncası
Çöl yoncası (lat. Trifolium campestre) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin yonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Amarenus campestris (Schreb.) Fourr. Chrysaspis campestris (Schreb.) Desv. Trifolium procumbens subsp. campestre (Schreb.) Gaudin Trifolium procumbens var. campestre (Schreb.) Ser. == Yarımnövləri == Trifolium campestre subsp. campestre Trifolium campestre subsp.
Çöl zımbırtikanı
Çöl zımbırtikanı (lat. Eryngium campestre) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zımbırtikan cinsinə aid bitki növü.
Çöl çiçəyi
Çöl çiçəyi (əsər) — Varis Dirienin avtobioqrafik əsəri. Çöl çiçəyi (film) — 2009-cu ildə Almaniyada istehsal olunmuş bioqrafik film.
Çöl çökükburunu
Çığırğan cüllüt (lat. Vanellus gregarius) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. == Qısa təsviri == Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .
Çöl şpatları
Çöl şpatları — litosferin üst hissəsində ən çox yayılmış süxurəmələgətirən minerallar == Haqqında == Çöl şpatları - litosferin çəkisinin təxminən 50% və ya maqmatik süxurların həcminin 60% təşkil edirlər. Çöl şpatları geniş yayılması və onların kimyəvi tərkibinin müxtəlif olması püskürmə süxurlarının təsnifatının əsasını təşkil edir. Çöl şpatları peqmatitlərin, qneyslərin, kristallik şistlərin çoxunun və müxtəlif metasomatitlərin əsas komponentidir. Qırıntılı süxurlarda bunlar kvarsdan sonra ən geniş yayılmış minerallardır. Çöl şpatları kimyəvi cəhətdən Na, K və Ca, bəzən Ba alümosilikatlarıdır. Çöl şpatları az miqdarda izomorf qatışıqlar (Fe3+, Fe2+, Li, Rb, Cs, Sr, Mg və b.) olur. Çöl şpatları əksəriyyəti Na[AlSi3O8] - K[AlSi3O8] - Ca[Al2Si2O8] üçlük sistemə daxildir. Bu sistemin sonuncu üzvləri müvafiq olaraq albit, ortoklaz (mikroklin, sanidin) və anortitdir. Na[AlSiO8] və K[AlSi3O8] aralıq çöl şpatları qələvi çöl şpatları, Na[AlSi3O8] və Ca[Al2Si2O8] arasındakı çöl şpatları isə plagioklazlar adlanır. Qələvi çöl şpatları sülb məhlulunda ~5-10 mol.% anortit ola bilər.
Çöl şəbpərəsi
Çöl şəbpərəsi (lat. Myotis aurascens) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa SSRİ naturalisti tərəfindən aşkar edilmişdir. == Təsviri == Kiçik yarasanın qolunun uzunluğu 32 və 37 mm arasında olur. Quyruğun uzunluğu 12.3 ilə 14.3 mm, ayağın uzunluğu isə 6.8 və 8.7 mm arasındadır.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çor
Alain Ço Çoy
Alain Ço Çoy (28 oktyabr 1968) — Mavrikini təmsil edən stolüstü tennisçi. == Karyerası == Alain Ço Çoy Mavrikini 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 57-ci, cüt turnirdə isə 29-cu pillənin sahibi olub.
.com
.com — Domen adları sistemində Top level domen adıdır. com — commercial sözünün qısaltmasından yaranıbdır. 1985-ci ildə ilk dəfə domen adları sistemi yaradılanda, .com ilk istifadəyə verilən top level domenlərdəndir.
Con
Con (ing. John) — ingilis kişi adı. Con Qarner — Amerika Birləşmiş Ştatlarının 32-ci vitse-prezidenti. Con Kelhun — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti. Con Adams — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti və 2-ci prezidenti Con Tayler — Amerika Birləşmiş Ştatlarının 10-cu prezidenti və 10-cu vitse-prezidenti Con Adeyr — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biri Con Edqar Quver — ABŞ dövlət xadimi, ABŞ-nin Federal Təhqiqat Bürosuna yarım əsr ərzində rəhbərlik edib Con Fante — italyan əsilli amerikan yazıçı və ssenarist Con Nyumen — ingilis müğənni. Con Sina — amerikan profesional güləşçi, bodibilder, reper və aktyor. Con Tinni Makkatçen — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Con Vilyam Dreper — Amerika kimyaçısı və fizioloqu. Con Lindli — İngiltərə botaniki. Con Eduard Qrey — Britaniya zooloqu.
Çox
Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. == Tarix == Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edir. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur. Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər.
1UP.com
1UP.com — kompüter oyunları haqqında rəylər toplayan veb-saytdır. Əsası Ziff Deyvis tərəfindən 2003-cü ildə qoyulmuşdur. Bu saytın digər resenziya saytlardan fərqi istifadəçilərin oyunlar haqqında çit-kodları və skrinşotları bura yazmasıdır. Sayt bununla bir çox istifadəçilərə kömək edir.
Qut Çor xaqan
Qut Çor xaqan (吐火仙骨啜可汗) — Türgişlərin hökmdarı, Sulukun oğlu. == Hakimiyyəti == Çox qısa dövrdə hakimiyyətdə qalmışdı. Əsas dəstəkçiləri qara türgişlər idi. 739-cu ildə Kül Çörün hücumuna məruz qalmışdı. Qardaşı Ton Aba Yabqu tərəfindən dəstəkləsəndə də rəqibi Kül Çoru Çin imperatoru Hsüançonq, Çaç hökmdarı Bağatur Tudun, Fərqanə yabqusu Arslan Tarxan dəstəkləyirdi. Nəhayət 739-cu ildə Qut Çor Kül Çor tərəfindən tutulub öldürüldü.
Vayots Cor mərzi
Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir. Mərz ölkənin cənub-şərqində keçmiş Yeğeqnadzor və Əzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir. == Ümumi məlumat == 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Yeğeqnacor və Vayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır. Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir.
Vayoç Cor mərzi
Vayots dzor mərzi (erm. e.ə. Վայոց ձորի մարզ, l.ə. Vayots dzori marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Yeğeqnadzor şəhəridir. Mərz ölkənin cənub-şərqində keçmiş Yeğeqnadzor və Əzizbəyov rayonları, tarixi Dərələyəz mahalı ərazisində yerləşir. Qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər rayonu, şimaldan Kəvər, şimal-qərbdən Ararat, cənubdan Sünik mərzləri ilə əhatələnmişdir. == Ümumi məlumat == 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Yeğeqnacor və Vayk rayonları ləğv edilərək onların hesabına Vayots dzor mərzi yaradılmışdır. Ümumi sahəsi 2,308 km² olan mərz şimaldan Basarkeçər yaylası, qərbdən Zəngəzur silsiləsi, cənubdan Ələyəz dağları, şərqdən isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdur. 2011-ci ilin göstəricilərinə görə mərzin əhalisi 52,324 nəfər olmaqla sıxlığı 23/km²-dir.
Amazon.com
Amazon.com (tələffüzü: ing. /ˈæməzɒn/ və ya /ˈæməzən/) ilk qurulmuş və ən böyük onlayn satış saytıdır. Adını Amazon çayından götürüb. Ceff Bezos onlayn satış şirkətinin adını əlifba sırası üzrə siyahıda önə çıxması üçün Amazon qoyub. Ceff Bezos tərəfindən 1994-cü ildə Amerikanın Sietl şəhərində qurulan şirkət işə ilk öncə kitab sataraq başlamışdır. Hal-hazırda isə Amazon.com-da DVD, musiqi albomu, kompüter proqramı, kompüter oyunu, elektron əşya, mebel kimi fərqli məhsullar satılır. == Ad == Şirkətin ilk adı Cadabra olsa da, bu söz "cadaver" (cəsəd) sözünə oxşadığı üçün bir neçə ay sonra şirkətin adı Amazon olaraq dəyişdirilmişdir. == Alqı-satqı == Alqı-Satqı prosesi çox sadədir. Sadəcə Amazon.com ünvanına daxil olub istədyiniz məhsulu seçirsiniz. Əgər aldığınız məhsulun dəyəri €75 avronu keçərsə vergi verməyəcəksiniz.
Ancestry.com
Ancestry.com LLC — ABŞ-də, Yuta ştatının Lehi şəhərində yerləşən özəl onlayn şirkət. == Tarixi == === AncestryDNA === "AncestryDNA" şirkəti "Ancestry LLC"nin törəmə şirkətidir. === FindAGrave === "Ancestry.com" 2014-cü ilin mart ayında mobil tətbiqetməni işə salmışdır. === Newspapers.com === "Ancestry" 2012-ci ildə "Newspapers.com"u təsis etmişdir.
Astaga.com
Astaga.com — İndoneziya mərkəzli internet markası. Marka 2000-ci ildə internet investisiya şirkəti olan İndonesia Online şirkətinin bir qolu kimi yaradılmışdır. 7 milyon ABŞ dolları məbləğində sərmayə qoyduqdan sonra, 2001-ci ildə marka Cənubi Afrika media konqlomeratı hesab edilən M-Web provayderinə satılmışdır. Marka illər ərzində inkişaf elədi. 2004-cü ildə 300-dən çox işçiyə sahib olan marka İndoneziya səviyyəsində zirvəyə yüksəldi. 2004-cü ilin sonunda M-Web provayderi İndoneziya ilə əlaqələri kəsdi. Provayder Astaga.com və Kafegaul.com markalarının fəaliyyət göstərən aktiv hissələrini xarici və İndoneziya investorlarının konsorsiumuna satdı. 2012-ci ildə Astaga.com Fil Rikard və Sandi Qunavan tərəfindən idarə olunan beynəlxalq investisiya şirkəti tərəfindən satın alınmışdır. 2013-cü ilin sonundan etibarən marka beta versiyada fəaliyyət göstərir. == İstinadlar == == Mənbə == "Slank Cyber Virus Serbu Astaga.com".
Bill Coy
Bill Coy (ing. William Nelson Joy) — (8 noyabr 1954) Amerikalı alimi, "Sun Microsystems" şirkətinin qurucusudur == Həyatı == Bill Coy 8 noyabr 1954-cü ildə Michiganda (ABŞ) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində amerikalı alim, Unix əməliyyat sistemi üçün proqram təminatının müəllifi, "Sun Microsystems" şirkətinin qurucusu Bill Coy Qreys Mürrey adına mükafatın laureatı olan Coy məşhur "Vi" mətn redaktorunun da müəllifidir. 1971-ci ildə Enn Arbor şəhərində Miçiqan Universitetinin yeni kompüter mərkəzinin açılışı oldu. Bill Coy elə həmin il Miçiqan Universitetinə daxil oldu. O, bioloq, ya da riyaziyyatçı olmaq istəyirdi, amma birinci kursun axırlarında təsadüfən kompüter mərkəzinə baş çəkdi və "həmişəlik" orada qaldı. Kompüter Mərkəzi onun həyatına çevrildi. Coy vaxt tapan kimi proqramlaşdırma ilə məşğul olurdu. 1975-ci ildə Coy Berklidə Kaliforniya Universitetinin aspiranturasına girdi. Fəlsəfə doktoru adını almaq üçün verdiyi şifahi imtahanda o, milçək uçuşunun elə mürəkkəb alqoritmini yaratdı ki, sonralar pərəstişkarlarından biri yazırdı:"O, imtahan götürən müəllimləri o qədər heyrətləndirmişdi ki, hətta onlardan biri onu müdrikləri təəccübləndirən İisusa oxşatmışdı".
Chess24.com
chess24.com ingilis, ispan, alman və digər yeddi dildə fəaliyyət göstərən 2014-cü ildə qurulumuş şahmat saytıdır. == Əməkdaşlar == Chess24-lə qrosmeyster, beynəxalq ustalar və namizəd ustalar – Vişvanatan Annad, Peter Svidler, Rüstəm Qasımcanov, Artur Yusupov, Jan Qustafson, Fransisko Vallexo, David Martinez, Lukas Vitenburq, David Andon Duiyarro, Pepe Kuenka, Dorsa Deraxşani, Sopiko Quramişvili, İvan Salqado, Karlos Martinez, Robert Baskin, Yan-Kristian Şölder, Roeland Pruysers, Xesus de laVilla, Anna Rudolf, Niklas Huşenbet, Xristof Sielecki, Mark, Dvoretski, Timur Qareyev, Roven Voqel, Sabrina Veqa, Robin van Kampen, Daniel Forsen, Angel Arribas, Ernesto Fernandez, Xose Migel Fernandez, Markos Kamayxo, Laurens Trent və Hou Yifan əməkdaşlıq edir. Bu şahmatçılar beynəxalq turnirlər zamanı oyunlara canlı şərhlər verir. == Əsas imkanlar == Chess24 əsas beynəxalq turnirlərin canlı yayımını təmin edir. Sayta həm facebook profili üzərindən həm də yeni Chess24 profili açmaqla üzv olmaq olar. Üzvlükdən sonra sayıtın baş səhifəsində istifadəinin sayt tərəfindən verilən bullet, blitz və klassik şahmat üzrə reytinq xalları, oynadığı oyunların sayı və s. göstərilir. Saytda həmçinin "going premium" seçimi var. "Going premium" daha dərin "Stockfish" analizi və həmçinin "Banter Blitz" kimi yarışlarda iştirak etmək imkanı verir. "Banter Blitz" premium istifadəçilərə Chess24-ün əməkdaşları ilə oynamaq imkanı verir.
Cod xəndəkotu
Cod xəndəkotu (lat. Symphytum asperum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 30-60 sm-ə qədər hündürlükdə, çox budaqlı, möhkəm qısa, aşağı qövsvari, bir az qabarıq tikanlı qıllardan tikanlı-nahamardır. Yuxarı yarpaqlar qısa, lakin, görünən saplaqların üzərində və ya oturaq olaraq yumurtavari-uzunsov və ya uzunsovdur, ən yuxarıdakılar lansetvariyə qədər, uzun itiuclu, aşağı hissədən adətən kifayət qədər sıx və yumşaq tükcüklərdən bozumtuldur; orta damar boyunca qısa qarmaqşəkilli tikancıqlıdır, yuxarı hissədən cod və seyrək tükcüklüdür. Çiçək tacı mavi, xaricdən nöqtəli-əmzikşəkillidir, başcıqlı dişicik ağzı var. Eremləri demək olar ki, qara, yarıməyilmiş, yumurtavari, arxa hissəsi torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, dağ çaylarının kənarlarında bitir.
Coe Kinq
Coui Linn Kinq (ing. Joey Lynn King; 30 iyul 1999, Los-Anceles, Kaliforniya, ABŞ) — Amerikalı aktrisa və müğənni. Ən çox tanınan rolu Ramona & Beezus filmindəki Ramona Quimby olmuşdur. Joey King Horton Hears A Who, Beaver Girl, Ice Age, Dawn of the Dinosaurs filmlərinin səsləndirm əsini etmişdir. Disney Channel'in komediya seriallarından biri The Suite Life of Zack and Cody'da rol aldı.
Col (Maku)
Col (fars. جل‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 32 nəfər yaşayır (7 ailə).
Con Adams
Con Adams (ing. John Adams; 19 (30) oktyabr 1735[…], Breyntri[d], Böyük Britaniya krallığı – 4 iyul 1826[…], Kuinsi[d], Massaçusets, ABŞ[…]) — Amerika Birləşmiş Ştatlarının 1-ci vitse-prezidenti (1789–1797) və 2-ci prezidenti (1797–1801), ABŞ-nin bani atalarından biri. ABŞ İstiqlal Bəyannaməsinin müəlliflərindən biridir. Adams dövlət xadimi, diplomat və Amerikanın Böyük Britaniyadan ayrılmasının aparıcı müdafiəçisidir. O, quldarlığa qarşı olmuş, heç zaman qul sahibi olmamış və bununla fəxr etmişdir. Adams 6-cı ABŞ prezidenti Con Kuinsi Adamsın atasıdır. == Erkən həyatı == Con Adams 1735-ci il 30 oktyabrda Massaçusets ştatının Breyntri yaşayış məntəqəsində, nüfuzlu fermer ailəsində dünyaya gəlmişdi. Ailənin kənd şəraitində yaşamasına baxmayaraq təhsilə xüsusi meyli ilə digərlərindən fərqlənirdi. Gələcək prezident Harvardda təhsilini bitirdikdən sonra vəkil kimi fəaliyyətə başlayır və tezliklə böyük uğurlar qazanır. Çox keçmir ki, onun adı Bostonun tanınmış vəkilləri ilə bir sırada çəkilir.
Con Adeyr
Con Adeyr (ing. John Adair; 18 may 1934, Luton) — liderlik və liderlik qabiliyyətinin inkişafı sahəsində dünyanın ən nüfuzlu alimlərindən biridir. Dünya miqyasında milyondan artıq idarəçi onun rəhbərliyi altında həyata keçirilən və praktiki yönə üstünlük verən liderlik (Action-Centred Leadership) proqramlarında iştirak etmişdir. Adeyrin karyerası rəngarəng keçmişə malikdir. Misirdə Şotland qarovulunda taqım komandiri kimi hərbi xidmətdə olmuş, daha sonra isə Ərəb Legionunda alay yavəri qismində ölkəsini təmsil etmişdir. Xidmətini başa vurduqdan sonra İslandiya civarında bir balıqçı gəmisində matros işləmişdir. Bir tərəfdən elmi fəaliyyətini davam etdirən Adeyr Sendharst Royal Kraliyyət Hərbi Akademiyasında tarixi və liderlik sahəsinin tədrisi üzrə məsləhətçi işləmiş, mühazirə oxumuşdur. Sənaye Cəmiyyətinin İdarə Heyətinin üzvü vəzifəsində çalışdıqdan sonra Sarrey (Surrey) Universitetində "Liderlik elmi" üzrə dünyada ilk professor olmuşdur. Adeyr 1981–86-cı illərdə İmperial Kimya Sənayesi (ICI) şirkətində Con Harvey Coneslə (Sir John Harvey-Jonest) birlikdə "Liderliyin inkişafı" layihəsini həyata keçirmiş və İngiltərə tarixində ilk dəfə zərərə düşən bir şirkətə bir milyard funt sterlinq gəlir gətirmişdir. Adeyr müxtəlif dillərə tərcümə edilən 40-a yaxın kitabın müəllifidir.
Con Akton
Con Frensis Edvard Akton və yaxud Ekton, 6-cı baronet Eldenxem (ing. Sir John Francis Edward Acton, 6th Baronet of Aldenham, it. Sir John Francis Edward Acton, VI Baronetto di Aldenham; 13 iyun 1736 və ya 3 iyun 1736, Bezanson – 12 avqust 1811[…], Palermo) — Napoleon müharibələri zamanı Toskana donanmasının və Napoli krallığının komandiri. Bezanson şəhərində anadan olub. Birinci Fransız donanmasında xidmət edib. Toskana hersoqluğunda xidmətində Leopold Habsburqdan admiral rütbəsini aldı. İspanların 1775-ci ildə Əlcəzairi ələ keçirmək cəhdinin uğursuzluğu dövründə donanmaya rəhbərlik edib. Leopoldun bacısı Mariya Karolin ilə əlaqəsi sayəsində, həyat yoldaşı, Napoli və Siciliyadakı Ferdinand Ferdinand, milli donanmanın yenidən təşkil edilməsi və təkmilləşdirilməsi üçün dəvət aldı. 1779-cu ildə o, kraliçanın qorunmasından istifadə edərək, Napoliyə köçdü, hərbi nazir daha sonra maliyyə naziri olur və 1789-cu ildən, Krallığın ikinci şəxsi, dövlət katibi seçilmişdir. O, yenidən Siciliya kralı ilə qaçmağa məcbur oldu Fransız ordusunun təzyiqi altında 1806-cı ilə qədər köhnə despotik siyasətini davam etdirdi.
Con Alcock
Sir John William Alcock (ing. John Alcock; 5 noyabr 1892 – 18 dekabr 1919, Ruan) — Atlantik okeanı ilk dəfə heç dayanmadan keçən ingilis təyyarəçi. Bu uçuşu həmkarı Artur Braun ilə birlikdə həyata keçirmişdir. == Həyatı == Alkok 17 yaşında təyyarəçiliklə maraqlanmağa başladı və 1912-ci ildə pilotluq sertifikatını aldı. Birinci dünya müharibəsi ərəfəsində pedaqoq olaraq Kral Donanması Hava Qüvvələrinə qatıldı; İstanbulun bombalanmasında (mart 1917) və başqa bir çox hərəkatda iştirak etdi. 1917-ci ilin sentyabrında Türk zenit atəşiylə Suvla Tünd yaxınlığında (Çanaqqala) dənizə məcburi eniş etdi. Yoldaşlarıyla birlikdə döyüşün sonuna qədər məhbus qaldı. 1919-cu ilin martında donanmadakı vəzifəsindən ayrıldı. Vickers Təyyarə Şirkətində sınaq pilotçu oldu. Bu şirkət Londonda nümayiş olunan Daily Mail qəzetinin Atlantik okeanı üzərində heç dayanmadan ediləcək uçuş üçün 10 min sterlinq qoyduğu yarışmağa bir təyyarə hazırladı.
Con Alkok
Sir John William Alcock (ing. John Alcock; 5 noyabr 1892 – 18 dekabr 1919, Ruan) — Atlantik okeanı ilk dəfə heç dayanmadan keçən ingilis təyyarəçi. Bu uçuşu həmkarı Artur Braun ilə birlikdə həyata keçirmişdir. == Həyatı == Alkok 17 yaşında təyyarəçiliklə maraqlanmağa başladı və 1912-ci ildə pilotluq sertifikatını aldı. Birinci dünya müharibəsi ərəfəsində pedaqoq olaraq Kral Donanması Hava Qüvvələrinə qatıldı; İstanbulun bombalanmasında (mart 1917) və başqa bir çox hərəkatda iştirak etdi. 1917-ci ilin sentyabrında Türk zenit atəşiylə Suvla Tünd yaxınlığında (Çanaqqala) dənizə məcburi eniş etdi. Yoldaşlarıyla birlikdə döyüşün sonuna qədər məhbus qaldı. 1919-cu ilin martında donanmadakı vəzifəsindən ayrıldı. Vickers Təyyarə Şirkətində sınaq pilotçu oldu. Bu şirkət Londonda nümayiş olunan Daily Mail qəzetinin Atlantik okeanı üzərində heç dayanmadan ediləcək uçuş üçün 10 min sterlinq qoyduğu yarışmağa bir təyyarə hazırladı.