Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şövkət
Şövkət — ad və soyad. Şövkət Ələkbərova — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959). Şövkət Seyidzadə — şairə. Şövkət Yalqun — uyğur futbolçu. Lalə Şövkət — Azərbaycanın Dövlət Katibi (1993 – 1994). Naci Şövkət — İraq siyasətçisi. Dağ Şövkət — Türkiyə rəssamı. Mehmed Şövkət Əfəndi — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi. Mahmud Şövkət Əfəndi — 33.
Dağ Şövkət
Dağ Şövkət (1876, Konstantinopol – 1944, İstanbul) — Türkiyə rəssamı. Dağ Şövkət 1876–cı ildə İstanbulda doğulmuşdur. Uzun illər Rumelihisarında yaşamışdır. 100 böyük türk. (Azərbaycan dilinə tərcümə edəni Sabir Adil. Redaktoru: Məlik Allahverdiyev), Bakı, 1991. səh.25.
Lalə Şövkət
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir. Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Naci Şövkət
Məhəmməd Naci Şövkət Bəy (1893 - 11 may 1980) — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri. Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində dünyaya gəlmişdir. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idi. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı. Birinci Dünya Müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.
Şövkət Ağayev
Şövkət Bağırova
Bağırova Şövkət Əsəd qızı (1909, Qazax qəzası – 1989, Tovuz rayonu) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR Ali Sovetinin (IV-V çağırış) deputatı, Azərbaycan SSR pambıq ustası. Şövkət Bağırova 1909-cu ildə Yelizavetpol quberniyası, Qazax qəzasının Qovlar kəndində kasıb bir ailədə anadan olmuşdur. Əmək fəaliyyətinə 1931-ci ildə kolxozçu olaraq başlayan Şövkət xanım, 1946-cı ildə manqa rəhbəri, 1952-ci ildən isə Tovuz rayonu Frunze adına kolxozun briqadiri olmuşdur. Tezliklə onun briqadası doğru iş bölgüsü, təcrübədən və müasir texnologiyadan istifadə nəticəsində kolxozda və rayonda öncül briqadalardan birinə çevrildi. Briqada 1947-ci ildə 3 ha-dan hər hektardan 85,36 sentner olmaqla , 1954-cü ildə isə 43 ha-dan hər hektardan 32,6 sentner pambıq toplamışdı. O, 1965-1973-cü illərdə Əlimərdanlı kənd sovetinin sədri, 1973-cü ildən isə ittifaq miqyaslı təqaüdçü olmuşdur. Azərbaycanın sosial ictimai işlərində fəalliq göstərən Şövkət Bağırova 1951-ci ildən Sovet İttifaqı KP-nin üzvü, Azərbaycan SSR Ali Sovetinin IV və V çağırış deputatı olmuşdur. Azərbaycan KP-nın 25-ci qurultayında nümayəndə kimi çıxış etmiş və burada KP-nın Mərkəzi komitəsinə üzv seçilmişdir. SSRİ Ali Sovetinin 10 mart 1948-ci il əmrinə əsasən yüksək dərəcədə məhsul əldə etidiyinə görə Bağırova Şövkət Əsəd qızına Sosialist Əməyi Qəhrəmanı mükafatı verilmiş, Lenin ordeni və Qızıl Oraq və Çəkic medalı ilə təltif edilmişdir.
Şövkət Dağdevirən
Şövkət Dağdevirən (türk. Mustafa Şevket Dağdeviren; 1863, Ədirnə – 9 fevral 1931, İstanbul) — Türk siyasətçisi. 1906–1913 illərdə çıxan "Yeni Ədirnə" qəzetini nəşr etdi. 1918–1920 illərdə Ədirnənin bələdiyyə başçısı idi. Birinci Dünya Müharibəsindən sonra ölkənin işğalından sonra qurulan Frakiya-Paşaəli Müdafiə Hüquq Cəmiyyətinin qurucularından biri idi. Şövkət Dağdevirən Ədirnənin ən varlı ailələrindən olan Dağdevirənzadə Arif bəy və Hacı Ayşə xanımın oğlu olaraq 1863-cü ildə Ədirnədə anadan olmuşdur. Uşaqlıqda Ədirnə ibtidai məktəbində dini təhsilini başa vurduqdan sonra Ədirnə orta məktəbində oxuyub və özəl müəllimlərdən ərəb, fars və türk dillərini öyrənib. 14 yaşında 1877-ci ildə dövlət məmuru olan Şövkət bəy iki il Ədirnə Maliyyə və Məktublar İdarəsində və Ədirnə Apelyasiya Məhkəməsində işləyib. 4 iyul 1880-ci ildə Şövkət bəy həmin məhkəmənin mühasib vəzifəsinə təyin edildi. 29 avqust 1882-ci ildə 4-cü dərəcəli Osmanlı ordeni alan Şövkət Dağdevirən 13 fevral 1884-cü ildə 3-cü, 22 mart 1886-cı ildə isə 2-ci dərəcəli rütbəyə yüksəldilmişdir.
Şövkət Hüseynova
Şövkət Hüseynova (azərb. Hüseynova Şövkət Əli qızı‎) — yazıçı, alim, “Xəzərin səsi” qəzetinin baş redaktoru, Prezident mükafatçısı Şövkət Hüseynova (Şövkət) 1955-cü il noyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Filologiya üzrə fəlsəfə doktorudur. “Müasir satirik nəsrimizin inkişafı” (40-70-ci illər Mir Cəlal) doktorluq dissertasiyasını başa çatdırmışdır. Təhsil aldığı və sonrakı illərdə respublikanın müxtəlif mətbuat orqanlarında müxbir, şöbə müdiri kimi çalışıb. “Xəzərin səsi” qəzetinin baş redaktoru olmuşdur. “Azərbalıq” Dövlət Konsernində mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır. 80-ci illərin əvvəllərindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin elmi-metodiki mərkəzinin repertyor-redaksiya nəşriyyat şöbəsində metodist, sonralar isə şöbə müdiri vəzifəsində çalışmışdır. Dövlət tədbirlərindən olan Novruz şənliklərinin ssenarisini, görkəmli dövlət adamlarından Adil Babayevin, Şövkət Ələkbərovanın, Əli Zeynalovun, Mirvari Novruzovanın, Leyla Bədirbəylinin, İslam Səfərlinin və digərlərinin yubiley gecələrinin ssenarisi onun təqdimatında tamaşaçıların ixtiyarına verilmişdir.
Şövkət Mirzəyev
Şavkat Mirimanoviç Mirziyoyev (özb. Shavkat Miromonovich Mirziyoyev; 24 iyul 1957, Zaamin rayonu[d]) — Özbəkistan Respublikasının 2-ci Prezidenti (14 dekabr 2016-cı ildən). Şövkət Mirziyoyev 24 iyul 1957-ci ildə Özbəkistan SSR-in Cizzəx vilayətinin Zaamin rayonunda anadan olmuşdur. 1976–1981-ci illərdə Daşkənd İrriqasiya və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitunda mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. Şövkət Mirziyoyev 1981–1992-ci illərdə həmin institutda kiçik elmi işçidən başlayaraq, İnstitutun birinci prorektor vəzifəsinə qədər yüksəlmişdir. Şövkət Mirziyoyev 1992–1996-cı illərdə Daşkənd şəhəri Mirzə Uluqbəy rayonunun hakimi işləmişdir. 1996–2001-ci illərdə Cizak vilayət hakimi olmuşdur. 2001–2003-cü illərdə Səmərqənd vilayət hakimi vəzifəsində çalışmışdır. Şövkət Mirziyoyev 11 dekabr 2003-cü ildə Özbəkistan Respublikasının Baş Naziri vəzifəsinə təyin olunmuşdur. 14 dekabr 2016-cı ildən Özbəkistan Respublikasının 2-ci Prezidentidir.
Şövkət Məmmədova
Şövkət Həsən qızı Məmmədova (18 aprel 1897, Tiflis – 8 iyun 1981, Bakı) — Azərbaycanın ilk peşəkar qadın müğənnisi (lirik koloratur soprano), ilk opera aktrisası, teatr xadimi. SSRİ xalq artisti (1938), Azərbaycan SSR Ali Sovetinin (1–4 çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir. Şövkət Məmmədova indiki Gürcüstanın Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Atası Şövkətin musiqiyə qarşı olan istəyi hiss edib, milyonçu H. Z. Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sonanın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Şövkət Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirirdi. Həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa etdi. Konsertdən əldə olunan pul Şövkət Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi.
Şövkət Seyidzadə
Şövkət Veyis qızı Seyidzadə — şairə. Şövkət Veyis qızı Seyidzadə 5 sentyabr 1942-ci ildə Agdaşda anadan olub. 1959-cu ildə 10 illik məktəbi bitirib, 1960-cı ildə M. F. Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1965-ci ildə İnstitutun "Avropa dilləri" fakültəsinin ingilis dili şöbəsini bitirib, Mingəçevir, Sumqayıt məktəblərində işləyib. 1976-cı ildən Bakı Xarici Dillər İnstitutunda müəllim işləyib. 1984-cü ildən 1996-cı ilə qədər Bakı Politexnik Texnikumunda və Bakı Maşınqayırma Texnikumunda işləyərək ildən təqaüdə çıxıb. Şövkət xanım şair təbiətlidir, poeziya duyumludur — şeirin müxtəlif janrlarında qələmini sınamışdır, bu sahədə çox yüksək istedada malik olduğunu sübut etmişdir. O, nəinki Azərbaycan dilində, hətta rus və ingilis dillərində də səviyyəli şerlərin müəllifidir. Bütöv Azərbaycan qəzeti, № 14(146), 25–30 aprel 2012-ci il.
Aliyə Şövkət
Aliyə Martin Şövkət (18 aprel 1989, Riversayd[d], Kaliforniya) — aktrisa. Aliyə Şövkət 18 aprel 1989-cu ildə Kaliforniya Ştatının Riversayd şəhərində anadan olmuşdur. Aliyə ata tərəfdən İraq ərəblərindən, ana tərəfdən irland mənşəlidir. Aliyəninin babası məşhur ABŞ aktyoru Pol Brukun anası irland əsilli olmuşdur .
Şövkət Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Şövkət Tağıyeva
Şövkət Əzizağa qızı Tağıyeva (11 iyun 1926 — 11 iyun 2015) - Azərbaycanın tanınmış tarixçi-şərqşünas alimi, professoru,Şərqşünaslıq İnstitutunda Cənubi Azərbaycan tarixi şöbəsinin rəhbəri olub.Milli azadlıq hərəkatında, Müsavat Partiyasının bərpasında yaxından iştirak edib. Müsavat Partiyasının Məclis və Divan üzvü olub.Elmi fəaliyyətinə İranda, o cümlədən Güney Azərbaycanda Milli Azadlıq Hərəkatları tarixi üzrə tədqiqatlarla başlayıb, Moskvada namizədlik dissertasiyası müdafiə edib, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqaləsini Azərbaycanda, 16 məqaləsi Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap edirib. Elmi fəaliyyətə İranda, o sıradan, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlamış, Moskvada namizədlik dissertasiyası müdafiə etmiş, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqalə respublikada, 16 məqalə Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap etdirmişdir. Problemlə bağlı respublikada və xaricdə elmi konfrans və seminarlarda məruzə və çıxışlar etmişdir. Elmi fəaliyyətdə aparıçı istiqamətlərdən biri İranda aqrar münasibətlər problemidir. Problemlə bağlı 2 monoqrafiya, 12 məqalə və tezislər çap edilmiş, elmi toplantılarda çıxışlar edilmişdir. Bu sahədə axtarışlarını "XİX əsrin sonu və XX əsrin əvvəllərində İranda aqrar münasibətlər" adlı doktorluq disertasiyasında cəmləmiş və 1967-ci ildə Bakıda müdafiə etmişdir. Elmi yığıncaqlarda Güney Azərbaycanla bağlı fəaliyyəti aparıcı yer tutmuşdur. Respublikada və ondan kənarda Güneyazərbaycanşunaslıq elmi məktəbinin yaradıcısı kimi tanınır. 1976-1991-ci illərdə AMEA-nın Şərqşunaslıq İnstitutunda fəaliyyət göstərmiş, "Cənubi Azərbaycan tarixi şöbəsi" nin yaradıcısı və rəhbəri olmuş, bu sahədə elmlər namizədləri yetişdirmişdir.
Şövkət Təmiz
Şövkət Təmiz (1 sentyabr 1970) — PS və Brüssel-Kapital millət vəkili olan belçikalı siyasətçi. Şövkət Təmiz 1 sentyabr 1970-ci ildə Türkiyədə anadan olmuşdur, ancaq bir neçə il sonra ailəsi ilə Belçikaya köçmüşdür. Peşəkar olaraq dövlət qulluqçusu oldu. O, PS üçün siyasi cəhətdən aktiv olub. 2006-cı ildə bu partiya üçün Brüsselə seçildi. 2014-cü ildən bəri Brüssel-Kapital Məclisinin üzvüdür.
Şövkət Yalqun
Şövkət Yalqun 7 fevral 1993-cü ildə Artuşda anadan olan Çin Super Liqasında Quanjou FK-da oynayan uyğur futbolçudur. Şövkət Yalqun 2012-ci ilin yanvar ayında 100.000 yuan qonorarla Çin Super Liqasının tərəfdaşı Qunajou FK-ya transfer olundu. 2012 liqası mövsümü üçün qeydiyyatdan keçmək üçün Memet Ali adından istifadə etdi. Böyük debütü 30 Mart 2012-ci ildə "Şanxay Şenhua FK" ilə səfərdə 1-0 məğlub edərək 81-ci dəqiqədə Qao Linin əvəzinə çıxmaqla etdi. Ancaq, italyan menecer Marsello Lippi komandaya rəhbərlik etdikdən sonra ehtiyat komandada oynamağa göndərildi. Şövkət 2012 mövsümündə altı liqada meydana çıxdı. 2013-cü ilin əvvəllərində Şövkətin oynadığı komanda liqada qeydiyyatdan keçən zaman Ali üçün fərqli bir addan istifadə etdiyini bildirəndə yaş mübahisəsinə qarışdı. Komanda bu barədə Çin Futbol Birliyinə məlumat verdi. 2013-cü ilin mart ayında yaş saxtalaşdırılmasına görə üç aylıq qadağa aldı. 10 iyul 2013-cü ildə komandanın "Dalian Ruylonq"u 7-1 məğlub etdiyi 2013 Çin FA Kubokunun dördüncü turunda meydana qayıtdı.
Şövkət Əbdüsalamov
Şövkət Faziloviç Əbdüsalamov (özb. Shavkat Fozilovich Abdusalamov, rus. Шавкат Фазилович Абдусаламов; 28 aprel 1936, Daşkənd) — SSRİ, Özbəkistan və Rusiya rəssamı, aktyoru, yazıçısı, rejissoru. Şövkət Faziloviç Əbdüsalamov 28 aprel 1936-cı ildə Özbəkistan SSR-nin Daşkənd şəhərində anadan olmuşdur. O, 1966-cı ildə VGİK-i bitirmişdir. İlk fərdi sərgisi 1972-ci ildə baş tutmuş, lakin rəsmlərin dini mövzularına görə tez bağlanmışdır. Onun rəsm əsərləri Tretyakov qalereyasında, ABŞ-da Nensi və Norton Dodc kolleksiyasında saxlanılır. 2000-ci ildə Əbdüsalamovun "<i>Təkbaş</i>" romanı Rusiya Buker mükafatının siyahısında idi. 2002-ci ildə rəssam "Sukrovitsa" filmini çəkərək rejissor kimi fəaliyyətə başlamışdır. Rusiya Federasiyası Hökumətinin 2011-ci il üçün mədəniyyət sahəsində mükafatı Отшельник Такваш.
Şövkət Ələkbərova
Şövkət Feyzulla qızı Ələkbərova (20 oktyabr 1922, Bakı – 7 fevral 1993, Bakı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR xalq artisti (1959). Şövkət Feyzulla qızı Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olmuşdur. Onun anası qızlardan ibarət orkestrdə tar çalırdı və qızını tez-tez məşqlərə aparırdı. Atası xalq musiqimizi, muğam və aşıq musiqisini sevən bir adam idi. Şövkət Ələkbərovada kiçik yaşlarından musiqiyə böyük maraq yaranmışdır. Məhz bu maraq 12 yaşında onu musiqi məktəbinin kamança sinfinə gətirmişdir. Tezliklə onların evində tar, kamança və qardaşının ifasında zərb alətindən ibarət xalq üçlüyü yaranır. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdiktən sonra səhnə yaradıcılığına başlamışdır. 1938–1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir.
Şövkət Seydamətov
Şövkət Seydamətov (ukr. Zofia Albinowska-Minkiewiczow; 19 aprel 1954, Buxara vilayəti) — Krım tatar əsilli sovet və ukraynalı teatr, kino və incəsənət və sənətkarlıq rəssamı. Özbəkistanın Buxara vilayətinin Narpay kəndində deportasiya olunmuş Krım tatarlarının ailəsində anadan olub. 1957-ci ildə ailəsi ilə birlikdə Tacikistan SSR-in Leninabad vilayətinə köçüb. 1972-ci ildə Düşənbə (Tacikistan) M. Olimov adına Respublika Rəssamlıq Texnikumuna daxil olmuş və 1976-cı ildə oranı bitirmişdir. O, Leninabad İncəsənət Fonduna göndərilib, burada dizayn işləri ilə məşğul olub, keramika sənətinə yiyələnib, monumental rəngkarlıq işləri aparıb. Həmin 1976-cı ildən rayon və respublika sərgilərində iştirak etmişdir. 1992-ci ildə SSRİ-nin dağılmasından sonra Krıma qayıdıb, Simferopol vilayətinin Dubki kəndində məskunlaşıb. 1993-cü ildən Krım Tatar Musiqili Dram Teatrında çalışır, 1994-cü ildən teatrın baş rəssamıdır. 1993-2004-cü illərdə teatrın səhnələşdirdiyi tamaşaların əksəriyyətini Şövkət Seydamətov hazırlayıb.
Belkıs Şövkət
Belkıs Şövkət və ya Belkıs Şövkət Xanım — təyyarəyə minən ilk türk qadını və qadın fəalı. Belkıs Şövkət 1 dekabr 1913-cü ildə ilk türk qadını kimi təyyarəyə minərək tarixə düşüb. De Babası II Mahmudun vəzirlərindən Əli Namık Paşa olub. Ata Paşanın oğlu Şövkət bəyin, yaxud bəzi başqa mənbələrə görə Ata Paşanın qızı idi. Belkıs Şevket Hanım aynı zamanda bir çocuk terbiyecisi Belkıs Şövkət Xanım həm də uşaq tərbiyəçisi, musiqi müəllimi və yazıçı idi. O, ingilis dilini də yaxşı bilirdi. İkinci Məşrutiyyətin elan edilməsindən sonra İstanbulda bəzi türk qadınları 1913-cü ildə Osmanlı Hüquqlarını Müdafiə Nisvan Cəmiyyətini (Qadınların Hüquqlarını Müdafiə Dərnəyi) qurdular. Bu cəmiyyət “Qadın dünyası” adlı jurnal da çıxarırdı. Belkıs Şövkət xanım da bu dərnəyin fəal üzvü və "Qadın Dünyası" jurnalının yazarlarından biri idi. Dərnək vasitəsilə həm türk qadınlarını təbliğ etmək, həm də Osmanlı ordusuna təyyarə hədiyyə edə biləcək yardım toplamaq üçün səylər göstərirdi.
Şövkət Babayeva
Şövkət Ələkbər qızı Babayeva, — Azərbaycan tar ifaçısı, mühəndis konstruktor. Şövkət Babayeva 1924-cü il mayın 15-də Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil oldu. Uzeyir Hacıbəyovun təşəbbüsü və dəstəyi ilə, Şövkət xanım, xalq çalğı alətləri incələrini öyrənən ilk qadın ifaçılardan biri olmağa nail oldu. Təhsilini başa vurduqdan sonra, 1947 illdə № 2 uşaq musiqi məktəbində tar dərsləri keçməyə başlamışdır, onun tələbələrinin arasında məşhur diplomat Ramiz Abutalıbovda olmuşdur. 1940-cı illərin axırı və 1950-ci illərin əvvəllərində, bəstəkar və dirijor Səid Rüstəmovun dəvəti ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinda üzv oldu və orkestrla birlikdə uğurla bir sıra konsertlərə imza atdı. 1954-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olundu və 1959-cu ildə Sənayə və Mülki Tikinti təhsilini tamamladı. Təhsilini başa vurduqdan sonra, onun mühəndis karyerası başladı. Səhnə karyerasını bitirdikdən sonra Şövkət Babayeva "Bakgiproqor" Layihə İnstitutunda mühəndis konstruktor kimi işləməyə başladı.Uzun illər boyu Bakı şəhərinin şəhər planlaşdırılması və inkişafına səmərəli töhfə verdi. Onun fəaliyyəti, şəhərin memarlığında dayanılmaz izlər qoymuşdur.
Lalə Şövkət Hacıyeva
Lalə Şövkət (və ya Lalə Hacıyeva; 7 noyabr 1951, Bakı) — Azərbaycanın Dövlət Katibi (7 iyul 1993 – 29 yanvar 1994), Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Liberal Partiyası və Milli Birlik Hərəkatının lideri, Azadlıq Siyasi Blokunun həmtəsisçisi. Lalə Şövkət 1951-ci il noyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Babası — Müslüm bəy Xəlifəbəyli Quba bəylərindən olmuşdur. Müslüm bəy Hacıbala bəy oğlu Quba şəhərində anadan olmuşdu. O, II Nikolayın dövründə yüzbaşı idi. Bəzi mülahizələrə görə Quba hakimi Fətəli xanın nəslindədir. Qubada vəfat etmişdir. Atası — Şövkət bəy Müslüm bəy oğlu Hacıyev Xəlifəbəyli nəslindəndir. Azərbaycan Xalq Azadlıq Partiyasının yaradıcılarından biri və partiyanın rəhbəri olmuşdur (1940-cı il, Quba). Bu partiya 1948-ci ildən "MARS" -Müstəqil Azərbaycan Respublikasının Səadət Partiyası adı ilə gizli fəaliyyət göstərib.
Mahmud Şövkət Paşa
Mahmud Şövkət Paşa (1856[…], Bağdad, Bağdad əyaləti[d] – 11 iyun 1913, Konstantinopol) — Osmanlı hərb və dövlət xadimi. 31 mart hadisəsi kimi tanınan üsyanın yatırılmasında və II Əbdülhəmidin taxtdan endirilməsində rol oynamış, V Mehmet Rəşad səltənətində 23 yanvar 1913 – 11 iyun 1913 tarixləri arasında dörd ay on doqquz gün sədrəzəmlik etmişdir. 1856-cı ildə Bağdadda anadan olub. Tbilisili Hacı Talib Ağanın nəvəsi, Fars mutasarrıfı Kındhudazadə Süleyman Faiq bəyin oğludur. Ata tərəfindən nəsli İraqa yerləşmiş Gürcü mənşəli bir ailəyə bağlıdır. İlk və orta təhsilini Bağdadda tamamladıqdan sonra İstanbula getdi. 1882-ci ildə kapitan olaraq Məktəbi Hərbiyyəni bitirdikdən sonra bir müddət Giritdə fəaliyyət göstərib, ertəsi il Məktəbi Hərbidə müəllimliyə başlamışdır. Bir müddət Baron von der Goltzun altında çalışdı, silah satın alma komissiyasının üzvü kimi Almaniyaya getdi. 1884-cü ildə kolağası, 1886-cı ildə mayor, 1889-cu ild polkovnik-leytenant oldu. 1891-ci ildə miralaylığa yüksəlib.
Mahmud Şövkət Əfəndi
Mahmud Şövkət Əfəndi (20 iyul 1903, Konstantinopol – 1 fevral 1973 və ya 1973, Overn-Rona-Alp, Fransa metropoliyası) — 33. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin oğlu, Osmanlı şahzadəsi. Dövrün Osmanlı ailə rəisi Əbdülməcid Əfəndi tərəfindən ailə fərdliyindən çıxarılmışdır. Şahzadə Mahmud Şövkət Əfəndi 1903-cü ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləzizin kiçik oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə onun ikinci xanımı olan Nervaliter xanım idi. O da atası kimi dənizçiliyə maraqlı idi. Hətta yaşadığı villanın həyətində böyük bir hovuz inşa etdirmişdi. Hətta bir müddət Osmanlı donanmasında və Osmanlı hava qüvvələrində xidmət etmişdi. 21 yaşında bütün ailəsi ilə birlikdə ölkədən sürgün edilmişdi. Ancaq o əsnada evləri əhali tərəfindən yağmalandığı üçün yanlarında heç nə götürmədən yük gəmisiylə Krit adasına yollandılar.
Mehmed Şövkət Əfəndi
Mehmed Şövkət Əfəndi (5 iyun 1872, Dolmabağça sarayı – 22 oktyabr 1899) — 32. Osmanlı sultanı Əbdüləzizin beşinci oğlu, Osmanlı şahzadəsi. Şahzadə Mehmed Şövkət Əfəndi 1872-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdüləziz, anası isə onun üçüncü xanımı Neşərək xanım idi. 4 yaşında ikən atası taxtdan devrilmiş və bir neçə gün sonra şübhəli olaraq ölü tapılmışdı. V Muradın qısa səltənətinin ardından Ortaköydəki köşkdə yaşamağa başlayan Mehmed Şövkət Əfəndi ilk təhsilini 1879-cu ildə qardaşı Seyfəddin Əfəndi və bacısı Əsma Sultan, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 3 aprel 1890-cı ildə Fatmayı-nur xanımla evləndi və bu evlilikdən 1 oğlu dünyaya gəldi. Sultan Əbdüləzizin oğul nəsli məhz onun ailəsindən törəyib. Məzarı Sultan Mahmud türbəsindədir. Məzar daşının üzərinə aşağıdakı yazı yazılmışdır:Cennet mekân Sultan Abdülaziz Han Hazretlerinin mahdum-ı mükerremleri Şevket Efendi Hazretlerinin ruhuna Fatiha.
Sen-Menu
Sen-Menu (fr. Saint-Menoux) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03247. 2008-ci ildə əhalinin sayı 979 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 595 nəfər (15-64 yaş) arasında 442 nəfər iqtisadi cəhətdən, 153 hərəkətsiz (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 69.2%) idi. Fəal 442 nəfərdən 399 nəfər (209 kişi və 190 qadın) işləyir, 43 nəfər işsizdir (22 kişi və 21 qadın). 153 hərəkətsiz 32 nəfər arasında şagird və ya tələbə, 67 nəfər pensiyaçı, 54 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sent-Menu (rayon)
Sent-Menu (fr. Sainte-Menehould) — Fransanın Şampan-Ardenn regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Marna. Suprefektura — Sent-Menu. Rayon əhalisi 2006-cı ildə 14 144 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 14 nəf / km². Rayon sahəsi — 1021 km².
Soket
Soket (ing. Socket) — informasiya əldə etmə və ötürmə imkanı olan şəbəkə birləşməsinin sonlarından birinin modelidir. Tərkibinə görə soket bir çox əməliyyat sistemlərinə daxil edilmiş tətbiqi proqram interfeysidir. Windows-da WinSock adı ilə məlumdur (winsock.pas). Soket üçün İP protokolu üzrə kompyuterlər arasında əlaqədə ünvan və portdan istifadə olunur (soket ünvan və portdan ibarət yuvadır). İnformasiya mübadiləsində iki soketdən istifadə olunur – göndərənin soketi və alanın soketi.
Sovet
Sovet Sosialist Respublikaları İttifaqı, qısaca: Sovet İttifaqı və ya SSRİ (rus. Союз Советских Социалистических Республик, Советский Союз, СССР) — 1922–1991-ci illərdə əsasən indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlət. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm-leninizm – sol radikal sosialist ideologiyası olan dövlət olmuşdur. Rusiya İmperiyasının varisi olmuşdur. Ümumilikdə dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşmüşdür – 22 402 min km2. Əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olmuşdur (1989, 1 yanvar – 293 mln). SSRİ-nin ərazisinin əsas hissəsini Rusiya SFSR təşkil etmişdir. SSRİ-nin təşəkkül mərhələsində onun hüdudları daxilində 4 dövlət qurumu mövcud olmuşdur. Bunlar Rusiya SFSR, Belorusiya SSR, Ukrayna SSR və Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR-nin təmərküzləşdiyi Zaqafqaziya SFSR-dir. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR təşkil edilmişdir.
Dövlət Bayrağı Günü
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycan Respublikasının rəsmi dövlət bayramı. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir. 1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi: ABŞ veksilloloqu Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci il iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi: Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.
Şöhrət Vəkilov (dövlət xadimi)
Şöhrət Musa oğlu Vəkilov (8 may 1957, Qazax) — azərbaycanlı maliyyəçi, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müşaviri, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi (1994-1999), Azərbaycan Respublikası maliyyə nazirinin müavini (1992-1994). Şöhrət Musa oğlu Vəkilov 8 may 1957-ci ildə Azərbaycan SSR Qazax şəhərində doğulmuşdur. İlk təhsilini Qazax şəhər 4 saylı orta məktəbdə təhsil almışdır. İlk təhsil aldığı 4 saylı məktəb səkkizillik olduğu üçün 9/10-cu sinifləri 1 saylı Qazax orta məktəbində başa vurub. 1974-1978-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə-statistika fakültəsində təhsil alıb. 1978-1980-ci illərdə Rusiya SFSR-də həqiqi-hərbi xidmət keçib. Vəkilovlar ailəsinin üzvüdür. Ali təhsilini başa vurduqdan sonra Gəncə şəhər Maliyyə İdarəsində inspektor vəzifəsində çalışıb. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Bakıya gələrək Maliyyə Nazirliyində əmək fəaliyyətini davam etdirib. Ardınca Dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, şöbə müdiri kimi çalışıb.
Azərbaycanın Dövlət Bayrağı günü
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycan Respublikasının rəsmi dövlət bayramı. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir. 1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi: ABŞ veksilloloqu Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci il iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi: Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.
Dövlət Bayrağı Günü (Azərbaycan)
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü — Azərbaycan Respublikasının rəsmi dövlət bayramı. 2009-cu ildən etibarən noyabr ayının 9-da qeyd olunur. Qeyd olunma tarixi isə 1918-ci ilin 9 noyabrında AXC tərəfindən Azərbaycan bayrağının dövlət bayrağı kimi qəbul edilməsi əsasında təyin edilmişdir. 1918-i il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti quruldu. Onun əsas rəmzi olan bayraq haqqında da həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: Bu bayraq ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli dövlət bayrağı idi. Daha sonra Azərbaycan bayrağının dəyişməsi məsələsi qaldırıldı. 1918-ci il noyabrın 9-da Fətəli xan Xoyskinin hesabatı əsasında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında qərar qəbul edildi: ABŞ veksilloloqu Vitni Smitə görə bayrağın müəllifi Əli bəy Hüseynzadə idi. 1907-ci il iyul ayının 10-da Bakıda Hüseynzadənin nəşr etdiyi "Füyuzat" (bolluq, bərəkət mənasındadır) jurnalındakı bir məqaləsində "türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan mütəfəkkir Ziya Göyalp Üzeyir Hacıbəyov Azərbaycan Xalq Cümhuriyyətinin 1 illiyinə həsr olunmuş "Bir yaş" adlı məqaləsində milli bayraqdakı rənglərin mənasına toxunaraq deyirdi: Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.
Sen-Sovye
Sen-Sovye (fr. Saint-Sauvier) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03259. 2008-ci ildə əhalinin sayı 339 nəfər təşkil edirdi. 2007-ci ildə 198 yaşda (15-64 yaş arasında) 127 nəfər iqtisadi fəal, 71 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64.1%, 1999-cu ildə 65.8%). Fəal olan 127 nəfərdən 114 nəfəri (63 kişi və 51 qadın), 13 nəfəri işsizdir (4 kişi və 9 qadın). Aktiv olmayan 71 nəfər arasında şagird və ya tələbə, 37 nəfər təqaüdçü, 24 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Sen-Benua
Sen-Benua (rayon)
Sen-Benua (rayon)
Sen-Benua (fr. Saint-Benoît) — Fransanın Reyunyon regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Reyunyon. Suprefektura — Sen-Benua. Rayon əhalisi 2006-cı ildə 101 804 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 925 nəf / km². Rayon sahəsi — 736 km².
Sebu
Sebu (Cebú) — Filippinin ərazisinin böyüklüyünə görə ikinci şəhəri və eyniadlı adanın mərkəzi. Şəhərin əsası 1565-ci ildə qoyulub. Adanın kəşfi 1521-ci ildə gəmisi burada lövbər salmış Fernando Magellanın adı ilə bağlıdır.
Sena
Sena (fr. Seine [sɛn], lat. Sequana) — Fransanın şimalında çay, böyük nəqliyyat qovşağı. Uzunluğu — 776 km, sahəsi — 78,65 min km²-dir. Sena mənbəyini Burqundiyanın cənubundakı Lanqr dağından götürür və Paris sahəsində genişlənir. Parisdən sonra onun axın xətti əyilir. Qavr yaxınlığında La-Manş körfəzindəki Sen buxtasına tökülür. Çayın başlanğıcında dünyada ən uzun asma körpülərdən biri tikilib. Ona tökülən çaylar: sağdan — Ob, Marna, Uaza; sol tərəfdən — Yonna. Sendən gəmiçilik üçün geniş istifadə edilir.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Seyü
Seyyu (声優, seiyū) — Yaponiya səs aktyoru. Seyyular filmlər, video oyunlar və animelərdə personajları səsləndirirlər. Seyyular üçün hətta xüsusi kurslar tərtib olunur. Bəzən animedəki mahnıları da özləri oxuyur, anime bitdikdə disk buraxırlar. Uşaq və oğlan yeniyetmələrini də səsləndirmək mümkün olduğu üçün daha çox qadın seyyulara ehtiyac var.
Səna
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Şemu
Şemu (sözün kökü şam isti, şemet qızmar deməkdir) — Qədim Misir təqvimində bir mövsüm, istilərin düşmə vaxtı analmını verir. Yuxarı Misir üçün bu müddət fevral ayının əvvəllərinə, Nilin mənsəbində isə ortalarına dəlalət edir. Şemu mövsümünə Renutet, Xonsu, Xenti-xet və İpet-hemet ayları daxildir. Sülalə öncəsi dövrdən Orta padşahlıq dövrünədək bu mövsüm indiki təqvimlə fevralın əvvəlindən iyunun əvvəlinə qədər, Yeni padşahlıq dövründən başlayaraq, aprelin 28-dən avqusutun 25-nə qədər sürürdü.
Şato-Arnu-Sent-Oban
Şato-Arnu-Sent-Oban (fr. Château-Arnoux-Saint-Auban, oks. Castèu-Arnòs e Sant Auban) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Volon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04049. 2008-ci ildə əhalinin sayı 5270 nəfər təşkil edirdi. 2007-ci ildə 2997 yaş yaşında (15-64 yaş arasında) 2041 nəfər iqtisadi cəhətdən, 956 hərəkətsiz (fəaliyyət göstərici 68,1%, 1999-cu ildə 64.7%) idi. Fəal 2041 nəfərdən 1759 nəfər (946 kişi və 813 qadın), 282 nəfər işsiz (100 kişi və 182 qadın) idi.
Sent-Etyen-de-Sen-Juar
Sent-Etyen-de-Sen-Juar (fr. Saint-Étienne-de-Saint-Geoirs) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Eten-de-Sen-Juar kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38384. Kommunanın 1999-cu il üçün əhalisi 2 216 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 65 km cənub-şərqdə, Qrenobldan 34 km şimal-qərbdə yerləşir.