Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəqiqə
Dəqiqə — zaman ölçü vahidi. 1 dəqiqə = 60 saniyədir. == Həmçinin bax == Saat Saniyə == Ədəbiyyat == Henry Campbell Black, Black's Law Dictionary, 6th Edition, entry on Minute. West Publishing Company, St. Paul, Minnesota, 1991. Eric W. Weisstein.
Şəgiqə Soltan
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886-cı il, Bağçasaray, Rusiya imperiyası — 31 avqust 1975-ci il, İstanbul, Türkiyə) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Кadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. == Həyatı == 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Dövr dəqiqə
Dəqiqədə edilən dövriyyə sayı (dövr/dəq, 1/dəq, dəq−1, həmçinin rpm [revolutions per minute]) — Dərəcə tezliyinin ölçü vahidi (sabit ox ətrafında baş verən tam dövriyyələrin sayı). Mexaniki komponentlərin fırlanma sürətini ölçmək üçün istifadə olunur. Həmçinin saniyədə dövrlər sayı istifadə olunur (simvollar: dəq/s və ya s−1). Dəqiqədəki dövrlər sayı 60-a bölünmə ilə saniyədə dövrlər sayına çevrilir. Əks dönüşüm: saniyədə dövrlər dəqiqədəki dövrlər sayına keçmək üçün 60 tərəfindən vurulur.
Dəqiqə evi
Dəqiqə evi və ya Dəqiqənin yanındakı ev (çex. Dům U Minuty) — Praqanın Köhnə Şəhər meydanı №2-də yerləşən tanınmış memarlıq abidəsi. Bina Köhnə Şəhər ratuşası və Qızıl buynuz evlərinin arasında yerləşir. Tikili Çexiya İntibah memarlıq üslubunun ən tipik nümunələrindəndir. Onun fundamenti XV əsrə aiddir və qotika üslubunda inşa olunmuşdu. XVI əsrdə isə Dəqiqə evi yenidənqurmaya məruz qalır. Həmin əsrdə də binanın dördüncü mərtəbəsinə ifadəli lünet karniz əlavə olunur. Karnizin həcmi elə də böyük olmadığından, evin ümumi quruluşu və ansamblı pozulmur. Əlbəttə ki, "Dəqiqə evi" haqqda ilk dəfə eşidən insanlar onun qeyri-adi adına diqqətlə nəzər yetirilər. Və evin adının tarixi həqiqətən də çox maraqlıdır.
Şəfiqə Axundova
Şəfiqə Qulam qızı Axundova (21 yanvar 1924, Nuxa – 26 iyul 2013, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (1998), "Şöhrət" ordeni laureatı (2005). Şərqdə ilk opera yazan qadın bəstəkar hesab olunur. == Həyatı == Şəfiqə Axundova 1924-cü ildə qədim Şəkinin sayılıb-seçilən Axundovlar ailəsində dünyaya göz açıb. Atası Qulam Axundov dövrünün tanınmış ziyalısı idi. Müəyyən illərdə partiya işində, rəhbər vəzifələrdə çalışmışdı. Anası Züleyxa xanım isə evdar qadın idi. Bakıdakı 173 saylı məktəbdə təhsilini davam etdirərkən musiqi məktəbinə də daxil olur. Sənət taleyinin uğurlu olmasını Şəfiqə xanım bacısı Zümrüdün adı ilə bağlayırdı. Zümrüd xanım böyük ədəbiyyatşünas alim, tənqidçi, akademik Məmməd Arif Dadaşzadənin həyat yoldaşı idi. Dadaşzadənin evində dövrün görkəmli ziyalıları yoldaşları ilə tez-tez qonaq olurdular və bacısı Şəfiqəyə qonaqlar üçün royalda musiqi ifa etməyi tapşırardı.
Şəfiqə Ağayeva
Ağayeva Şəfiqə Əli qızı (1918, Ağdamkənd, Ağdam rayonu – 1983) – Azərbaycan jurnalisti, tərcüməçi, nəşriyyat işçisi, pedaqoq. == Həyatı == Yelizavetpol (Gəncə) quberniyası Cavanşir qəzasının Ağdam kəndində müəllim ailəsində doğulmuş. Kəndində orta, Ağdam pedaqoji texnikomunda və Azərbaycan Tibb İnstitutunda ali təhsil almışdır. == İctimai Fəaliyyəti == 1934–83-cü illərdə "Lenin yolu" qəzetində (Ağdam Şəhəri), " Qızıl əsgər", " Gənc işçi" qəzetlərinin," Azərbaycan qadını jurnalı"nın redaksiyalarında ədəbi işçi, şöbə müdiri, redaktor, Azərbaycan KP MK-da, respublika Baş Mətbuat idarəsində, "Uşaqgəncnəşr" və "Azərbaycan Pioneri" qəzeti redaksiyasında məsul vəzifələrdə işləmişdir. Əsasən rus ədəiyyatından tərcümələr etmişdir. Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.
Şəfiqə Eyvazova
Şəfiqə Alxas qızı Eyvazova (9 mart 1947, Bakı) — Azərbaycan kamançaçalanı, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Eyvazova Şəfiqə Alxas qızı 9 mart 1947-ci ildə Bakıda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1963–1976-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın (hazırda Ə. Dadaşov adına) solisti olmuşdur. == Fəaliyyəti == 1965-ci ildən solo konsertlərlə çıxış edir. Repertuarına "Rast", "Cahargah", "Rahab", "Şur", "Şüştər" və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. SSRİ xalqlarının folklor musiqisi festivalında (1978, Bişkek; 1979, Moskva), musiqişünasların Beynəlxalq simpoziumunda (1987, Səmərqənd), eləcə də YUNESKO xətti ilə ABŞ-də keçirilən "Şərq xalqlarının musiqi folkloru" festivalında (1988, Alim Qasımov və Ramiz Quliyevlə birgə) iştirak etmişdir. 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deyir. Eyvazova bir çox xarici ölkələrdə (ABŞ, İsveçrə, Almaniya, Fransa, Polşa, Belçika, İtaliya, Əfqanıstan və s.) qastrolda olmuşdur.
Şəfiqə Məmmədova
Şəfiqə Haşım qızı Məmmədova (30 mart 1945, Dərbənd, Dağıstan MSSR) — Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri (2012). == Həyatı == Şəfiqə Məmmədova 30 mart 1945-ci ildə Dağıstanın Dərbənd şəhərində doğulub. Azərbaycan Dövlət Teatr İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirib (1968). Anarın "Şəhərin yay günləri" pyesinin tamaşasındakı Dilarə roluna görə Azərbaycan Dövlət mükafatına (1980), Rasim Ocaqovun çəkdiyi "İstintaq" filmindəki müstəntiqin arvadı obrazına görə isə SSRİ Dövlət mükafatına (1981) layiq görülüb. Azərbaycan Milli Dram Teatrının truppasına 1968-ci ildə qəbul olunub. Aktrisa Uilyam Şekspirin "Hamlet" (Gertruda), Aleksandr Şirvanzadənin "Nakam qız" (Sona), Lev Tolstoyun "Canlı meyit" (Maşa), Çingiz Aytmatovun "Ana torpağı" (Cenşengülün arvadı), Hüseyn Cavidin "Xəyyam" (Sevda), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Pırpız Sona), Fridrix Şillerin "Məkr və məhəbbət" (Ledi Milford), Yucin O'Nilin "Qızıl" (Süzen) faciələrində, İlyas Əfəndiyevin "Bağlardan gələn səs" (Gülcan), "Mənim günahım" (Nurcahan), "Məhv olmuş gündəliklər" (Anjel), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (Nihal), İmran Qasımovun "Nağıl başlananda" (Tahirə) lirik-psixoloji dramlarında, Mirzə İbrahimovun "Bəşərin komediyası və ya Don Juan" (Teadora), Maksim Qorkinin "Meşşanlar" (Yelena Nikolayevna), Səməd Vurğunun "İnsan" (Nataşa), Raço Stoyanovun "Qısqanc ürəklər" (Milkana), Cəfər Cabbarlının "Aydın" (Gültəkin), Nikolay Poqodinin "Zamanın hökmü" (İrina), Əkrəm Əylislinin "Yastı təpə" (Bəyaz) pyeslərində cazibədar səhnə obrazları yaradıb. Yaradıcılığının parlaq dövründə, 1980-ci ildə aktrisa ailə qayğıları ilə bağlı teatrdan uzaqlaşaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (keçmiş Teatr İnstitutu) pedaqoji fəaliyyətə başlayıb. Şəfiqə Məmmədova "Qaraca Qız" (Qız), "Dədə Qorqud" (Burla xatun), "İstintaq" (Gülya), "Bizim Cəbiş müəllim" (Cəbişin arvadı), "Ad günü" (Fəridə), "Çarvadarların izi ilə" (Səriyyə) bədii filmlərinə çəkilib. Azərbaycan Respublikası I çağırış Milli Məclisinun deputatı olub (1995–2000). 2012-ci ildə yeni yaradılmış Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ilk sədri seçilmişdir.
Şəfiqə Qaspiralı
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886-cı il, Bağçasaray, Rusiya imperiyası — 31 avqust 1975-ci il, İstanbul, Türkiyə) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Кadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. == Həyatı == 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Şəfiqə Qasprinskaya

Şəfiqə Qaspıralı

Şəfiqə Qasımova
Şəfiqə Qasım qızı Qasımova (5 dekabr 1924, Bakı – 3 aprel 2008, Bakı) — azərbaycanlı aktrisa, Azərbaycan SSR əməkdar artisti (1960). == Həyatı == Şəfiqə Qasımova 5 dekabr 1924-cü ildə Bakı şəhərində dünyaya qəlmişdir. Kommunist rejiminin siyasəti nəticəsində imkansızlaşmış Qasımbəyovlar ailəsində anadan olmuşdur. Balaca yaşlarında valideynlərini itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. 14 yaşında, Maestro Niyazinin bədii rəhbəri, Həbib İsmayılovun baş rejissoru olduğu Musiqili Komediya Teatrının xorunda çalışmağa başlamışdır (1939-1940). Həm Azərbaycan, həm də rus bölməsində oxumuşdur. Gözəl səsə malik olduğundan Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın xor kapellasına dəvət etmişdir. Cahangir Cahangirovun bədii rəhbəri olduğu Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, "Sazçı qızlar" ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləmişdir (1940-1942). İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunmuş və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edilmişdir (1942-1949-cu illərdə xor truppasında işləmişdir). Opera səhnəsində (1953-1956-cı illərdə solist kimi) Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Asiya, "Koroğlu"da Xanəndə qız, Fikrət Əmirovun "Sevil"ində Gülüş və Tafta, bir çox rus operalarında bir cox partiyaları ifa etmiş, obrazlar yaratmışdır.
Şəfiqə Qutluər
Şəfiqə Qutluər, Sehrli fleyta (Sihirli Flüt) ləqəbli Türkiyəli fleyta sənətkarıdır. Türkiyə Respublikası Dövlət Sənətkarıdır. 2010-cu ildən görə ki Şefika Kutluer adına Beynəlxalq Festivalı baş verir. Ankarada doğulmuşdur. Anası institut məzunu bir ev xanımıdır, atası Prizrəndən (bugünkü Kosovo) köçmüş bir mağaza sahibkarıdır. Atasının dostu Ulvi Cemal Erkin sayəsində instrumental musiqi təhsilinə başlayıb. 1979-cu ildə Ankara Dövlət Konservatoriyasını bitirib. Müxtəlif müfakatların və kompakt disklərin sahibidir.
Şəfiqə Topçiyeva
Şəfiqə Ənvərovna Topçiyeva (1 aprel 1951) — AMEA Zoologiya İnstitutunun baş elmi işçisi, biologiya elmləri doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki (Rusiya). == Həyatı == Topçiyeva Şəfiqə Ənvərovna 1 aprel 1951-ci ildə Tiflis şəhərində anadan olub. 1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1988-ci ildə "Erinitin, izosorbid dinitrat və izisorbid-5-mononitratın farmakokinetikası" mövzusunda namizədlik dissertasiyasını Moskva şəhərində Seçenov adına 1-ci Tibb İnstitutunda müvəffəqiyyətlə müdafiə etmişdi. 2003-cü ildə "Zaqafqaziya gürzəsi (Vipera lebetina obtusa) zəhərinin biokimyəvi və farmakokinetik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının A. İ. Qarayev adına Fiziologiya İnstitutunun nəzdindəki Dissertasiya Şurasında müdafiə etmışdir. Beynəlxalq Ekoenergetika Akademiyasının professoru, Beynəlxalq Ekologiya və Həyat fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının akademiki (Rusiya), AMEA İnnovasiya və Kommersializasiya Texnologiyaları Mərkəzinin direktor müavini. Kommersializasiya texnologiyaları üzrə baş mütəxəssis. Ş. Ə. Topçiyeva 1993-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunda elmi işçi vəzifəsində işləyib. O, 1994–1995-ci tədris illərində Azərbaycan Tibb Universitetinin klinik farmakologiya kafedrasında molekulyar farmakologiyadan dərs demişdir. 2005-ci ildən Zoologiya İnstitutunda baş elmi işçi fəzifəsində işləyib.
Şəfiqə Yusifbəyli
Şəfiqə Qasprinskaya, Şəfiqə Qaspıralı (krımtat. Şefiqa Gasprinskaya, Şefiqa Gaspıralı, (14 oktyabr 1886-cı il, Bağçasaray, Rusiya imperiyası — 31 avqust 1975-ci il, İstanbul, Türkiyə) — XX əsrin əvvəllərində Krımda fəaliyyət göstərən krım tatarlarının "Krım müsəlman qadınlarının icraiyyə komitəsi"nin lideri ("Кadınlar günü"). Məşhur Krım tatar ictimai xadimi İsmayıl Qaspıralının qızı, Azərbaycan ictimai siyasi xadimi Nəsib bəy Yusifbəylinin həyat yoldaşıdır. == Həyatı == 14 oktyabr 1886-cı ildə Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olur. Şəfiqə xanım mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu "Tərcüman" qəzeti vasitəsilə gəlir. Sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş Nəsib bəy Yusifbəyli ilə Şəfiqə xanım 1902-ci ildə Bağçasarayda tanış olublar. Həmin dönəmdə İmperator Novorosiyski Universitetində təhsil alan tələbələr Krımda olarkən Qaspıralının ziyarətinə gəlirlər. Hüquq təhsil alan Nəsib bəy bu tanışlıqdan sonra Şəfiqə xanımla məktublaşmağa başlayır, daha sonra isə "Tərcüman" qəzetinin iyirmi illik yubileyinə dəvət edilir. 1906-cı ildə Nəsib bəylə Şəfiqə xanım ailə həyatı qururlar. Həmin ilin sentyabrında gənc ailə Gəncəyə gəlir, burada Şəfiqə xanım Nəsib bəyin ailəsi ilə tanış olur, daha sonra isə birlikdə yenidən Krıma qayıdırlar.
Şəfiqə Zeynalova
Zeynalova Şəfiqə Mikayıl qızı (26 iyun 1922, Bakı – 1 may 1979, Bakı) — Azərbaycan SSR əməkdar memarı (1976); Moskva Memarlıq İnstitutunu bitirmiş ilk azərbaycanlı qadın. == Həyatı == Şəfiqə Zeynalova 26 iyun 1922-ci ildə Bakıda anadan olub. 1949-cu ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitunu bitirmişdir. Şəfiqə Zeynalova 11 may 1979-cu ildə Bakıda vəfat edib. == Karyerası == 1942–1943-cü illərdə orta məktəbdə riyaziyyat müəllimi işləyən Şəfiqənin memar olmasını M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmasını məhz o məsləhət görmüşdü. Şəfiqə Zeynalova ali məktəbi bitirəndən sonra əmək fəaliyyətinə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında memar kimi başladı. 1946–1948-ci illərdə tikilmiş Uşaq dəmir yolu ("Gənclik" metrosu rayonunda, Zooparkın yanında yerləşirdi, indi sökülüb) memarın sevdiyi işlərdən biri idi. Şəfiqə Zeynalova 1945–1949-cu illərdə "Azərdövlətlayihə" institutunda fəaliyyətini davam etdirdi. O, 1946-cı ildə SSRİ Memarlar İttifaqı üzvlüyünə qəbul edildi. Şəfiqə Zeynalova 1949–1952-ci illərdə Moskva Memarlıq İnstitutu Memarlıq təkmilləşdiilməsi fakültəsinin dinləyicisi oldu.
Şəfiqə İsmayılzadə
Şəfiqə İsa qızı İsmayılzadə (1918-2004) - Tibb elmləri doktoru == Həyatı == 1939-cu ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1952-ci ildən Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna qəbul olunmuşdur. 1958-1989-cu illərdə Azərbaycan ET Oftalmologiya İnstitutunun gözün zədə şö’bəsinin müdiri vəzifəsində çalışırdı. O, müxtəlif zədələr nəticəsində baş verən görmə üzvünün dəyişiklikləri üzrə, sənaye və kənd təsərrüfatı şəraitində əmələ gələn gözün peşə patologiyası üzrə tədqiqatlara rəhbəri olmuşdur, bu mövzularda 70-dən artıq elmi əsər yaratmışdır, oftalmotravmatoloq kadrlarının hazırlanmasında iştirak etmişdir, onun rəhbərliyi ilə 2 namizədlik dissertasiya müdafiə olunmuşdur.
Şəfiqə Əfəndizadə
Şəfiqə Əfəndizadə (tam adı: Şəfiqə Məmmədəmin qızı Əfəndizadə; (Əsma Sultan Şeyxzadə); 1883, Azğur, Tiflis quberniyası – 1959, Bakı) — Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, maarif xadimi, yazıçı, publisist. == Həyatı == Azərbaycanın ilk maarifpərvər qadınlarından biri, pedaqoq, publisist və yazıçı Şəfiqə Məmmədəmin qızı Əfəndizadə 1883-cü il, may ayının 19-da Axaltsixe rayonunun Azğur kəndində tanınmış pedaqoq Hafiz Məmmədəmin Şeyxzadənin ailəsində anadan olmuşdur. İlk təhsilini evdə öz atasından almışdır. 1918-ci ilin martında bolşevik-daşnak quldurları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımdan sonra qaçqın düşmüş Qubada, Azqurda, İstanbulda yaşamışdır. Şəfiqə Əfəndizadə 1959-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == Hələ 1896-cı ildə 14 yaşında ikən Şəfiqə Əfəndizadə Nuxa şəhərində şəxsi qadın məktəbində dərs demişdir. Qafqaz Müsəlmanları Ruhani İdarəsində və Bakıda III Aleksandr kişi gimnaziyasında imtahan verərək ibtidai məktəbdə türk dili və şəriət müəllimi vəsiqəsi almışdır. 1901-ci ildə Tiflisdə Zaqafqaziya ruhani idarəsində müəllimlik attestatı almış və həmin ildən məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycan qadın təhsili tarixində ilk dəfə olaraq Bakı şəhərində yenicə yaradılmış rus-müsəlman qadın məktəbində ana dilindən dərs deməyə başlamışdır. Həmin məktəbdə 1910-cu ilə kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə o Azərbaycan müəllimlərinin I qurultayının iştirakçısı olmuşdur.
9 dəqiqə
9 dəqiqə filmi rejissorlar Xamiz Muradov və Tofiq Məmmədov tərəfindən 1999-cu ildə çəkilmişdir. Film "Azərkinovideo" istehsalat birliyinin sifarişilə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film ağır həyat şəraitinə məruz qalan qaçqınlardan bəhs edir. Burada doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılıb. Film 2000-ci ildə film "Humay" Mükafatına, 2003-cü ildə isə "Ən yaxşı sənədli film" nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb. == Məzmun == Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir. Burada həyat davam edir. Xəstə qoca radionu qoşur və radioda gedən verilişlər fonunda qapı ağzından görünən qatar vaqonlarının şütüyərək keçməsilə müəlliflər tamaşaçıya zamanın ötüb keçməsini izah edir. Ana uşağını doydurur, ayağını itirmiş müharibə veteranı nisgilli halda protezini taxır, nənə ip əyirir, uşaqlı ana xalça toxuyur. Burada şad günlər də olur, bəd günlər də.
Şəfiqə Əliyeva
Şəfiqə Əliyeva (1 dekabr 1930, Naxçıvan MSSR – 24 noyabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Heydər Əliyevin bacısı. == Həyatı == Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib. Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, "Canlı aləm haqqında əhvalatlar", "Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları" adlı kitabların müəllifidir. O, anası İzzət Əliyevaya həsr olunmuş "Mənim anam", qardaşı, mərhum akademik Aqil Əliyev haqqında "Xatirəyə dönən illərin işığında" kitablarını da qələmə alıb. Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, "Ziyalı" qəzetinin və "Elm və mədəniyyət" jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatına layiq görülüb. Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. == Şəcərəsi == Mirzə Əbdül Mirzə Əli Alagöz Məhəmməd Məşədi Əli Kərbəlayı Cəfər Əlirza == Ailəsi == Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev və Cəlal Əliyev, Rəfiqə Əliyevanın bacısıdır. İlham Əliyev, Sevil Əliyevanın bibisidir.
20 Dəqiqə (serial)
20 dəqiqə (türk. 20 Dakika) — Türkiyənin Star TV telekanalında yayımlanan teleserial. == Məzmun == Xoşbəxt ailə həyatı sürən cütlük üçün hər şey bir günün içində alt-üst olur. Bir gecə polis onların qapısını döyüb ailənin xanımı Mələk Halaskarı (Tuba Büyüküstün) törətmədiyi bir cinayətdə günahlandırır. Ailə başçısı Əli Halaskar (İlker Aksu) çarəsiz qalır. Onun həyat yoldaşının günahsız olduğunu sübut etməsi üçün 20 dəqiqə zamanı var. Tarix müəllimi olan Əli fəaliyyətə başlayır. == Surətlər == Melek Halaskar (Tuba Büyüküstün): Əlinin yeganə eşqi, iki uşaq anası və evin dirəyi. Əli daxil üç uşağa həm analıq həm atalıq edən, məsuliyyət sahibi, hər cür vəziyyəti idarə etməyi bacara bilən bir qadın. Yorulur amma həyatla döyüşməkdən imtina etmir.
20 dəqiqə (teleserial, 2013)

90 dəqiqə (film, 2012)
90 dəqiqə (norv. 90 minutter) — rejissor Eva Sorhauqun 2012-ci ildə ekranlaşdırdığı bədii film. Film Toronto Kino festivalında nümayiş etdirildikdən sonra dünya şöhrəti qazanmışdı. Filmin premyerası 21 sentyabr 2012-ci ildə baş tutmuşdu. Özünün ikinci tammetrajlı filmində, Eva Sorhauq cəsarətlə və kompromissizcəsinə "hər şeydən artıq doymuş" cəmiyyətin təhlükəli, qəzəbli, şiddətli və zorakı tərəfini göstərir. 90 dəqiqə — sadəcə olaraq "artıq gec olacaq" bir anın müşahidəsidir. Daha doğrusu isə 3 insanın həyatının son 90 dəqiqəsi haqqda. Sorhauq Mixail Haneke tərəfindən icad edilmiş metodlar üzrə spekulyasiya edir, buna baxmayaraq o açıqca göstərilən zorakılıqdan da imtina etmir; ümumilikdə Skandinav filmlərində belə qəddar səhnələri təsəvvür etmək çətindir. Kinotənqidçilər filmdə Alan Klarkla olan paralelləri həvəslə qeyd edirlər. == Filmin xülasəsi == Bu filmdə müxtəlif nəsillərdən bəhs edən 3 hekayə vardır: Birinci hekayə: Artıq qocalmış biznesmen Yohan çox güman ki, artıq müflis olub.
9 dəqiqə (film, 1999)
9 dəqiqə filmi rejissorlar Xamiz Muradov və Tofiq Məmmədov tərəfindən 1999-cu ildə çəkilmişdir. Film "Azərkinovideo" istehsalat birliyinin sifarişilə "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film ağır həyat şəraitinə məruz qalan qaçqınlardan bəhs edir. Burada doğma ocaqlarından didərgin düşmüş Azərbaycan qaçqınlarının çətin güzəranı canlandırılıb. Film 2000-ci ildə film "Humay" Mükafatına, 2003-cü ildə isə "Ən yaxşı sənədli film" nominasiyası üzrə “Qızıl Çıraq” Milli Kino Mükafatına layiq görülüb. == Məzmun == Film uzun illər vaqonlarda yaşamağa məcbur olan Azərbaycan qaçqınlarının həyat və məişətinə həsr edilmişdir. Burada həyat davam edir. Xəstə qoca radionu qoşur və radioda gedən verilişlər fonunda qapı ağzından görünən qatar vaqonlarının şütüyərək keçməsilə müəlliflər tamaşaçıya zamanın ötüb keçməsini izah edir. Ana uşağını doydurur, ayağını itirmiş müharibə veteranı nisgilli halda protezini taxır, nənə ip əyirir, uşaqlı ana xalça toxuyur. Burada şad günlər də olur, bəd günlər də.
Səqifə
Səqifə Banu Səidə (ərəb. سقيفة بني ساعدة‎) kimi bilinən Səqifə (ərəb. السقيفة‎‎) Qərbi Ərəbistan olan Hicazın Mədinə şəhərində Bəni-Xəzrəc tayfasının bir qrupu olan Bəni-Səqifə tərəfindən istifadə edilən tikili. Səqifə Məhəmməd Peyğəmbərdən sonra bəzi səhabələrin toplanaraq Əbu Bəkrə beyət edildiyi yer kimi əhəmiyyətlidir. Tədbirdə Məhəmmədin ailəsindən heç kim iştirak etmirdi və Şiə müsəlmanları tərəfindən inanılan Qədir-Xum hadisəsində Məhəmmədin ardıcılı elan edilən Əli ibn Əbu Talib hadisənin baş verdiyi zaman Məhəmmədin cənazə mərasimlərini yerinə yetirdi. == Arxa plan == Ölümündən bir qədər əvvəl Məhəmməd vida həcci ilə birlikdə müşayiət etmiş bütün müsəlmanları Qədr-Xum kimi tanınan yerdə toplamaq üçün çağırdı. Məhəmməd uzun bir xütbə söylədi: Ey insanlar! Qurana əməl edin və onun ayələrini dərk edin. Onun açıq ayələrinə baxın və onun qeyri-müəyyən hissələrinə əməl etməyin. Allahın izni ilə heç kəs onun xəbərdarlıqlarını və sirlərini açıqlaya bilməz, heç kim onun əlini tutduğumdan,yanıma gətirdiyimdən (əlini qaldıraraq) başqa bir şeyin təfsirini açıqlaya bilməz.Sizə bildirirəm ki,Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır.
Beş dəqiqə (film, 2015)
Bakı gecələri kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Kinoalmanaxa 5 qısametrajlı film daxildir: "Yeraltı keçid", "Buludlar", "İşıq yolu", "Beş dəqiqə", "Skripkaçı". Əsas rolları Şahmar Qəribli, Svetlana Həkimova, Günel Məmmədova, Nicat Əli, Səbinə Məmmədova, Rafiz Mehdizadə, Vidadi Həsənov, Pərvin Abıyeva, Fəxrəddin Manafov, Mehriban Zəki, Dəniz Tacəddin, Günəş Mehdizadə, Şahin Səlimov və Rasim Cəfər ifa edirlər.
Dəqiqi
Dəqiqi, tam adı Əbu Mənsur Məhəmməd bin Əhməd (fars. ابو منصور محمد بن احمد دقیقی‎, d. 935/942-ö. 976/980, Tus) — İran şairi. == Həyatı == Samanilər dönəminin ən tanınmış şairlərindəndir. İslam öncəsi İran dönəminin tarixini şeirə döndərən ilk şairdir. Nisbəsinə baxılaraq onun ya da atasının dəyirmançı olduğu sanılmaqdadır. Öncələri Mavəraünnəhrdə hökm sürən Çağaniyan ya da Al-i Muhtac əmirlərindən Fəxrüddövlə Əbu Səid Mənsura mədhiyələr yazdı. Samani hökmdarları Mənsur bin Nuh (hökmdarlığı 961-976) və II Nuh bin Mənsur (hökmdarlığı 976-997) dönəmində məşhur oldu. Gənc yaşda köləsi tərəfindən öldürüldü.
Həqiqət
Həqiqət — çoxmənalı mübtəda. Bir çox mürəkkəb terminlərin tərkib hissəsi. == Əsas mənalar == " Həqiqət " özü ayrıca termin kimi istifadə edilmir. Ancaq bununla belə, o bəzi terminlərin sinonimi kimi istifadə edilir. Onun çoxmənalılığı aşağıdakı anlamlarda görünür: Həqiqət — reallığın subyektiv dərk edilməsi. Həqiqət — Ədalət termininin sinonimi. Ani düşüncədə " həqiqət " subyektin hərəkətinə haqq qazandırır. Həqiqət — Düzgünlük termininin sinonimi. Həqiqət — Həqiqətə uyğun gələn hər şey. == İdeyanın iki qanunauyğunluğu haqqında == Zaman və məkan çərçivəsi fövqündə olan, fəlsəfə tarixinin həm dünəni, həm də bugünü üçün eyni əhəmiyyət kəsb edən vahid ideyanın iki əsas qanuna uyğunluğu vardır.
Vəsiqə
Şəxsiyyət vəsiqəsi (XX əsrin əvvəllərində hüviyyət vərəqəsi, az-əbcəd. هوویت ورقه‌سی‎) — insanın kimliyini təsdiq edən sənəd, rəsmi kağız; şəhadətnamə. Bir dövlətin ərazisində həmin dövlətin vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd həmin dövlətin vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir. == Vəsiqələrin növləri == Şəxsiyyət vəsiqəsinin 2 növü vardır: 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. 16 yaşına çatdıqdan sonra vətəndaşa verilən şəxsiyyət vəsiqəsi. == Dövlət rüsumu haqqında məlumat == 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə: On iş günü müddətinə verildikdə və ya dəyişdirildikdə — 5 manat, — üç iş günündən sonrakı müddətdə verildikdə və ya dəyişdirildikdə — 25 manat, bir iş gününə isə 35 manat == Vəsiqə necə verilir? ==
Şəqaqi
Şəqaqi və ya Şəqqaqi (kürd. Şikakî) — Türk əsilli tayfa. Şəqaqilər İranın Şərqi Azərbaycan (Sərab, Həştrud, Miyana), Ərdəbil (Xalxal), Rəzavi Xorasan (Qoçan) və Şimali Xorasan (Bocnurd) ostanlarında yaşayırlar. Şəqaqilər Türkiyədən tarixi Azərbaycan ərazilərinə köçürülüblər.
Səhifə
Səhifə — bir vərəq kağızın hər hansı bir tərəfi. Veb-səhifə — xüsusi format olunmuş və özündə mətn (text), qrafika (graphic), istinadları (hyperlink) və animasiyaları (animation) göstərən sənəddir. Veb-səhifələr 2 cür olurlar: Statik və dinamik. Həyat səhifəsi — tarixin, həyatın müəyyən bir hissəsi. Yaddaş səhifəsi —virtual yaddaşın təşkili üsulu, fiziki yaddaş fraqmenti ( səhifə ).
Səlivə
Səlivə — Azərbaycan Respublikasının Astara rayonunun Şuvi kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Coğrafi ad talış dilində sə (sı) "qırmızı" və livə "yarpaq" sözlərinin birləşməsindən ibarətdir (Dəmir ağacının yarpaqları payızda qırmızı rəngdə olur). == Tanınmış şəxslər == === Şəhidləri === Novruz Əsgərov (20 Yanvar şəhidi) (1968–1990).