Şəfiqə Əliyeva (1 dekabr 1930, Naxçıvan MSSR – 24 noyabr 2008, Bakı) — Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Heydər Əliyevin bacısı.[1]
Şəfiqə Əliyeva | |
---|---|
Şəfiqə Əlirza qızı Əliyeva | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Azərbaycan SSR |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | uzun sürən xəstəlik |
Dəfn yeri | Bakı |
Atası | Əlirza Əliyev[d] |
Anası | İzzət Əliyeva |
Təhsili | |
Fəaliyyəti | müəllim |
Mükafatları | |
Üzvlüyü |
Şəfiqə Əlirza qızı Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvanda doğulub. Orta təhsilini orada alıb, 16 yaşında indiki Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Sonra təhsilini Cəlil Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunun Kimya-biologiya fakültəsində davam etdirib.
Respublikanın Əməkdar müəllimi olan Şəfiqə Əliyeva bir neçə dərsliyin, kimya fənnindən metodiki vəsaitin, "Canlı aləm haqqında əhvalatlar", "Kimyanın tədrisində şagirdlərin təlim əməyinə hazırlaşdırılmasının forma və metodları" adlı kitabların müəllifidir.[2] O, anası İzzət Əliyevaya həsr olunmuş "Mənim anam", qardaşı, mərhum akademik Aqil Əliyev haqqında "Xatirəyə dönən illərin işığında" kitablarını da qələmə alıb.[3]
Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, "Ziyalı" qəzetinin və "Elm və mədəniyyət" jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatına layiq görülüb.
Şəfiqə Əliyeva 24 noyabr 2008-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.[4][5]
Həsən Əliyev, Heydər Əliyev, Aqil Əliyev və Cəlal Əliyev, Rəfiqə Əliyevanın bacısıdır.
İlham Əliyev, Sevil Əliyevanın bibisidir.