Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şamil
Şamil — kişi adı və təxəllüs Şamil Rasizadə — Azərbaycan SSR dövrünün görkəmli dövlət xadimi. Şamil Basayev - Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri. Şamil Süleymanlı — Azərbaycan kino aktyoru, televiziya aparıcısı, Azərbaycanın xalq artisti Şamil Mahmudbəyov (rejissor) - Azərbaycan kinorejissoru, aktyor, ssenarist Şamil İbrahimov — Azərbaycanın teatr və kino aktyoru, rejissor. Şamil Əliyev — Azərbaycan kinorejissoru və ssenaristi. Şamil Şamxalov – Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət və idman xadimi Şamil Əsgərov - şair, tərcüməçi, filologiya elmlər namizədi, Əməkdar mədəniyyət işçisi. Şamil Fətullayev — memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) Şamil Əzizbəyov — geologiya-mineralogiya elmləri doktoru (1943), professor (1944) Şeyx Şamil - Qafqaz xalqlarının milli qəhrəmanı Şamil Xurşud - ictimai xadim, yazıçı, publisist və dramaturq, Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Şamil Əliyev (akademik) - akademik, Bakı Dövlət Universitetinin rektoru (1941-1944) Şamil Mahmudbəyov (repressiya qurbanı) — repressiya qurbanı Şamil rayonu - Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. Şamil Cəfərov (entomoloq) — entomoloq. Şamil Şahməmmədov- jurnalist Şamil Qazıyev — rəssam, əməkdar incəsənət xadimi. Şamil Vəliyev — Professor, filologiya elmləri doktoru, əməkdar jurnalist, Şamil Səlimxanov - Tibb elmləri doktoru. Şamil Nəcəfzadə — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Şamil Qurbanov — Azərbaycan Respublikasının dövlət xadimi, filologiya elmləri doktoru, professor Məşədi Şamil Hacıyev - vəkil, "Difai" təşkilatının üzvü Şamil Xudiyev - iqtisad elmləri dоktоru Şamil Qafarov - professor (2003) Şamil Allahverdiyev - Geoloq, geologiya-mineralogiya elmləri doktoru Şamil Yusifov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Oktay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). == Həyatı == Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Oqtay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). == Həyatı == Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
İmam Şamil
Şeyx Şamil (avar. Имам Шамиль; 26 iyun (7 iyul) 1797, Gimri – 4 fevral 1871, Mədinə, Həbəşistan əyaləti) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı. Milliyyətcə — Avardır. == İlk illəri == === Milli mənsubiyyəti === Şamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər. === Mənəvi formalaşması === Oğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi.
Şamil Dəmirçiyev
Şamil Mahmud oğlu Dəmirçiyev (9 may 1940, Aşağı Qoşakilsə, Lüksemburq rayonu – 11 iyun 2002, Bakı) — teatr aktyoru, Ermənistan SSR əməkdar artisti (1978). == Həyatı == Borçalı mahalın Aşağı Qoşakilsə kəndində anadan olub. 1962-ci ildə Bakı kıtabxanaçılıq Texnikumunu bitirib və Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrında teatrda işlədiyi 1967–1988-ci illər ərzində Şamil Mahmud oğlu Dəmirçiyev onun səhnəsində Əbdüləli bəy, İmamyar, Aydın ("Aydın", "Sevil" və "Yaşar", Cəfər Cabbarlı), Paratov ("Cehizsiz qız", Aleksandr Ostrovski), Kebot ("Qarağaclar altında məhəbbət", Yucin O'Nil), Fransız Kralı ("Axırı xeyir olsun", Vilyam Şekspir), Cığatay ("Ömür gözləyir bizi", Nahid Hacızadə), Nəriman Nərimanov ("İmzalar içində", Nəriman Həsənzadə), Məşədi İbad ("O olmasın, bu olsun", Üzeyir bəy Hacıbəyov), Kərəmov ("Toy", Sabit Rəhman), Hans Kifer ("Ulduzdan düşmüş adam", Karl Vitlinger), Qoşun ("Toy kimindir?, dramaturq Məhərrəm Əlizadə, bəstəkar Ağası Məşədibəyov), Rəşad ("İkinci səs", Bəxtiyar Vahabzadə), Pantalone ("İki ağanın bir nökəri", Karlo Haldoni), Bəhram Zeynallı ("Şəhərin yay günləri", Anar) obrazlarını ifa edib. 1988-ci ildə İrəvan teatrı köçkün həyatına başladığı üçün Şamil Dəmirçiyev Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına daxil olub bir çox rollar oynamışdır. Arada "Bəşir" miniatür teatrında işləyib. 1978-ci ildə Ermənistan SSRİ-nın əməkdar artisti fəxri adına layiq görülüb. Bakıda 2002-ci ildə iyulda "Məsmə xala dayımdır" tamaşasının meqındə öz rolun oynayıb qrim otağına gedib və ordaca urəktutmasından vəfat edib. == Filmoqrafiya == Bağdada putyovka var...
Şamil Fərzəliyev
Şamil Xurşud oğlu Fərzəliyev -Şamil Xurşud (1934–1986): Azərbaycan ədəbiyyatı və mətbuatının nümayəndəsi, ictimai xadim, yazıçı, publisist və dramaturq, SSRİ Yazıçılar və Jurnalistlər İttifaqlarının üzvü, əməkdar jurnalist və mədəniyyət xadimi == Həyatı == Şamil Fərzəliyev (Şamil Xurşud) 1934-cü il fevralın 18-də Azərbaycan SSR-in Ucar rayonunda anadan olmuşdur. Valideynləri 1918-ci il hadisələri səbəbindən məcburiyyət qarşısında qalaraq Qərbi Azərbaycanın Sisyan rayonunun Ağudi kəndindən Ucar rayonuna köçmüşdülər. Şamil Xurşud Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuyan vaxtdan bədii-publisistik məqalələr, televiziya və radio üçün səhnəciklər yazmağa başlamışdır. Onun ilk səhnə əsəri də elə o vaxtlar oynanılmışdı. Ali təhsilini uğurla başa vurandan az sonra onu Moskvanın İctimai Elmlər Akademiyasına göndərmişlər. Orada ikiillik təhsilini başa vurub Vətənə qayıtdıqdan sonra Şamil Xurşud ömrünü yazıb-yaratmağa həsr etmişdir. O, bir müddət Azərbaycan KP MK aparatında təlimatçı vəzifəsində çalışmışdır. 1972-ci ildə "Azərbaycan gəncləri" qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş, daha sonra isə 1980-ci ildə "Kirpi" satirik lurnalının Baş redaktoru vəzifəsinə irəli çəkilmişdir. O, bu vəzifədə 1986-cı ilin aprelinə kimi işləmişdir. Şamil Xurşud 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra Tbilisi şəhərində vəfat etmişdir.
Şamil Fətullayev
Şamil Seyfulla oğlu Fətullayev (24 dekabr 1928, Bakı – 9 mart 2015, Bakı) — Azərbaycan-sovet memarı, memarlıq elmləri doktoru, professoru, AMEA-nın həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR əməkdar arxitektoru (1979), Azərbaycan Memarlar İttifaqının üzvü (1965). == Bioqrafiya == Şamil Seyfulla oğlu Fətullayev-Fiqarov 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik institutunun memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AMEA-nın "Memarlıq və İncəsənət İnstitutu" nun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1990-cı ildə professor adını almışdır. 10 mart 2015-ci ildə Bakı şəhərində vəfat edib. == Təltif və mükafatları == Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("XIX əsr və XX əsrin əvvəlində Azərbaycanda şəhər tikintisi və memarlığı" kitabı üçün) "Şərəf nişanı" ordeni — 1986 "Əmək veteranı" medalı — 25 aprel 1989 "Azərbaycan SSR əməkdar arxitektoru" fəxri adı — 5 dekabr 1979 "Şöhrət" ordeni — 19 aprel 2000 İAAEC arxitekturanın inkişafı sahəsindəki nailiyyətlərinə görə diplom — 16 yanvar 1999 Dizayn və memarlıq üzrə "Memarlıq mükafatı − 2005" diplomu Polşanın qızıl medalı — 2008 == Əsərləri == "Архитектура жилых домов Баку ХIХ-ХХ вв.", "Градостроительство Баку ХIХ – начала ХХ веков", Ленингра́д, "Стройиздат", 1978. 216 ст. "XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı (1978)". "XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı (1986)". "Azərbaycan məscidləri(1996)".
Şamil Heydərov
Şamil Sadiq oğlu Heydərov — Azərbaycanlı şəhid. == Həyatı == Heydərov Samir Sadiq oğlu 1977-ci il aprelin 18-də Gədəbəy rayonunun Arıqıran kəndində anadan olub. 1984-cü ildə birinci sinfə gedib. 1994-cü ildə orta məktəbi bitirib. 1995-ci ilin 25 iyununda Azərbaycan ordusunda hərbi xidmətə çağırılıb. Piriküşküldə təlim keçib. 1995-ci ilin 10 oktyabrında Kəlbəcər bölgəsində Murovdağ, Güzgüdağ, 1996-cı ilin 1 mayından isə Daşkəsənin Alaxancal kəndində 172 saylı briqadanın 3-cü batalyonunda qulluq edib. Ara-sıra erməni quldurları həmin yerə atəş açırmış. Bunu görən Samir 3 km irəli sürünüb. Onun bu təşəbbüsü sayəsində həmin məsafə ermənilərdən geri alınıb.
Şamil Hüseynli
Şamil Novruz oğlu Hüseynli (8 yanvar 1993; Cəfərli, İmişli rayonu, Azərbaycan — 3 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Şamil Hüseynli 8 yanvar 1993-cü ildə İmişli rayonunun Cəfərli kəndində dünyaya göz açmışdır. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Şamil hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir. 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olan Şamil Hüseynli sentyabr ayında çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Şamil Hüseynli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şamil Hüseynov
Şamil Baxşəli oğlu Hüseynov — 3 iyul, 1992-ci ilə qədər Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır[mənbə göstərin]. 1989–1992-ci illərdə Neftçala rayon partiya komitəsinin birinci katibi, Neftçala rayon İcra hakimiyyətinin başçısı olmuşdur. 1992–1994-cü illər ərzində İqtisadiyyat Nazirliyi aparatında baş iqtisadçı vəzifəsində çalışmışdır. 1992–1993-cü illərdə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasını tələb və arzu edən, bunun üçün lazımi fəaliyyət göstərən ziyalılarla birlikdə olmuşdur.
Şamil Həsənov
Şamil Həsənov () — rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. == Həyatı == 1963-1968-ci illərdə Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq məktəbini bitirib. == Mükafatları == 1989-cu ildə Xəzəryanı Respublikaların Byennalının qalibidir. 2014-cü ildə "AzNarƏ Şirkəti tərəfindən keçirilən "Nar" sərgi-müsabiqəsinin Laureatıdır. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən "İlin ən yaxşı əsəri" sərgi-müsabiqəsində qalib gələrək, 1-ci mükafata layiq görülüb. == Əsərləri == Əsərləri, Respublika, xarici ölkə muzeylərində, şəxsi kolleksiyalarda saxlanılır. Ş.Həsənovun əsərləri, ABŞ, Fransa, Çin, Yaponiya, Almaniya, İngiltərə, Türkiyə, İran İslam Respublikasında, Moskvada və digər ölkələrdə nümayiş olunub.
Şamil Kərimov
Şamil Kərimov (1931) — səs operatoru, musiqi tərtibatçısı. == Həyatı == Şamil Kərimov 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında fəaliyyət göstərmişdir. 35 ildən çox bir müddətdə 500-dən çox film üzərində işləmişdir. == Filmoqrafiya == Azərbaycanın suvarma sistemində avtomatika-telemexanika (film, 1960) Pambıq tarlalarının mexanizatorları (film, 1960) Afrika görüşləri (film, 1961)(qısametrajlı sənədli film) 150 il. Mirzə Fətəli Axundov (film, 1962) Payız konserti (film, 1962) "Nina" mətbəəsi (film, 1963) Abidələr danışır (film, 1964)(qısametrajlı sənədli film) Dağıstan konserti (film, 1964) Dostluq yolu ilə (film, 1964) İçəri Şəhər (film, 1964) Neft-qaz mədənlərində yanğının söndürülməsi (film, 1964) Sərdar İmrəliyev məktəbi (film, 1964) Ulduz (film, 1964) Böyük bostan (film, 1965) Dəniz (film, 1965) Əbədi qardaşıq (film, 1965) Şirvanneft (film, 1965) Yüksək pambıq-xammal yetişdirilməsi (film, 1965) Azərbaycan teatrının ustaları (film, 1966) Bakı haqqında 10 dəqiqə (film, 1966) Camışçılıq (film, 1966) Dənizdə möcüzə (film, 1966) Dostların ölkəsində (film, 1966) İstintaq davam edir (film, 1966) "Koroğlu" dənizdə (film, 1966) Nəriman Nərimanov (film, 1966) O geri çəkilməlidir (film, 1966) Salam, Azərbaycan! (film, 1966) Səməd Vurğun (film, 1966) Azadlıq adasında (film, 1967) Azərbaycan çayı (film, 1967) Bizim milis (film, 1967) Çiçəklənən Abşeron (film, 1967) Dostların görüşü (film, 1967) Hanı mənim övladlarım? (film, 1967) Hünər əbədidir (film, 1967) Qobustan (film, 1967) Monrealda Azərbaycan günü (film, 1967) Tütünün becərilməsi (film, 1967) Xalq istedadları (film, 1967) Yeni dəniz mədəni (film, 1967) Azadlıq adasının elçiləri Azərbaycanda (film, 1968) Divlər sarayı (film, 1968) Bülbül (film, 1968) Qarabağa səyahət (film, 1968) Qayıdacağına inanırdı (film, 1968) Leninlə görüş (film, 1968) Muğanın dastanı (film, 1968) Nizami yurdu (film, 1968) Salam, Əlcəzair (film, 1968) Sənsiz (film, 1968) Şəfalı əllər (film, 1968) Tayqa qəhrəmanı (film, 1968) Azərbaycan elmi (film, 1969) Azərbaycan milisinin tarixi (film, 1969) Azərbaycanın ağsaqqalları (film, 1969) Çəmənlik və otlaqların yaxşılaşdırılması (film, 1969) Daşqın (film, 1969) Qəhrəmanlar ölmürlər (film, 1969) Mahnıya həsr olunmuş həyat (film, 1969) Mənim universitetim (film, 1969) Mülki müdafiə (film, 1969) Sağlam olun! (film, 1969) Suriya görüşləri (film, 1969) Umnisə xanım (film, 1969) Xalq şairi Səməd Vurğun (film, 1969) Appassionata (film, 1970) Azərbaycan, Azərbaycan (film, 1970) Azərbaycan incəsənəti (film, 1970) Azərbaycanın faunası (film, 1970) Çörək (film, 1970) General Aslanov (film, 1970) Qurultaydan qurultaya (film, 1970) Nəsrimizin ağsaqqalı (film, 1970) Polşada Azərbaycan günləri (film, 1970) Sevinc sarayı (film, 1970) Sovet Azərbaycanının 50 illiyi (film, 1970) Suriyada (film, 1970) Şərqdə birinci (film, 1970) Ürəkdən-ürəyə (film, 1970) Araz üzərində işıq (film, 1971) Azərbaycan kino sənəti (film, 1971) Azərbaycan miniatürləri (film, 1971) Azərbaycanın çayları və gölləri (film, 1971) Çiçək yağışı (film, 1971) Dağlarda ada (film, 1971) Dirçəldilmiş torpaq (film, 1971) Dostluq telləri (film, 1971) Əli Bayramlı (film, 1971)(I) Fəhlə Gülbala Əliyev (film, 1971) Kəndimizin qəhrəmanı (film, 1971) Quraqlıq (film, 1971) Sumqayıt (film, 1971) Yazıçının bir günü (film, 1971) Aşıq Ələsgər (film, 1972) Bakı-Neapol qardaşdırlar (film, 1972) Biz şmidçilərik (film, 1972) Bizim katib (film, 1972) Çobanbayatı (film, 1972) Dostluq bayramı (film, 1972) Qeyri-münbit torpaqlarda pambıq bitkisi (film, 1972) Leypsiq yarmarkasında (film, 1972) Mirzə Fətəli Axundov (film, 1972) Muğan qızı (film, 1972) Nəriman Nərimanov (film, 1972) Odla təmasda (film, 1972) Ömrün səhifələri (film, 1972) Respublikam haqqında həqiqət (film, 1972) Usta Aslan (film, 1972) Ürək dostluğu (film, 1972) Azərbaycan pedaqoji institutu-50 (film, 1973) Azərbaycan SSR (film, 1973) Birlik günü (film, 1973) Daşkəsən (film, 1973) Dəniz cəsurları sevir (film, 1973) Dostluqdan yaranmış (film, 1973) Etibarlı əllər (film, 1973) Həmid Sultanov (film, 1973) Məndə sığar iki cahan... (film, 1973) Naxışların yaddaşı (film, 1973) Sürəyya (film, 1973) Şəhərin estetikası (film, 1973) Todor Jivkov Bakıda (film, 1973) Torpağın eroziyadan qorunması (film, 1973) "Azərbaycan Elmi-Texniki İnformasiya İnstitutu-74" sistemi (film, 1974) Azərbaycan qadını (film, 1974) Böyük tamaşa (film, 1974) Bahar günəşi (film, 1974) Bakının qonağı-VII Ümumittifaq Kinofestivalı (film, 1974) Dostluğun təntənəsi (film, 1974) Dostluq yolu ilə (film, 1974) İşıqlı yol (film, 1974) Qədim diyarın gəncliyi (film, 1974) Müqəddəs borc (film, 1974) Neft Akademiyası (film, 1974) Oktyabrın qələbə addımı ilə (film, 1974) Onun adı Serafino idi (film, 1974) Peşimançılıq (film, 1974) Səadət naminə (film, 1974) Sizin poçt indeksiniz (film, 1974) Şənlik bizə yaraşır (film, 1974) Şərəfli yol (film, 1974) Uzunömürlü ağaclar (film, 1974) Üzümlüklərin salınması və becərilməsi (film, 1974) Xəzərin polad adaları (film, 1974) Bakı kondisionerləri (film, 1975) Bir damla qan (film, 1975) Biz bu xatirəyə sadiqik (film, 1975) Çətin yol (film, 1975) Daş saat (film, 1975) EKSPO-75 (film, 1975) Əbədi qardaşlıq (film, 1975) Fransa qəhrəmanı (film, 1975) Gəmilər tarlaya çıxır (film, 1975) Günlərin bir günündə... (film, 1975) Qəhrəmanların izi ilə (film, 1975) Mənim iki beşilliyim (film, 1975) Naxçıvan-50 (film, 1975) Neft Daşlarının 25 illiyi Sibir sınaqları (film, 1975) Üzüm tənəyinin xəstəlikləri (film, 1975) Yaşıl boyunbağı (film, 1975) Azərbaycan kinosunun 60 illiyi (film, 1976) Azərbaycan məktəbində rus dili (film, 1976) Azərbaycanın memarlıq abidələri (film, 1976) Balabas cins qoyunları (film, 1976) Beləliklə, biz başlayırıq (film, 1976) "DAM"da bir gün (film, 1976) Daşlar danışanda (film, 1976) Dünyaya insan gəlir (film, 1976) Əcəmi Naxçıvani (film, 1976) Həmrəylik günü (film, 1976) Körpülər (film, 1976) Qələbənin yolları (film, 1976) Mən sərhədçiyəm (film, 1976) Min bir xəzinə (film, 1976) Neftayırmanın yeni kompleksi fəaliyyətdədir (film, 1976) Nə yaxşı ki, dünyada Səməd Vurğun var (film, 1976) Nizami Gəncəvi (film, 1976) Odlu burulğanın ram edilməsi (film, 1976) Ömür-gün sevdası (film, 1976) Özfəaliyyət Yaradıcılığı Festivalı (film, 1976) Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976) Süleyman Rüstəm (film, 1976) Tələbə avtoqrafları (film, 1976) Torpağın sahibi (film, 1976) Üç qardaş (film, 1976) Üzeyir Hacıbəyov (film, 1976) Yaxşıların ən yaxşısı (film, 1976) 1990-cı ilin adamı (film, 1977)(qısametrajlı sənədli film) 60 il keşikdə (film, 1977)(qısametrajlı sənədli film) Azərbaycan pambığının yetişdirilməsi texnologiyası (film, 1977) Bakı Sovet Azərbaycanının paytaxtıdır (film, 1977) Cənub buxtası (film, 1977) Dostların görüşü (film, 1977) Dostluq səfəri (film, 1977) Qarabağ bülbülləri (film, 1977) Qazmada elektrotexnika kompleksləri (film, 1977) Leninin adı ilə (film, 1977) Neft laylarına istilik üsullarının təsiri (film, 1977) Oktyabrın şəfəqləndirdiyi yol (film, 1977) Ovçu, vurma məni (film, 1977) Şəfa nöqtələri (film, 1977) Şirvan qoruğu (film, 1977) Vulkana doğru (film, 1977) Yay günləri (film, 1977) Zamanın əsas yolu (film, 1977) Zavodun yeni günü (film, 1977) Ali neft, qaz və neft-kimya təhsili (film, 1978) Azərbaycan SSR (film, 1978) Azərbaycanın odla mübarizə aparanları (film, 1978) Baharla birgə (film, 1978) Əfsanəvi qüvvə (film, 1978) Əhalinin siyahıya alınması (film, 1978) Həyatımızın himni (film, 1978) İnsana qayğı (film, 1978) Komissarın ürəyi (film, 1978) Qanadlı sehirbazlar (film, 1978) Qardaşlaşmış...
Şamil Mahmudbəyov
Şamil Mahmudbəyov (rejissor) — Azərbaycan rejissoru. Şamil Mahmudbəyov (repressiya qurbanı) — Azərbaycanlı repressiya qurbanı.
Şamil Mirzəyev
Şamil Afiq oğlu Mirzəyev (2 mart 1996; Yardımlı, Azərbaycan — 10 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şamil Mirzəyev 1996-cı il martın 2-də Yardımlı şəhərində anadan olub. == Hərbi xidməti == 2020-ci ilin Tovuz döyüşlərindən sonra səfərbər olunan Şamil Mirzəyev 29 iyul 2020-ci ildə yenidən hərbi xidmətə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Şamil Mirzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamil Mirzəyev noyabrın 10-da Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Yardımlı şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Mirzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şamil Mirzəyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şamil Musayev
Şamil Hacıağa oğlu Musayev (1943) — Azərbaycan dövlət xadimi, Azərbaycanın rabitə naziri (1990–1992). == Həyatı == Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olmuşdur. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir. Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlamışdır. 1966-cı ildən 1976-cı ilədək "Azərsənayeelektroquraşdırma" trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləmişdir. Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilmiş, 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışmışdır. 1989-cu ilin may ayından "Azərxüsusitikintiquraşdırma" ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olmuşdur. 1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışmışdır.
Şamil Nəcəfov
Şamil Rəfi oğlu Nəcəfov (4 fevral 1997; Sumqayıt, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şamil Nəcəfov 4 fevral 1997-ci ildə Sumqayıt şəhərində Rəfi Nəcəfovun və Gülşən Nəcəfovanın ailəsində anadan olmuşdur. Əslən Yardımlı rayonundandır, Abşeron rayonunun Saray qəsəbəsində yaşamışdır. 2003-2014-cü illərdə orta təhsil almışdır. 2014-2018-ci illərdə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər və iqtisadiyyat" fakültəsində təhsil almışdır. 2018-ci ildə bakalavrı bitirərək, magistratura təhsilinə başlamışdır. 2020-ci ildə "Turizm iqtisadiyyatı" üzrə magistr dərəcəsini almışdır. Subay idi. == Hərbi xidməti == Şamil Nəcəfov 14 iyul 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir.
Şamil Nəcəfzadə
Şamil Kamil oğlu Nəcəfzadə (13 noyabr 1960, Bakı) — Azərbaycan kino və televiziya rejissoru, kino rəssamı, ssenari müəllifi və aktyor, Azərbaycanın əməkdar incəsənət xadimi (2006). == Həyatı == 1960-cı ildə Bakı şəhərində anadan olub. 1978-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini, 1984-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirmişdir. 1984-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir sıra bədii filmlərdə quruluşçu rəssam, cizgi filmlərində rəssam və rejisor kimi calışıb. Əsərləri respublika və beynəlxalq sərgilərində nümayiş etdirilib. 31 iyul 2006-cı ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Rəssam Kamil Nəcəfzadənin oğlu, rejissor Günel Nəcəfzadənin atasıdır.
Şamil Paşayev
Şamil Amil oğlu Paşayev — Azərbaycan hüquqşünası və aparıcısı. O, Sumqayıt Apellyasiya Məhkəməsi və Respublika Prokurorluğundan sonra "APA Group MMC" şirkətində hüquqşünas vəzifəsində işləməyə başlamış, daha sonra "Hüquq vaxtı" verilişinin müəllifi və moderatoru, o cümlədən "Hadisədən sonra" verilişinin eksperti olmuşdur. Bir çox məqalənin müəllifidir, bir neçə konfrans və təlimlərdə iştirak etmişdir. == Həyatı == Şamil Amil oğlu Paşayev 1988-ci ildə SSRİ respublikalarından olan Azərbaycan SSR-in Şuşa şəhərində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı evindən didərgin olan Paşayev ailəsi ilə Bakı şəhərinə köçmüş, 2005-ci ildə 56 saylı tam orta məktəbi fərqlənmə ilə bitirmişdir. O, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsindən hüquqşünaslıq ixtisası üzrə 2009-cu ildə məzun olmuşdur. == Fəaliyyəti == Şamil Paşayev hərbi xidməti başa vurduqdan sonra Sumqayıt Apellyasiya Məhkəməsində Məhkəmə İclas Katibi və Hakim köməkçisi vəzifələrində işləmişdir. O, 2011-ci ildən 2018-ci ilədək Respublika Prokurorluğunun müxtəlif strukturlarında Prokuror və Müstəntiq təsnifatlarında çalışmışdır. Paşayev 2019-cu ildə "APA Group MMC" şirkətində hüquqşünas vəzifəsində işləməyə başlamışdır. O, "APA TV"-nin "Hüquq vaxtı" verilişinin müəllifi və moderatoru, o cümlədən "Hadisədən sonra" verilişinin eksperti olmuşdur.
Şamil Qafarov
Şamil Saleh oğlu Qafarov (1950, Ağdam) — professor (2003). == Həyatı == Şamil Qafarov 1950-ci ilin yanvar ayının 19-da Azərbaycan Respublikasının Ağdam şəhərində müəllim ailəsində dünyaya göz açmışdır. Atası Saleh Mustafa oğlu Qafarov 1912-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 1985-ci ilə qədər Ağdam şəhərində coğrafiya müəllimi işləmişdir. 1985-ci ilin mart ayında vəfat etmişdir. Anası Qafarova Humay Bəylər qızı 1920-ci ildə Ağdam rayonunda anadan olubdur. O, evdar qadın olumuş və 1997-ci ildə vəfat etmişdir. İlk ailə tərbiyəsi və təhsil Ş. Qafarovun bütün sonrakı həyatını müəyyənləşdirmişdir. O, 1957–1967-ci illərdə Ağdam şəhərində 1№li orta məktəbdə, 1967–1971-ci illərdə isə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Sənayenin iqtisadiyyatı fakültəsində təhsil almış və oranı əla qiymətlərlə bitirmişdir. Təyinatla Bakı Maşınqayırma Zavoduna göndərilmiş və 1972–1973-cü illərdə Murmansk vilayətinin Severomorsk şəhərində hərbi gəmidə matros kimi xidmət göstərmişdir.
Şamil Qazıyev
Şamil bəy Həsən oğlu Qazıyev (30 mart 1908, İrəvan – 13 iyul 1980, Bakı) — rəssam, əməkdar incəsənət xadimi. == Həyatı == Şamil Həsən oğlu Qazıyev 1908-ci ildə İrəvanda anadan olmuşdur. O, 12 yaşına kimi İrəvan şəhərində yaşamışdır. Həmin dövrdə xalqımız çətin günlər yaşayırdı. Daşnaklar 1917-1920-ci illərdə İrəvanda və ona yaxın bir çox Azərbaycan şəhərlərində müsəlmanlara qarşı törətdikləri soyqırımlarr zamanı yüzlərlə ailə Azərbaycanın digər bölgələrinə Naxçıvan, Gəncə və Qarabağa köçmüşdü. Belə ailələrdən biri də Şamilin ailəsi idi. Atası Həsən bəy 1920-ci ildə evini, yaşadığı elini arxada buraxıb Naxçıvana pənah gətirir. Hələ uşaqikən Şamil Qazıyevin rəsm çəkməyə böyük marağı olub. Əvvəllər Naxçıvan Pedaqoji Texnikumunda oxusa da, təsviri incəsənətə olan marağı pedaqoji təhsilini davam etdirməyə mane olub. Uşaqlıqdan qəlbinə hakim kəsilmiş rəng və fırça ilə işləmək arzusu onu Bakıya Rəssamlıq Məktəbinə gətirib.
Şamil Qurbanov
Şamil Qurbanov (10 may 1934, Faxralı kəndi, Bolnisi rayonu, Gürcüstan SSR – 16 yanvar 2004, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının dövlət xadimi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor və 1995-2004-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı. == Həyatı == Şamil Dünyamalı oğlu Qurbanov 1934-cü il may ayının 10-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirmiş və həmin ildə ADU-nun (indiki BDU-nun) jurnalistika şöbəsinə daxil olmuşdur. Universiteti fərqlənmə diplomu ildə bitirmiş və "Azərbaycan məktəbi" jurnalında ədəbi işçi kimi fəaliyyətə başlamışdır. 1961-ci ildə universitetin jurnalistika fakültəsində baş laborant işləmişdir. 1962-ci ildə Şamil Qurbanov Azərbaycan ədəbiyyatı tarixi kafedrası üzrə aspiranturaya qəbul olunmuş və 1965-ci ildə "Zaqafqaziya rus dilli mətbuatında Azərbaycan ədəbiyyatı (1905-1917)" mövzusunda dissertasiyanı vaxtından əvvəl müdafiə etmiş və filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Müdafiədən sonra o, "Bakı" və "Baku" qəzetlərində ədəbiyyat şöbəsinin müdiri işləmişdir. 1968-ci ildə yenidən universitetə qayıtmış və "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasında dosent işləmiş, Azərbaycan dilindən dərs demişdir. 1971-ci ildə rus ədəbiyyatı tarixi kafedrasına keçmiş və rus ədəbiyyatından mühazirə oxumağa başlamışdır. 1973-cü ildən Türk və Şərqi slavyan xalqları ədəbiyyatı kafedrasına (o zaman "SSRİ xalqları ədəbiyyatı" kafedrası adlanırdı) keçmiş və həmin kafedrada dosent, professor işləmişdir.
Şamil Ramazanov
Şamil Ramazanov — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda ömrünü qurban verərək şəhidlik zirvəsini fəth etmiş fateh. == Həyatı == 19 yanvar 1976-cı ildə Ağsu rayonunun Rəhimli kəndində anadan olmuşdur. 1983-1993-cü illərdə burada orta məktəbdə təhsil almışdır. 19 mart 1994-cü ildə Ağsu rayonunda hərbi xidmətə çağırılır. Gəncə şəhərindəki "N" saylı hərbi hissədə təlim keçən Şamil komandirlərin verdiyi tapşırıqları layiqincə yerinə yetirir, tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrənmişdi. 1995-ci il məlum 13-17 mart hadisələri baş verdi, silahlı dəstənin zərərsizləşdirilməsi zamanı cəsur əsgər qəhrəmancasına həlak oldu. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ramazanov Şamil Ağasəf oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Ağsu rayonunun Rəhimli kəndində dəfn edilmişdir. Ağsu rayonunun mərkəzi Kinoteatrı qəhrəmanımızın adını daşıyır.
Şeyx Şamil
Şeyx Şamil (avar. Имам Шамиль; 26 iyun (7 iyul) 1797, Gimri – 4 fevral 1871, Mədinə, Həbəşistan əyaləti) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı. Milliyyətcə — Avardır. == İlk illəri == === Milli mənsubiyyəti === Şamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər. === Mənəvi formalaşması === Oğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi.
Əli Şamil
Əli Şamil (Əli Hüseyn oğlu Şamilov; 5 iyun 1948, İnəkdağı, Basarkeçər rayonu) — Azərbaycan folklorşünası, publisist. AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri. == Həyatı == Əli Şamil 1948-ci il iyun ayının 5-də Ermənistan SSR-in Basarkeçər rayonunun İnəkdağı kəndində anadan olub. Ailəsi Azərbaycan SSR-in Şamxor (indiki Şəmkir) rayonunun Qapanlı kəndində yaşadığından 1954–57-ci illərdə oradakı yeddi illik məktəbdə, 1957–62-ci illərdə İnəkdağ kənd səkkiz illik məktəbdə, 1962–1963-cü illərdə Böyük Məzrə kənd orta məktəbinin doqquzuncu sinfində, 1963–65-ci illərdə Zod kənd orta məktəbində oxuyub. 1965–1973-ci illərdə Sumqayıt şəhərindəki zavodlarda fəhlə işləmişdir. 1968–73-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində əyani oxumuşdur. Tələbə elmi konfranslarında fəal iştirak etmiş və Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri, universitet Tələbə Elmi Cəmiyyəti sədrinin müavini seçilmişdir. 1973-cü ildə təyinatla Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin, Naxçıvan MSSR Nazirlər Sovetinin və Sov.İKP Naxçıvan Vilayət Komitəsinin orqanı olan "Şərq qapısı" qəzetində işləməyə göndərilmişdir. 1973-cü ilin dekabrında jurnalistika fakültəsinin məzunu Əzizə Ağaəli qızı Şamilova (Hüseyinova) ilə ailə qurub. == Fəaliyyəti == === Siyasi === Tələbəlik illərində gizli dərnəklərin üzvü olmuşdur.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. == Xüsusiyyətləri == Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Sahil
Sahil (rus. берег, ing. coast) ― su hövzəsinin (okean, dəniz, çay, göl) quru ilə kəsişmə xətti. Quru ilə dənizin adətən sahil xətti adlanan sərhəddi əslində geniş zolaqdan ibarətdir. Burda Yerin keyfiyyətcə fərqli iki əsas səthi- okean səthi və materik səth bilavasitə təmasdadır. Bu qarşılıqlı əlaqədə atmosferdə iştirak edir. Sahillərin formalaşmasında materikin (adanın) geloji, relyefi, dənizin ləpədöymə işi, habelə qurunun yüksəkliyinın və dəniz səviyyəsinin tərəddüdü böyük rol oynayır. Sahilllərin formalaşmasında okean axınları, dənızə tökülən çaylar, sahilboyu bitkilər və fauna, sahil buzları da iştirak edir. Su hövzələrində Sahil formalaşdıran əsas amil dalğa və ləpədöyənlə, axar sularda isə əsasən yataq axınları ilə əlaqədardır. Sahil təsnifatı morfoqrafik, struktur, dinamik, genetik və b.
Sarıl
Sarıl — Azərbaycan Respublikasının Zəngilan rayonunun Alıbəyli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Vagil
Vagil — Rusiyada çay, Sverdlovsk vilayəti ərazisində axır. Çayın mənbəsi Tavda çayının sol sahilindən 650 kilometr məsafədədir. Çayın uzunluğu — 117 kilometr, üst sahəsi — 3830 km²-dir. == Mənbə == Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 2. Тобол/ Под ред. В. В. Николаенко.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. == Tarix == Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.
Aqil
Aqil — Kişi adı.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Sail
== Birinci nəsil Sail == Sail modeli 2000-ci ilin (2001-ci ildən satışda) sonunda Buick markası adı altında doğuldu. Avtomobil B sinifində Opel Corsanın başqa gövdə növü idi(sedan, universal). SAIC-GM əməkdaşlığında model altenativsiz, 91 at güclü 1.6 l həcmli mühərrik və 5 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edildi. 2005-ci ildə model Chevrolet tərkibinə keçirilərək radiator barmaqlıları, və ön optikası yeniləndi. == İkinci nəsil Sail == İkinci nəsil Chevrolet Sail 2010-cu ildə ilk öncə hetçbek, daha sonra isə sedan olaraq buraxıldı. Yeni model artıq 3 mühərriklə təklif edilirdi: Bunlar 1.2 l, 1.4 l 87 və 103 at gücü benzin, 1.3 l 78 at güclü dizel mühərriklr idi. Sürətlər qutusu isə 5 pilləli mexaniki idi. Əlverişli qiymətinin olması Sail modelinin populyarlaşmasına gətirib çıxartdı. İlk iki nəsli, Çində 1.4 ədəd satılmışdır. Çindən başqa avtomobil Hindistan və Cənubi Amerikada da satılırdı.
Anton Şaqin
Anton Aleksandroviç Şaqin — Rusiya teatr və kino aktyoru, Prezident seçkiləri mükafatı laureatı (2016), Rusiya Federasiyasının hökuməti (2011). == Həyatı == Anton Şaqin 1984-cü il aprelin 2-də Kalininqrad rayonunun Kimrı şəhərində anadan olmuşdur. Uşaqlığını Karaçev şəhərində (Bryansk vilayəti) keçirilib, burada babası Yuri Konstantinoviç Gorşkov ilə qalıb. O, SM Kirov məktəbində oxudu. Məktəbdən əvvəl Anton soyadını Gorşkov adlandırdı. Ancaq sonradan Şaqin olaraq dəyişdi. Şaqin onun ögey atasının soyadı idi. Anton 14 yaşında ikən anası öldü. 9-cu sinifdən sonra peşə məktəbində çilingər kimi təhsil almağa getdi. Zəif çıxışlarda iştirak etmişdir.
Diskordant sahil
Diskordant sahil- (lat.discordans-qeyri-uyğun) Qırışıq tektonik strukturlu, adətən çoxlu miqdarda körfəz və buxtalarla parçalanmış və mürəkkəb sahil xətti əmələ gətirən dəniz və ya okean sahilinə deyilir. Məsələn: Kiçik Asiyanın qərb sahili.
Lacivərd sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Mark Şaqal
Mark Şaqal (rus. Шагал, Марк Захарович; ivr. ‏מאַרק זאַהאַראָוויטש שאַגאַל‏‎) — yəhudi əsilli rus və fransız rəssamı. Müasir impressionizm cərəyanının öncüllərindən biri. == Həyatı == Mark Şaqal, yəhudi bir ailənin doqquz övladının ən böyüyü olaraq Belarusun Vitebsk şəhəri yaxınlığında yerləşən Lionzo kəndində dünyaya gəlmişdir. Atası Zaxar Şaqal siyənək balığının ticarəti ilə məşğul olurdu. Anası isə Feige İte adlı yəhudi qadın idi. Rəssamın tablolarından da hiss olunduğu kimi Şaqal qayğısız bir uşaqlıq dövrü keçirmişdir. Şaqalın uşaqlıq dövrünün keçdiyi Pokrovskaya küçəsində yerləşən evi muzeyə çevrilmişdir. 1906-cı ildə bölgənin tanınmış rəssamlarından olan Yehuda Penin yanında dərslər almağa başlamışdır.
Mavi sahil
Lacivərd sahil (fr. Côte d'Azur) və ya Fransız Rivyerası (ing. French Riviera) — Fransanın cənub-şərq qurtaracağındakı Aralıq dənizi sahil xətti. Rəsmi sərhədi yoxdur, lakin Lacivərd sahil dedikdə adətən şərqdə Fransa-İtaliya sərhədindəki Mentona, qərbdə isə Tulon, Le-Lavandu və ya Sen-Tropenin bir hissəsi nəzərdə tutulur. Sahil Fransanın Provans-Alp-Kot-d'Azür regionundadır.
Qərb Sahil
İordan çayının qərb sahili (ərəb. الضفة الغربية‎, aḍ-Ḍiffah al-Ġarbiyyah; ivr. ‏הַגָּדָה הַמַּעֲרָבִית‏‎, HaGadáh HaMaʽarávit) — Ön Asiyanın Levant bölgəsində, Aralıq dənizinin sahili yaxınlığında yerləşən, şərqdən İordaniya və Ölü dənizlə, cənubdan, qərbdən və şimaldan isə İsraillə həmsərhəd olan, dənizə çıxışı olmayan ərazi. Bölgə Fələstin Dövlətinin iddia etdiyi iki ərazidən (digəri Qəzzə zolağıdır) böyüyüdür. İordan çayının qərb sahili qismən Fələstinin idarəsi altında olan 165 Fələstin anklavına bölünür. İordan çayının qərb sahilinin qalan hissəsi, o cümlədən 200 İsrail yaşayış məntəqəsi tam İsrailin nəzarəti altındadır. Ərazinin 2 747 943 nəfər fələstinli əhalisi var və təxminən 220 000-i Şərqi Qüdsdə olmaqla 670 000-dən çox israilli köçkün burada yaşayır.
Raqil İsmayılov
Raqil Rafiq oğlu İsmayılov (16 avqust 1994; Salyan rayonu, Azərbaycan — 7 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Raqil İsmayılov 1994-cü il avqustun 16-da Salyan rayonunun Sarvan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Raqil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Raqil İsmayılov noyabrın 7-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Raqil İsmayılov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Sabil (Tikantəpə)
Sabil (fars. ‎سبيل‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 872 nəfər yaşayır (171 ailə).
Sahil bağı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. == Adı == Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi. SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. == Xüsusiyyətlər == Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.
Sahil bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sahil bəndi
Sahil bəndi (rus. береговой вал, ing. beach-ridge) — ləpədöyən axının fəaliyyəti ilə yaranmış və plyajın arxa hissəsində yerləşən akkumulyativ relyef forması; hündürlüyü 4 m-ə qədər çatır. Eyni yaşlı sahil xəttinə paralel yerləşir. Sahil bəndi dəniz, yaxud gölün sahil xəttinə paralel istiqamətlənmiş, çınqıl, çınqıl-qum, qum, yaxud molluska qabıqlarından təşkil olunmuş alçaq (bir neçə sm-dən bir neçə m-dək) tirədir. Sahil bəndi asimmetrik olub az meyilli yamacıyla su hövzəsinə, dik yamacla isə quruya tərəf yönəlmişdir. Sahil bəndi dib çöküntülərinin dalğalar vasitəsilə sahildə toplanması nəticəsində yaranır. Müasir sahillərdə bir və bir neçə sahil bəndi müşahidə olunur. == Həmçinin bax == Sahil Eol relyef Sahil akkumulyasiyası == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Sahil canavarı
Qonur kaftar və ya sahil canavarı (lat. Parahyaena brunnea) — Kaftarlar fəsiləsindən yırtıcı məməli heyvan növü.
Sahil cığı
== Təbii yayılması == Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır. == Ekologiyası == Nəmişli yerlərdə və duzlu qumlarda bitir. == Azərbaycanda yayılması == Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir. == İstifadəsi == Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür. == Məlumat mənbəsi == Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Sahil daşçevirəni
Sahil daşçevirəni (lat. Arenaria interpress) — arenaria (animal) cinsinə aid quş növü.
Aşağı Daşağıl
Aşağı Daşağıl — Azərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Aşağı Daşağıl Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Dəhnə çayının sahilində, çökəklikdədir. Mənbələrin verdiyi məlumatdan və tədqiqatçıların yazılarından məlum olur ki, bu kənd Şəki rayonundakı Bucaq kəndinin yaxınlığında yerləşdiyinə görə keçmışdə Bucaq Daşağıl, bir müddət Qışlaq Daşağıl da adlandırılmışdır. XIX əsrdə Daşağıl kəndindən çıxmış bir qrup ailə kəndin yaxınlığında yeni yaşayış məntəqəsi - Aşağı Daşağıl yaratmışlar. Əvvəlki kənd isə indi olduğu kimi, Baş Daşağıl adlandırılmışdır. Oykonimin ikinci komponenti daş və ağıl (qoyun saxlanan yer; tövlə) sözlərindən ibarətdir. Həqiqətən də, kəndin ərazisində iki təbii mağara və bir qayaaltı daş mağara vardır. == Əhalisi == Kəndin əhalisi 584 nəfər təşkil edir ki, onun da 296 nəfəri kişi, 288 nəfəri isə qadındır. ləzgilər.
Aşağı Bavil (Üskü)
Aşağı Bavil (fars. باويل سفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.502 nəfər yaşayır (475 ailə).
Aşağı Daşağıl bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.