Aşağı Daşağıl

Aşağı DaşağılAzərbaycan Respublikasının Şəki rayonunun Aydınbulaq kənd inzibati ərazi dairəsində kənd.[1]

Aşağı Daşağıl
41°00′49″ şm. e. 47°20′05″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 402 m
Saat qurşağı
Əhalisi
Əhalisi 600 nəfər
Xəritəni göstər/gizlə
Aşağı Daşağıl xəritədə
Aşağı Daşağıl
Aşağı Daşağıl

Aşağı Daşağıl Şəki rayonunun Aydınbulaq inzibati ərazi vahidində kənd. Dəhnə çayının sahilində, çökəklikdədir. Mənbələrin verdiyi məlumatdan və tədqiqatçıların yazılarından məlum olur ki, bu kənd Şəki rayonundakı Bucaq kəndinin yaxınlığında yerləşdiyinə görə keçmışdə Bucaq Daşağıl, bir müddət Qışlaq Daşağıl da adlandırılmışdır. XIX əsrdə Daşağıl kəndindən çıxmış bir qrup ailə kəndin yaxınlığında yeni yaşayış məntəqəsi - Aşağı Daşağıl yaratmışlar. Əvvəlki kənd isə indi olduğu kimi, Baş Daşağıl adlandırılmışdır. Oykonimin ikinci komponenti daş və ağıl (qoyun saxlanan yer; tövlə) sözlərindən ibarətdir. Həqiqətən də, kəndin ərazisində iki təbii mağara və bir qayaaltı daş mağara vardır[2].

Kəndin əhalisi 584 nəfər təşkil edir ki, onun da 296 nəfəri kişi, 288 nəfəri isə qadındır. ləzgilər[3].

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. "Севиндж Алиева. Азербайджан и народы Северного Кавказа" (PDF). 2017-12-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-12-19.