Şamil Novruz oğlu Hüseynli (8 yanvar 1993; Cəfərli, İmişli rayonu, Azərbaycan — 3 noyabr 2020; Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Şamil Hüseynli | |
---|---|
Şamil Novruz oğlu Hüseynli | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Cəfərli, İmişli rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Qubadlı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Novruz Hüseynov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri |
Şamil Hüseynli 8 yanvar 1993-cü ildə İmişli rayonunun Cəfərli kəndində dünyaya göz açmışdır.[1] Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanan Şamil hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyətini davam etdirmişdir.
2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra iyul-sentyabr aylarında səfərbər olan Şamil Hüseynli sentyabr ayında çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Şamil Hüseynli 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 3 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şamil Hüseynli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[5]