Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şotanlı
Şotalı, Şotanlı - Yelizvetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda tarixi kənd. == Tarixi == Oxçu çayının sağ sahilində yerləşmişdir. Erməni mənbələrində kəndin ilk adının Şatah olduğu göstərilir. Toponim «hunların varisi şato» etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması ilə düzəlib, «şato tayfasına mənsub kənd» mənasını ifadə edir. Mənbələrdə qeyd edilən şato tayfasının adı toponimdə şata, şota fonetik formasında öz əksini tapmışdır ki, Azərbaycan dilində o~a səsəvəzlənməsi qanunauyğun haldır. Etnotoponimdir. Quruluşca düzəltmə toponimdir. == Əhalisi == Kənddə 1897-ci ildə 30 nəfər, 1922-ci ildə 25 nəfər, 1926-cı ildə 19 nəfər azərbaycanlı yaşamışdır. 1930 - cu illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Otaqlı
Otaqlı (Kəlbəcər)
Otaqlı (Kəlbəcər)
Otaqlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci il 25 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Otaqlı kəndi Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Qilıcli kəndindən aynlmiş ailələr Otaq adlanan köhnə tagbənd bir alaçıq ətrafında saldıqlarına görə belə adlandırılmişdir. Həmin tagbənd otaq kənddə indi də qalır. Kənd ağsaqqallarının söylədiklərinə görə bir kişi öz oğlunu evləndirəndən sonra gəlin qocalara yaxşı baxmadığına görə, oğlanın atası oğluna və gəlninə onun evində yaşamalarına icazə vermir. Oğlan yaşayış yeri axtararkən meşədə üstü açıq olan köhnə tağbənd bir tikiliyə rast gəlir. Oğlan bu binanın üstünü örtüb öz ailəsi ilə orada məskən salır. Ona görə də kəndin adı otaqlı adlanır.
Otaqlı (Şahindej)
Otaqlı (fars. اطاقلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Şlanlı (Auırqazı)
Şlanlı (başq. Шланлы, rus. Шланлы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 31 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 37 km, Ufaya olan məsafə:113 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (96%) üstünlük təşkil edir. == Tarix == Kəndin 1795 - 1811-ci illər arası salınması ehtimal edilir. VI siyahıya alma zamanı burada 100 çuvaşın yaşaması qeydə alınır. XX əsin əvvəllərində isə 106 ev mövcud olan kənddə hər evə 7,7 nəfər düşürdü. Kənndə kilsə təmayüllü kəktəb vardı.
Şlanlı (Avurğazı)
Şlanlı (başq. Шланлы, rus. Шланлы) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 31 km, ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 37 km, Ufaya olan məsafə:113 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (96%) üstünlük təşkil edir. == Tarix == Kəndin 1795 - 1811-ci illər arası salınması ehtimal edilir. VI siyahıya alma zamanı burada 100 çuvaşın yaşaması qeydə alınır. XX əsin əvvəllərində isə 106 ev mövcud olan kənddə hər evə 7,7 nəfər düşürdü. Kənndə kilsə təmayüllü kəktəb vardı.
Astanlı
Astanlı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. Astanlı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Aşağı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Astanlı — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Tuncay Şanlı
Tuncay Şanlı (16 yanvar, 1982 Sakarya ili) – boyu 1.82 sm, çəkisi 70 kq – hücuma meyilli yarımmüdafiəçi. 2002-2003 mövsümündə Sakaryaspordan transfer edilib. Türkiyə çempionatında Fənərbaxçadakı ilk rəsmi oyununu 11 sentyabr 2002-ci ildə Qaziantəpspor-a qarşı keçirib. 19 noyabr 2002-ci ildə İtaliya ilə rəqib meydanında Ümid Milli Komandasının keçirdiyi oyunda italyanların qapısına vurulan 3 qoldan 2-sinin müəllifidir (İtaliya 0 – Türkiyə 3). Ondan 1 gün sonra yenə İtaliya ilə rəqib meydanında oynanılan oyunda baş məşqçi Şenol Şünəşin istəyiylə Türkiyə yığmasının əsas heyətində oyunun sonuna 3 dəqiqə qalmış meydana çıxıb və təhlükəli vəziyyət formalaşdırıb. Bu onun Türkiyə yığması heyətində ilk oyunu olub.
Şanlı inqilab
Şanlı inqilab (ing. Glorious Revolution) — 1688-ci ildə İngiltərədə II Yakov Stüartın devrilməsi ilə nəticələnən çevrilişə tarixşünaslıqda verilən ad. == Tarixi == 1688-ci il, noyabrın 5-ndə Vilhelm 15 minlik qoşunla İngiltərənin sahillərinə çıxdı. II Yakov tərəfindən toplanmış dəstələr başda komandirləri olmaqla, düşmənin tərəfinə keçməyə başladılar. Hamı tərəfindən tərk edilmiş II Yakov Fransaya qaçdı. 1688-ci il, dekabrın 18-ndə Oranlı Vilhelm Londona daxil oldu, 1689-cu ilin əvvəlindəsə İngiltərənin kralı elan olundu. Beləliklə, "Şanlı inqilab" adını almış dövlət çevrilişi qan tökülmədən baş tutdu. Yeni dövlət quruluşunun əsas sənədi "Hüquqlar haqqında Bill" oldu. İngiltərə parlamentli monarxiyaya çevrilirdi. Kral veto hüququndan məhrum edildi.
Qanqli
Qanqli (q.yun. γανγλιον — düyün, dərialtı şiş), sinir düyünü — bir çox onurğasızlarda, bütün onurğalı heyvan və insanda sinir hüceyrələri, sinir lifləri və onların yerləşdiyi toxuma yığınından ibarət törəmə. Onurğalılarda qanqlilər əsas etibarilə onurğa sütunu boyu (boyun, döş və bel nahiyələrində) yerləşir. Onurğa beyninin seqmentlərindən (buğumlarından) çıxan sinir lifləri (preqanqlionar liflər) müvafiq düyünlərə daxil olur, sonra isə üzvlərdə şaxələnir (postqanqlionar liflər). Qanqlilər mərkəzi sinir sistemi ilə daxili üzvlər arasındakı sinir əlaqəsini təmin edir. Belə düyünlər ürək və bağırsaqda da mövcud olub, konkret funksiyalar daşıyır.
Standl.
Paul Karpenter Stendli (ing. Paul Carpenter Standley, 21 mart 1884 – 2 iyun 1963, Tequsiqalpa) — Amerika botaniki. == Elmi əsərləri == «Flora of New Mexico». Wooton, Elmer Ottis. — Lehre: Cramer, 1972, [Nachdr. d. Ausg.] Вашингтон, 1915. «Flora of Glacier National Park Montana». Стэндли, Пол К. — Lehre: Cramer, 1969, Author. repr.
Stenli
Stenli (ing. Stanley, əvvəlki adı Port Stenli, ing. Port Stanley) — Atlantik okeanının cənub-qərbində, Cənubi Amerikanın sahillərindən 500 kilometr məsafədə yerləşən Böyük Britaniyaya məxsus Folklend adalarının inzibati mərkəzi və yeganə şəhəri. Şərqi Folklend adasında yerləşir. Əhalisi 2 115 nəfərdir 2006. Şəhərdən 5 kilometr şərqdə aeroport yerləşir. Şəhərdə ada qubernatorunun, hökumətin administrasiyası, anqlikan kilsəsi və ada muzeyi yerləşir. == Tarixi == Adanın mərkəzi ilk əvvəl Port Luis idi və indiki Stenlidən şimalda yerləşirdi. 1843-cü ildə yeni inzibati mərkəz tikilməyə başlandı və 1845-ci ildə ora dövlət idarələri köçürüldü. Şəhər o dövrdə müstəmləkələr üzrə dövlət katibi olan Stenlinin şərəfinə adlandırılıb.
Mirvari tanalı qız
Mirvari sırğalı qız (hl: Het meisje met de parel) — holland rəssamı Yan Vermeerin dünyaca məşhur tablosudur. Əsər Yan Vermeerin şah əsəri hesab olunur. Adından da göründüyü kimi, əsərin əsas motivini mirvari sırğa təşkil edir. Tablo hal-hazırda Hollandiyanın Haaqa şəhərindəki Mauritshuis rəsm qalereyasında saxlanılır. Bu əsəri bəzən "Qüzey Mona Lozası" və ya "Holland Mona Lizası" da adlandırırlar. Demək olar ki, Vermeerin əsərləri haqqında o qədər də geniş məlumat bizə gəlib çatmamışdır və bu məşhur əsər də istisna deyil. Belə ki, əsər "IVMeer" şəklində imzalanmış lakin heç bir tarix göstərilməmişdir. 1994-cü ildə rəsmin sonuncu bərpasından sonra rəsimdəki incə rəngli kombinasiya və qızın tamaşaçıya baxışının yaxınlığı çox artırılmışdır. Dörd il Vermerin nadir əsərlərinin hissə-hissə xaricə satılmasına mane olmağa çalışmış Victor de Stuersin məsləhəti ilə A.A. des Tombe 1881-ci ildə (bu dövrlər olduqca çətin dövrlər idi) tablolardan birini Haaqada keçirilən auksionda iki gilder 3 sentə aldımış və varisi olmadığından o, bu və aldığı başqa əsərləri 1902-ci ildə Mauritshuisa bağışlamışdı. 1937-ci ildə Vermerin əsərlərindən olduğu güman edilən, olduqca oxşar bir rəsm "Gülən qız" kolleksiyaçı Andrew W. Mellon tərəfindən Vaşinqtondakı Milli İncəsənət Qalereyasına bağışlanmışdır.
Yeddi Şanslı Tanrı
Bəxtin Yeddi Şanslı Tanrısı (七福神, Şiçi Fukujin) və ya Yeddi Şanslı Tanrı, Şinto dinində, eləcə də Yapon mifologiyasında və folklorunda xoşbəxtliyin yeddi tanrısıdır. Onlar tez-tez oyma və digər təsvirlərin mövzusu olmuşdur. Ənənəvi olaraq, onların hamısı ayrı-ayrı məsələlərlə məşğul olur: Ebisu: balıqçıların və ya tacirlərin tanrısı. Daikokuten (Daikoku): Sərvət və ticarət tanrısı. Bishamonten: Döyüşçülərin Allahı. Benzaiten (Benten-sama): Müdriklik, sənət və gözəllik ilahəsi. Fukurokuju: xoşbəxtlik, sağlamlıq və uzunömürlülük tanrısı. Hotei: məhsuldarlıq və yaxşı sağlamlıq tanrısı. Juroujin: (Qamma), uzunömürlülük tanrısı.
Tağlı
Tağlı (Zəngilan)
Astanlı (Cəlilabad)
Astanlı — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Zopun, Cəfərli, Çünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri Astanlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, yeni yaradılan Zopun kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Tarixi == Əsası 19-cu əsrdə Astan tərəfindən Astanlıbazarda(Cəlilabadda) yaradılmışdır.[mənbə göstərin] == Toponimikası == Cəlilabad r-nunun eyniadlı i.ə.v.-də kənd. Həmşirə çayı sahilində, Burovar silsiləsinin ətəyindədir. XIX əsrin axırlarında kəndin əsasını Musabəyli kəndindən çıxmış astanlı nəsli qoymuşdur. Kənd həmin nəslin adı ilə adlanmışdır. 1933-cü ildə r-nda Astanabad adlı başqa bir kənd də qeydə alınmışdır. Yardımlı rayonunda yerləşən Aşağı və Yuxarı Astanlı kəndlərilə əlaqəlidir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 569 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Astanlı (Neftçala)
Astanlı — Azərbaycan Respublikasının Neftçala rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 965 nəfərdir (2009).[mənbə göstərin] == Tarixi == Neftçala rayonunun Aşağı Qaramanlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, düzənlikdədir. Mənbələrin verdiyi məlumata görə, kənd keçmışdə Xançobanlı, Əli Sultanlı da adlanmışdır. Əli Sultan xancobam tayfasına mənsub aslanlı tirəsinin başçısının adıdır. Tədqiqatçılar bu oykonimləri dialekt variantında rəsmiləşdirilmiş (astanlı) aslanlı etnonimi ilə əlaqələndirirlər. Astan sözünu toponimistlər cox vaxt Şəxs adı hesab edirlər. Əslində bu oykonimlərdəki astan komponenti Azərbaycan xalq dilində "çay yatağında sualtı Hündürlüyüdur yer, sualtı donqar" mənasında işlənir. Çay kənarında yerləşən hər iki obyektin coğrafi movqeyi sözün mənasına uyğundur. As sözünun də bir cox türk dillərində "çay, böyük çay, böyük çay qolu" mənalarında işlənməsi məlumdur.
Astanlı bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aşağı Astanlı
Aşağı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Astanlı Yardımlı rayonunun Astanlı inzibati ərazi vahidində kənd. Bolqar çayından bir qədər aralı, Buravar silsiləsinin ətəyindədir. Keçmiş adı Astanlı olmuşdur. Oykonimin birinci komponenti kəndin coğrafi mövqeyini bildirməklə yanaşı, onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirməyə xidmət edir. "Astanlı kəndinin Aşağı hissəsi" deməkdir.
Pranqli adası
Pranqli adası (est. Prangli, rus. Большой Врангель) — ada Estoniya ərazisində, Fin körfəzində yerləşir. Estoniyanın Xaryoma qəzası, Viymski volostuna daxildir. == Coğrafiyası == Viymsi yarımadasından 9 km şimal-şərqdə yerləşir. Adanın sahəsi 6,2 km², uzunluğu - 5,5 km, eni - 3,2 km-dir. Materiklə əlaqə Leppneem kəndindəki liman vasitəsilə baş verir. Adada üç kənd var: Kelnase, İdaots və Lyaneotsa. Pranqlidən cənub-şərqə 2,2 km məsafədə Eski və ya Kiçik Pranqli adası yerləşir. Bu adanın ərazisi 0.6 km²-dir.
Stendli ardıcı
Stendli ardıcı (lat. Juniperus standleyi) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Ulrix Svinqli
Ulrix Svinqli (alm. Ulrich Zwingli‎; 1 yanvar 1484[…], Vildhauz[d] – 11 oktyabr 1531[…], Kappel-na-Albise[d]) — İsveçrə kilsə reformatoru, xristian humanist və filosofu. == Fəaliyyəti == Hələ 1516-cı ildə, yəni Martin Lüterdən əvvəl, Svinqli Reformasiya xarakterli ideyalarla çıxış edir. 1519-cu ildən başlayaraq Svinqli Sürixdə özünün xüsusi İncil təlimini yaymağa başlayır. Svinqlinin təlimi lüterçiliyə oxşasa da, böyük fərqləri də var idi. Lüter kimi, Svinqli də Müqəddəs Kitaba əsaslanırdı. Onun üçün erkən xristian kilsəsi ideal idi. Svinqli kilsə iyerarxiyasını, rahibliyi, ziyarətləri qəbul etmirdi. Katolik kilsə ayinlərinin tənqidində o, Lüterdən irəli getmişdi. Svinqlinin siyasi mövqeyi də Lüterdən kəskin fərqlənirdi.
Yuxarı Astanlı
Yuxarı Astanlı — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Aşağı Astanlı, və Çanaxbulaqla qonşudur. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskənlərindəndir. Meşənin ətəyində səfalı yerdə yerləşmişdir. Yeganə içməli su mənbəyi dağ bulaqlarıdır. Əhalinin əsas gəlir mənbəyi əkinçilik və təsərrüfatdır. Kənd rayon mərkəzindən təxminən 28 km məsafədədir.
İqbal Astanlı
İqbal İlqar oğlu Astanlı (10 avqust 1997; Biləsuvar rayonu, Azərbaycan — 29 sentyabr 2020; Talış kəndi Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Astanlı İqbal İlqar oğlu 10 avqust 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2003–2014-cü illərdə N. Gəncəvi adına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2015–2019-cu illərdə Azəbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişdir. 2019-cu ildən Ağcakənd kəndi yaxınlığında Ballıqaya istiqametində və Mingəçevir rayonunda yerləşən N saylı hərbi hissələrdə kəşfiyyat bölüyündə həqiqi hərbi xidmət keçmişdir. İqbal kiçik yaşlarından idmanın sərbəst güləş növü ilə məşğul olmuş, respublikada keçirilən idman yarışlarında uğurla iştirak etmiş, dəfələrlə yeniyetmələr arasinda keçirilən Azərbaycan birinciliyinin qalibi olmuşdur, müxtəlif diplom və medallarla təltif olunmuşdur. Sərbəst güləş idman növü üzrə idman ustalığına namizəd idi. Astanlı İqbal Biləsuvar rayonun savadlı, aktiv gənclərindən olub, Gənclər siyasətinin rayonumuzda və respublikamızda həyata keçirilməsində göstərdiyi xidmətlərə görə Biləsuvar rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Respublikası Güləş Federasiyası tərəfindən Fəxri Fərman və diplomlara layiq görülmüşdür. == Hərbi xidməti == İqbal Astanlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş , Tərtər rayonunun Talış kəndi istiqamətində gedən döyüş əməliyyatıları zamanı qəhrəmancasına həlak olmuşdur. Şəhid İqbal Astanlı 29 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu məzarıstanlığında dəfn olunmuşdur.
Göksu Üçtaş Şanlı
Göksu Üçtaş Şanlı (türk. Göksu Üçtaş Şanlı) — Türkiyəli bədii gimnast. O, Olimpiadada gimnastika üzrə Türkiyəni təmsil edən ilk qadın idmançıdır. O, Türkiyədə gimnastika növü üzrə Olimpiya Oyunlarına qatılan ilk idmançıdır. Üçtaş 2012 Yay Olimpiya Oyunlarına qatılıb. 1908-ci ildə Türkiyə adı ilə Olimpiya Oyunlarına qatılan Osmanlı İmperatorluğunun London Olimpiadasında Aleko Mulos tərəfindən təmsil olunmasından 104 il sonra o, gimnastikada Türkiyəni olimpiadada təmsil edən ilk şəxs olub. London Olimpiadasından sonra 4 illik fasilədən sonra, 2016-cı ildə gimnastikaya qayıdıb və Bədii Gimnastika üzrə Dünya Kubokunda qadınların döşəmə hərəkəti kateqoriyasında gümüş medal qazanıb. Bu medal Türkiyənin gimnastika üzrə böyüklər kateqoriyasında qazandığı ilk medaldır. == Həyatı == 1990-cı ildə Qaziantepdə anadan olub. Beş yaşında Qaziantep Gənclik Xidməti və İdman İl Müdirliyinin gimnastika kurslarında gimnastikaya başlayıb.
Edmond Lanqli
Edmond Lanqli (ing. Edmund of Langley) (5 iyun 1341 – 1 avqust 1402) — İngiltərə kralı III Eduardın və xanımı Enolu Filipanın həyatda qalan dördüncü oğlu. Orta əsrlər dövrünə xas ənənəyə görə, o da doğulduğu Lanqli sarayının adını ləqəb olaraq aldı. O, York ailəsinin banisi idi ancaq bu ailənin İngiltərə taxtındakı iddiası Edmondun kiçik oğlu Riçardın, qardaşı Lionelin nəticəsi Anna Mortimerlə evlənməsi ilə başladı. Bu ailənin Gül müharibəsindəki rəqibi olan Lankasterlər də yenə Edmondun digər qardaşı Gentli Conun şəcərəsindən gəlməkdə idi. == Mənbə == James Reston, Jr. "Dogs of God," New York: Doubleday, p. 18. Douglas Biggs, "A Wrong Whom Conscience and Kindred Bid Me to Right: A Reassessment of Edmund of Langley, Duke of York and the Usurpation of Henry IV" Albion, 26 (1994), pp. 231–246.
Freya Tinqli
Freya Tinqli (ing. Freya Tingley; 26 mart 1994, Pert) — Avstraliya aktrisası.
Stenli Bolduin
Stenli Boldvin (ing. Stanley Baldwin; 3 avqust 1867[…], Byudli[d], Vusterşir[d] – 14 dekabr 1947[…], Byudli[d], Vusterşir[d]) — ingilis dövlət xadimi, 1935-1937-ci illərdə Böyük Britaniyanın 59-cu baş naziri.
Stenli Boldvin
Stenli Boldvin (ing. Stanley Baldwin; 3 avqust 1867[…], Byudli[d], Vusterşir[d] – 14 dekabr 1947[…], Byudli[d], Vusterşir[d]) — ingilis dövlət xadimi, 1935-1937-ci illərdə Böyük Britaniyanın 59-cu baş naziri.
Stenli Brard
Stenli Brard — keçmiş futbolçu, hazırda “Qəbələ” Futbol Akademiyasının direktoru == Həyatı == Stenli Brard 24 oktyabr 1958-ci ildə İndoneziyanın paytaxtı Cakarta şəhərində anadan olub. Futbol həyatına Hollandiyada start verən Brard peşəkar futbolçu karyerasına 1978-ci ildə “Feyenoord” klubunda başlayıb. 1986-cı ilə qədər – 8 mövsüm sözügedən komandada top qovan Brard daha sonra karyerasını RKC və “Zvart Vit” kollektivlərində davam etdirib. Hollandiyalı mütəxəssis məşqçi karyerasına 1994-cü ildə “Kapelle” (Hollandiya) klubunda başlayıb. 1996-2000-ci illərdə stenli Brard “Vitesse” (Hollandiya) komandasında məşqçi vəzifəsində çalışıb. 2000-ci ildə Brard “Den Haq” (Hollandiya) klubunun baş məşqçisi, 2001-ci ildə isə sözügedən kollektivin texniki direktoru vəzifəsinə təyinat alıb. 2002-2005-ci illərdə mütəxəssis karyerasını ölkə xaricində davam etdirib. Yaponiyaya yollanan Brard “Nagoya Grampus Eyt” Futbol Akademiyasının direktoru kimi fəaliyyət göstərib. UEFA-nın Pro Lisenziyasına sahib olan məşqçi 2005-ci ildə Hollandiyaya dönüb və “Feyenoord” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin edilib. Brard klubun aşağı yaş qrupları ilə bir çox titula və mükafatlara sahib çıxıb.
Stenli Eskudero
Stenli Eskudero (10 mart 1942 və ya 1942) — ABŞ-nin Azərbaycandakı səfiri (1997–2000). == Həyatı == Stenli Eskudero 1942-ci ildə Florida ştatında doğulub. 1971–1975-ci və 1978–1979-cu illərdə ABŞ-nin İrandakı səfirliyində çalışıb. Bir müddət Dövlət Departamentində müxtəlif vəzifələrdə işləyəndən sonra ABŞ-nin Pakistan və Hindistanda səfiri olub. 1992–1995-ci illərdə Tacikistanda, 1995–1997-ci illərdə isə Özbəkistanda səfir işləyib. 1997–2000-ci illərdə ABŞ-nin Azərbaycandakı səfiri olub. 2000-ci ildə təqaüdə göndərilib. Həmin ildən Azərbaycanda şəxsi biznesini qurub və hazırda Bakıda yaşayır.
Stenli Fişer
Stenli Fişer (ivr. ‏סטנלי פישר‏‎; 15 oktyabr 1943) — 2014-2017-ci illərdə Federal Ehtiyat Sisteminin 20-ci sədr müavini vəzifəsində çalışmış İsrail əsilli amerikalı iqtisadçı. Fişer bundan əvvəl 2005-2013-cü illərdə İsrail Mərkəzi Bankının 8-ci sədri vəzifəsində çalışıb. Şimali Rodeziyada (indiki Zambiya) anadan olub, İsrail və ABŞ-də ikili vətəndaşlığa malikdir. O, əvvəllər Beynəlxalq Valyuta Fondunun icraçı direktorunun birinci müavini və Dünya Bankının baş iqtisadçısı vəzifələrində çalışıb. 10 yanvar 2014-cü ildə Prezident Barak Obama Fişeri ABŞ Federal Ehtiyat Sisteminin Rəhbərlər Şurasının sədr müavini vəzifəsinə irəli sürdü. O, Blackrock-da baş məsləhətçidir. 6 sentyabr 2017-ci ildə Stenli Fişer 74-cü doğum gününə az qalmış, 13 oktyabr 2017-ci il tarixindən etibarən şəxsi səbəblərə görə sədr müavini vəzifəsindən istefa verdiyini açıqladı.
Stenli Hollouey
Stanley Holloway (1 oktyabr 1890 - 30 yanvar 1982) İngiltərəli aktyor.
Stenli Kubrik
Stanley Kubrick (ing. Stanley Kubrick; 26 iyul 1928[…], Bronks, ABŞ – 7 mart 1999[…]) Amerikalı kinorejissor, ssenarist, prodüser, kinematoqraf, redaktor və fotoqrafçı olmuşdur. Yeni Hollivud dalğasının nümayəndəsi kimi tez-tez kino tarixinin ən böyük və nüfuzlu rejissorlarından biri hesab olunur. Onun filmləri, xüsusilə romanlar və ya qısa hekayələrdən filmə adaptasiya edilmiş bir çox janrı əhatə edən filmlərdir ki, öz realizminə, qara yumoruna, unikal kinematoqrafiyasına, geniş səhnə tərtibatına və yaddaşda canlanan musiqi istifadəsinə görə qeyd olunur. == Həyatı == Stenli Kubrik 26 iyul 1928-ci ildə Nyu-Yorkda yəhudi ailəsində anadan olmuşdur. Kubrick Nyu-Yorkda Bronksda böyümüş, orta təhsilini 1941–1945 ci illərdə Vilyam Hovard Taft orta məktəbində alımışdır. Məktəbdə kafi qiymətlər almasına baxmayaraq, ədəbiyyata, fotoqrafçılığa və filmə kiçik yaşlardan olan dərin marağı film istehsalı və rejissorluğu sahəsində dərin biliklərə yiyələnməyinə səbəb olmuşdur. 1940-cı illərin sonu 50-ci illərin əvvəllərində Look jurnalı üçün fotoqraf işləyərkən artıq az büdcəli qısa filmlər çəkməyə başlamış, özünün ilk böyük Hollivud filmi olan The Killing`i (Qətl) 1956-cı ildə United Artists korporasiyası üçün çəkmişdir. Bunun ardınca, Kirk Duqlas ilə əməkdaşlıq nəticəsində müharibə mövzusunda Paths of Glory(Şöhrət Yolu) və tarixi epik janrda olan Spartacus(Spartak) filmi ortaya çıxır. Bir kinorejissor kimi Hollivudda nüfuzu artan Kubrik, Marlon Brando tərəfindən One-Eyed Jack (1961) filmi üçün təklif alsa da sonda Brando özü rejissor kreslosuna oturur.
Neft Sənayesində Ştanqsız Nasoslar (1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Şanlı partizan (film, 1975)
Neft sənayesində ştanqsız nasoslar (film, 1962)
== Məzmun == Kinolentdə neft hasilatında ştanqsız nasosların tətbiqindən, bunun sənayedə maya dəyərinin aşağı salınmasına təsirindən danışılır. == Film haqqında == Film "Azneft" birliyinin sifarişi ilə çəkilmişdir.
Şanlı, qeyri-adi il (film, 1960)
Şanlı, qeydi-adi il — 1960-cı ildə istehsal olunan Azərbaycan filmi. == Məzmun == Film Azərbaycan sovetinin 40 illiyi şərəfinə respublikanın əldə etdiyi müvəffəqiyyətlərdən bəhs edir.