Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi. Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. == Əhalisi == Əhalisinin sayı 885 nəfərdir.
Əsin
Əsir
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Əlil
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Aşağı Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Aşağı Qəsil Ağdaş rayonunun Qülbəndə inzibati ərazi vahidində kənd. Şirvan düzündədir, "aşağıda yerləşən Qəsil kəndi" deməkdir. Qəsil Azərbaycan dilinin dialektlərində və bəzi türk dillərində işlənən qas/qəs/qəjəl sözləri ilə bir kökdənolub, "otlaq, yamac" mənasını ifadə edir. == Din == Kənddə Aşağı Qəsil kənd məscidi dini icması fəaliyyət göstərir.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53 %) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir. Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
E-nəsil
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Elektron nəsil
Net Nəsil
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Nəsil M
Nəsil Y
Y nəsli və ya millenniallar — X nəslindən sonrakı, Z nəslindən isə əvvəlki demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1980-ci illərin əvvəllərini başlanğıc doğum illəri kimi, 1990-cı illərin ortalarından 2000-ci illərin əvvəllərinədək olan dövrü isə son doğum illəri kimi ifadə edir. Odur ki, bu nəsil adətən 1981-1996-cı illərdə doğulmuş insanlar kimi müəyyən edilir. Millennialların əksəriyyəti beybi-bumerlərin və daha yaşlı X nəslinin uşaqlarıdır. Öz növbəsində millenniallar çox vaxt alfa nəslinin valideynləri olurlar. İnternetlə böyüyən ilk nəsil olaraq millenniallar həm də ilk qlobal nəsil kimi təsvir edilmişdir. Nəsil ümumiyyətlə internetdən, mobil cihazlardan və sosial mediadan geniş istifadə və onlarla tanışlıq ilə xarakterizə olunur. İndi ardıcıl nəsillərə də tətbiq edilən "rəqəmsal yerlilər" termini əvvəlcə bu nəsli təsvir etmək üçün istifadə edilmişdir. Millenniallar həm də "Ən uğursuz nəsil" adlandırılıb, çünki orta millennial işçi qüvvəsinə daxil olduqdan sonra ABŞ tarixindəki hər hansı digər nəsillə müqayisədə daha yavaş iqtisadi artım yaşamışdır. Nəsil həmçinin tələbə borcu və uşaq baxımı xərclərinin də yükünü daşıyır.
Nəsil Z
Z nəsli və ya zumerlər — millenniallar və ondan əvvəlki alfa nəslindən sonra gələn demoqrafik kohort. Tədqiqatçılar və populyar media 1990-cı illərin ortalarından sonlarına qədər olan dövrü başlanğıc doğum illəri, 2010-cu illərin əvvəllərini isə son doğum illəri kimi ifadə edir. Z nəslinin əksər üzvləri X nəslinin və ya daha kiçik beybi-bumerlərin uşaqlarıdır. Gənc yaşlarından internetə çıxış və portativ rəqəmsal texnologiya ilə böyüyən ilk sosial nəsil olan Z nəslinin üzvləri, hətta rəqəmsal savadlı olmasalar da, "rəqəmsal yerlilər" adlandırılmışdılar. Bundan başqa, ekran vaxtının mənfi təsirləri daha çox gənc uşaqlarla müqayisədə yeniyetmələrdə özünü göstərir. Əvvəlki nəsillərlə müqayisədə Z nəslinin üzvləri öz yaşlarında olan sələflərinə nisbətən daha yavaş yaşamağa meyllidirlər. Yeniyetmələrdə hamiləlik nisbəti aşağıdır və alkoqol (lakin mütləq digər psixoaktiv dərmanlar deyil) daha az istehlak edilir. Z nəslinin yeniyetmələri yaşlı nəsillərə nisbətən akademik performans və iş perspektivləri ilə daha çox maraqlanırlar və narahatlıqlara baxmayaraq, 1960-cı illərdəki həmkarlarına nisbətən məmnuniyyəti gecikdirməkdə daha yaxşıdırlar. Yeniyetmələr arasında sekstinq artmışdır və bunun nəticələri hələ də yaxşı başa düşülmür. Bundan əlavə, gənc subkulturalar yoxa çıxmasa da, daha sakit olaraq qaldı.
Nəsil artırma
Nəsil artırma — bütün canlı orqanizmlərə xas olan özünə oxşarların təbii-təkrarı, həyat ardıcıllığı və fasiləsizliyini təmin edən xüsusiyyətdir. Nəsil artırmanın müxtəlif üsulları iki əsas bölgü təşkil edir: qeyri-cinsi və cinsi. Hüceyrəvi quruluşu olan orqanizmlərin nəsil artırmasının əsasında, üsullardan asılı olmayaraq, hüceyrənin bölünməsi dayanır. == Qeyri-cinsi nəsil artırma == Qeyri-cinsi nəsil artırma - nəsil artırmanın elə bir növüdür ki, növbəti nəsil onun özündə olan somatik hüceyrələrdən reproduktiv hüceyrələrin (qametlərin) iştirakı olmadan inkişaf edir. Qeyri-cinsi nəsil artırma ən qədim və ən sadə nəsil artırma üsuludur və birhüceyrəli orqanizmlər arasında geniş yayılmışdır (bakteriyalar, аmöb, infuzorlar, göy-yaşıl yosunlar). Birhüceyrəli orqanizmlərin ən geniş yayılan çoxalma üsulu iki hissəyə bölünməklə iki ayrı-ayrı fərdlərin yaranmasıdır. Çoxhüceyrəli orqanizmlərin arasında demək olar ki, bütün bitki və göbələklər qeyri-cinsi nəsil artırma qabiliyyətinə malikdirlər. Bu orqanizmlərin qeyri-cinsi artırma vegetativ üsulla və ya mikrosporlar vasitəsi ilə baş verir. Buna misal olaraq bitki gülünü göstərmək olar, bu bitki gülü özünəməxsus funksiyası olan dörd hissədən təşkil tapmışdır: 1. Kasacıq (Kasa yarpaq) – bu gülün qönçəsini geyindirmiş yaşıl yarpaqcıqlardır.
Nəsil ağacı
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Nəsil kəsilməsi
Nəsil kəsilməsi — bioloji və ekoloji amillər nəticəsində bir növə və ya cinsə aid məxluqun varlığına son qoyulması, biosferin "daralması". Bir növə aid son canlının ölümü həmin növün nəslinin kəsilməsi kimi qəbul edilir. Amma nəslin davam etməsi üçün bir növə aid edilən canlıların sayının kəskin azalması da onları nəsli kəsilən növlərə aid etməyə imkan verir.
Nəsil şəcərəsi
Nəsil şəcərəsi — qəbilə, nəsil, sülalə daxilində əcdadların özəkdə, nəsillərin isə budaqlarda göstərilməsi ilə qohumluq münasibətlərinin ağac şəklində təsviri.
Orta Qəsil
Orta Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Uzunömürlüləri === Dadaşova Gözəl Alı qızı — d.
Qızıl nəsil
Qızıl nəsil (ing. golden generation) və ya qızıl komanda (ing. golden team) — əldə etdiyi nailiyyətlər və ya komandalarının daha əvvəl əldə etdiyi nəticələrdən daha yüksək bir səviyyəyə çatması gözlənilən bənzər yaşda çox istedadlı bir qrup oyunçu. == Futbol == === Avropa === ==== İngiltərə (2001-2010) ==== Sven-Qoran Eriksonun idarə etdiyi dövrdə, İngiltərə Futbol Federasiyasının icraçı direktoru Adam Krozier və Britaniya mətbuatının bəzi üzvləri, Devid Bekhem, Maykl Ouen və Stiven Cerrard kimi potensiallı oyunçuları qızıl Nəsil komandasının nüvəsi kimi adlandırırdılar.
Yuxarı Qəsil
Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2012-ci il tarixli, 500-IVQ saylı Qərarı ilə Ağdaş rayonunun Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Qəsil kəndinin ərazisindən 320,95 ha (bundan dövlət mülkiyyətində olan 95,89 ha, bələdiyyə mülkiyyətində olan 22,33 ha və xüsusi mülkiyyətdə olan 202,73 ha) torpaq sahəsi Ağdaş şəhərinin inzibati ərazisinə verilmişdir. == Əhalisi == Əhalisi 1705 nəfərdir.
İbn Əsir
Əbülhəsən Əli bin Muhamməd bin Muhamməd bin Abdurkərim əş-Şəbəbəni əl-Cəzri Əbu əl-Fəth İzzəddin və ya İzzəddin İbn əl-Əsir (12 may 1160, Cəzirət Ömər – 1233, Bağdad) — Kürd və Ərəb əsilli İslam tarixçisi. == Həyatı == Əbülhəsən Əli bin Məhəmməd 1160-cı ildə İraqda Cəzirət Ömərdə anadan olmuş, gəncliyi Mavsid şəhərində keçmişdir. Suriya və Fələstində təhsil almışdır. Həyatı Səlib müharibəsi illərinə təsadüf etmiş və bir çox döyüşlərin iştirakçısı olmuşdur. Misir və Suriya hakimi Səlahəddinin Əyyubinin yaxın adamı kimi bir sıra diplomatik missiyaları yerinə yetirmişdir. Bu səfərlər zamanı da gələcək əsərləri üçün külli miqdarda məlumatlar toplamışdır. Yalnız bundan sonra doğma şəhəri Mavsidə qayıdıb, əsərlərini yazmağa başlamış və bütün ərəb aləmində şöhrət qazanmışdır. İbn əl-Əsirin "Kitab əl-lübab" əsəri 1835-ci ildə Gettingendə «Specimen al-Lobabi, sive Genealogiarum» adı altında nəşr olunmuşdur. Ən böyük və ən qiymətli əsəri "Əl kamil fi-t tarix" (Mükəmməl tarix) qədim dövrlərdən 1231-ci ilə qədərki hadisələri əhatə edir. Bu əsərin ən qiymətli hissələri Azərbaycanla bağlı səhifələrdir.
İtirilmiş nəsil
İtirilmiş nəsil (fr. Génération perdue, ing. Lost Generation) — Birinci Dünya Müharibəsindən sonra meydana çıxmış ifadə. Buradakı “itirilmiş” sözü müharibədən sağ qayıtmış insanların “yönünü itirmiş, sərgərdan, didərgin düşmüş” ruhlarına istinad edir. Belə ki, bu nəslin nümayəndələri hələ gənc yaşlarında müharibəyə getməli olmuş, onun dəhşətlərini öz gözləri ilə görmüş, müharibədən sonra isə həyata uyğunlaşa bilməmiş, içkiyə qurşanmış və ya intihar etmişdilər. İfadə əsasən 1920-ci illərdə vətənini tərk edib Parisdə yaşayan amerikalı yazıçılara aid edilir. İfadənin yaranması amerikalı romançı və şairə Gertruda Staynın adı ilə bağlı olsa, Ernest Heminqueyin 1926-cı ildə yazdığı Fiesta romanının epiqrafında işlətdiyi “Siz hamınız itirilmiş nəsilsiniz” cümləsi sayəsində məşhurlaşmışdır. Stayn "siz hamınız itirilmiş nəsilsiniz" cümləsini ilk dəfə Heminqueylə söhbət edərkən səsləndirmişdir. Ümumi götürdükdə, “İtirilmiş nəsil” ifadəsi 1883-1900-cü illər arasında dünyaya göz açmış nəslə istinad edir. "İtirilmiş nəsil" dedikdə Birinci Dünya müharibəsi və ondan bir qədər sonrakı dövrdə yazıb-yaradan insanlar nəzərdə tutulduğu üçün bu nəslə bəzən "Birinci Dünya müharibəsi nəsli" də deyilir.
Əqil Etimadi
Əqil Etimadi (23 aprel 1987, Tehran, İran) — Azərbaycan əsilli Niderland futbolçusu, qapıçısı. Etimadi 2011-ci ilin dekabr ayından Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Niderlandın Herenven II, Herenven, Emmen, Vindam və Qroningen klublarında ikinci, üçüncü və birinci qapıçı olmuşdur.
Emil
Emil — Azərbaycanlı kişi adı. Çalışqan mənasındadır. Bu adı olan tanınmışlar Emil Əliyarlı — operator. Emil Məlikov — şəhid. Emil Çoran — XX əsr rumıniya filosofu. Emil Axundov — Rusiya alimi; Texnika elmləri namizədi. Emil Əhmədov — Rusiya alimi; Fizika‑riyaziyyat elmləri doktoru.
Eskil
Eskil — Aksaray ilinə yerləşən ilçə.
Esxil
Esxil (qəd-yun. Αἰσχύλος, E.ə. 525, Elefsis– e.ə. 456, Cela) — qədim yunan dramaturqu, avropa və yunan faciəsinin banisi. == Həyatı == Esxil (e.ə. 525–456) ilk yunan faciə yazarıdır. O, təxminən e.ə. 525-ci ildə Afinanın yaxınlığında Elevsin qəsəbəsində zadəgan ailəsində anadan olmuşdur. Esxilin həyatı Afina tarixinin ən mühüm dövrünə təsadüf edir. E.ə.
Xəşil
== Xəşil Haqqında == xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). == Tərkibi: == (2 nəfərlik) 1 stəkan un 3 stəkan qaynadılmış soyuq su 1/3 çay qaşığı duz === Üstü üçün: === Bəkməz (doşab) əridilmiş kərə yağı Şəkər tozu === Hazırlanması: === Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Adil Nəcdət
Adil Əfəndiyev və ya Adil Nəcdət (1907 – 9 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı. == Həyatı == Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur. Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur.
Nəzarət
Casusluqda nəzarət davranışın, fəaliyyətin, və ya digər dəyişən məlumatları təsir etmək, insanları idarə etmək və ya insanların qorunmasının izlənilməsidir.
Rəqabət
Rəqabət (ing. competition, rus. конкуренция) geniş mənada iqtisadiyyat, sosiologiya və ekologiyada istifadə olunur və şəxslərin, qrupların və ya orqanizmlərin resurslar üzrə bir biri ilə mübarizə aparmağını bildilir. Rəqabəti bildirmək üçün xarici dillərdə əsasən lat. competitionem ("razılaşma"). və ya lat. concurrere ("toqquşmaq") sözlərindən əmələ gələn terminlər istifadə olunur. Azərbaycan dilinə isə rəqabət sözü ərəb dilindən (ərəb. رقابت‎ "yarış" deməkdir) gəlib. == İqtisadiyyatda rəqabət == İqtisadi rəqabət bazarlarda satıcılar və alıcılar arasında baş verir.
Təbabət
Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstəliklərin müalicə üsullarını işləyib hazırlayır.
Nəzakət
Nəzakət — başqalarını incitməmək üçün yaxşı davranış və ya etiketin praktiki tətbiqi. Nəzakət mədəni cəhətdən müəyyən edilmiş bir fenomendir və buna görə də bir mədəniyyətdə nəzakətli hesab edilən nə isə bəzən başqa bir mədəni kontekstdə olduqca kobud və ya sadəcə ekssentrik ola bilər. Nəzakətin məqsədi başqalarını incitməmək və bütün insanların bir-birləri ilə rahat hiss etmələri üçün təhqiredici davranışlardan çəkinmək olsa da, bəzən bu mədəni şəkildə müəyyən edilmiş standartlar manipulyasiya edilə bilər. == Növləri == Antropoloqlar Penelope Braun və Stiven Levinson İrvinq Qofmanın üzdə olan anlayışdan qaynaqlanan iki növ nəzakət müəyyən ediblər: Mənfi nəzakət: "Əgər zəhmət olmasa…" və ya "Çox problem deyilsə…" kimi sorğunun daha az pozucu edilməsi; insanın sərbəst hərəkət etmək hüququna hörmət edir. Başqa sözlə, hörmət. Dolayı nitq aktlarından daha çox istifadə olunur. Həm də iddialı olmağın bir hissəsi hesab olunur. İddialı olmayan nəzakət: bir şəxs müzakirə zamanı başqalarına nəzakətli olmaq üçün şərh verməkdən və ya öz inanclarını təsdiqləməkdən çəkindikdə. Eləcə də bir insan ədəbsiz görünməmək üçün başqasının verdiyi qərara qoşulduqda. Etibarlı nəzakət: bir şəxs qarşılıqlı əlaqə zamanı köməkçi və faydalı olmaq üçün müsbət və konstruktiv şəkildə fikirlərini təqdim etdikdə.
Nəqarət
Nəqərat — təkrarlanan ifadə. == Şeirdə == Şeirdə hər bəndin sonunda təkrarlanan parça. Bir və ya bir neçə misradan ibarət olur. Nəqəratdan müəllif fikrinin əsas qayəsini daha da qabarıq şəkildə nəzərə çatdırmaq məqsədilə istifadə edilir. == Mahnıda == Mahnıda hər bəndin sonunda eyni mətnlə ifa olunan hissə. Nəqərat adətən melodiyanın və musuqi formasının 2-ci hissəsisini (2-ci cümlı, 2-ci bənd) əmələ gətirir. Nəqəratın melodya və ritmi mahnının 1-ci hissəsində nisbətən daha sadə, dəqiq və aydın olur. Kiçik həcmli xalq mahnılarında nəqərat çox zaman mahnının melodiyasını bütövlüklə təkrar edir. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Kəcabə
Kəcavə, kəcabə — Yaxın Şərqin bir sıra ölkəsində mövcud olmuş minik vasitəsi. Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan kəcavə, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulurdu. Keçmişdə, 4 adamın (əsasən qulların) çiynində apardığı kəcavə növü (hakim sinif nümayəndələrinə məxsus) də olmuşdur. Kəcavədən uzaq yola çıxarkən qadın və uşaqların, həmçinin gəlinin aparılmasında da istifadə edilirdi.
Amir Eşel
Amir Eşel (ivr. ‏אמיר אשל‏‎; d. 4 aprel 1959) israilli general, İsrail HHQ-nin keçmiş komandanı. 2008-ci ildən etibarən general-mayor rütbəsində xidmət etmiş, bir müddət Silahlı Qüvvələrin Planlaşdırma İdarəsinin rəisi olmuşdur. O, 10 may 2012-ci il tarixindən 10 avqust 2017-ci il tarixinə qədər olan müddətdə İsrail HHQ-nin komandanı olmuşdur. == Həyatı == 1959-cu ildə İsrailin Yaffa şəhərində anadan olmuş, 1977-ci ildə İsrail Silahlı Qüvvələrində xidmətə başlamışdır. 1979-cu ildə İsrail HHQ Akademiyasından məzun olduqdan sonra Douglas A-4 Skyhawk döyüş təyyarəsində pilot olaraq fəaliyyətə başlamışdır. O, həmin təyyarə ilə 1982-ci ildə baş verən Livan müharibəsində iştirak etmişdir. Eşel 1993 və 1995-ci illər aralığında Tel Nof aviabazasında yerləşən 201-ci eskadrilyaya rəhbərlik etmiş, 1997-1999-cu illər aralığında İsrail HHQ-nin Əməliyyat Şöbəsinə rəhbərlik etmişdir. Eşelin atası İkinci dünya müharibəsi illərində baş vermiş Holokost soyqırımı zamanı sağ qalmışdır.
Aşil Amperör
Aşil Amperör (fr. Achille Emperaire; 16 sentyabr 1829[…], Eks-an-Provans[d] – 8 yanvar 1898[…], Eks-an-Provans[d]) — fransız rəssam-impressionist, Pol Sezannın dostu. == Həyat və yaradıcılığı == Aşil Amperör xəstəlik ilə doğulmuş və bütün həyatı boyu liliput qalmışdır. 1844–1856 illəri arasında doğma şəhərində rəsm və rəsm tədqiq etmişdir.
Deşil Hemmet
Deşil Hemmet (27 may 1894[…], Baltimor, Merilend – 10 yanvar 1961[…], Nyu-York, Nyu-York ştatı) — ABŞ yazıçısı. Daha çox qısa hekayələrə və detektiv romanlara üstünlük vermişdir. == Həyatı == Deşil Hemmet 27 may 1894-cü ildə Merilend ştatının Sent-Meri şəhərində anadan oldu. Gənc yaşlarında qəzet satdı və hamballıq etdi. Daha sonro 1915–1921-ci illərdə Pinkerton Dedektivlik Bürosunda detektivlik etdi, amma sonra bu işindən ayrıldı. Bundan sonra müxtəlif qəzet və jurnallarda detektiv hekayələri yazmağa başlayan Hemmet ilk iki romanını 1929-cu ildə nəşr etdirdi. 1930-cu ildə "Malta şahini" (The Maltese Falcon) əsərini yazdı. Bu roman əsasında 1941-ci ildə Con Hyuston tərəfindən eyniadlı film çəkildi. Filmdə Sam Speyd rolunda Hamfri Boqart çıxış etdi. 1934-cü ildən etibarən siyasətlə məşğul olmaya başlayan Hemmet insan hüquqlarının qorunması üçün işlər apardı və könüllü olaraq ppİkinci dünya müharibəsi[[nə qatıldı.
Edil Eyvazov
Edil Əli oğlu Eyvazov (9 avqust 1940, Tarovlu, Qubadlı, Azərbaycan SSR) — Azərbaycan alimi, fizik, yarımkeçiricilər fizikası və bərk cisimlər fizikasına dair bir sıra kitabların müəllifi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Mexanika və Molekulyar fizika kafedrasının müdiri. == Həyatı == 9 avqust 1940-cı ildə Qubadlı rayonunun Tarovlu kəndində, müəllim ailəsində anadan olmuşdur. 1957-ci ildə Qubadlı orta məktəbini, 1963-cü ildə isə “Aşağı temperaturlar fizikası” ixtisası üzrə Xarkov Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir. Edil Eyvazov 1963-67-ci illərdə həmin universitetin kristallar fizikası kafedrasının aspirantı olmuş, 1967-ci ildə dielektriklər və yarımkeçiricilər fizikası üzrə namizədlik, 1985-ci ildə isə Xarkov Dövlət Universitetinin ixtisaslaşdırılmış müdafiə şurasında bərk cisimlər fizikası sahəsində doktorluq dissertasiyası müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışır. Professor Edil Eyvazovun elmi araşdırmaları əsasən bərk cisimlərdə makroskopik və quruluş deffektlərinin, maqnit yarımkeçiricilərdə kinetik və maqnito-rezonans hadisələrin tədqiqinə həsr olunmuşdur. O, xarici qüvvə sahələrinin təsiri ilə ion kristallarında dislokasiya zonalarının yaranma effektini aşkar edən müəlliflərdən biridir. Bu effekt dislokasiya nəzəriyyəsi və radiasiya materialşünaslığı üçün xüsusilə əhəmiyyətlidir. O, ilk olaraq maqnit keçid temperaturu otaq temperaturuna yaxın olan maqnitnizamlı materialların alınmasının kristallofiziki prinsipini müəyyən etmiş, onun rəhbərliyi altında bir sıra yeni maqnit materialları sintez edilmiş, bu maddələrdə maqnito-rezonans və kinetik hadisələr müfəssəl öyrənilmişdir. Bu qəbildən, onun ferromaqnit xrom halkoşpinellərin maqnit faza keçidi zamanı kinetik parametrlərin dəyişməsi, bu maddələrdə maqnit nizamının formalaşmasında altqəfəslərarası və altqəfəslərdaxili mübadilə qarşılıqlı təsirlərinin rolu və maqnit nizamlığının energetik spektrə təsirinə həsr olunmuş tədqiqatları xüsusi əhəmiyyət kəsb edir.
Efil (Əhər)
Efil (fars. افيل‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,639 nəfər yaşayır (376 ailə).
Emil Abbasov
Emil Abbasov (tam adı: Abbasov Emil İnqilab oğlu; 11 iyul 1971, Bakı) — "Bakılı oğlanlar" ŞHK komandasının üzvü. == Həyatı == 11 iyul 1971-ci ildə Bakı şəhərində anadan olub. 1978 – 1988-ci illərdə Bakı şəhəri 160 saylı məktəbdə oxuyub. 1988-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1993-cü ildə həmin institutu bitirib. İxtisası iqtisadçıdır. 1991-ci ildən "Bakılı oğlanlar" ŞHK komandasının üzvüdür. 1992-ci ildə ŞHK çempionu, 1995-ci ildə ŞHK “Yay Kubokunun” sahibi və 2000-ci il ŞHK “Əsrin Çempionu” olmuşdur. 2001-ci ildə Planet Parni iz Baku KVN Teatrında çıxış edib. Hazırda Çində yaşayır. Amma son dövrlər yenidən KVN sıralarına qatılmışdır.
Emil Abduləzimli
Emil Rasif oğlu Abduləzimli (6 dekabr 1994 Sumqayıt şəhəri-19 oktyabr 2020 Cəbrayıl) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emil Abduləzimli 6 dekabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Emil Abduləzimli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında bir müddət xidmət etmişdir və xidmətini bitirdikdən sonra mülki işlə məşğul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Emil Abduləzimli 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Emil Abduləzimli 19 oktyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Emil Abduləzimli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Emil Ajar
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], VII arondisman (Paris), Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Emil Andres
Emil Andres (ing. Emil Andres; 22 iyul 1911 – 20 iyul 1999) — amerikalı idmançı, avtoidman yarışlarının iştirakçısı, xüsusən 30–40-cı illərdə İndianapolisdə 500 mil yarışında iştirak etməsi ilə tanınmışdır. On iki il ərzində çıxışlarına görə ən yaxşı beşinci yeri, 1946-cı ildə isə dördüncü yeri tutdu. == Bioqrafiya == İllinoys əyalətindən olan Emil, 1930-cu illərdə Birləşmiş Ştatlarda müxtəlif yarışlarda bir araya gələn avtomobil yarışçı qrupuna üzv idi. Qrup ʻʻChicago Gangʼʼ adlanır və Tony Bettenhausen, Cowboy O'Rourke, Paul Rousseau, Jimmy Snyder və Wally Zeil kimi üzvləri var idi. Əsas ölkə çempionatına AAA Championship Car drivers qatılaraq, ilk olaraq 1935-ci ildə İndianapolisin 500 mil iştirak etməyə cəhd göstərdi. O, bu cəhddə müvəffəqiyyətli olmadı, amma Springfield şəhərində keçirilən torpaq ovalı yarışında, üçüncü oldu. Növbəti il, cəhd daha yaxşı idi — sonuncu olaraq başlayıb, 18-ci sırada qərarlaşdı. 1940-cı il keçirilən yarışda, Andres 12-ci yeri əldə etməsinə baxmayaraq, düşən yağış səbəbiylə oyun dayandırıldı. 1941-ci ildə o, xüsusilə keyfiyyətli oyun nümayiş edərək 15-ci yeri qazandı.
Emil Axundov
Emil Axundov (Axundov Emil Əhməd oğlu) — Rusiya alimi; Texnika elmləri namizədi. “Daşımalarda yeni texnologiyalar” Elm‑İstehsalat Şirkətinin texniki direktoru. == Həyatı == Axundov Emil Əhməd oğlu 1950-ci il aprelin 28-də Bakıda anadan olub. 1967-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) mexanika fakültəsinə daxil olub və 1972-ci ildə oranı bitirib. SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin Ümumittifaq Elmi-Tədqiqat Elektromaşınqayırma Texnologiyaları İnstitutunun Bakı şöbəsinə (ÜETETİElektromaş BŞ) təyinat alıb. 1974-cü ildə E.Axundov Kiyevdə Ukrayna Elmlər Akademiyası İfrat Bərk Materiallar İnstitutunun aspiranturasının əyani şöbəsinə müsabiqə yolu ilə qəbul edilib. Sintetik almazlardan hazırlanmış metalkəsən alətlərin və SSRİ-də ilk dəfə onun tərəfindən sintezləşdirilmiş kub bor nitridin yeni növlərinin işlənib hazırlanması ilə məşğul olub, əldə etdiyi nəticələrə görə SSRİ müəlliflik şəhadətnaməsi alıb. İfrat bərk materiallardan hazırlanan alətlərin ölkənin xalq təsərrüfatında tətbiqi proseslərini araşdırıb. 1978-ci ildə Kiyevdə namizədlik dissertasiyasını uğurla müdafiə edib. E.Axundov 1978-1982-ci illərdə Bakıda ÜETETİElektromaş BŞ-də və Elektrotexnika Sənayesi Nazirliyinin digər müəssisələrində laboratoriya müdiri vəzifəsində işləyib.
Akustik nəzarət
Akustik nəzarət və ya akustik defektoskopiya — nəzarət olunan obyektdə yaradılan və ya meydana çıxan rəqslərin (dalğaların) tətbiqinə əsaslanan nəzarət üsulu. Bu üsulda geniş tezlik diapazonundakı rəqslərdən, əsasən, ultrasəs dalğalarından istifadə olunduğuna görə çox vaxt akustik nəzarətə ultrasəs nəzarəti də deyilir. Akustik nəzarətdə nəzarət olunan obyektin səthində, yaxud daxilində yayılan dalğalar şüalandıran pyezoelektrik (bəzən elektromaqnit-akustik) çeviricilər və lazerlər tətbiq edilir. Dalğaların parametrləri (və ya yayılma üsulları) materialın qüsurlu yerindəki akustik xarakteristikalardan və s. asılıdır. Akustik nəzarət külçə, tökük (tokiik) və relslərdəki, həmçinin metal, plastik kütlə və s. hazırlanmış məmulatlardakı, yapışdırılmış və qaynaq edilmiş tikişlərdəki qüsurları müəyyənləşdirmək üçün universal üsuldur. Akustik nəzarət aktiv və passiv qruplara ayrılır. Aktiv akustik nəzarət elastik dalğaların şüalanadırılması (əks etdirilməsi) və qəbuluna əsaslanan üsullarla (əks-səda-impuls üsulu, kölgə üsulu, güzgü-kölgə üsulu, əks-səda-güzgü üsulu) aparılır. Bir sıra üsullar yoxlanılan obyektdə və ya onun hissəsində rəqslər məsələn: məcburi rəqslər (rezonans üsulu), sərbəst rəqslər (sərbəst rəqslər üsulu) yaradaraq (həyəcanlandıraraq) analiz aparılmasına, mexaniki impedansın dəyişdirilməsinə (impedans üsulu), dalğaların obyektin səthi boyunca yayılmasına (akustotopoqrafik üsul), dalğaların materialın daxilində yayılma sürətinin dəyişməsinə (akustoelastiklik üsulu) əsaslanır.
Azərbaycanda təbabət
Azərbaycanda təbabət — Azərbaycanda xalq və elmi təbabətinin inkişafıdır. == Tarixi == Azərbaycanın Çalağantəpə yaşayış yerində aparılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atropatena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı. Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər.
Daxili nəzarət
Daxili nəzarət — ümumi mənada müəssisənin idarəetmə orqanı və ya digər işçiləri tərəfindən aşağıdakı vəzifələrin yerinə yetirilməsi ilə bağlı məlumat əldə etmək üçün həyata keçirilən proses kimi müəyyən edilir: Fəaliyyətin səmərəliliyi və rasionallığı. Maliyyə hesabatının etibarlılığı. Qanun və qaydalara uyğunluq. == Daxili nəzarət anlayışı == Mühasibat uçotunun əsas funksiyalarından biri maliyyə nəzarəti üçün zəmin yaratmaqla mülkiyyətçinin mənafeyinin müdafiəsini təmin etməkdən ibarət olan onun müdafiə funksiyasıdır. Bununla belə, qoruyucu funksiyanın həyata keçirilməsi nəzarəti həyata keçirmək üçün vasitələrin mövcudluğunu tələb edir. İlk növbədə, bu, daxili nəzarətdir. Daxili nəzarət dedikdə, müəssisə rəhbərliyi tərəfindən təşkil edilən və bütün işçilər tərəfindən təsərrüfat əməliyyatları zamanı öz xidməti vəzifələrini ən səmərəli şəkildə yerinə yetirmək məqsədi ilə müəssisədə həyata keçirilən tədbirlər sistemi başa düşülür. Bu, təkcə auditorun deyil, müəssisənin bütün idarəetmə aparatının işi olduqda, təşkilatın nəzarət və audit bölməsinin fəaliyyətini deyil, həm də hərtərəfli nəzarət sisteminin yaradılmasını nəzərdə tutur. Effektiv daxili nəzarət sistemini inkişaf etdirərkən müəssisə rəhbərliyi aşağıdakı məqsədləri qoyur: biznesi etibarlı məlumatlarla təmin etmək, aktivlərin təhlükəsizliyinin təmin edilməsi, informasiyanın mühafizəsinin təmin edilməsi, iqtisadi fəaliyyətin səmərəliliyinin təmin edilməsi, mühasibat uçotunun qəbul edilmiş uçot siyasətinə uyğunluğunu təmin etmək, maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi qaydalarına riayət olunmasının təmin edilməsi. Müəssisədə daxili nəzarət üç elementdən ibarətdir: nəzarət mühiti, mühasibat uçotu sistemi, nəzarət prosedurları.
Rəqabət (iqtisadiyyat)
Rəqabət (lat. concurrentia, lat. concurro — bərabər olmaq) — bütün iştirakçıları üçün vahid qaydalarla istehsal amillərinin ən səmərəli istifadəsi üçün iqtisadi iştirakçılar arasındakı mübarizədir. Rus dilində mənbələrdə ilk dəfə 1878-ci ildə alman mənşəli bir konsepsiya olaraq xatırlanır, Marksın əsərlərində bəhs edilmir (səhv məlumatlar, çünki "Fəlsəfənin Yoxsulluğu" əsərində "Rəqabət və İnhisar" adlı bir fəsil var), lakin sinonimi "ictimai istehsal"-dır. İqtisadiyyatda, hər biri öz hərəkətləri ilə bir rəqibin malların bazarda dövriyyə şərtlərinə birtərəfli təsir etmək qabiliyyətini məhdudlaşdıran iqtisadi subyektlərin işgüzar rəqabətindən, yəni bazar şərtlərinin ayrı-ayrı bazar iştirakçılarının davranışlarından asılılıq dərəcəsindən danışırlar. Rusiya Federasiyasının 26 iyul 2006-cı il tarixli 135-FZ saylı "Rəqabətin qorunması haqqında" Qanununa uyğun olaraq, rəqabət, hər birinin müstəqil hərəkətlərinin, hər birinin malların dövriyyəsinin ümumi şərtlərinə uyğun olaraq birtərəfli təsir göstərməsini istisna etdiyi və ya məhdudlaşdırdığı iqtisadi subyektlərin rəqabətidir. əmtəə bazarı. İqtisadi baxımdan rəqabət 4 əsas aspektdə nəzərdən keçirilir: Bütün iştirakçılar üçün qaydaların birliyi. Bazarda rəqabət dərəcəsi olaraq; Bazar mexanizminin özünü tənzimləyən elementi kimi; Sənaye bazarı növünün təyin olunduğu bir meyar kimi. == Mükəmməl rəqabət == Mükəmməl rəqabət — hər biri nisbətən az bazar payı tutan və malların alqı-satqı şərtlərini diktə edə bilməyən istehsalçı olan çox sayda alıcı və satıcı olduğu bazar vəziyyətidir.
Rəqabət (iqtisadiyyatı)
Rəqabət (lat. concurrentia, lat. concurro — bərabər olmaq) — bütün iştirakçıları üçün vahid qaydalarla istehsal amillərinin ən səmərəli istifadəsi üçün iqtisadi iştirakçılar arasındakı mübarizədir. Rus dilində mənbələrdə ilk dəfə 1878-ci ildə alman mənşəli bir konsepsiya olaraq xatırlanır, Marksın əsərlərində bəhs edilmir (səhv məlumatlar, çünki "Fəlsəfənin Yoxsulluğu" əsərində "Rəqabət və İnhisar" adlı bir fəsil var), lakin sinonimi "ictimai istehsal"-dır. İqtisadiyyatda, hər biri öz hərəkətləri ilə bir rəqibin malların bazarda dövriyyə şərtlərinə birtərəfli təsir etmək qabiliyyətini məhdudlaşdıran iqtisadi subyektlərin işgüzar rəqabətindən, yəni bazar şərtlərinin ayrı-ayrı bazar iştirakçılarının davranışlarından asılılıq dərəcəsindən danışırlar. Rusiya Federasiyasının 26 iyul 2006-cı il tarixli 135-FZ saylı "Rəqabətin qorunması haqqında" Qanununa uyğun olaraq, rəqabət, hər birinin müstəqil hərəkətlərinin, hər birinin malların dövriyyəsinin ümumi şərtlərinə uyğun olaraq birtərəfli təsir göstərməsini istisna etdiyi və ya məhdudlaşdırdığı iqtisadi subyektlərin rəqabətidir. əmtəə bazarı. İqtisadi baxımdan rəqabət 4 əsas aspektdə nəzərdən keçirilir: Bütün iştirakçılar üçün qaydaların birliyi. Bazarda rəqabət dərəcəsi olaraq; Bazar mexanizminin özünü tənzimləyən elementi kimi; Sənaye bazarı növünün təyin olunduğu bir meyar kimi. == Mükəmməl rəqabət == Mükəmməl rəqabət — hər biri nisbətən az bazar payı tutan və malların alqı-satqı şərtlərini diktə edə bilməyən istehsalçı olan çox sayda alıcı və satıcı olduğu bazar vəziyyətidir.
Rəqabət hüququ
Rəqabət, və ya antiinhisar, hüquq — iqtisadi cəhətdən güclü şirkətlərin sahibkarlıq fəaliyyəti və müqavilə azadlığının məhdudlaşdırılmasına yönəlmiş hüquqi normalar, qaydalar toplusu. Ən ümumi məhdudiyyətlər kartellərin və ya digər qiymətlərin saxlanması və bazarın bölüşdürülməsi mexanizmlərinin yaradılmasını nəzərdə tutur; satıcının qiymətə təsir etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilən əsas birləşmələr və hərəkətlər. Hazırda dünyanın əksər ölkələrində antiinhisar qanunları mövcuddur. Antiinhisar qanununun tərəfdarlarının fikrincə, o, istehlakçıların iqtisadi maraqlarını qoruyur və iqtisadi inkişafı təşviq edir. Müxaliflərin fikrincə, antiinhisar qanunvericiliyi mülkiyyət hüquqlarının pozulması sistemidir və çox vaxt və ya adətən istehlakçılar və bütövlükdə iqtisadiyyat üçün mənfi nəticələrə gətirib çıxarır. Müasir hüquq doktrinasında sahibkarlıq hüququ kursunda öyrənilən “Rəqabət hüququ” anlayışı önə çəkilir. Eyni zamanda, son vaxtlar rəqabət qanunvericiliyinin təcrid olunması tendensiyası müşahidə olunur. Və biz yeni hüquq sahəsinin formalaşmasından danışmasaq da, yeni qanunvericilik sahəsinin formalaşmasından danışmaq olar. Rəqabət hüququnun biznes hüququndan ayrılması təhsil sahəsində də baş verir. == Antiinhisar qanunvericiliyinin tarixi == Müasir tarixdə ilk antiinhisar qanunu 1889-cu ildə Kanadada qəbul edilmişdir.
Adil Cəmil
Cəmilov Adil Savalan oğlu (8 oktyabr 1954, Kilsəli, Kəlbəcər rayonu) — Azərbaycan şairi, tərcüməçi və ədəbiyyat tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin (1985), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1979), "Qızıl qələm" mükafatı laureatı (1998), Azərbaycanın əməkdar jurnalisti (2015). == Həyatı == Adil Cəmil 1954-cü il oktyabrın 8-də Azərbaycanın Kəlbəcər rayonunun Kilsəli kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi, Mingəçevir şəhərində isə 9 saylı orta məktəbi bitirmişdir. ADU-nun Jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Təyinatla "Yazıçı" nəşriyyatının sərəncamına göndərilmişdir. Burada poeziya redaksiyasının redaktoru olmuşdur (1977-1990). "Həqiqət" qəzetində baş redaktor, "Bakı" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdiri, "Boz qurd" qəzetində redaktor (1990-1993), Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi nəzdində olan mətbəədə nəşriyyat şöbəsinin rəisi (1993-1994), "Binəqədi" rayon qəzetinin redaktoru (1994-2001) işləmişdir. Hazırda "Ədəbiyyat qəzeti"nin şöbə müdiri vəzifəsində çalışır (2002-ci ildən). Hələ orta məktəb illərindən bədii yaradıcılığa başlasa da ilk mətbu şeiri - "Bahar" 1970-ci il martın 22-də "Mingəçevir işıqları" qəzetində dərc olunmuşdur. Bədii tərcümə ilə də məşğul olur.
Mükəmməl rəqabət
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir. Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxış Çox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq.
Nəzakət Ağazadə
Nəzakət Ağazadə (Nəzakət Orucova, d. 13 fevral 1910, Gəncə şəhəri, Yelizavetpol quberniyası–ö. 10 aprel 1979, Bakı şəhəri, Azərbaycan SSR)— dilçi alim, filologiya elmlər doktoru, professor, Həsən bəy Ağayevin qızı == Həyatı == Nəzakət Ağazadə 13 fevral 1910-cu ildə Gəncə şəhərində Həsən bəy Ağayevlə, Xədicə xanım Ağayevanın ailəsində dünyaya gəlmişdir. O, ailəsnin 3-cü qız övladı idi. 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutuna daxil olan Nəzakət xanımı 1932-də “Müsavat Parlamanı başçısının qızı” olduğu üçün 2-ci kursdan çıxarmışdılar. Daha sonra Moskva Xarici Dillər İnstitutunun alman dili fakültəsini bitirmişdi. 1948-də Moskvada namizədlik, 1966-da Bakıda doktorluq dissertasiyası müdafiə etmiş, professor adını almışdır. "Azərnəşr"də tanış olduğu Əliheydər Orucovla evlənən Nəzakət xanımın 1942-ci ildə Elxan adlı bir oğlu dünyaya gəlmişdir. Onun həyat yoldaşı da özü kimi professor, EA-nın müxbir üzvü, görkəmli Azərbaycan dilçilərindən biri olmuşdur. == Fəaliyyəti == Nəzakət xanım uzun illər Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun alman dili kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Nəzakət Məmmədova
Nəzakət Əli qızı Məmmədova (28 fevral 1944, Kirovabad – 21 oktyabr 1980, Soçi, Krasnodar diyarı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1974). == Həyatı == Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd Bakıxanov və Hacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.
Rəqabət bazarı
Təkmil rəqabət (ing. perfect competition) — mikroiqtisadiyyatda xüsusi bir bazar növüdür. Nəzəri cəhətdən bu bazarın növü əhəmiyyətli nümunə kimi istifadə olunur, və digər növlər ona müqayisə olunur. Real həyatda mükəmməl rəqabət ən yaxın olaraq kənd təsərrüfatının bazarını əks etdirir. Mükəmməl rəqabət bazarı növbəti xüsusiyyətlərə malikdir: Satıcıların çox olmağı Standartlaşdırılmış mallar "Qiymət ilə razılıq" Sərbəst giriş və çıxış Çox inkişaf etmiş rəqabət bazarına müstəqil satıcıları sayı çox olur. Onlar müştərilərə standartlaşdırılmış malı təklif edirlər, yəni ki mallar bir biri ilə eynidir, və alıcı üçün müəyyən qiymətə hansını almaq fərqi yoxdur. "Qeyri-qiymət" rəqabəti (misal üçün keyfiyyət, reklam) üçün stimullar yoxdur. Ayrıca götürülən şirkətlər qiymətin əmələ gəlməsinə təsir göstərə bilmirlər, çünki onlardan hər biri cəm məhsulun əncaq balaca hissəsini istehsal edir. Əgər şirkət bazar qiymətindən bir az yüksək qiymət qoyarsa, həmin mal heç kimə satılmaz, çünki ondan başqa eyni malı aşağı qiymətə təklif edən çoxlu digər satıcılar var. Əgər şirkət bazar qiymətindən bir az aşağı qiymət qoyarsa, gəlir itkilərinə məruz qalacaq.
Nexbet
Nexbet — Yuxarı misir ilahəsi olub, kərkəs timsalında Yuxarı Misirin himayəçisi sayılır. Onun bütün ziyarətgahları Yuxarı Misirin El-Kab şəhərində yerləşir. Müqəddəs heyvan sayılan Nexbet - ağ dişi kərkəs, başında lələklərdən kəkilli ağ tac olan qadın cildində təsvir olunur. Yuxarı Misirin hökmdar tacı buna görə məhz ağ rəngdədir.