Nəzakət Məmmədova

Nəzakət Əli qızı Məmmədova (28 fevral 1944, Kirovabad21 oktyabr 1980, Soçi, Krasnodar diyarı) — Azərbaycan müğənnisi, Azərbaycan SSR əməkdar artisti (1974).

Nəzakət Məmmədova
Ümumi məlumatlar
Doğum tarixi 28 fevral 1944(1944-02-28)
Doğum yeri
Vəfat tarixi 21 oktyabr 1980(1980-10-21) (36 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qanaxma
Dəfn yeri
Musiqiçi məlumatları
Fəaliyyəti opera müğənnisi, müğənni
Mükafatları Azərbaycan SSR əməkdar artisti

Nəzakət Məmmədova 1944-cü ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarında atasını itirib. Valideynləri onu müəllimə görmək istəyirdilər. Onların bu istəyini nəzərə alan gənc qız Bakıya gəlir və Xarici Dillər İnstitutuna daxil olur. Amma təhsilini yarımçıq qoyaraq 1966-cı ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna daxil olur. Onun səsinə ilk qiyməti Əhməd BakıxanovHacıbaba Hüseynov verirlər. Onların qarşısında "Bayatı-Qacar" oxuyan gənc qız hər iki sənətkarın diqqətini cəlb edir. Sonralar təhsilini İncəsənət İnstitutunda davam etdirən Nəzakət Məmmədova bir müddət "Lalə" qızlar ansamblında çalışır. 1968-ci ildə Opera və Balet Teatrına qəbul olunur və 1971-ci ildə tamaşaçılar qarşısına yeni Leylilərdən biri kimi çıxır.

Soçi şəhərində plastik əməliyyatlarla lisenziyasız məşğul olan Karol Anatoli İvanoviç adlı birinə müraciət edən sənətçi boynundakı qırışlardan azad olmaq istəyir. Lakin əməliyyat zamanı həkim-dermatoloqun səhvi – bıçağın boğazdakı şah damara dəyməsi müğənninin ölümünə səbəb olur. Nəzakət Məmmədova qanaxmadan dünyasını dəyişir. Əslən erməni olan həkim Karol isə törətdiyi əmələ görə Krasnodar məhkəməsi tərəfindən 9 il azadlıqdan məhrum edilir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nəzakət Məmmədova opera müğənnisi kimi parlaq istedadını nümayiş etdirir. Sürəyya Qacar, Həqiqət Rzayeva, Gülxar Həsənova kimi sənətkarlardan sonra Nəzakət Məmmədova da Leyli obrazları arasında yeni bir səhifə açır. O, "Rast", "Qatar", "Şahnaz", "Segah" və digər muğamların, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınır. Azərbaycan musiqi sənətinin incəliklərini gözəl və məlahətli səsi ilə vətənindən çox-çox uzaqlara da apara bilir. Türkiyə, İran, ƏfqanıstanAlmaniya, Belçika, İtaliya və s. ölkələrdə qastrol səfərlərində olur.[2]

  1. "Nəzakət Məmmədovanın bioqrafiyası". 2014-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-25.
  2. Lal baxışın vida nəğməsi[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]