Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərəmli
Kərəmli – bir neçə yaşayış məntəqələrinin adı: == Azərbaycan Respublikası == Kərəmli — Ağdərə rayonunun İmarət Qərvənd kəndinin bir müddət işlənilən adı. Kərəmli — Göygöl rayonununda kənd. == İran İslam Respublikası == Kərəmli — Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. Kərəmli — Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Ərdəmli
Ərdəmli (türk. Erdemli) — Mersin ilinin ilçəsi.
Əylənli
Əylənli, Aynalı, Ağlyanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir. == Tarixi == Toponim əylənli türk tayfa adı əsasında yaranmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Davidaşen qoyulmuşdur. == Toponimi == Mənbədə Aylanlı kimidir 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Əgənli kənd adı. "Kəndin başqa adı Yasaqlıdır". Mənbədə Əglənli kimidir. Digər adı Axsaqlı-Əglənli idi "Axsaq (kəndi) yaxınlığında Əglənli "mə'nasındadır. XX əsrin əvvəllərinə aid mənbədə Aylanlı-Yasaqlı kimidir.
Ərəbli
Ərəbli (Meşkinşəhr)
Aşağı Əylənli
Aşağı Əylənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 04 aprel 1946-cı il fərmanı ilə adı ildə dəyişdirilərək Lenuqi qoyulmuşdur. XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. == Əhalisi == 1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər yerləşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur. == Tarixi == Aşağı Əylənli XIX əsrin axırlarında Əglənlu-Yasaqlu da adlanmışdır. 1828–1832-ci illərdə İrandan və Türkiyədən gəlmə ermənilər də yerdəşdikdən sonra əhali qarışıq yaşamışdır. 1918-ci ildə azərbaycanlılar qovulmuşdur.
Kərəmli (Göygöl)
Kərəmli (əvvəlki adı: 26 komissar adına) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Şəhriyar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 komissar adına kəndi Kərəmli kəndi adlandırılmışdır. == Toponimikası == Bu adda Kəlbəcər rayonunda da kənd qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 295 nəfər əhali yaşayır.
Kərəmli (Kəlbəcər)
İmarət Qərvənd (bir müddət işlənilən adı: Kərəmli) — Azərbaycan Respublikasının Ağdərə rayonununda kənd, İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi. == Toponimikası == Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır. 1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərimli. Bundan sonra, Azərbaycan SSR-nin 1961-ci, 1963-cü, 1968-ci, 1977-ci il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə) rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi, o yaşayış məntəqələrinin arasında İmarət Qərvəndin, Kərimlinin və ya Kərəmlinin adı qeyd olunmur. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünmüş, yaşayış məntəqələri də qeyd olunan rayonların tərkibinə verilmişdi - bu yaşayış məntəqələri arasında Kərimli və ya Kərəmli adında yaşayış məntəqəsinin adı keçmir, amma İmarət Qərvənd kəndinin adı keçir, bu Qərara əsasən İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun tərkibində verilmişdi. Bundan sonra İmarət Qərvənd kəndi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında bir müddət Kərəmli adlanırdı. Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu il Ağdərə rayonu yenidən yaradıldı. Bu Qanunla bir sıra yaşayış məntəqələri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi, və o yaşayış məntəqələrinin sırasında Kərəmli və ya Kərimli adında yaşayış məntəqəsinin adı qeyd olunmur, amma İmrarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd kəndi qeyd olunur - bu Qanunla İmarət Qərvənd kənd inzibati ərazi dairəsi İmarət Qərvənd kəndi ilə Kəlbəcər rayonunun tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi.
Kərəmli (Meşkinşəhr)
Kərəmli (fars. كرملو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 410 nəfər yaşayır (99 ailə).
Kərəmli (Əhər)
Kərəmli (fars. كرملو‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 96 nəfər yaşayır (22 ailə).
Qızqalası (Ərdəmli)
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. == Tarixi == Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Yuxarı Əylənli
Yuxarı Əylənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 2 km şimal-şərqdə, Alagöz dağının cənub-qərbində yerləşir. Kəndin başqa adı Əylənli-Əbdülrəhman olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə əylənli nəsil adı əsasında əmələ gəlmişdir. Əylənli tayfası F.Sümərin "Oğuzlar" əsərində əyələnoğlu kimi qeyd edilir. Patronim toponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tsaxkunk qoyulmuşdur.
Əliş Kərəmli
Əqrəbli (Sayınqala)
Əqrəbli (fars. عقربلو‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (25 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Rahil Ərəbli
Əcəmli (Sulduz)
Əcəmli (fars. عجملو‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 128 nəfər yaşayır (34 ailə).
Ərəbli (Həştrud)
Ərəbli (fars. عربلو‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (7 ailə).
Ərəbli (Meşkinşəhr)
Ərəbli (fars. عربلو‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 502 nəfər yaşayır (107 ailə).
Ərəbli (Urmiya)
Ərəbli (fars. عربلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 190 nəfər yaşayır (60 ailə).
Xeyrimli
Xeyrımlı (keçmiş adları Dil Xeyrımlı və Deli Xeyrımlı) – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 8 mart 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib. == Toponimikası == Xeyrımlı (oykonim, sadə) — Qazax rayonunun Əskipara inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir. Keçmiş adı Dil Xeyrımlı və Deli Xeyrımlı variantlarında qeyd olunmuşdur. Tədqiqatçılara görə, oykonim əvvəllər Deli Xeyrımlı tayfasının, və ya deli və xeyirli adlı iki etnonimin birləşməsindən düzəlmiş, sonralar bu etnonimlərdən birincisi ixtisara uğramışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 290 nəfər əhali yaşayır. Əhalinin 134 nəfəri kişilər, 156 nəfəri qadınlardan ibarətdir.
Xeyrımlı

Aras Bulut İynəmli
Araz Bulud İynəmli (türk. Aras Bulut İynemli; d. 25 avqust 1990, İstanbul, Türkiyə) — Türkiyə aktyoru. == Həyatı == Araz Bulud İynəmli 25 avqust 1990-cı ildə İstanbulda anadan olmuşdur. Yeşim adında böyük bacısı və Orcun adında böyük qardaşı vardır. Qardaşı aktyor, bacısı da səs sənətçisidir. Atasının adı Çingiz, anasının adı Sevtapdır. Beşiktaş Anadolu Liseyindən məzun olduqdan sonra İstanbul Texniki Universitetində təyyarə mühəndisliyi oxuduğu müddətdə aktyorluq etməyə başladığından təhsilinə fasilə verdi. Əmisiqızı Miray Daner, əmisi Çingiz Daner və böyük əmisi İlhan Daner də aktyordur.
Araz Bulud İynəmli

Qız qalası (Ərdəmli)
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. == Tarixi == Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Arzu Nehrəmli
Arzu Nehrəmli (azərb. Arzu Kazım qızı Vəliyeva‎; d. 27 oktyabr 1970, Babək r., NMR) — şair, nasir, publisist. Tarix elmləri üzrə fəlsəfə doktoru. Azərbaycan Yazıçılar Birliyinin (2000-ci ildən) üzvü və Azərbaycan Jurnalistlər Birliyinin (2015-ci ildən) üzvü. == Həyatı == === Təhsili === 27 oktyabr 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunun Nehrəm kəndində qulluqçu ailəsində anadan olub. Nehrəm kənd orta məktəbini əla qiymətlərlə bitirib. Bakalavr, magistratura və doktorantura təhsilini Bakı Dövlət Universitetində (BDU) alıb. Uşaq yaşlarından idmanla məşğul olur. Naxçıvan Muxtar Respublikasının qadınlardan ibarət yığma basketbol və yüngül atletika komandalarının, eləcə də BDU-nun basketbol komandasının heyətində oynayıb.
Eynəkli ayı
Eynəkli ayı (lat. Tremarctos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Cinsə iki növ daxildir. Bu cinsə daxil olan bir növ Cənubi Amerika ərazisində ayıkimilər fəsiləsinə aid yaşayan yenganə ayı növdür.
Eynəkli ayılar
Eynəkli ayılar (lat. Tremarctinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Eynəkli bayquş
Eynəkli bayquş (lat. Pulsatrix) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin bayquşlar fəsiləsinə aid heyvan cinsi.
Eynəkli kayman
Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. == Görünüşü == Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür.
Eynəkli pinqvin
Eynəkli pinqvin və ya Afrika pinqvini (lat. Spheniscus demersus) — Eynəkli pinqvinlər cinsinə daxil olan növ. == Xarici görünüş == Öz cinsinin ən böyük nümayəndəsidir. Uzunluğu 65–70 sm, çəkisi 3–5 kq təşkil edir. Öz cinsinin digər nümayəndələri kimi onunda önü ağ, arxası isə qara rəngdə olur. == Yayılması == Arealı Cənubi Afrika, Namibiya və yaxınlıqda yerləşən adaların sahillərində yayılmışdır. 1900-cü ildə populyasiyanın sayı 2 mln, 2015-ci ildə isə sayı 140–180 min baş olmuşdur. == Həyat tərzi == Bu növün nümayəndələri 20 km/s sürətlə suyun 100 m dərinliyinə üzə bilirlər. Suyun altında 2–3 dəqiqə qala bilirlər. Qida arxasınca 70–120 km dəniz daxilinə üzürlər.
Eynəkli pinqvinlər
Eynəkli pinqvinlər (lat. Spheniscus) — Pinqvinlər fəsiləsinə daxil olan növlər: Spheniscus demersus — Eynəkli pinqvin Spheniscus mendiculus — Qalapaqos pinqvini Spheniscus humboldti — Humbold pinqvini Spheniscus magellanicus — Magellan pinqvini Bu cinsə daxil olan növlər rəng və ölçü baxımından bir-birinə bənzəyirlər. Eynəkli pinqvin — eynəkli pinqvinlər cinsinə daxil ən böyük nümayəndəsidir. Bu növün nümayəndələri Afrikanın cənub sahillərində yayılmışdır. Magellan və Humbold pinqvinləri nisbətən kiçik ölçülərə malik olurlar. Eynəkli pinqvinlər yuvaları sahilə yaxın ərazilərdə qum üzərində qoyurlar. Magellan pinqvinləri Cənubi Amerikanın cənub sahillərində yayılmışdır. Onlar digər növlərdən fərqli olaraq yuvaları sahildən aralıda meşəlikdə qururlar. Qalapaqos pinqvini isə ekvatordan bir qədər aralıda yayılırlar.
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
Eynəkli ördək
Eynəkli ördək (lat. Speculanas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Nimtac Ayrımlı
Tacülmüluk (və ya Nimtac Ayrımlı , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı – 10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır. == Həyatı == Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar. Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.
Qızqalası, Erdemli
Qızqalası — Karikos sahil qalasına 200 metr məsafədə olan adada yerləşir. Böyük hissəsi yaxşı vəziyyətdə olan Qızqalasının şimal və cənub səmtləri səkkiz qülləylə qorunmuşdur. Qalanın xarici dairəsinin uzunluğu 192 metr dir. Qızqalası ilə sahildəki qala dənizdən bir yolla bağlanmış, dənizdən gələcək hücumlara qarşı tədbirləralınmışdır. Karamanoğlu İbrahim bəy tərəfindən 1448-ci ildə bərpa olunan qala bu gün bölgənin turizm simvolu halına gəlmişdir. == Tarixi == Qızqalası Romalılar, Bizanslılar, Səlcuqlular, Fransızların (Kipr Krallığı), Qaramanlı və Osmanlıların hakimiyyətində olmuş əhəmiyyətli bir yaşayış məntəqəsidir. Aparılan ilk qazıntılarda buraya ilk yaşayışın e.ə. IV əsrə aid olduğunu göstərir. Məşhur tarixçi Herodot, bu şəhəri Georges adında Kiprli bir knyazın qurduğunu yazır. Miladdan sonra 72-ci ildə Roma hakimiyyətinə daxil edilən Qızqalası 450-ci ilə Roma imperiyasının ərazisi olmuşdur.
Ərəbli-i Bişə (Urmiya)
Ərəbli-i Bişə (fars. عربلوی بیشه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər yaşayır (89 ailə).
Ərəbli-i Dərə (Urmiya)
Ərəbli-i Dərə (fars. عربلوی دره‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 448 nəfər yaşayır (129 ailə).
Ərəbli-i Yekan (Urmiya)
Ərəbli-i Yekan (fars. عربلوی یکان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 154 nəfər yaşayır (51 ailə).