Xeyrimli

Xeyrımlı (keçmiş adları Dil XeyrımlıDeli Xeyrımlı) – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.

Kənd
Xeyrımlı
41°02′58″ şm. e. 45°06′30″ ş. u.
Ölkə  Azərbaycan
Tarixi və coğrafiyası
Sahəsi 4.1[1]
Mərkəzin hündürlüyü 764 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 318[1] nəfər
Milli tərkibi Azərbaycanlılar
Rəsmi dili Azərbaycan dili
Xəritəni göstər/gizlə
Xeyrımlı xəritədə
Xeyrımlı
Xeyrımlı

Kənd 8 mart 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.[2] 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.[3]

Xeyrımlı (oykonim, sadə) — Qazax rayonunun Əskipara inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir.

Keçmiş adı Dil XeyrımlıDeli Xeyrımlı variantlarında qeyd olunmuşdur. Tədqiqatçılara görə, oykonim əvvəllər Deli Xeyrımlı tayfasının[4], və ya delixeyirli adlı iki etnonimin birləşməsindən düzəlmiş, sonralar bu etnonimlərdən birincisi ixtisara uğramışdır.[5]

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 290 nəfər əhali yaşayır. Əhalinin 134 nəfəri kişilər, 156 nəfəri qadınlardan ibarətdir.[6]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. 2019-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2016.
  2. "Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib - VİDEO". Oxu.Az (az.). 2024-04-19. 2024-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-19.
  3. "Qazaxın 4 kəndi artıq nəzarətimizdədir — Rəsmi". Qafqazinfo (az.). 2024-05-24. 2024-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-24.
  4. "Arxivlənmiş surət". 2015-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-05.
  5. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  6. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629