Xeyrımlı (keçmiş adları Dil Xeyrımlı və Deli Xeyrımlı) – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Kənd | |
Xeyrımlı | |
---|---|
41°02′58″ şm. e. 45°06′30″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Sahəsi | 4.1[1] |
Mərkəzin hündürlüyü | 764 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi | 318[1] nəfər |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Kənd 8 mart 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.
19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.[2] 24 may 2024-cü il tarixində Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.[3]
Xeyrımlı (oykonim, sadə) — Qazax rayonunun Əskipara inzibati ərazi vahidində kənd. Gəncə-Qazax düzənliyindədir.
Keçmiş adı Dil Xeyrımlı və Deli Xeyrımlı variantlarında qeyd olunmuşdur. Tədqiqatçılara görə, oykonim əvvəllər Deli Xeyrımlı tayfasının[4], və ya deli və xeyirli adlı iki etnonimin birləşməsindən düzəlmiş, sonralar bu etnonimlərdən birincisi ixtisara uğramışdır.[5]
2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 290 nəfər əhali yaşayır. Əhalinin 134 nəfəri kişilər, 156 nəfəri qadınlardan ibarətdir.[6]
Qazax rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |