Əylənli, Aynalı, Ağlyanlı — İrəvan quberniyasınınEçmiədzin qəzasında, indi Talin rayonunda kənd.[2][3]Rayon mərkəzindən 7 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir[4]. Kəndin digər adı həm də Aynalı, Ağlyanlı kimi göstərilir[5][6].
Toponim əylənli türk tayfa adı[7] əsasında yaranmışdır.[8]Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 19.IV.1950-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Davidaşen qoyulmuşdur.
Mənbədə Aylanlı kimidir 1728-ci ildə İrəvan əyalətinin Karbi nahiyəsində Əgənli kənd adı[9][10]. "Kəndin başqa adı Yasaqlıdır". Mənbədə Əglənli kimidir. Digər adı Axsaqlı-Əglənli idi[11][12] "Axsaq (kəndi) yaxınlığında Əglənli "mə'nasındadır. XX əsrin əvvəllərinə aid mənbədə Aylanlı-Yasaqlı kimidir[13][14]. 1828–1832-ci illərdə kənd dağılmışdır[15]. XIX əsrin 80-ci illərində Yuxarı Əylənli Əbdürrəhmanlı və Aşağı Əylənli Yasaqlı kəndləri vardı. Kəndin əsasını qoymuş tayfa adıdır. 1593-cü ilə aid mənbədə Gəncə və Bərdə nahiyələrində Əglənlu elinin yaşadığı qeyd olunur[16].[17]
Kənddə 1873-cü ildə 196 nəfər, 1886-cı ildə 236 nəfər, 1897-ci ildə 308 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 228 nəfər, 1916-cı ildə 315 nəfər[18], 1918-ci ilin yanvarında 300 nəfər[19] yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından tamamilə deportasiya olunmuşdur[19] və kəndə 1916–18-ci illərdə Türkiyənin Muş vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir[20]. İndi ermənilər yaşayır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
↑erm.Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931)Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.34
↑PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
↑İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.30,92–93
↑Аристов Н.А. Заметки об этническом составе тюркских племен и народностей и сведения об их численности. "Живая старина". вып. 3–4. Спб., 1896.
↑Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
↑Budaqov B.Ə. Azərbaycan coğrafi terminlərinin bə’zi məsələlərinə dair. "Azərbaycan SSR ЕA Xəbərləri" (Yer Elmləri Seriyası), 1959, № 7.
↑Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
↑Kirzioqlu F. 1593 ylde Osmanli vilaget tahrir defterlerende Gence-Karabag sancak lari; "ulus" ve "oymakleri". Sevic matbaasi. Ankara, 1979.
↑Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә.Әјләнли // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
↑erm.Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931)Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.34–35, 116–117
↑ 12История Азербайджана по документам и публикациям, Баку, "Элм", 1990. s.220
↑erm.Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931)Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931). Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.117