İmarət Qərvənd (bir müddət işlənilən adı: Kərəmli[1][2][3][4]) — Azərbaycan Respublikasının Ağdərə rayonununda kənd, İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi.[5][6]
İmarət Qərvənd | |
---|---|
40°09′55″ şm. e. 46°26′57″ ş. u. | |
Ölkə | |
Region | Ağdərə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.155 m |
Saat qurşağı | |
Kəndi Qarabağda yaşamış qərvənd tayfasına mənsub ailələr salmışlar. Oykonimin birinci komponenti imarət (vaxtilə burada mövcud olmuş mülkə işarədir) sözü yaşayış məntəqəsini eyniadlı digər kəndlərdən fərqləndirmək üçün artırılmışdır.[7]
1933-ci il üçün tərtib olunan Azərbaycan Sosialist Şura Cümhuriyyətinin (Azərbaycan SSR) inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Muxtar Dağlıq Qarabağ Oblastın (Dağlıq Qarabağ Muxtar Vilayətinin) tərkibində İmarət Qərvənd kənd şurasının tərkibində iki məskun yeri qeyd olunur: İmarət Qərvənd və Kərimli[8]. Bundan sonra, Azərbaycan SSR-nin 1961-ci[9], 1963-cü[10], 1968-ci[11], 1977-ci[12] il üçün tərtib olunan inzibati-ərazi bölgüsündə o vaxt mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Mardakert (1991-ci ildən sonra Ağdərə[13]) rayonunun tərkibində İmarət Qərvənd kənd Sovetinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur, amma həmin rayonun tərkibində Kərəmli kəndi artıq qeyd olunmur.
Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi, o yaşayış məntəqələrinin arasında İmarət Qərvəndin, Kərimlinin və ya Kərəmlinin adı qeyd olunmur[14]. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Kəlbəcər və Tərtər rayonları arasında bölünmüş, yaşayış məntəqələri də qeyd olunan rayonların tərkibinə verilmişdi - bu yaşayış məntəqələri arasında Kərimli və ya Kərəmli adında yaşayış məntəqəsinin adı keçmir, amma İmarət Qərvənd kəndinin adı keçir, bu Qərara əsasən İmarət Qərvənd kəndi Kəlbəcər rayonunun tərkibində verilmişdi[15]. Bundan sonra İmarət Qərvənd kəndi Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında bir müddət Kərəmli adlanırdı[2][3][4].
Azərbaycan Respublikasının 5 dekabr 2023-cü il tarixli Qanunu il Ağdərə rayonu yenidən yaradıldı. Bu Qanunla bir sıra yaşayış məntəqələri Ağdam, Kəlbəcər və Tərtər rayonlarının tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi, və o yaşayış məntəqələrinin sırasında Kərəmli və ya Kərimli adında yaşayış məntəqəsinin adı qeyd olunmur, amma İmrarət Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindəki İmarət Qərvənd kəndi qeyd olunur - bu Qanunla İmarət Qərvənd kənd inzibati ərazi dairəsi İmarət Qərvənd kəndi ilə Kəlbəcər rayonunun tərkibindən yeni yaradılan Ağdərə rayonunun tərkibinə verildi[16]. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsü təsnifatında Ağdərə rayonunun tərkibinə olan İmarət Qərvənd kənd inzibati ərazi dairəsinin mərkəzi olaraq İmarət Qərvənd kəndi qeyd olunur[5][6].
İmarət Qərvənd kəndi rayon mərkəzi Ağdərə şəhərindən 53 km qərbdə, Kənd Ağdabançay çayının sahilində, Murovdağ silsiləsinin cənub ətəyində yerləşir[17].
İmarət-Qərvənd kəndi iki hissədən ibarətdir: şərq hissəsi Kərəmli, qərb hissəsi isə Almədədli (Alməətli) adlanır. Evlərin əksəriyyəti Kərəmli adlanan hissədə yerləşir. Almamədədli ərazisi çay ilə iki hissəyə bölünür. Bu çayın mənbəyi Murovdağ silsiləsinin ətəklərindən (Daşağıl, Çayqovuşan, Qaraqaya, Yelli yal) adlanan yataqlarda yerləşir, çay İmarət-Qərvənd kəndini keçərək “Xot” adlanan günbəzin sağ tərəfindən Tərtər çayına tökülür. Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun fikrinə görə, əsrin əvvəllərindən edilmiş səhv yoxlanılma nəticəsində bu gün də səhvən xəritələrdə çay Ağdaban çayı kimi qeyd edilir, amma əslində bu Gərək çayıdır, Ağdaban çayı isə bu çayın onlarla qolundan biri olan sağ qoludur. XVIII əsr Osmanlı mənbəsində Gərək çayının adı qeyd olunur. İndi də çayın yuxarı hissəsində “Gərəyin düzü”, “Gərəyin qəbiristanlığı” adlanan yerlər mövcuddur[18].
İmarət Qərvənd kəndi Azərbaycan SSR-nin[12], sonradan isə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Mardakert rayonunun inzibati ərazisinə aid idi, lakin 26 noyabr 1991-ci il tarixli Qanunla DQMV ləğv edilərək, Mardakert rayonunun adı dəyişdirilərək Ağdərə rayonu adlandırıldı[13]. 13 oktyabr 1992-ci il tarixli Qərar ilə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. İmarət Qərvənd kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biri olmuşdu[15].
Qarabağ münaqişəsi nəticəsində, kənd işğal olunmuşdu. Tarixçi Ramin Əlizadənin verdiyi məlumata görə, 17 sentyabr 1991-ci il tarixində erməni silahlıları qəfil hücuma keçib, kəndi mühasirəyə almışdılar. Ramin Əlizadənin verdiyi məlumata görə, 18 sentyabr 1991-ci il tarixində kəndin ərazisi "Alazan" raketləri ilə bombardman olmağa başladı. İlk günlərdə kəndin 15 dinc sakini şəhid olmuşdu. Qarşı tərəfin müasir silah və texnikasına qarşı kənd sakinləri ov tüfəngi ilə mübarizə aparırdı. Kənd sakinləri Azərbaycanın ozamankı rəhbərliyindən kömək istəsə də, yardım göstərilməmişdi.[19] "Memorial" hüquq müdafiəsi mərkəsinin verdiyi məlumata görə, kəndin əhalisi kəndi tərk etməyə məcbur olmuşdu[20], kənd isə hücum edənlər tərəfindən yandırılmışdı[21]. Jurnalist[22] Salman Alıoğlunun verdiyi məlumata görə, "Dağlıq Qarabağda ilk azərbaycanlı kəndi" İmarət-Qərvənd işğal olundu[23]. Beləliklə, o dövrdə İmarət Qərvənd kəndi erməni silahlı dəstələri tərəfindən işğal olunmuş[24]. 1992-ci ilin iyul ayının əvvəlinə Azərbaycan Silahlı Qüvvələri kəndi işğaldan azad etdi[25]. Amma 1993-cü ilin əvvəllərində kənd yenə də işğal olunur[26] və nəticədə qondarma özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran sepratçı rejimin nəzarətinə keçmişdi.
2020-ci ildə 44-günlük müharibə nəticəsində Azərbaycan-Ermənistan-Rusiya arasında 9-10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli Bəyanata görə, kəndin ərazisi Rusiya Federasiyasının Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdi. 2023-cü ilin avqust ayında Azərbaycan Respublikasının Qarabağda keçirdiyi anti-terror əməliyyatı nəticəsində ərazi işğaldan azad edilərək, Azərbaycan Respulikasının birbaşa nəzarətinə qaytarıldı[27].
5 dekabr 2023-cü il tarixli Qanunla kənd yenidən yaradılan Ağdərə rayonunun tərkibinə daxil edilibdir.[16][28]
Yelliyal yurdu, Zərnişan bulağı yurdu, Seyidlər yurdu, Çöplügöl yurdu, Babakişilərin yurdu, Dükanlar yurdu, Qaraqaya yurdu, Göyxır yurd, Daşağıl yurdu, Seyidölən yurd, Yəhər yurd, Suçıxan yurd.
Məmmədxan bulağı, Qoşabulaq, Hovuz bulaq, Babalı bulağı, Rza bulağı, Baldırğanlı bulaq, Züleyxa bulağı, Mehdinin bulağı.
Ərikli, Ərikliocagi-Pir, Pirpəyə, Uzundərə, Çayyeri, Soltanbəyin yurdu, Ədilbəyin yurdu, Mehtibəyin yurdu, Əliuçan, Qoşdaş, Soltanbəyin Çinarlari 1200 yaş, Nəbidərəsi, Temirin yurdu, Qaradaş, Qumqazılan, Alıyevli qışlağı, Burunctapı, Qaraağac, Xanların gölü, Calaqlıq, Məmmədxanın düzü, Quyulugüney, Gillər, Şişqaya, Kolavatın döşü, Almədətli, Ciqrayeri,(Ciqarayeri Tütün əkilən yer)Sılıflı, Gərəkçay, Ağdaban çayı, Torağaçay, Dəyirmanın yanı, Gölpəyə, Güllübağ, Təkarmud, Sarıuçuq, Yalyeri, Toxmaçar, Humayın düzü, Bağ, Şirəligöl, Qozlupəyə, Ocağınyanı, Gərayın çəpəri, Yanıq, Gölləklər, Ağbulaq, Zərifli, Qarabulaq, Siçanli yurdu, Kurqan, Qaraqaya dağı, Atyolu, Zəlligöl, Zəligölü.[29]
Zəli göl binəsi, Qırmızı ferma binəsi.[29]
İşğaldan qabaqki dövrdə kəndin ümumi əhalisinin sayı 1600 nəfərə yaxın idi[19].
Sovet vaxtı kəndin əhalisi heyvandarlıq və əkinçiliklə məşğul idi, kənddə orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var idi[17]. İşğaldan qabaqki dövrdə kənddə 210-a qədər ev vardı[19].
Вместе с тем, в результате боевых действий армянских вооруженных формирований жители азербайджанских сел Башгешлаг, Шефек, Зейва, Тодан — в бывшем Шаумяновском районе, Туг, Салакатин — в Гадрутском районе НКАО, Имерет-Геверент — в Мардакертском районе НКАО, Джамилли, Лесное (Мешали) — в Аскеранском районе НКАО, Ходжавенд, Диваналар — в Мартунинском районе НКАО были вынуждены покинуть их.
Некоторые села, например — Имерет-Геревент, были сожжены нападавшими.