Nimtac Ayrımlı

Tacülmüluk (və ya Nimtac Ayrımlı[2] , fars. تاج‌الملوک‎; 17 mart 1896, Bakı10 mart 1982, Akapulko, Qerrero[d]) — mayor Teymur xan Ayrımlının qızı, Rza şah Pəhləvinin ikinci həyat yoldaşı və İranın şah xanımı və Məhəmməd Rza Pəhləvinin anası. Etnik azərbaycanlıdır.

Tacülmüluk
Doğum tarixi 17 mart 1896(1896-03-17)
Doğum yeri
Vəfat tarixi 10 mart 1982(1982-03-10) (85 yaşında)
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Atası Teymur xan Ayrımlı
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsl adı Nimtac Xanım olan Tacülmüluk əslən bakılı olub, 17 mart 1896-cı ildə anadan olmuşdur. Atası Teymur xan Ayrımlı Rusiya İmperiyası ordusunun polkovniki kimi İran Qacar İmperiyasında yerləşmiş rus ordusunda xidmət etmişdir. Tacülmüluk öz xatirələrində yazır ki, atası Bakıda ordu komandirinin müavini, Lənkəranda zastava rəisi olmuş, daha sonra briqada generalı kimi xidmət etmişdir. Qardaşı Nəriman və əmiləri 1900–1918-ci illərdə əvvəlcə ermənilər və azərbaycanlılar arasında, daha sonra isə bolşeviklərin Zaqafqaziyada iqtidara gəlməsi ilə yaşanan qarışıqlıqda itkin düşüblər. Bu səbəbdən də naməlum tarixdə Teymur xan öz ailəsini Bakıdan İrana gətirmiş, bolşevik hakimiyyətinin Zaqafqaziyada qurulmasından sonra isə bir daha geri qayıtmamışdılar.

Teymur xan Bakıda qızının gələcək həyat yoldaşı və İran şahı Rza Savadkuhi ilə tanış olur və sonralar ikisi birliktə İrana yola düşür. Baş verən bu yaxınlaşmadan sonra Nimtac xanım Rza Savadkuhi ilə nişanlanır.

1921-ci il fevral ayının 23-də Rza şah çevriliş edərək hakimiyyətini öz əlinə alır.

Kraliçalığı

[redaktə | mənbəni redaktə et]

15 dekabr 1925-ci ildə Rza şah özünü Şahənşah, həyat yoldaşını isə Şahbanu elan etdi. Talcümülukun xatirələrinə nəzər salsaq görərik ki, Rza şah həyatının bu dönəmini onunla deyil digər həyat yoldaşları Turan Əmir Süleymani və Əsmət Dövlətşahi ilə keçirmişdir. Tacülmüluk öz istəyi ilə siyasətə daxil olmaq istəməsə də, ona Şahbannu titulu verilmiş və İranın qadınlarla bağlı siyasətində mühüm rol oynamışdır. Tacülmüluk cəmiyyətdə rəsmi mövqe tutan ilk İran şahbanusudur.

Onun şahla birlikdə rəsmi məclislərdə iştirak etməsi Rza şahın apardığı qadın siyasəti baxımından əhəmiyyətli rol oynayırdı. Rza şah modernləşmə ilə qadınların cəmiyyətdə rolunu artırmağa çalışırdı.

Tacülmüluk İran qadınlarının çardadan azad olunmasında böyük pay sahibi olmuşdur. Təbii ki, bu proses tədricən baş verirdi. 1933-cü ildə müəllimlər, 1934-cü ildə məktəbli qızlara çadrasız məktəbə getməyə icazə verildi. 1934-cü ildə rəsmi qəbulların birinə Tacülmüluk çadrasız gəlmişdi. Daha sonra Rza şah qızları və həyat yoldaşının şəkillərini çadrasız dərc etdirir. 1936-cı ildə isə çadra rəsmi olaraq ləğv edilir. Həmin gün şah xalqa müraciət edərək qadınlara gələcəklərinin öz əllərində olduğunu söyləmişdir.

1939-cu ildə o, oğlunun Fövziyyə bint Fuadla olan nişanında iştirak etsə də, bu evliliyə müsbət yanaşmırdı.

1941-ci il sentyabrın 16-da Rza şah devrildi və sürgün edildi. Lakin Tacülmüluk onunla Cənubi Afrikaya getmədi və oğlu ilə qaldı. Onun oğlu üzərinə təsiri böyük idi. Tacümüluk bu illərdə şah xanədanına rəhbərlik edirdi. Bu ərəfədə gəlini Fövziyyə bint Fuadla münasibəti daha da pisləşdi və 1945-ci ildə Fövziyyə xanım İranı tərk edərək Misirə qayıtdı.

Məhəmməd Müsəddiqin baş nazir seçilməsindən sonra 1951-ci ildə şah ailəsi İranı tərk edir və 1953-cü il Müsəddiqin İrandan qaçmasından sonra geri qayıdırlar.

O, oğlunun hakimiyyəti illərində sarayın rəsmi məclislərinin demək olar ki, heç birində iştirak etməmişdir. 1971-ci ildə Tacülmülukun səhhəti pisləşdiyinə görə saraya tez-tez həkimlər dəvət edilirdi.

1979-cu il İran İslam inqilabından qabaq Məhəmməd Rza Pəhləvi anası Tacülmüluku Beverli Hillsə göndərir. 1978-ci il dekabr ayının 30-da onların yaşadığı ev iranlı tələbələrin hücumuna məruz qalır.[3] Bu hadisədən sonra Tacülmüluk və qızları ABŞ-nin Birləşmiş Krallığdakı keçmiş səfiri Valter Annenberqin Palm Sprinqsdəki əmlakına sığınır.[4]

Uzun müddət leykoz xəstəliyindən əziyyət çəkən Tacülmüluk 1982-ci ildə 86 yaşına 1 həftə qalmış Meksikada vəfat edir.

Nimtac xanımın Rza şahla evliliyindən 4 övladı dünyaya gəlmişdir:

  1. Şəms Pəhləvi
  2. Məhəmməd Rza Pəhləvi
  3. Əşrəf Pəhləvi
  4. Əli Rza Pəhləvi
  • 1896–1918: Xanım Nimtac Ayrılmı
  • 1918–1925: Xanım Rza xan
  • 1925–1941: Əlahəzrət İran Kraliçası
  • 1941–1982: Əlahəzrət İran xalqının anası
  1. 1 2 3 Lundy D. R. The Peerage (ing.).
  2. "Archived copy". Ashraf Pahlavi Official Site. 21 oktyabr 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2018.
  3. Scott, Lois. "The Shah's dawnfall". The Victoria Advocate. 24 February 1980. 13 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2012.
  4. Kent, Thomas. "Shah looking for way out Iran". Williamson Daily News. Tehran. AP. 30 December 1978. 13 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 November 2012.