Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Balaton gölü
Balaton gölü— Macarıstanın Transdanubian regionunda yerləşən şirin sulu göldür. Mərkəzi Avropanın ən böyük gölü olmaqla yanaşı, regionun əsas turizm mərkəzlərindən hesab edilir. Gölü su axını ilə əsasən Zala çayı təmin edir və göldən yalnız Şio çayı başlanğıc götürür. Düzənlik cənub sahilləri kurort şəhərləri kimi tanındığı halda, şimal sahillərinin dağlıq regionları tarixi və əsas şərabçılıq regionları kimi tanınır. Balıqçılıq yaxşı inkişaf edib. Göl gəmiçiliyə yararlıdır. == Adı == Göl Macar dilində sadəcə olaraq Balaton kimi məlumdur. Adın yaranmasına çox güman ki, Slavyanca "palçıq" və ya "bataqlıq" mənasını verən blato sözü təsir göstərib (sloven. Blatno jezero, slovak. Blatenské jazero).
Balaton gölü əməliyyatı
Balaton gölü əməliyyatı (alm. Plattenseeoffensive‎) - II. Dünya Müharibəsi zamanı Şərq Cəbhəsində baş verən son Alman döyüş hücumudur. Əməliyyat Macarıstan ərazisinin cənub-qərb hissəsində 6 - 16 Mart 1945-ci il tarixləri arasında icra edilmişdir. Əməliyyat Almanca Plattensee Hücumu, Rusca Balaton Müdafiə Hərəkatı və İngiliscə Balaton Gölü Hücumu kimi tanınır. Hazırlıqları böyük bir gizlilik içində davam etdirilən döyüş, 6 Mart 1945-ci il tarixində Balaton gölü yaxınlığında başlanılıb. Bölgə Rumıniya nefti itirildikdən sonra Almaniyanın neft ehtiyacını təmin edən son region olması səbəbindən çox əhəmiyyətli idi.
Balaban
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir. Arxa hissəsində bir, üzərində səkkiz dəlik açılaraq əsasən tut ağacından hazırlanan nəfəsli musiqi aləti. Xalq arasında balaban və ya "yastı balaban" adı ilə tanınır. Yumşaq və həzin səsə malik balabandan ansambl, orkestr və solo aləti kimi nəfəsli alətlər qrupunu, o cümlədən aşıqlar dəstəsini müşayiət etmək üçün istifadə edilir. Balaban ərik, qoz, tut və armud ağaclarından xüsusi dəzgahlarda yonulub, içərisi oyulduqdan sonra müəyyən bitki yağları ilə yağlanır, xüsusi temperaturda uzun müddət qurudulur. 2023-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyasında Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilib. == Etimologiya == "Balaban" sözünün mənası "bala" (kiçik) və "ban" (səs tembrinin xoruz banına bənzədilməsi) sözləri ilə bağlı olub, "kiçik ban" (ilk, erkən ban) deməkdir. El arasında ona "yastı balaban", "balaman", "mey" də deyilir. == Tarixçəsi == Mingəçevir qədim yaşayış məskənində sümükdən hazırlanmış e.ə. I əsrə aid balabanın prototipi olan nəfəsli musiqi aləti tapılmışdır.
Balakən
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. == Tarixi == Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. == Tarixi abidələri == Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.
Balaşov
Balaşov — Rusiya Federasiyasında yerləşən şəhər Saratov vilayətinə daxildir
Ballion
Ernest Ballion (rus. Эрнест Эрнестович Баллион;18 (30) noyabr 1816, Sankt-Peterburq – 9 sentyabr 1901, Novorossiysk) Rusiya İmperiyası entomoloqu. == Əsərləri == «Краткая ботаника» Ч. I (Казань, 1857); «Опыт исследования о русских названиях простонародных и книжных млекопитающих животных, водящихся в пределах Российской Империи» (Казань, 1858) Публикации исследований по энтомологии России, помещенных в «Bulletin de la soc. Imp. des naturalistes de Moscou» (1805—1888). == İstinadlar == Лапин Е. Собрал все книги и пожертвовал // Новороссийский рабочий.
Salahov
Salahov
Balkon
Balkon (İtalyanca: balcone) — tikililərdə xarici divarın qarşısında, çox vaxt üstü açıq olan hissə. Balkonlara qapı vasitəsilə keçirlər. Böyük qonaq evlərində həyətə baxan qapıların açıldığı bir yanı həyətə baxan dəhlizlər də balkondur. Balkon fikri ilk dəfə xristianlıqda, imperator və imperatriçanın kafedrallardakı dini ayinləri xalqdan uzaq, onlarla əlaqəsi olmayan bir yerdə icra etmək ehtiyacından meydana çıxmışdır. Balkonların ölçüləri və xüsusiyyətləri mədəniyyətdən mədəniyyətə, binadan binaya dəyişir.
Balan
Balan (En) — Fransada kommuna. Balan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Balan xalçası — İranda xalça.
Arif Salahov
Arif Əliabbas oğlu Salahov (18 avqust 1937, Digah – 25 aprel 2006, Bakı) — artilleriya general-mayoru, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk 4 zabitindən biri olmuşdur.[mənbə göstərin] == Həyatı == Arif Salahov 18 avqust 1937-ci ildə Abşeron rayonunun Digah kəndində anadan olmuşdur. === Təhsili və hərbi xidməti === 1955-ci ildə kənddə yerləşən 106 nömrəli orta məktəbi bitirmişdir. 26 oktyabr 1956-cı ildə SSRİ Silahlı Qüvvələrinin sıralarına hərbi xidmətə çağırılmışdır. 1956-1958-ci illər Leninqrad hərbi dairəsinin Lomonosov şəhərində yerləşən təlim tank alayında xidmət keçmişdir. 1958-1961-ci illər Tula Hərbi Artilleriya Məktəbində təhsil almışdır. 1961-ci ildə Məktəbi bitirdikdən sonra “leytenant” hərbi rütbəsi verilmişdir. 1961-1965-ci illər Odessa hərbi dairəsinin Tiraspol şəhərində yerləşən 59-cu motoatıcı diviziyada taqım komandiri vəzifəsində xidmət etmişdir. 1965-1970-ci illər Penza Ali Mühəndis-Artilleriya Məktəbində təhsil almışdır. 1970-ci ildə Məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrinin Almaniya Demokratik Respublikasının Stendal şəhərində yerləşən 207-ci motoatıcı diviziyaya xidmətini davam etdirmək üçün göndərilmişdir. 1970-1972-ci illər diviziiyanın artilleriya alayının rəisi, 1972-1975-ci illər artilleriya divizionunun qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Ağkilsə (Balakən)
Ağkilsə — Azərbaycan Respublikasının Balakən rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağkilsə Balakən r-nunun Şambul i.ə.v.-də kənd. Oykonim ağ (rəng) və kilsə (ibadət üçün tikilmiş bina) sözlərindən düzəlib, "ağ rəngli kilsə" deməkdir. Kəndin ərazisində ağ kilsə olduğundan belə adlanmışdır. Gədəbəy r-nunun Novoivanovka kəndinin adı 1844-cü ilə qədər Ağkilsə olmuşdur. Keçən əsrdə Ermənistan ərazisində bir neçə Ağkilsə kəndi qeydə alınmışdır.
Baba Salahov
Ağababa Əliheydər oğlu Salahov (5 fevral 1923, Bakı – 12 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR əməkdar artisti (1964). == Həyatı və yaradıcılığı == Baba Salahov 5 fevral 1923-cü ildə Bakıda anadan olmuşdur. Tarda ifa etməyi Əhməd Bakıxanovdan öyrənmişdir. 1940-cı ildən ölümünə qədər Səid Rüstəmov adına Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin konsertmeysteri olmuşdur. 1965-ci ildə Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrini yaratmış və ömrünün sonunadək ona bədii rəhbərlik etmişdir. Burada o, Hacıbaba Hüseynov, Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Əbülfət Əliyev, Yaqub Məmmədov, Zeynəb Xanlarova, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Alim Qasımov və başqa məşhur xanəndələri tarda müşayiət etmişdir. Baba Salahov 12 avqust 1981-ci ildə Bakıda vəfat etmişdir. Baba Salahovun bədii rəhbəri olduğu ansambl 1981-ci ildən "Araz" olaraq adlandırılmışdır. Ansambl 1992-ci ildən Baba Salahovun adını daşıyır. Onun səsyazmaları Azərbaycan Televiziyasıın fondunda saxlanılır.
Balaban (Piranşəhr)
Balaban (fars. بالابان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (22 ailə).
Balaban (Xoy)
Balaban (fars. بلبان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 306 nəfər yaşayır (63 ailə).
Balaban (dəqiqləşdirmə)
Balaban — Azərbaycanın qədim xalq musiqi alətidir Balaban (film, 1987) — qısametrajlı sənədli film. Balaban (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. Balaban (Piranşəhr) — İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Balaban bəy
Balakən (Salmas)
Balakən (fars. بالكان‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 222 nəfər yaşayır (32 ailə).
Balakən (dəqiqləşdirmə)
Balakən (gəmi-bərə) — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Balakən — Azərbaycanda şəhər. Balakən (Salmas) — İranda kənd.
Balakən aeroportu
Balakən Aviasiya Mərkəzi Azərbaycanın Balakən rayonunun Tülü kəndində yerləşir və hazırda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) nəzdindədir. == Haqqında == Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub. Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər. Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin iki YAK-52 və iki AN-2 təyyarəsi var. Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib.
Balakən bələdiyyələri
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balakən bələdiyyəsi
Balakən bələdiyyələri — Balakən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Balakən döyüşü
Balakən döyüşü (rusca:Битва при Белоканах) — 1803-cü ilin 9 (21) mart tarixində rusların Car-Balakən yürüşü çərçivəsində baş vermiş döyüş. Döyüş rus ordusu ilə Car-Balakən camaatlığı arasında baş tutmuşdur. Rusları gürcülər, Car-Balakəni isə İlisu sultanlığı və müttəfiq dağlılar dəstəkləmişdir. == Arxa plan == General Sisianov general Qulyakova Qanıxçay sahilləri boyunca irəliləməyi, burada dağlıların vəziyyəti ilə bağlı kəşfiyyat materialları toplamağı, habelə gələcəkdə bölgədə rus işğlalını asanlaşdırmaq üçün gücləndirilmiş istehkamların tikilməsi üçün yerlər seçməsini əmr etmişdi. Düşmənlə qarşılaşma və onların məğlub edilməsi halında, ruslar şahzadə Aleksandrın onlara verilməsini, həmçinin rus ordusunun Cara və Balakənə daxil olmasını istəməli idi. 6 (18) mart tarixində Anaqa kəndi yaxınlığında Qanıxçayı keçən Qulyakov ordusu ilə birlikdə Balakənə doğru yola çıxdı. == Döyüşün gedişatı == Rusların yürüşü başlayan kimi yerli əhali sahilboyu kəndləri tərk etdi və Qulyakov yerli sakinləri danışıqlara məcbur edə bilmək üçün Balakənə doğru irəliləməyə məcbur oldu. Bələdçinin olmadığı, güclü yağışla müşayət olunan yürüş zamanı rus ordusu bataqlıqlardan keçməyə məcbur oldu. Nəhayət, 9 (21) mart tarixində Balakənə yaxınlaşdılar. Kəşfiyyata göndərilən polkovnik Drenyakinin dəstəsi Balakən qalasına yaxınlaşdığı zaman qalanın çox güclü divarlara malik olduğunu, ətrafının bataqlıqlar və qamışlarla əhatələndiyi üçün keçilməsinin qeyri-mümkün olduğunu gördü.
Balakən rayonu
Balakən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Balakən şəhəridir. == Tarixi == Balakən rayonu inzibati vahid kimi 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Rayonun təşkili tarixinədək bu ərazi inzibati cəhətdən Zaqatala dairəsinə daxil idi. 1963-cü ildə ləğv edilərək Zaqatala rayonuna verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Antik yunan coğrafiyaçısı Strabon qədim Balakən ərazisini "Məbədlər diyarı" adlandırmışdır. Müəyyən dövrlərdə aparılan arxeoloji qazıntılar zamanı tapılan əşyalar, bu günə kimi qalmış bəzi tikinti abidələri və kurqanlar Balakənin qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Yazılı qaynaqların verdiyi məlumatlara görə Balakən Qədim Albaniya dövlətinin ərazisinə daxil olmuşdur. Eramızdan əvvəl 65-ci ildə Roma və alban qoşunları arasında Alazan (Qanıx) çayı sahilində baş verən döyüşdə iştirak edən qədim yunan tarixçisi Plutarx yazırdı ki, bu yerlərin əhalisi sakit təbiətli, məğrur, döyüşdə cəsarətli və cəsurdur. Bu gün də işlədilən Hetovlar (Hetləri xatırladan), Hunbulçay (Hunları xatırladan), inqiloylar (Qerləri xatırladan) və s.
Balakən televiziyası
Balakən şəhəri
Balakən — Azərbaycanda şəhər, Balakən rayonunun inzibati mərkəzi. Bakı şəhəri ilə arasındakı məsafə 394 km–dir. == Tarixi == Balakənə 1965-ci ildə şəhər statusu verilmişdir. 2011-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna əsasən Balakən şəhərinin ərazisi genişləndirilib. Belə ki, qəbul edilmiş qanuna əsasən Balakən rayonunun Gərəkli, Hənifə, Qullar, Mahamalar, Qasbinə və Tülü kəndlərinin ərazilərinin müəyyən bir hissəsi Balakən şəhərinin inzibati ərazisinə verildi. == Tarixi abidələri == Şəhərdə XVII-XIX əsrlərdə tikilmiş qeyri-adi minarəsi olan gözəl bir məscid yerləşir. Şəhər muzeyində bu regionun ənənəvi sənətlərin eksponatları yığılmışdır. Bir çox arxeoloji tapıntılar bu ərazilərdə hələ neolit dövründə yaşayış məskəninin olduğunu göstərir. Balakəndə 7,5 hektar sahəsi olan böyük şəhər parkı var. Parkda həmçinin kanat yolu tikilmişdir.