Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Balakən Aviasiya Mərkəzi Azərbaycanın Balakən rayonunun Tülü kəndində yerləşir və hazırda Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin [1] (KHVTİC) nəzdindədir.
Balakən Aviasiya Mərkəzi | |
---|---|
41°44′01″ şm. e. 46°21′21″ ş. u.HGYO |
|
IATA: yoxdur – ICAO: UB16 | |
Məlumat | |
Hava limanı tipi | Mülki |
Ölkə | Azərbaycan |
Xəritə | |
|
Balakən Aviasiya Mərkəzi əvvəllər başqa adla fəaliyyət göstərib. Mərkəzin yerləşdiyi ərazidə 1983-cü ilədək aeroport olub.
Balakən-Bakı təyyarə reysi sərnişinlərə xidmət göstərib. 1985-ci ildə isə Balakən aeroportunun yerində 1924-cü ildən fəaliyyətə başlamış Bakı aeroklubunun əlavə bazası kimi Aviasiya İdman Klubu yaradılıb. Həmin vaxtlar Moskvadan gəlmiş nümayəndə heyəti müxtəlif rayonlarda baxış keçirəndən sonra məhz mülayim iqliminə, sakit, küləksiz havasına görə Balakəni seçiblər.
Balakən Aviasiya İdman Klubu 2001-ci ildən Balakən Aviasiya Mərkəzi adlanıb və fəaliyyət istiqamətləri peşəkarlıqla qurulub. Mərkəzin iki YAK-52 və iki AN-2 təyyarəsi var.[2]
Əvvəllər burada həvəskar təyyarəçilər də hazırlanıb. Müqavilə əsasında 2 il müddətinə 14 nəfər həvəskar təyyarəçi peşəsinə yiyələnib. Güc nazirliklərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən paraşütdən tullanma, ibtidai uçuşa hazırlıq kurslarını keçmək üçün müraciət edənlər çox olur. Müvafiq proqram üzrə ilk mərhələdə sadə D-1-5-U və D-6 paraşütlərindən istifadə olunur. Bu paraşütlərlə 50 dəfə tullanandan sonra mürəkkəb paraşütlə tullanmağa icazə verilir. Hazırlıq prosesi həm yerdə, həm də göydə keçilir. Buraya 15 yaşdan 80 yaşadək sağlamlığı və digər keyfiyyətləri paraşütdən tullanmağa imkan verən hər kəs müraciət edə bilər. Düzdür, müraciət edənlərdən bəzilərinə həkim müayinəsindən sonra icazə verilmir, bəziləri isə hazırlıq prosesi zamanı həyəcan və gərginlikdən özləri imtina edirlər.
Son illər KHVTİC-nin Balakən Aviasiya Mərkəzində beynəlxalq paraşüt yarışları da keçirilir. Belə yarışlarda Belarusdan, Qazaxıstandan, Tacikistandan, Rusiyadan və digər yerlərdən gələn paraşütçülər mavi səmanın ənginliklərində öz bacarıqlarını nümayiş etdirirlər.