Balakən döyüşü (rusca:Битва при Белоканах) — 1803-cü ilin 9 (21) mart tarixində rusların Car-Balakən yürüşü çərçivəsində baş vermiş döyüş. Döyüş rus ordusu ilə Car-Balakən camaatlığı arasında baş tutmuşdur. Rusları gürcülər, Car-Balakəni isə İlisu sultanlığı və müttəfiq dağlılar dəstəkləmişdir.[1]
Balakən döyüşü | |||
---|---|---|---|
Rusiyanın Car-Balakən yürüşü | |||
| |||
Tarix | 9 (21) mart 1803 | ||
Yeri | Balakən, Car-Balakən camaatlığı | ||
Səbəbi | Rusiyanın Cənubi Qafqazı işğalı | ||
Nəticəsi | Rusiya imperiyasının qələbəsi | ||
Ərazi dəyişikliyi | Car-Balakən və İlisu sultanlığı Rusiya imperiyasından asılılığı qəbul etdi. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
General Sisianov general Qulyakova Qanıxçay sahilləri boyunca irəliləməyi, burada dağlıların vəziyyəti ilə bağlı kəşfiyyat materialları toplamağı, habelə gələcəkdə bölgədə rus işğlalını asanlaşdırmaq üçün gücləndirilmiş istehkamların tikilməsi üçün yerlər seçməsini əmr etmişdi. Düşmənlə qarşılaşma və onların məğlub edilməsi halında, ruslar şahzadə Aleksandrın onlara verilməsini, həmçinin rus ordusunun Cara və Balakənə daxil olmasını istəməli idi.
6 (18) mart tarixində Anaqa kəndi yaxınlığında Qanıxçayı keçən Qulyakov ordusu ilə birlikdə Balakənə doğru yola çıxdı.
Rusların yürüşü başlayan kimi yerli əhali sahilboyu kəndləri tərk etdi və Qulyakov yerli sakinləri danışıqlara məcbur edə bilmək üçün Balakənə doğru irəliləməyə məcbur oldu. Bələdçinin olmadığı, güclü yağışla müşayət olunan yürüş zamanı rus ordusu bataqlıqlardan keçməyə məcbur oldu. Nəhayət, 9 (21) mart tarixində Balakənə yaxınlaşdılar. Kəşfiyyata göndərilən polkovnik Drenyakinin dəstəsi Balakən qalasına yaxınlaşdığı zaman qalanın çox güclü divarlara malik olduğunu, ətrafının bataqlıqlar və qamışlarla əhatələndiyi üçün keçilməsinin qeyri-mümkün olduğunu gördü. Belə olduğu halda, balakənliləri ələ keçirə bilmək üçün istehkam ələ keçirilməli idi. Buradakı müdafiədə 10 min yerli döyüşçünün olduğu bildirilir. Həmçinin şahzadələr Aleksandr və Teymuraz da burada idilər.
Dağlıların istehkamlarını şəxsən yoxlayan və ərazi ilə tanış olan general Qulyakov əmin oldu ki, meşədən artilleriya keçirmək mümkün deyil. Gürcü süvarilərini vaqonburqu (səyyat qüllə) təşkil etmək üçün buraxaraq, yerlilərin istehkamlarını cinahlardan keçmək üçün qoşunlar ayırır və özü də əsas qüvvələrin başında sürətlə süngü hücumuna keçir. Qalanın müdafiəçiləri hücum edənləri güclü tüfəng atəşi ilə qarşılasalar da, sonda məğlub oldular. Qala ruslar tərəfindən ələ keçirildi və müdafiəçilər Balakənə doğru geri çəkildilər. Balakən şəhəri açıq və düz biryerdə yerləşsə də, daş hasarla əhatələnmiş hər bir ev demək olar ki, qala rolunu oynaya bilərdi. Buna görə də, Balakəndə döyüş olacağı hər ev uğrunda güclü döyüç gedəcəyi güman edilirdi. Lakin yerli döyüşçülər təqib olunduqları üçün şəhərə çata bilmədilər və bütün bölgəyə yayıldılar. Mayor Alekseyevin rəhbərlik etdiyi Kabardiya taboru yerli və dağlı döyüşçülərinin dağlara çəkilməsinin qarşısını ala bilmək üçün sağ cinaha keçərək onları ələ keçirməyə çalışdı. Lakin onların yalnız arxa mühafizə dəstəsini yetişə bildi və onlara ciddi ziyan vurdu. Ruslar 7 ölü və 33 yaralı verdikləri halda, yerli döyüşçülərdən 500 nəfər həyatını itirdi, 850 nəfər əsir düşdü. Həmçinin gürcü süvariləri 6 bayraq ələ keçirdi. Ruslara qarşı müvaqimət göstərən gürcü şahzadəsi Aleksandrın iki gürcü knyaz müttəfiqi, onların ailələri, mülkləri və məktubları da ələ keçirildi. Gürcü süvariləri dağlıların ara-sıra baş verən hücumlarına cavab olara ətraf kəndlərə aramsız hücumlar təşkil edib, yağmalarla məşğul olurdular. Balakəndə bir neçə daş ev istisna olmaqla, demək olar ki, bütün evlər yandırıldı. Bu dağıtma və yağmalamalara son qoymaq üçün Qulyakov sərt addımlar atmağa məcbur oldu.[2]
Döyüş yürüşdə əsas rol oynadı, yerlilərin və dağlıların məğlubiyyət xəbəri bütün bölgəyə sürətlə yayıldı, onların müttəfiqi Şəki xanın qoşunları yol boyu müttəfiqlərinin kəndlərini viran qoyaraq Şəkiyə qaçmağa tələsdilər. Dağlıların sıralarında çaşqınlıq hökm sürürdü. Martın 29-da (10 aprel) Qulyakov yerlilər tərəfindən tərk edilmiş Cara döyüşsüz daxil oldu. Aprelin 12-də (24) sülh danışıqları başladı, Car-Balakən camaatı və İlisu sultanlığı xərac ödəmək, basqınları dayandırmaq və Dağıstandan gələn dağ dəstələrinin öz ərazilərindən keçməsinə icazə verməmək öhdəliyi ilə Rusiyadan asılılığı qəbul etdi.[3]