Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ares
Ares — Yunan mifologiyasında cəsarət və müharibə ilahı. Zevs və Heranın oğludur. Simvolu kərkəsdir. 12 Olimp ilahından biridir. Afrodita ilə sevgi macəraları ilə məşhurdur. Qədim Roma mifologiyasında Mars kimi tanınır. Spartalılar ona sitayiş edir, afinalılara qarşı onlara kömək etməsini istəyirdilər. == Ares və Afrodita == Apollon Ares və Afroditanı sekslə məşğul olarkən gördü. Apollon bunu Afroditanın əri Hefestə xəbər verdi. Onları bu vəziyyətdə görən Hefest onları biabır etmək qərarına gəldi.
Arəş
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Vrej
Vrej (amh. Վրեժ (tər.: intiqam) — 1989-cu ildə daşnaklar tərəfindən yaradılmış Azərbaycanda mülkü obyektləri hədəf alan və müxtəlif terror aktları törətmiş təşkilat. == Fəaliyyəti == Təxmin edilir ki, təşkilatın mərkəzi Rusiyanın Rostov-na-Donu şəhərində yerləşib. Rusiya Daxili Təhlükəsizlik güclərinin polkovniki V.Blaxotinin Rostov-na-Donu şəhərində qətlə yetirilməsinə görə təşkilat şübhəli bilinir. Təşkilatı erməni Qrayl Maruxyan yaradıb. O özü 1980-ci illərin sonlarında Ermənistandan qovulub və bundan sonra müxtəlif vaxtlarda Yunanıstan və Suriyada yaşayıb. Vrej təşkilatının ilk terror aktı 16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunun partladılması olur. Terror aktının nəticəsində 5 adam həlak olub və 25 nəfər yaralanıb. Sonradan Gəncə avtovağzalını partlatmağa hazırlaşan 2 nəfər təşkilat üzvü həbs edilir. Onları bu işə cəlb edən qaçsa belə hər ikisi 20 və 15 il müddətinə həbs edilirlər.
Ərəş
Yaşayış məntəqələri Ərəş sancağı - Şirvan əyalətinin sancağı Ərəş sultanlığı Ərəş qəzası 1873-1926 Ərəş (şəhər) — Azərbaycanın Şirvan (indiki Yevlax rayonu) ərazisində mövcud olmuş şəhər. Ərəş (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd.
VES
Verilənlərin emal sistemləri (VES) — verilənlərin operativ emalına yönəlmiş sistemlərdir. VES-nin əsas məqsədi verilənlərin operativ emalıdır və bu cür sistemlərdə verilənlər bir-neçə aydan çox saxlanılmırlar. Verilənlər köhnəldikdə onlar verilənlər bazasindan (VB) silinir və ya arxivə göndərilir. Təbii ki, müxtəlif sistemlərdən yığılmış bu cür verilənlər müxtəlif struktura, formata və standarta malikdir. Nəticədə VES-nin uzun müddətli istismarı ərzində yığılmış və təşkilat üçün çox qiymətli informasiyalar istifadə olunmamış qalır. Yığılmış və analiz üçün hazırlanmış verilənlərin tam, səmərəli istifadəsində müxtəlif analiz üsullarından (statistik analiz, dinamik interaktiv çoxölçülü analiz, intellektual analiz) istifadə edilir. Qərarların qəbulunu dəstəkləyən sistemlər (QQDS) korporativ şəbəkələrdə, VES-də yığılmış böyuk tutumlu verilənlər üzərində çoxölçülü, dinamik, interaktiv, intelektual analiz aparmaqla gizli tendensiyaları üzə çıxarır, verilənlər arasında qanunauyğunluqları tapır və qərarların qəbul edilməsi üçün istifadə edilir. == Mənbə == Пржиялковский В. В. Сложный анализ данных большого объема: новые перспективы компьютеризации // СУБД. — 1996. — № 4. — С. 71–83.
Arəş (müğənni)
Arəş Ləbaf (23 aprel 1977, Tehran) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser. == Həyatı == Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi. Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir. 10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Kres-Mepyo
Kres-Mepyö (fr. Creys-Mépieu) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38139. Kommunanın 1999-cu il üçün əhalisi 1091 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 55 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Mətanət Eres
Mətanət Əhmədova (31 dekabr 1975, Sumqayıt) — aktrisa. == Həyatı == Mətanət Əhmədova 1975-ci il dekabırın 31-də Sumqayıt şəhərində doğulmuşdur. 1992-ci ildə elə Sumqayıtda orta məktəbi bitirdikdən sonra, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram, teatr və kino aktyorluğu fakültəsinə daxil olub. İkinci kursdan etibarən 16 il İlham Miniatür Teatrında çalışmışdır. Hazırda Şuşa Musiqili Dram teatrında fəaliyyət göstərir. == Filmoqrafiya == Yanmış körpülər (film, 2007) Şans (film, 2004) Pərvanələrin rəqsi (serial, 2012) — Xatirə Tək olanda qorxma...
TrES-2b
TrES-2b (TrES-2 və ya Kepler −1b) Günəş sistemindən 750 işıq ili uzaqlıqda yerləşən GSC 03549–02811 adlı ulduzun ətrafında dövr edən planetdir . Planet üzərinə düşən işıq şüalarının 1%-dən daha azını əks etdirir, və bu xüsusiyyətinə əsasən planet 2011-ci ildə ən qaranlıq ekzoplanet kimi müəyyən edilib. Planetin kütləsi və radiusu onun Yupiterə bənzər tərkibə malik qaz nəhəngi olduğunu göstərir, lakin Yupiterdən fərqli olaraq, digər ulduzlar ətrafında aşkar edilmiş bir çox planetə bənzəyir, TrES-2b öz ulduzuna çox yaxın yerləşir və isti Yupiterlər kimi tanınan planetlər sinfinə aiddir. Bu sistem Kepler kosmik gəmisinin baxış sahəsində idi . Bu planet digər layihələr tərəfindən hələ də öyrənilməyə davam edir və parametrlər davamlı olaraq təkmilləşdirilir. 2008-ci ildə aparılan bir araşdırma, TrES-2 sisteminin ikili ulduz sistemi olduğu qənaətinə gəldi. == Kəşf == TrES-2b 21 avqust 2006-cı ildə Trans-Atlantik Ekzoplanet Tədqiqatı (Trans-Atlantic Exoplanet Survey, TrES) tərəfindən kəşf edilmişdir. Kəşf WM Keck Rəsədxanası tərəfindən 8 sentyabr 2006-cı ildə TrES-2b-nin yerləşdiyi ulduzun radial sürətinin ölçülməsi ilə təsdiqləndi. == Fırlanma bucağı == 2008-ci ilin avqustunda ana ulduz və planetin orbiti arasındakı əlaqənin daha ətraflı təfərrüatları paylaşıldı. Orbitin ulduz ekvatorundan − 9± 12° əyilmiş olduğu müəyyən edildi.
Treş-metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. == Ümumi məlumat == Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Treş metal
Treş-metal (ing. Thrash metal) — sürətli və ən ağır "metal" növüdür. "Thrash Metal"ın kökü 1970-ci illərin sonu 80-ci illərin əvvəllərindən, bəzi metal qruplarının hardkor və pank musiqisinin həddindən artıq sürətləndirməsi ilə, klassik metal melodiyalarının birləşməsindən gəlir. Bu tərzin daha da inkişaf edib tanınmasında Venom və Motorhead qruplarının böyük əməyi olmuşdur. == Ümumi məlumat == Bəziləri 1981-ci ili, Thrash-ın yaranma ili kimi qəbul edir. Bəzilərinə görə isə bu, lap əvvəldən belədir. Black Sabbath-ın "Symptom of the Universe"-də (1975) ilk Tharsh riffi işlədilmişdir. "İnto The Void" və "Children Of The Grave"-i də (hər 2-si 1971) buna aid etmək olar. Speed Metal-ın qabaqcıllarından olan Judas Priest-ın 1978-ci ildəki "Stained Class" adlı işlərində də Thrash-ın izləri var idi. Qrupun bateristi Les Blink-in tempolu ritmi ilə, sürətli gitara rifflərinin birləşdiyi "Tyrant"-ın canlı performansı Thrash-a yaxın idi.
Vers (Əlburz)
Vers (fars. ورس‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 677 nəfər yaşayır (243 ailə).
Vers dağı
Vers dağı — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində dağ. Vers dağı Dərələyəz və Göyçə mahallarının sərhədində yerləşir. Bir tərəfi Dərələyəzdə Qovuşuq kəndinə məxsus Soğanlı yaylağına, o biri tərəfi isə Göyçənin Basarkeçər (Vardenis) və Qaranlıq (Martuni) rayonuna (Göyçə gölünə) baxır. Dağın yüksəkliyi 3522 m-dir. Oronim varsaq türk tayfasının adı əsasında əmələ gəlmişdir. Etnooronimdir. Quruluşca mürəkkəb oronimdir.
Ərəs (Miyanə)
Ərəs (fars. ارس‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 76 nəfər yaşayır (18 ailə).
Ərəş (Yevlax)
Ərəş (əvvəlki adı: Şilyan) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Yevlax rayonunun Şilyan kəndi Ərəş kəndi və müvafiq olaraq Şilyan kənd Soveti Ərəş kənd Soveti adlandırılmışdır.
Ərəş (şəhər)
Ərəş — Azərbaycanın qədim şəhərlərindən biri. Şirvan ərazisində, indiki Yevlax rayonunun Xaldan qəsəbəsinin sahəsində mövcud olmuşdur. == Tarixi == Ərəşin adına XV əsrə qədərki mənbələrdə təsadüf olunmur. Ehtimal etmək olar ki, Ərəş şəhər kimi məhz bu zamandan mövcuddur. Tarixçi Əmin Əhməd Razinin fikrincə, Ərəşin əsası Ənuşirəvan (Sasani hökmdarı I Xosrov) tərəfindən qoyulmuşdur. İndiki Xaldan kəndini xalq arasında Ərəş də adlandırırlar. Haqqında söhbət gedən əsl Ərəşin mərkəzi, ehtimal edidiyinə görə, Xaldandan üç kilometr şərqdə, Nemətabad deyilən kənddədir. XVI əsrdə ingilis səyyahları Ərəşin adını bütün Cənubi Qafqazın iri ipəçilik mərkəzi kimi çəkirlər. Ceffri Deketin yazdığına görə, Ərəş Şamaxıdan dəvə yolu ilə 4 günlük məsafədə yerləşirdi. A.Cenkinson yazırdı: "Ölkənin Ərəş adlanan baş və ən varlı ticarət şəhəri Gürcüstan sərhədində yerləşirdi.
Ərəş bələdiyyəsi
Yevlax bələdiyyələri — Yevlax şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ərəş qəzası
Ərəş qəzası — Yelizavetpol quberniyasında inzibati vahid. 1873-cü ildə yaradılmışdı. Ərazisi 2308,10 kv.verst idi. Qafqaz təqviminin (1917) məlumatına görə qəzada 99400 nəfər əhali yaşayırdı; onların 53144 nəfəri (53,46%) kişi, 46256 nəfəri (46,54%) qadın idi. Qəza idarə sistemi fəaliyyət göstərirdi. Əhali, əsasən, kənd təsərrüfatında çalışırdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 1918-ci il avqustun 26-da Ərəş qəzasının Ağdaş yaşayış məntəqəsinə şəhər statusu vermiş, daxili işlər nazirinə şəhərin ərazisi və burada tətbiq ediləcək özünüidarənin forması haqqında xüsusi məruzə təqdim olunmasını tapşırmışdı. Azərbaycan hökumətibin 10 dekabr 1919-cu il tarixli qərarı ilə Ərəş qəzası Ağdaş qəzası adlandırılmışdı. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qəzanın adının necə işlədilməsində fikir aydınlığı olmamışdır. Azərbaycan Mərkəzi Statistika İdarəsi tərəfindən 1922-ci ildə nəşr olunan Azərbaycanın yaşayış məskənlərinin siyahısında qəzanın adı Ağdaş (keçmiş Ərəş), 1921-ci il kənd təsərrüfatı siyahıya almasının 15-ci buraxılışında isə, sadəcə olaraq, "Ərəş" kimi verilmişdir.
Ərəş sultanlığı
Ərəş sultanlığı — sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır. Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi.
Anna Veres
Anna İvanovna Veres (ukr. Га́нна Іва́нівна Ве́рес; 21 dekabr 1928, Obuxoviç[d] – 11 iyun 2003, Obuxoviç[d], Kiyev vilayəti) — Ukrayna xalq rəssamı, tikişçi və toxucusu. O, rəssam və toxucu Mariya Posobçukun qızı, rəssamlar Valentina və Elena Veresin anası idi. 1968-ci ildə Anna Vasilaşçuk ilə birlikdə Şevçenko Milli Mükafatına layiq görülmüşdür. == Bioqrafiyası == Anna İvanovna Veres 21 dekabr 1928-ci ildə Kiyev vilayətinin Vışqorod rayonunun Obuxoviç kəndində anadan olmuşdur. Anası rəssam Mariya Posobçuk idi. Veresin Valentina və Elena Veres adlı iki qızı da rəssam olmuşdur. Tarixçi N. M. Neveqanın sözlərinə görə, Posobçuk qızına bir çox bacarıqları öyrətmiş və o, bu bacarıqları qızlarına ötürmüşdür. Veres Kiyev şəhərinin Bastionni zolağında yerləşən bir evdə yaşayırdı. O, 11 iyun 2003-cü ildə Obuxoviçdə ölmüşdür.
Ves Anderson
Ves Anderson (1 may 1969[…], Hyuston, Texas) — amerikalı rejissor. O, unikal, fərqli üslublu və eyni aktyor heyətinin yer aldığı filmlərlə məşhurdur. Onun filmlərinin əksəriyyəti kədər, məsumluğun sonu və qeyri-funksional ailə mövzularından bəhs edir.
Burk-an-Bres
Burk-an-Bres (fr. Burk-an-Bres) — Fransanın şərqində şəhər. En departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 40,1 min (2010). == Coğrafiyası == Yura dağlarının ətəyində, Ressuz çayı sahilində yerləşir. Avtomobil və dəmiyolları qovşağı. == Tarixi == Roma yaşayış məskəninin yerində meydana gəlmişdir. Təqribən 1250-ci ildə şəhər statusunu almışdır. 12-ci əsrdən Savoyya hersoqluğunun tərkibində olmuş, 1601-ci ildə Fransanın tərkibinə qatılmışdır. == Memarlığı == Bru monastırı (1506–12; Cənubi Niderland, İtaliya, Burqundiya və Fransa ustaları; 3 kluatrdan biri 15-ci əsr), onun nəzdində son qotika üslubunda kilsə (1513–32; memar L. van Bohem; J. Perrealın layihəsinə əsasən; zəngin heykəltaraşlıq dekoru olan qala fasadı; Lion emalatxanalarında hazırlanmış A. Dürer və Tisianın əsərlərinin motivləri üzrə xorun polixrom vitrajları, 1525–31); Notr-Dam kilsəsi (1505–1654), karkaslı evlər (15 əsrin sonu – 16-cı əsr), Savoyya hersoqlarının qəsri (16-cı əsr), Burmayer məhəlləsinin imarətləri (18-ci əsr), Ratuşa (1771), teatr (1787) var.
Hügo de Vries
Hüqo de Vries (nid. Hugo de Vries; 16 fevral 1848[…], Harlem[d][…] – 21 may 1935[…], Lunteren[d]) — Hollandiyalı botanik. == Həyatı == 16 fevral 1848-ci ildə Harlem də dünyaya gəlib. 1866-cı ildə Leiden Universitetində başladığı təhsilini 1870-ci ildən sonra Almaniyada Heydelberq və Vürzburq Universitetlərində davam etdirdi. 1871-ci ildə Amsterdamdakı bir liseydə təbiət elmlərini tədris etməyi üzərinə götürsə də, araşdırmalarına az zaman qaldığından bu vəzifədən 1875-ci ildə ayrıldı. Sonra Prusya Təsərüfat Nazirliyində iki il çalışmışdır. Bundan Halle Universitetində təhsil vərməyə başladı. Bir neçə ay sonra Amsterdam Universitetinə keçərək həmin il Hollandiyada ilk dəfə bitki fiziologiyası dərslərini verməyə başladı və 1878-ci ildə professor elmi adını aldı. 1896-cı ildə bitki fiziologiyası dərslərini başqa bir həmkarına buraxdı və botanik professoru ünvanı ilə təkamül və genetika mövzularına istiqamətləndi. 1918-ci ildə yaş həddi səbəbi ilə təqaüdə çıxmışdır.
Hüqo de Vries
Hüqo de Vries (nid. Hugo de Vries; 16 fevral 1848[…], Harlem[d][…] – 21 may 1935[…], Lunteren[d]) — Hollandiyalı botanik. == Həyatı == 16 fevral 1848-ci ildə Harlem də dünyaya gəlib. 1866-cı ildə Leiden Universitetində başladığı təhsilini 1870-ci ildən sonra Almaniyada Heydelberq və Vürzburq Universitetlərində davam etdirdi. 1871-ci ildə Amsterdamdakı bir liseydə təbiət elmlərini tədris etməyi üzərinə götürsə də, araşdırmalarına az zaman qaldığından bu vəzifədən 1875-ci ildə ayrıldı. Sonra Prusya Təsərüfat Nazirliyində iki il çalışmışdır. Bundan Halle Universitetində təhsil vərməyə başladı. Bir neçə ay sonra Amsterdam Universitetinə keçərək həmin il Hollandiyada ilk dəfə bitki fiziologiyası dərslərini verməyə başladı və 1878-ci ildə professor elmi adını aldı. 1896-cı ildə bitki fiziologiyası dərslərini başqa bir həmkarına buraxdı və botanik professoru ünvanı ilə təkamül və genetika mövzularına istiqamətləndi. 1918-ci ildə yaş həddi səbəbi ilə təqaüdə çıxmışdır.
Qres-an-Verkor
Qres-an-Verkor (fr. Gresse-en-Vercors) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38186. Kommunanın 2005-ci il üçün əhalisi 360 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 960 ilə 2 341 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 34 km cənubda yerləşir.