Ərəş sultanlığı


Ərəş sultanlığı — sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.

Sultanlıq
Şəki xanlığının hökmranlığı altında[1]
Ərəş sultanlığı
ارش سلطان‌لیغی
 
 
 
1747 — 1795

Paytaxt Ərəş
Dilləri Azərbaycan dili
Rəsmi dilləri Azərbaycan dili,
fars dili[2]
Dövlət dini İslam
İdarəetmə forması Mütləq monarxiya

Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titulu daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və XVIII əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi.

1795-ci ildə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır. Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cü ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir.

Ərəş sultanları

[redaktə | mənbəni redaktə et]
  1. Ərdoğdu xəlifə Təkəli (1578?)
  2. Məlik Əli — 1759-cu ildə Ağakişi bəyin qətlində iştirak etdi. Sonralar 1761-ci ildə onun kürəkəni Məhəmmədhüseyn xan Müştaqa qarşı üsyan etdi, lakin Fətəli xan Əfşarın təsdiqi ilə öz hökmranlığına keçdi.[3] Bir az sonra öldürüldü.
  3. Məlik Əliməhəmməd xan — Məlik Əlinin oğlu.
  4. Məlik Əli Hüseyn xan
  5. Şəbəddin Sultan — Məlik Əlinin qardaşı oğlu, Məhəmmədhəsən xana qarşı üsyan etmiş, 1795-ci ildə öldürülmüşdür.[4] Onun ölümündən sonra sultanlıq ləğv edilərək bir mahal kimi Şəki xanlığının tərkibinə qatıldı.
  1. Shakikhanov, Karim agha. "KERIM AGA FATEH. BRIEF HISTORY OF SHEKI KHANS". www.drevlit.ru (rus). 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-01.
  2. Swietochowski, Tadeusz. Russian Azerbaijan, 1905-1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge: Cambridge University Press. 2004. səh. 12. ISBN 978-0521522458. (...) and Persian continued to be the official language of the judiciary and the local administration [even after the abolishment of the khanates].
  3. Shakikhanov, Karim agha. "Brief History of Shaki Khans". www.drevlit.ru (rus). 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-03.
  4. History of Shaki in Sources. Tahirzadä, Ädalät., Azärbaycan Milli Elmlär Akademiyası. Şäki Regional Elmi Märkäzi. Bakı: Master. 2005. 217. ISBN 0976995409. OCLC 64428641.