Arəş Ləbaf (23 aprel 1977[1], Tehran[2]) — Iran əsilli İsveç müğənnisi, bəstəkar, prodüser.
Arəş | |
---|---|
fars. آرش لباف | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 aprel 1977[1] (47 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktyor, musiqi prodüseri, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 2003-cü ildən |
Janrlar | xalq musiqisi[d], pop musiqisi, hip-hop[d], müasir R&B[d] |
Albom şirkətləri | Warner Music Group[d] |
Mükafatları | |
arash.com arash.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
Arəş Ləbafzadə 1977-ci ildə İranın paytaxtı Tehran şəhərində anadan olub. Babası Ərdəbildən olan azərbaycanlı idi.[3][4][5][6] Avroviziya Mahnı Müsabiqəsində çıxış edən ilk iranlı olduğu bildirilir.[7]
10 yaşına qədər Tehranda yaşayıb. Sonra ailəsi ilə birlikdə İsveçin Uppsala şəhərinə köçüb. Burada Arəş dostları ilə birlikdə yaşıdları üçün mahnılar oxumağa başlayır. Soyadını da elə o zaman dəyişib Ləbaf (isv. Labaf) edir. 5 il sonra isə Malmöyə köçür.
Arəşin əvvəllər BBC və Əl-Cəzirə telekanallarına verdiyi müsahibələrdə[8] anasının əfqan, atasının fars mənşəli olduğunu bildirdiyinə dair iddialar da mövcuddur.[9] Bu fikirlər GAMOH tərəfindən səsləndirilir.
35 yaşlı Arəş hazırda Dubay və Malmödə yaşayır. Bəstəkar, prodüser və müğənni kimi ixtisaslaşıb. Dayvinq, basketbolla maraqlanır, şlyapa kolleksiyası toplayır. 2004-cü il sentyabrın 22-də farscadan tərcümədə "Get-get" mənasını verən "Boro-boro" adlı ilk sinqlını çıxarıb. Sinql qısa müddət ərzində İsveçdə birinci yeri tutub. İsveç və hund filmlərinə sauntreklər yazir. 2005-ci ildə "Boro-boro" mahnısının hind versiyasını ("Bure-bure") Bollivudda çəkildiyi "Bluffmaster" (blef ustası) filmində ifa edib.
2005-ci ildə Arəşın öz adını daşıyan "Arash" albomu dünyanın məşhur musiqi kanalı MTV-də ən çox izlənən musiqilər sırasına daxil olub. Müğənninin elektronik musiqini, roku, hip-hopu və balladanı özündə cəmləşdirən "Dünya" (World) layihəsi ona bir az da çox uğur gətirib. Fransanın Kann şəhərində keçirilən festivalın qalibi olan Arəş həmin il Fransada düzənlənən "İnternational Music Market" müsabiqəsində də İsveçin ən yaxşı debütant musiqiçisi seçilib. 2005-ci ildə Moskva merinin ad gününə həsr olunmuş gecədə çıxış edir. 2006-cı ildə Rusiyada iki "Zolotoy qrammofon" mükafatını alan Arəş bu ölkədə ən məşhur xarici müğənnilərdən biri hesab edilir. İsveç, Avstriya, Almaniya, Polşa, Rusiya, Ukrayna, Türkiyə, Çexiya, İsrail, Tacikistan, Gürcüstan, Serbiya, Xorvatiya, Yunanıstan və Bolqarıstanda onun mahnıları "top" siyahılarında yer alır. Ümumilikdə 35 ölkənin musiqi kanallarında Arəşin mahnıları yayımlanır. 2006-da Arəş, DJ Alligator və Şahkar Bineşpacuh 2006 FİFA Dünya Kubokunda çıxış edən İran milli futbol komandasına "Iran, Iran" mahnısını həsr etdilər. DJ Alligator Arəşin 2006-da ifa edilən bir sıra mahnılarını da bəstələmişdir.
Arəş 2009 Avroviziya Mahnı Müsabiqəsində Aysel Teymurzadə və özünün ifa etdiyi "Always" mahnısının müəllifidir. Müsabiqədə Azərbaycan təmsilçiləri Norveç və İslandiyadan sonra 3-cü yeri tutmuşlar.
2011-ci ildə İran rejissoru Bahman Ghobadimin çəkdiyi "Rhino Season" (Kərgədan mövsümü) filmində Hollivud ulduzu Monika Belluççi ilə baş rolda çəkilmişdir.
2011-ci ilin mayında Arəş uzun müddət sevgilisi olan Behnaz Ənsari ilə ailə qurmuşdur. Toy mərasimi Dubayda keçmişdir. 2012-ci ildə cütlüyün əkiz uşaqları — oğlu Dorian və qızı Donya (Dünya?) dünyaya gəlir. [10][11]
Ən böyük konsertləri Almatı (Qazaxıstan) və Şetsin (Polşa) şəhərlərinin açıq stadionlarında baş tutub. Qapalı konsert salonlarından isə Moskvanın "Olimpiyski" idman kompleksində iki dəfə şou-proqramla çıxış edib. Bütün dünyada albomu böyük tirajla satılır.
Filmlərə çəkilmiş və ya mahnılar (sauntrek) yazmışdır:
Əvvəlki: Elnur & Samir |
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində (Aysel ilə) 2009 |
Sonrakı: Safura Əlizadə |