Vrej (amh. Վրեժ (tər.: intiqam) — 1989-cu ildə daşnaklar tərəfindən yaradılmış Azərbaycanda mülkü obyektləri hədəf alan və müxtəlif terror aktları törətmiş təşkilat.[1][2]
Vrej | |
---|---|
amh. Վրեժ | |
Növü | Terrorçu |
Yaranma tarixi | 1989 |
Ləğvolma tarixi | 1991 |
Rəsmi dili | erməni dili |
Sədr | Qrayil Maruxyan |
Təxmin edilir ki, təşkilatın mərkəzi Rusiyanın Rostov-na-Donu şəhərində yerləşib. Rusiya Daxili Təhlükəsizlik güclərinin polkovniki V.Blaxotinin Rostov-na-Donu şəhərində qətlə yetirilməsinə görə təşkilat şübhəli bilinir. Təşkilatı erməni Qrayl Maruxyan yaradıb. O özü 1980-ci illərin sonlarında Ermənistandan qovulub və bundan sonra müxtəlif vaxtlarda Yunanıstan və Suriyada yaşayıb. Vrej təşkilatının ilk terror aktı 16 sentyabr 1989-cu ildə Tbilisi-Bakı reysi ilə işləyən sərnişin avtobusunun partladılması olur. Terror aktının nəticəsində 5 adam həlak olub və 25 nəfər yaralanıb. Sonradan Gəncə avtovağzalını partlatmağa hazırlaşan 2 nəfər təşkilat üzvü həbs edilir. Onları bu işə cəlb edən qaçsa belə hər ikisi 20 və 15 il müddətinə həbs edilirlər. 10 avqust 1990-cı ildə təşkilat tərəfindən Tbilisi-Ağdam marşrut avtobusu partladılır. Hadisə nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları Armen Avanesyan və Mixayil Tatevosyan cinayət məsuliyyətinə cəlb olunublar. 26 mart 1990-cı ildə təşkilat üzvləri tərəfindən Bakı - Qazıməmməd qatarının partladılmasına cəhd göstərilib. Lakin yerləşdirilmiş bomba əvvəlcədən tapılıb zərərsizləşdirildiyinə görə bu terror aktı baş tutmayıb. Bundan başqa 30 aprel 1991-ci ildə və 31 iyul 1991-ci ildə Moskva-Bakı qatarlarında törədilmiş terror aktlarına görə də təşkilat məsuliyyət daşıyır. Bu terror aktları nəticəsində də onlarla insan yaralanıb.[1][3]