Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cüllüt
Adi meşəcüllütü, Meşə çilingdimdiyi (lat. Scolopax rusticola) — çilingdimdik cinsinə aid quş növü. Şimal yarımkürəsində yayılmışdırlar. Sahillər, bataqlıq ve meşələr yaşadıqları yerlərdir. Soğulcanlar, tırtıllar və bəzən de bitkilərlə qidalanırlar . Dimdikləri fərqli quruluşlarda olur. Çox uzun məsafələrə uçmazlar.
Düldül
Düldül (ərəb. دلدل‎) — Məhəmməd peyğəmbərə (s.a.a.v) Misir hakimi Mukaukis tərəfindən Yağfurla birlikdə hədiyyə edilmiş bir qatır. Zil qara və ya ağ rəngdə olması nəql edilən Düldül, İslam xəlifəsi Hz Əliyə (ə.s) Məhəmməd peyğəmbər tərəfindən hədiyyə edilmişdir. Şiə alimlərinin sözlərinə görə Hz Əli Cəməl və Süffeyn döyüşlərinə onunla getmişdir. Düldülün dişi olması rəvayət edilir. Daha sonralar klasik ədəbiyyatda bir at şəklində təsvir edilmişdir. Hz Əli fars və türk klassik ədəbiyatında, dini dastanlarda əsasən Zülfüqar adlı qılıncı və Hz Məhəmmədin ona hədiyyə etdiyi atı ilə birlikdə anılır. Əslində isə o bir qatırdır. Xalq arasında Düldül güclü, qüvvətli, çevik, ağıllı kimi anlamlarla işlədilir. Azərbaycanın Şəmkir rayonu ərazisində Düldül dağının adıda buradan götürülmüşdür.
Düylün
Düylün — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Düylün kəndi Aza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Düylün kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 17 km şimal-qərbdə, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi meyvəçilik, əkinçilik və taxılçılıqla məşğuldur. Orta məktəbi, kitabxanası, mədəniyyət evi, məscidi, piri var. == Tarixi == Duylun Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Duylun çayının (Arazın qolu) sahilində, dağətəyi ərazidədir. XIX əsrin ortalarında burada Duylun və Düylündizə adlı iki kənd vardı. Düylündizə kəndi hazırda Dizə adı ilə mövcuddur. Tədqiqatçıların fikrincə, oykonim du (fars.
Güllük
Güllük — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhali milliyətcə qarışıqdır. Müxtəlif milliyətlərin nümayəndələri kənddə mehriban halda yaşayırlar. Bununla belə sayca Azərbaycan Türkləri əhalinin əsas kəsimini təşkil edir. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 672 təsərrüfatda hər iki cinsdən toplam 2.431 nəfər əhali yaşayır. == Toponimikası == Güllük oyk., sadə. Qax r-nunun eyniadlı i.ə.v.-də kənd. Alazan Əyriçay çökəkliyindədir. Yaşayış məntəqəsi XVII əsrdə Dağıstanın Saxur kəndindən köçüb gəlmiş ailələrin Güllük adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Toponim "gül, çiçək olan ərazi" mənasındadır.
Udullu
Birinci Udullu
Güllü
Güllü — Azərbaycanlı qadın adı. Güllü Mustafayeva — Azərbaycan Respublikasının xalq rəssamı (1992) Güllü Əbilova — arxeoloq, tarix elmləri namizədi. Güllü Eldar Tomarlı — şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Güllü Yoloğlu — Dünya Türkologiya Mərkəzinin sədri Digər Güllü (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Çullu
Çullu (Ağdam) Çullu (İmamqulubəyli, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Maqsudlu, Ağdam) — Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Çullu (Qafan) — Qafan rayonunda kənd.
Birinci Udullu
Birinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Birinci Udullu Hacıqabul r-nu-nun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sol sahilində, Ləngəbiz silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Əvvəlki adı Cəngan olmuşdur. Yaşayış məntəqəsinin adının şahsevənlərin udullu və ya xəzərlərin edilli tayfa adları ilə bağlı olması haqqında mülahizələr var. Hər iki halda etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2092 nəfər əhali yaşayır.
Büllur gecə
Büllur gecə və yaxud Sındırılmış şüşələr (vitrin) gecəsi (alm. Kristallnacht‎) — 10 noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başlanılmış talan. Yəhudilərə qarşı talanlar Almaniya, Avstriyanın bir hissəsində, Sudet əyalətində və Dansiq azad şəhərində noyabrın 9–10 arasında hərbiləşmiş SA bölmələri və mülki şəxslər tərəfindən həyata keçirilmişdir (bir sıra əlaqəli hücumlar). Polis bu hadisələrə göz yummuş və mane olmaqdan çəkinmişdir. Hücumlar nəticəsində yəhudilərə məxsus dükanların, binaların və sinaqoqların sındırılmış şüşələrinin parçaları küçələrə səpilmişdi. Talanlara səbəb Gebbelsin çıxışında Parisdə yaşayan polyak yəhudisi Herşel Qrinşpan tərəfindən Alman diplomatı Ernst fom Ratın güllələnməsindən sonra beynəlxalq yəhudilərin Almaniyaya və fürerə hücumu kimi dəyərləndirməsi olmuşdur. Büllur gecədən sonra yəhudilərə qarşı iqtisadi və siyasi təqiblər gücləndi. Bu hadisə tarixçilər tərəfindən Nasist Almaniyasının irqi siyasətinin bir hissəsi olaraq qəbul edilir və yəhudi məsələsinin son həll yolunun və Xolokosta başlanğıc olaraq qəbul olunur. == Tarixi == Ümumalmaniya əhalisinin siyahıya alınmasına görə 1933-cü il iyulun 16-sı tarixinə qədər Almaniyada 503,900 yəhudi yaşayırdı. Onlardan da təxminən 70%-i şəhərlərdə yaşayırdı.
Büllur məscid
Büllur məscid (malay Masjid Kristal) — Malayziyada Trenqanu sultanlığının Kuala Trenqanu şəhərində yerləşən məscid. Məscid Van Man adasında İslam İrsi Parkında yerləşir. Unikallığı ilə çox populyar olan Büllur məscid Malayziyada ən məşhur turizm yerlərindən biri kimi tanınır. Məscid 2006 və 2008-ci illər aralığında tikilib. Məscidin rəsmi açılışı Trenqanudan 13-cü Yanq di-Pertuan Aqonq olan Sultan Mizan Zaynal Abidinin iştirakı ilə 8 fevral 2008-ci ildə keçirilmişdir. Məsciddə eyni vaxtda 1500-dən çox dindar ibadət edə bilər. Büllur məscidin tikintisində polad, büllur, şüşədən istifadə edildiyinə görə belə adlandırılır. Bu unikal struktur mavritan və qotik memarlıq elementlərin tətbiq edildiyi müasir üslubda yaradılıb. Böyük büllur çilçıraq əsas ibadət zalının mərkəzində yerləşir. Gecə vaxtı məscidin günbəz və minarəsi müxtəlif rəngli işıqların təsirindən rəngini dəyişir.
Büllur saray
Büllur saray (ing. Crystal Palace) — Londonda şüşə və dəmirdən inşa edilmiş bina. Bina sərgi və müxtəlif tədbirlər üçün nəzərdə tutulmuşdu və layihəsi Böyük Britaniya kraliçası Viktoriyanın həyat yoldaşı şahzadə Albert Saxe-Koburq Saalfeld tərəfindən təsdiqlənmişdir. Binanın tikiləcəyi ərazidəki ağacların kəsilməsinə qarşı olan şahzadə Albert binanın inşası zamanı ağaclara ziyan vurulmadığına görə təklif olunan layihələr arasında yalnız bu layihəni bəyənmişdir. Büllur sarayın açılışında Kraliça Viktoriya və şahzadə Albert də iştirak etmişlər. Sərgi sona çatdıqdan sonra bina London ətrafında yerləşən Sidnem-Hill ərazisinə köçürülür. 30 noyabr 1936-cı ildə bina yanğın zamanı məhv olur və bir daha bərpa edilmr. == Layihəsi == 1851-ci ildə inşa edilmiş Büllur sarayın divarları bütünlükdə şüşədən quraşdırılıb. Metal çərçivələrin içərisinə 300 mindən çox şüşə doldurulub. Sarayın əsas hissəsini sərgi zalı təşkil edir.
Büllur xəstəliyi
Tamamlanmamış osteogenez (lat. osteogenesis imperfecta) və ya Büllur – genetik xəstəliklər qrupuna aid olan, sümüklərin həddindən artıq kövrək olması ilə nəticələnən xəstəlik. Xəstələrdə kollagen miqdarı lazım olan qədər deyil, ya da mövcud olan kollagenin tərkibi normaya uyğun olmur. Kollagen maddəsi orqanizimdə mühüm zulal olduğu ücün, onun çatışmamazlğı sümüklərin zəif və kövrək olmasına gətirib çıxardır. == Növləri == === 1.1-ci növ === Kollagen normal tərkiblidir, lakin az miqdarda ifraz olunur Sümüklər asand qırırlır Onurğa sütünu tez əyilir Qığırdaq bağları zəif olur Əzələ tonusu zəif olur Bəzi uşaqlarda eşitmə qabiliyyıtyi erkən itirilir Gözlər yekə olur === 2.2-ci növ === Kollagen miqdarı zəifdir və yaxud tərkibi normaya uyğun deyil Adətən körpələr bir yaşına çatmamış nəfəs çatışmazlığından və yaxud da daxili kəllə-beyin qanaxmasından həyatlarını itirirlər Ağ ciyərlərin inkşafdan qalması nəticəsində nəfəs almaq cətin olur Sümüklərin ağır deformasiyası və balaca boyluq müşahidə olunur === 3.3-cü növ === Kollagen miqdarı normaldır, lakin tərkibi normaya uyğun deyil Sümüklər çox asanlıqla, hətta doguş zamanı belə qırılır Nəfəs alma aktı zamanı ciddi çətinlik müşahidə olunur Balaca boyluluq onurğa sütununun əyilməsi, bəzi hallarda boçkaya bənzər döş qəfəsi müşahidə olunur Üçüncü növ digər növlərdən onunla fərqlənir ki, körpə yüngül simptomlarnan doğulur, lakin böyüdükcə xəstəlik ağırlaşır === 4.4-cü növ === Kollagen miqdarı normaldır, tərkibi isə normadan çox aşağıdır Sümüklər çox asanlıqla qırırlır Balaca boyluq, onurğa sütununun və döş qəfəsinin deformasiyaları kəskin şəkildə müşahidə olunur Sümüklərin deformasiyası aşağı dərəcə ilə orta dərərcə diapazonunda yer tutur Eşitmə qabiliyyəti erkən itirilir == Müalicə == "Bİ" xəstəliyi genetik xəstəlik olduğuna görə müalicə, ancaq sipmptomatik üsulla aparılır Bura daxildir Ştift ilə osteosintez Fizioterapiya Bifosfonat teraoiyası Vidamin D3 və kalsiy preparatları === Ştift ilə osteosintez === Bu müalicə üsulu ilə sümük hər iki tərəfdən ştiftə bağlanılır və beləliklə sümüyun qırılma riski azalır. Əvvəllər qalın materialdan istifadə olunurdu ki, bu zaman sümük böyüdükdə ştiftlər maneəçilik törədirdilər. Amma indi bir-birinin içinə yeridilmiş ştiftlərdən istifadə olunur ki, bu da sümüklərin rahat uzanmasına əngəl yaratmır.
Düldül dağı
Düldül — Şəmkir rayonu ərazisində dağ. == Tarixi == Hündürlüyü 975 m. Dağın adı oradakı at ayağının izinə oxşayan dağla və həmin dağın guya Həzrət Əlinin Düldül atının izi olması inamı ilə əlaqədardır.
Düylün hamamı
Düylün hamamı — Ordubad rayonunun Düylün kəndində memarlıq abidəsi. Abidə yarım dağılmış vəziyyətdədir. Planlaşdırma quruluşuna görə orta əsr hamamlarının təkrarıdır. Hamam girişdə böyük vestübüldən ibarətdir. Dar keçidlə hamamın soyunma zalına girilir. Hamamın mərkəzi soyunma zalı kəsik küncləri olan kvadrat formaya (4,5x4,5m) malikdir. Mərkəzi salon səkkizbucaqlı formadadır. Zalın divarları boyunca 3 ədəd dərin (1,5x2m, 1,5x1,5m) taxçalar yerləşdirilib. Taxçaların üstü çatmatağ formasında, zalın tavanı isə dairəvi günbəzlə örtülüb. Soyunma zalı ilə yuyunma zalını düzbucaqlı formalı vestübül birləşdirir.
Düylün piri
Düylün piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Naxçıvan bölgəsində əhalinin hörmət və ehtiramla ziyarət etdiyi ziyarətgahlardan biri də Düylün piridir. Bu pir Ordubad şəhərindən təxminən 20 km qərb tərəfdə yerləşən Düylün cənubunda yerləşir. Ətrafı geniş qəbiristanlıq olan pi¬si binası çiy kərpicdən inşa edilmişdir. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü təxminən 20 sm hündürlükdə hörülmüş və palçıqla suvanmışdır. Üstündə heç bir yazılı abidə yoxdur. Qəbirin üzərində kitabə olmadığı üçün onun mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq el arasında olan fikirlərə görə bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Səfi) dəfiı olun¬muşdur. Ehtimal etmək olar ki, ataları Museyi Kazımın zəhərlənib öldürülməsindən sonra canlarını qurtarmaq üçün müxtəlif yerlərə qaçan övladlarından biri olan Seyyid Şəffan (Səfi) bu qaziyə gəlmiş və orada yaşamışdır.
Düylün qalası
Düylün qalası - Naxçıvanın Düylün kəndindən cənub qərbdə, hündür dağın üzərində arxeoloji abidə. Qalanın yerləşdiyi ərazi cənub və qərb tərəfdən sıldırım qayalıqlarla əhatə olunmuşdur. Ərazinin digır hissələri təbii müdafiəyə malik olmadığı üçün daşdan inşa edilmiş divarlarla möhkəmləndirilmişdir. Qalanın şərq tərəfinə çəkilən divar iri daşlardan hörülmüş və rizalitlərlə möhkəmləndirilmişdir. Qalanın şimal hissəsi paralel çəkilmiş divarlarla möhkəmləndirilmişdir. Divarların arası kəsilərək mənzil kimi istifadə edilmişdir. Ümumi sahəsi 2100 kvadrat metr olan qala kiçik həcmlidir. Ehtimal ki, mühafizə məntəqəsi kimi istifadə edilmişdir. Qala divarları bəzi qismlərdə 4m hündürlükdə qalmaqdadır. Qalanın mərkəzi hissəsində nekropol vardır.
Düylün çayı
Düylünçay — Ordubad rayonu ərazisində çay, Arazın sol qolu. == Haqqında == Uzunluğu 30 km, hövzəsinin sahəsi 124 kv.km-dir. Zəngəzur silsiləsindən (2400 m hündürlükdə) başlanır. Parağaçay və Mesxet çaylarının birləşməsindən əmələ gəlir və 660 m. yüksəklikdə, Dəstə kəndi yaxınlığında Araza tökülür. Qar, yağış suları və yeraltı sularla qidalanır. Martın axırından iyuna qədər gur sulu olur. Güclü yaz-yay daşqınları müşahidə edilir. Aşağı axınında suvarmada istifadə olunur. == Adın etimalogiyası == Tədqiqatçıların fikrincə, oykonim dü (fars.
Güllük bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülruh Xatun
Gülruh Xatun (16 aprel 1454 – 3 iyun 1528, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından. == Həyatı == 1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdülhay qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1476-ci ildə Qəmərşah Sultanı, 1477-ci ildə isə Şahzadə Aləmşahı dünyaya gətirdi. Oğlunun 1490-cı ildə Mentəşə sancaqbəyi təyin edilməsinin ardından, onunla birlikdə Mentəşəyə, 1502-ci ildə Manisaya təyin edilməsiylə isə Manisaya yollandı. Oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərilir.
Küllük (İğdır)
Küllük — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 15 km uzaqlıqdadır. İqlimi kontinentaldır. == Tarixi == Kənd əhalisi 1915-ci il hadisələrində erməni daşnaqlarının zülmündən qaçmaq məcburiyyətində qalır. Onlar Xoy, Van və Ağrı bölgələrinə köç etmişlər. Cümhuriyətin elanından sonraki dönemde geri dönüş başlamışdır. == Coğrafiya == İğdırdan 15 km uzaqlıqdadır. Kəndin şərqində Yaycı, Hakmehmet ve Quzugüdən, qərbində Çalpala, cənubunda isə Yuxarıçarıqçı, şimalında Bayraqtutan kəndləri yerləşir. == Əhalisi == Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. == Təsərrüfat == Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.
Phytoseius duplus
Phytoseius duplus (lat. Phytoseius duplus) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius duplus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Typhlodromips dillus
Typhlodromips dillus (lat. Typhlodromips dillus) — phytoseiidae fəsiləsinin typhlodromips cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromips dillus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Udullu (Şabran)
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Çığırğan cüllüt
Çığırğan cüllüt (lat. Vanellus gregarius) — Çovdarçılar fəsiləsinin Bibikinə cinsinə aid quş növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (CR). Mənfi antropogen təsirlərdən sayı kəskin azalıb. Kritik vəziyyətdədir. == Qısa təsviri == Əsas rəngi qonur-bozdur. Ayaqları və dimdiyi qaradır. Quyruğu ağdır, lakin ucu qaradır. Bel tərəfi qonur–boz, boynu və çinədanı tüstü kimi boz, döşü qara, qarnı kürəndir .
İkinci Udullu
İkinci Udullu — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == İkinci Udullu Hacıqabul r-nunun Udulu i.ə.v.-də kənd. Pirsaat çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsi XIX əsrdə Udullu (indiki Birinci Udullu) kəndindən köçmüş bir qrup ailənin burada məskunlaşması nəticəsində yaranmışdır. Şahsevənlərin udullu tayfasının adı ilə bağlı olan kəndlərdəndir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1407 nəfər əhali yaşayır. == Din == Kənddə II Udullu Qubalı kənd məscidi dini icması fəaliyyət göstərir.