Gülruh Xatun

Gülruh Xatun (16 aprel 14543 iyun 1528, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.[1][2][3][4][5][6][7][8]

Gülruh Xatun
osman. گُل رُخ خاتون‎
Dəfn edildiyi Gülruh Xatun türbəsinin interyeri - Muradiyə külliyəsi, Bursa
Dəfn edildiyi Gülruh Xatun türbəsinin interyeri - Muradiyə külliyəsi, Bursa
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1454
Vəfat tarixi 3 iyun 1528 (74 yaşında)
Vəfat yeri Bursa, Osmanlı imperiyası
Dəfn yeri Muradiyə külliyəsi, Bursa
Fəaliyyəti əsilzadə
Həyat yoldaşı II Bəyazid
Uşaqları Şahzadə Aləmşah
Qəmərşah Sultan
Ailəsi Osmanlı xanədanı

1454-cü ildə dünyaya gəldi. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Əbdülhay qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1476-ci ildə Qəmərşah Sultanı, 1477-ci ildə isə Şahzadə Aləmşahı dünyaya gətirdi.

Oğlunun 1490-cı ildə Mentəşə sancaqbəyi təyin edilməsinin ardından, onunla birlikdə Mentəşəyə, 1502-ci ildə Manisaya təyin edilməsiylə isə Manisaya yollandı. Oğlunun Manisa sancaqbəyliyi dönəmində əri Sultan Bəyazidə ünvanladığı məktublar günümüzədək gəlib çatmışdır. Bu məktublarda oğluna artıq nəzarət edə bilməməsindən şikayətlənən Gülruh Xatun, oğlunun həddindən artıq alkoqollu içki içdiyini, yalnız paytaxtdan göndəriləcək bir lələnin şahzadəni nizam-intizama sala biləcəyini bildirir. Yenə Gülruh Xatunun Sultan Bəyazidə ünvanladığı 1510 tarixli məktubda oğlunun gənc yaşda vəfat etməsinin səbəbi olaraq onun içki aludəçiliyini göstərilir.

Oğlu Şahzadə Aləmşah 1503-cü ildə anidən vəfat etdi. Cənazəsi Bursadakı Muradiyə külliyəsinə gətirilərək Cem Sultan türbəsinə, əmiləri Şahzadə MustafaCem Sultanın yanında dəfn edildi. Gülruh Sultan qalan ömrünü Bursada yaşadı və 1528-ci ildə burada vəfat etdi. Cənazəsi Muradiyə külliyəsində öz adına inşa etdirdiyi türbəyə - qızının yanına dəfn edildi.

  • Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5
  • Argit, Betül Ipsirli (October 29, 2020). Life after the Harem: Female Palace Slaves, Patronage and the Imperial Ottoman Court. Cambridge University Press. p. 66. ISBN 978-1-108-48836-5
  • Hızlı, Mefail (1999). Mahkeme sicillerine göre Osmanlı klasik döneminde ilköğretim ve Bursa sıbyan mektepleri. Uludağ Üniversitesi Basımevi. p. 169. ISBN 978-9-756-95817-9
  • Sakaoğlu, Necdet (2008). Bu mülkün kadın sultanları: Vâlide sultanlar, hâtunlar, hasekiler, kadınefendiler, sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-9-753-29623-6
  1. Anthony Dolphin Alerson, The Structure of the Ottoman Dynasty
  2. Ahmed Akgündüz, Said Öztürk, Ottoman History - Misperceptions and Truths
  3. "Arxivlənmiş surət". 2006-05-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2006-05-02.
  4. Ahmed Akgündüz, Said Öztürk (2011). Ottoman History: Misperceptions and Truths Arxivləşdirilib 2017-10-18 at the Wayback Machine. Arxivləşdirilib 2017-10-18 at the Wayback Machine Oxford University Press. ISBN 978-9-090-26108-9.
  5. Leslie P. Peirce (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire Arxivləşdirilib 2022-07-05 at the Wayback Machine. Oxford University Press. pp. 106–107. ISBN 978-0-195-08677-5.
  6. https://web.archive.org/web/20060502150908/http://www.4dw.net/royalark/Turkey/turkey6.htm
  7. Anthony Dolphin Alerson (1956). The Structure of the Ottoman Dynasty Arxivləşdirilib 2014-07-07 at the Wayback Machine. Clarendon Press.
  8. "Arxivlənmiş surət". 2018-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-06.