Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağin
Ağin — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ağin (Ani) rayonunda kənd. == Tarixi == Gümrü şəhərindən 22–23 km cənub-qərbdə, Arpaçayın üstündə yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Ağit kimi, Qafqazın 5 verstlik xəritəsində Ağin formasında qeyd edilmişdir. Toponim qədim türk dilində «uca, hündür, böyük» mənasında işlənən ağ sözü ilə qədim türk dilində «daxma, koma, mağara» mənasında işlənən in sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.X.1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. == Əhalisi == Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. XIX əsrin əvvəllərində azərbaycanlılar tarixi torpaqlarından qovulmuş, 1829-30 - cu illərdə Türkiyənin Muş, Alaşkert, Basin vilayətlərindən, 1877-78-cı illərdə Qarsdan ermənilər köçürülüb burada yerləşdirilmişdir.
Egina
Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu. == Mifologiyada == Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı. Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı. Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi.
Elqin
Elqin (ing. Elgin, şot.kelt Eilginn) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Emin
Emin — kişi adı. Emin Sabitoğlu — azərbaycanlı bəstəkar, Azərbaycanın xalq artisti, Emin Ağalarov — Tanınmış azərbaycanlı müğənni. Emin Quliyev Emin Quliyev (futbolçu) — Emin Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı Emin Quliyev (rəssam) — Emin Quliyev (üzgüçü) — Emin Səttarov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi. Emin Arif — Azərbaycan alimi Emin İmaməliyev — Azərbaycan futbolçusu. Emin Ağayev — azərbaycanlı futbol mütəxəssisi Emin Ağazadə — Emin Qəribov — Rusiyada çıxış edən Azərbaycan əsilli gimnast. Emin Milli — azərbaycanlı bloqqer. Emin Mahmudov — yazıçı Emin Şəkinski — Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Emin Sadıxov — "Gənc qızıl qələmlər" ədəbi cəmiyyətinin fəal qurucularından biri. Emin Mehdiyev — Montajçı. Kompüter qrafisti. Emin Mirabdullayev — Rejissor, aktyor.
Əkin
Əkin-bitkiçilikdə torpağın üst qatında toxumun (cücərməsi üçün) bərabər paylanması; bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsində ən mühüm aqrotexniki üsul. == Ümumi məlumat == Əkinin keyfiyyəti onun üsulu, vaxtı və səpin normasının düzgün müəyyənləşdirilməsindən asılıdır. Əkin üsulları kənd təsərrüfatı bitkilərinin bioloji xüsusiyyətindən, onların qida sahəsinə, işığa və rütubətə olan tələbatından, habelə becərmənin mexanikləşdirilməsindən, xüsusilə cərgəaralarının becərilməsinin zəruriliyindən asılı olaraq müəyyən edilir. Səpələmə əkin, cərgəli əkin, lentşəkilli əkin, kvadrat-yuva əkin üsulu, şırımlarla əkin və s. üsullar var. Müddətindən asılı olaraq yazlıq bitkilərin yaz əkini, payızlıq bitkilərin payız əkini, ikinci məhsul almaq üçün yay əkini və s. ayırd edilir. == Əkin dövriyyəsi == Əkinçilik sisteminin mühüm hissəsi olub tarlada kənd təsərrüfatı bitkilərinin (həmçinin herik şumunun) vaxtaşırı dəyişdirilməsi. Üç cür əkin dövriyyəsi ayrılır: tarla, yem və xüsusi. Tarla əkin dövriyyəsində əsas sahəni taxıl, kartof, texniki bitkilər (günəbaxan, çuğundur, pambıq və s.) tutur.
Əqiq
Əqiq – SiO2 — Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Haqqında == Xalsedonun zolaqları və təbəqəcikləri müxtəlif rəngdə olan, konsentrik-zonal və zolaqlı növ müxtəlifliyidir. Çox vaxt əqiqin quruluşunda xalsedonla yanaşı silisium oksidi ailəsinin digər mineralları, habelə müxtəlif karbonatlar və seolitlər, hötit, seladonit və s. iştirak edir. Rəngi: müxtəlif çalarlı boz, tutqun-ağ, yaşıl, çəhrayı, göy, qara. Əqiqlər (Ə) təkcə rəng müxtəlifliyinə görə deyil, həm də aqreqatlarının morfologiyasına və dekorativ xüsusiyyətlərinə, şəffaflıq dərəcəsinə, başqa mineral möhtəvilərinin xarakterinə görə də fərqlənirlər. Göstərilən xüsusiyyətlərin müxtəlif tərkibdə uzlaşması əqiqin bir sıra növ müxtəlifliklərinin əmələ gəlməsinə səbəb olur: rənginə görə – oniks (paralel təbəqəli), farforovik (tutqun-ağ), əlvan rəngli, muar tipli, alovlu, göy və s.; aqreqatlarının formasına görə– jeodalar, badamcıq- və salxımvarı, ulduz- və boru şəkilli Ə və b.; şəklinə görə – qala (bürc) şəkilli, brekçiyalaşmış, nöqtəli, landşaft tipli, gözlüklü Ə; başqa mineral möhtəvilərinin formasına görə – dendritli, mamırlı, oolitli Ə və s. Tez-tez əqiqin başqa mineralların, əsasən, kalsit və anhidritin konkresiyaları üzrə, həmçinin müxtəlif üzvi qalıqlar – ağaclar (ağac və ya oduncaq Ə), mərcanlar (mərcan Ə), mollüskalar (şelf-əqiq) üzrə psevdomorfozlarına rast gəlinir. Arizonada (ABŞ) bütün dünyada məşhur olan Daşlaşmış meşə və Monqolustanda Qobi səhrasının cənubunda Ulugey-Xid ətrafında silisium oksidinin (xalsedon, o cümlədən əqiq və b.) ağaclar üzrə psevdomorfozaları geniş sahələrdə kütləvi şəkildə təzahür etmişdir. Bunlar vulkan fəaliyyəti ilə əlaqədar olaraq yaranmışdır.
Əsin
Əyin
Əyin — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Aşağı Çibikli kənd Sovetinin Əyin kəndi Çardaqlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Rayonun ərazisindəki Səngər dağı keçmişdə Əyin dağı adlanırdı. Dağ öz adını buradakı bulağın adından almışdır. Əyin sözü eyn (ər. "göz, bulaq, çeşmə") sözünün təhrif olunmuş formasıdır. Yaşayış məntəqəsi keçmiş Hacılı kəndindən köçmüş ailələrin Əyin dağının ətəyində məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Agin rayonu
Ağin rayonu (1961–1995-ci illərdə Ani rayonu) — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Qərbi Azərbaycanın tarixi Şörəyel mahalı (Şirək-el) ərazisində yerləşirdi. == Tarixi == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ani qoyulmuşdur. Ərazisi 429 kv. km-dir. Rayon mərkəzi şəhər tipli Molla Göyçə (03.01.1935-dən Marlik) qəsəbəsi idi. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir.
Aleksandr Agin
Aleksandr Alekseyeviç Agin (rus. Алекса́ндр Алексе́евич А́гин; 1817[…] – 1875[…]) — Rusiya qrafika rəssamı. O, Rusiya realist illüstrasiyasının banilərindən biri olmuşdur. == Həyatı == Aleksandr Agin 1817-ci ildə Rusiya imperiyasında, Pskov quberniyasının Novorjev qəzasında anadan olmuşdur. O, 1834–1839-cu illərdə Peterburq Rəssamlıq Akademiyasında oxumuşdur. Agin burada Karl Bryullovdan dərs almışdır. O, Yevgeni Qrebenka, İvan Panayev, İvan Turgenev və başqalarının əsərlərinə illüstrasiya çəkmişdir. Onun 1846–1847-ci illərdə Nikolay Qoqolun "Ölü canlar" romanına çəkdiyi 104 illüstrasiya Aginin ən yaxşı işi hesab olunur. Agin senzura tərəfindən təqib olunduğundan 1853-cü ildə Kiyev şəhərinə köçmüşdür. Onun əsərlərində ictimai kəskinlik, prixoloji xarakteristika, plastika, kompozisiya bütövlüyü və s.
Basıl Tegin
Basıl Tegin — bir neçə ay hakimiyyətdə qalmış Qərbi Göytürk xaqanı.
Edin Ceko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Edin Dzeko
Edin Ceko (17 mart 1986[…], Sarayevo) — İtaliyanın İnter klubunun formasını geyən Bosniyalı futbolçu. Futbol karyerasına öz ölkəsində Jelezniçar klubunda başlamışdır. Jelezniçar forması ilə 40 oyuna 5 qol atmış və Çexiyanın Teplitse klubuna transfer olmuşdur. Bu komandada 43 oyuna 17 qol vurmuşdur. Uzun boyu və texnikası ilə diqqət çəkən Ceko 2007-ci ildə ilk dəfə əsas milliyə çağırılmış və mövsümün sonunda Almaniyanın Volfsburq klubuna transfer olunmuşdur. İlk mövsümündə 28 oyuna 18 qol qeyd etmişdir. Əsil çıxışını 2008-09 mövsümündə göstərmiş və 32 oyunda 15 qol ötürməsi ilə birlikdə 26 dəfə rəqib qapılara yol taparaq 28 qol vuran və həmin mövsüm bombardir olmuş komanda yoldaşı Qrafite ilə birlikdə Volfsbuqun çempion olmasında böyük rol oynamışdır. Həmin mövsümdə UEFA Kuboku və Almaniya kubokunun 8 oyununda 12 qol vuran Ceko mövsümü 38 qolla bitirmişdir. Almaniyanın Ştutqart klubunda oynayan Vedad İbişeviç ilə birlikdə Bosniya millisinin əsas qol silahlarından biridir. 7 yanvar 2011-ci ildə İngiltərənin Mançester Siti klubuna transfer olunmuşdur.
Egina (dəqiqləşdirmə)
Egina
Egina (şəhər)
Egina (yun. Αίγινα) — Yunanıstanda, eyniadlı adanın şimal-qərb hissəsində, Egey dənizinin Saronikos körfəzində, Peloponnes yarımadasının şimal-şərq sahillərində şəhər. Şəhər sahildə, dəniz səviyyəsindən 17 metr hündürlükdə yerləşir. Attika periferiyasında adanın periferik vahidində eyniadlı icmanın inzibati mərkəzi. Əhalisi 2011-ci il siyahıyaalınmasına görə 6,867 nəfərdir. == Egina dimi == 1835-ci ildə Egina dimi təsis edilmişdir. Egina icması 1912-ci ildə yaradılmışdır (ΦΕΚ 262Α). İcmaya insan yaşamayan İpsili və Staxtoroyi adaları, həmçinin Eleusa adasındakı Laqusa, Panayisa adasındakı Laqusaki və Fərziyyə monastırı da daxil olmaqla 12 yaşayış məntəqəsi daxildir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalisi 7,253 nəfərdir. Sahəsi 38,657 kvadrat kilometrdir.
Egina adası
Egina (yun. Αίγινα — "Keçi adası") — Saronikos körfəzində Arqolida və Attika arasındaki ada. 2011-ci il siyahıyaalınmasına əsasən, əhalisi 13,056 nəfər idi. == Coğrafiyası == Adanın sahəsi 77,014 kvadrat kilometrə bərabərdir. Səliqəli becərmə zamanı daşlı və quru torpaq arpa, əncir, badam, zəngin üzüm və zeytun yığımı məhsulunu verirdi. Ən bərəkətli bölgə adanın qərb sahilindəki düzənlik idi ki, eyni adlı Egin şəhərini əhatə edirdi. Qərb sahillərində isə rahat ticarət və hərbi liman tikilmişdir. Pireya limanından Egina limanına məsafə 11,5 dəniz milinə bərabərdir. == Əhalisi == == Görkəmli şəxsləri == Aristidis Moraytinis (1891–1918) — yunan aviasiyasının pionerlərindən biri, 1912–1913-cü illərdəki Balkan müharibələrinin iştirakçısı, hərbi dəniz aviasiyasının ilk uçuşunun iştirakçısı, Birinci Dünya müharibəsinin yeganə yunan ası (9 qələbə). == İstinadlar == == Ədəbiyyat == Щукин Ю. Ю. Политическая история Эгины (вторая половина VI—V вв.
Ekin Koç
Ekin Koç (21 iyun 1992, Antalya) – Türk aktyor. Ekin Koç, Antalyada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra İstanbul Bilgi Universitetində təhsilini davam etmişdir. Aktyor olaraq ilk dəfə 2013'də Sənə bir sirr verəcəyəm serialında oynamışdır. 2014-cü ildə Seyfi xarakteri ilə Benim Adım Gültepe adlı serialında oynamış, həmçinin 2015'də Neslihan Atagül ilə Senden Bana Kalan kinosunda da başrol olaraq yer almışdır. Star TV'də izlənən Möhtəşəm Yüz İl Kösəm serialında Sultan I. Əhməd xarakterini canlandırdi.2018 yılında Farah Zeynep Abdullah la birlikte canlandırdıği "Bizim Için Şampiyon" da Halis Karataş rolünü oynadı.2020 yılında Uyanış büyük selcuklu dizisinde Sencer bey rolunu oynadi. Hazırda Üç Kuruş dizisinde Efe komiser rolünü oynuyor.
Elgin Abbaslı
Elgin Ağayar oğlu Abbaslı (16 may 1991, Dəyhan, Laçın rayonu – 10 noyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Elgin Abbaslı 16 may 1991-ci ildə Laçın rayonunun Dəyhan kəndində dünyaya göz açmışdır. 1992-ci ildə Laçın işğal olunduğu üçün ailəsi ilə birgə Sumqayıta köçmüşdür. Onlar Sarıqaya qəsəbəsində məskunlaşmışlar. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra Elgin hərbi xidmətə yollanmışdır. Uşaq yaşlarından hərbçiliyə marağı olduğundan hərbi xidmət müddəti bitdikdən sonra, 2014-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, hərbi xidmətini davam etdirmişdir. Pirəkəşküldə yerləşən hərbi hissədə tibb bölüyündə xidmət etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elgin Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Laçının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgin Abbaslı 10 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Elin Süleymanov
Elin Emin oğlu Süleymanov (1970, Bakı) — Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Los-Ancelesdəki sabiq Baş Konsulluğunun 1-ci Baş Konsulu. == Həyatı == Elin Süleymanov 1970-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 6 saylı məktəbdən təhsil alıb. O, 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsinə daxil olsa da, daha sonra tələbə mübadiləsi vasitəsilə Moskva Dövlət Universitetinin siyasi coğrafiya fakültəsində təhsilinə davam edib və 1992-ci ildə buradan məzun olub. 1992-ci ildə "Edmund S. Muskie adına məzunlar üçün təqaüd proqramı"nın açılış ilində ilk azərbaycanlı olaraq, proqramdan təqaüd haqqı qazanmağa nail olub. Bununla da, Ohayoda Toledo Universitetinin dövlət idarəetməsi fakültəsinin magistatura pilləsinə daxil olub və 1994-cü ildə oranı bitirib. Elin Süleymanov, həmçinin Massaçusets ştatında yerləşən Fletçer Hüquq və Diplomatiya Məktəbinin beynəxalq təhlükəsizlik və beynəlxalq hüquq ixtisasında təhsil alıb. O, burada təhsil alan ilk azərbaycanlı hesab edilir. Diplomatik xidmət orqanlarında fəaliyyətə başlamazdan əvvəl Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və 1995–1997-ci illər ərzində Praqada "Açıq Media Araşdırma İnstitutu"nda çalışmışdır. Elin Süleymanov həmçinin 1989-cu ildə bir neçə qrup yoldaşı və dostu ilə birlikdə Bakının "Atəşgah" intelektual oyun klubunun yaradılmasında iştirak edib.
Emin (müğənni)
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Emin Alməmmədov
Emin Akif oğlu Alməmmədov (27 fevral 1989; Şəmkir, Azərbaycan SSR — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Emin Alməmmədov 1989-cu il fevralın 27-də Şəmkir şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Emin Alməmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Emin Alməmmədov sentyabrın 29-da Murovdağ döyüşləri zamanı şəhid olub. Şəmkir şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Emin Alməmmədov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Emin Axundov
Emin Axundov (azərb. Emin Axundov Tofiq oğlu‎; 1971, Bakı) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1998-ci ildən Dünya İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİPS), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü (AİJA) və 2004–2005-ci illərdə vitse-prezidenti, AİJA jurnalının Baş redaktoru, Dağlıq Qarabağ müharibəsi veteranı, Qızıl qələm mükafatı laueratı. == Həyatı == Emin Axundov 1971-ci ildə Bakı şəhərində anadan olub. Bakı 31 saylı orta məktəbi oxumağa başlayıb, 1988-ci ildə isə Bakı 267 saylı orta məktəbi bitirib. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Texniki Universitetiniə (ATU) daxil olub və 1994-cü ildə oranı bitirib. 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyi tərəfindən göndərişlə Misir Ərəb Respublikasının Qahirə şəhərində ABŞ-nin Mətbuata Texniki Dəstək Fondunun keçirdiyi jurnalist, 2008-ci ildə isə Yunanıstan Respublikasında Beynəlxalq İdman Jurnalistikası kursunu bitirib. === Ailəsi === Ailəlidir, üç övladı var. == Əmək fəaliyyəti == 1988-ci ildə "Azneftmaştikinti", sonra isə DİN-nin Tikinti İdarəsində əmək fəaliyyətinə başlayıb. Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü olaraq cəbhəyə gedib. Erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etməklə bərabər, həm də "Hünər" qəzetinin əməkdaşı kimi döyüş bölgələrindən reportajlar hazırlayaraq cəbhədəki vəziyyət, əsgərlərimizin qəhrəmanlıqları barədə respublika əhalisini yaxından tanış edib.
Emin Ağalarov
Emin Araz oğlu Ağalarov, səhnə adı: Emin (12 dekabr 1979, Bakı) — bəstəkar, müğənni, biznesmen. Azərbaycanın xalq artisti (2018). == Həyatı == Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-də alıb. Marymount Manhattan College (Nyu-York) bitirib və "Maliyyə sahəsində biznes-menecment" diplomu var.. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə "İlin İş Adamları" namizədləri arasından birinci yerə çıxmışdır. === Sahibkarlıq fəaliyyəti === Crocus Group adlı Rusiyanın ən iri developer şirkətlərindən birinin vitse-prezidentidir.. Bu kommersiya layihələrinə başçılıq edir: Krokus Siti ticarət-sərgi mərkəzinin strukturasına daxil olan, Krokus Siti Moll ticarət kompleksi və Krokus Siti Holl konsert zalı Vegas Arxivləşdirilib 2015-05-08 at the Wayback Machine ticarət-əyləncə komplekslərinin şəbəkəsi Nobu, Zafferano, Shore House, Edoko, Rose Bar restoranları Sea Breeze Resort developer layihəsi (Nardaran) === Musiqi karyerası === Emin ABŞ-də olarkən musiqiyə marağı başlayıb. Xüsüsən Frenk Sinatra, Elvis Presli və özünün müəllimi kimi tanıtdığı Müslüm Maqomayev onun kumirləri arasındadır. 2006-cı ildə onun ilk Still adlı ingiliscə albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib.
Emin Ağayev
Ağayev Emin Rafael oğlu (10 avqust 1973, Bakı) — azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, Anji Mahaçqala klubunun rəisi. == Həyatı == == Karyerası == Futbolçu karyerasına 1990-cı ildə başlayan, 2 il sonra Azərbaycanın ilk milli çempionatında "Neftçi"nin heyətində qızıl medal qazanan Emin ardından Rusiyaya yollanır. Onun 1993-cü ildən indiyə kimi bu ölkədə olan karyerası məhz "Anji"də başlayıb. Müdafiəçi 1993-98-ci illərdə bu klubun heyətində Rusiyanın aşağı divizionunda 185 oyunda 10 qol vurub. Bu, Ağayevin Rusiyada ən yaxşı göstəricisidir. Belə ki, Emin sonradan "Torpedo-ZİL" (1999-2001, 70 oyun, 3 qol), "Ximki"də (2002-04, 68, 3), "Baltika" (2004, 11), "Dinamo" (Bryansk, 2005, 20), "Nosta" (2005, 10), "Nara-Desna" (2007, 27), "Volqa"da (2008-10, 90, 2) bu qədər oynamayıb. 20 illik futbolçu karyerasını kapitanı olduğu "Volqa"da bitirən Eminin Rusiyada karyerası daha çox aşağı divizionla bağlıdır. Təsadüfi deyil ki, Emin bu ölkənin Premyer Liqasında yalnız 2001-ci ildə "Torpedo-ZİL"in heyətində 11 oyun keçirib. Yeri gəlmişkən, Ağayevin karyerasında uğurlardan biri 2000-ci ildə həmin Moskva təmsilçisinin heyətində Rusiya I divizionunun çempionu olmasıdır. Onun yüksək liqada yeganə çempionluğu 1992-ci ildə "Neftçi" ilə olub.
Emin Ağazadə
Emin Valik oğlu Ağazadə (22.03.1991;Kürdmaşı,İsmayıllı,Azərbaycan— 25.10.2020;Laçın ,Azərbaycan.)Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ağazadə Emin Valik oğlu 1991-ci il mart ayının 22-də İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olub. === Təhsili === İlk təhsilini Ceyhun Həsənov adına Kürdmaşı kənd orta məktəbində alıb. == Hərbi xidməti == Müharibənin başladığını eşitdikdən sonra hərbi komissarlığa gedib könüllü olaraq qeydiyyatdan keçib. Oktyabrın 5-i təlimlərə çağrılıb. 2 həftə təlimlərə qatıldıqdan sonra ön cəbhəyə yollanıb. Cəbrayıl uğrunda gedən döyüşlərdə 2 gecə qəhrəmancasına vuruşub. Oktyabrın 25-i Laçın istiqamətində gedən döyüşlərdə gizli şəkildə postu tərk edib xüsusi təyinatlılara qoşulub döyüş bölgəsinə gedib və şəhidlik zirvəsinə yüksəlib..