Egina (q.yun. Αἴγινα) — qədim yunan mifologiyasının personajı, Zevsin sevdiyi qadın və Eakın anası. Saronikos körfəzində yerləşən adanın eponimi. Eginanın Zevs tərəfindən qaçırılması qədim heykəltəraşlar tərəfindən tez-tez təsvir olunurdu.
Egina | |
---|---|
q.yun. Αίγινα | |
Cinsi | qadın[d] |
Atası | Asop |
Anası | Metopa |
Əri | Aktor |
Uşaqları | Eak; bəzi mənbələrə görə, Meneti və ya Damokrateya |
Vikianbarda əlaqəli mediafayllar |
Egina çay tanrısı Asop Fliuntlunun iyirmi qızından biri idi. Başqa alternativ versiyada o, Fivanın bacısı kimi göstərilir, bu halda o, Asop Beotiyalının qızı olur. Qədim müəlliflər Eginanı Sikion və Arqolida arasında yerləşən Fliunt şəhəri ilə əlaqədar qeyd edirlər: Eginanın gözəlliyi haqqında eşidən Zevs ya onu bu şəhərə yerləşdirdi, ya da əksinə, onu Fliuntdan qaçırdı və Heranın qısqanclığından ehtiyat edərək, Saronikos körfəzindəki Enopiya və ya Enon adasına köçürdü. Sonradan bu ada Egina adlandırıldı.[1][2][3] Qızını axtaran Asop, Korinf padşahı Sizifdən kimin qaçırdığını öyrəndi, lakin Zevs Asopu ildırımla vurdu və qızı ona qaytarmadı.[4][5][6]
Müxtəlif mənbələrə görə, tanrı qartal (Nonn Panopolitanlı belə yazır) və ya alova (Ovidinin versiyası) dönərək Eginanın yanına gəldi. Egina bu görüşlərdən sonra oğul doğdu, hansı ki Eak adlandırıldı və mirmidonlar padşahı oldu. Mifin bir versiyasına görə, rəqibə qarşı qısqanclığından Hera Eakın təbəəsində olan əhaliyə epidemiya göndərdi, bunun nəticəsində adanın bütün sakinləri öldülər.[6] Sonradan Egina Fessaliyaya köçdü və burada Fokida qəhrəmanı Aktora ərə getdi. Bir versiyaya görə, Patroklun atası Meneti onun oğlu idi[7], digərinə isə əsasən o, Damokrateyanın qızı tərəfdən onun nəvəsi idi (məhz bu halda Damokrateyanın qızı Aktorun anası yox həyat yoldaşı idi). Appoloni Rodoslunun "Arqonavtika" əsərinə şərh yazan bir müəllif Egina və müharibə tanrısı Aresin qızı Sinopun adını çəkir.[5]
Fliunt sakinləri Olimpiya üçün Asop Fliuntlunun qızlarının heykəllərini düzəltdirlər, onlar içərisində xüsusilə Zevsin qucaqladığı Egina heykəli seçilirdi.[8] Delfidə ən azı e.ə. II əsrə qədər Eginaya aid başqa bir heykəli də var idi, o da Zevsin mis heykəli ilə birlikdə Fliunt sakinlərinin əsəri idi.[9] Bu sənət əsərlərinə istinadlara əsasən Qədim Yunanıstan heykəltəraşları Eakın anasının qaçırılmasını təsvir etməyi çox sevirdilər.[10][6] Bundan əlavə, Böyük Plini Elasippin bu süjet əsasında çəkdiyi rəsmi barədə yazmışdır.[11] Üzərində Eginanın qaçırılması təsvir olunduğu iki güldan qorunub saxlanmışdır.[6]
Egina müvafiq olaraq Niderland və Fransa rəssamları Ferdinand Bol və Jan-Batist Qrözun rəsm əsərlərində təsvir olunmuşdur. Bu personaj, ABŞ istehsalı "Hercules: The Legendary Journeys" (1995) adlı televiziya serialının bir epizodunda peydə olur, bu rolu Kler Keri canlandırmışdır.[12] 1866-cı ildə kəşf edilmiş (91) Egina asteroidi Eginanın şərəfinə adlandırılmışdır.[13]
Eginanın qaçırılması əfsanəsinin Fliunt sakinləri tərəfindən adanın müstəmləkə edilməsi üçün uydurduğu üstüörtülü hekayə olduğuna dair fərziyyə mövcuddur.[14]