Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
IONIS
IONIS Education Group (fr. Groupe Ionis) — fransız tədris istehsalçısı. 1980-ci ildə yaradılan qrupda 29 məktəb var. 2023-cü ildə 35 min şagird və 100 min məzun var.
İoniya
İoniya (q.yun. ἡ Ἰωνία, lat. Ionia) — Kiçik Asiyada qədim əyalət. == Tarixi == Qədim yunanlar özlərinə qədər şərqdə yaranmış elmlə tanış olur, təbiət üzərində müşahidələr aparırdılar. Bir çox ölkələrə səyahət etdilər və təbiət haqqında elmi inkişaf etdirdilər. E.ə. VII əsrdə Milet şəhəri nə Egey dənizinin şərqində yerləşən İoniya əyalətinin şəhərləri elmin mərkəzi idi. İoniya alimləri təbiət hadisələri üzərində müşahidələr aparır, onları izah etməyə, onların səbəblərini aşkar etməyə çalışırdılar. İoniya alimləri dünyanın mənşəyini də izah etməyə cəhd göstərirdilər. Bir qrup alimlər təbiətin başlanğıcını suda, bəziləri havada, torpaqda, digərləri odda görürdülər.
İznik
İznik — Bursanın ilçəsi. == Tarixi == İzniklə bağlı əfsanələrdən ən ünlüsü gözəllər gözəli Nikeya ilə bağlıdır. Əfsanəyə görə, Sakarya çayı ilə Tanrıça Kibelanın qızları olan Nikeya, heç vaxt ərə getməməyə and içir. O, meşədə yaşayır və ov edirmiş. Bir gün Himnes adlı bir çobanla qarşılaşır gözəl Nikeya. Çoban bir könüldən min könülə ona aşiq olur. Fəqət Nikeya çobana üz vermir və onu oxla vuraraq öldürür. Məhəbbət tanrısı Eros bu davranışdan çox məyus olur və Nikeyadan intiqam almaq üçün şərab tanrısı Dionisə müraciət edir. İşə baxın ki, Dionis də gözəl Nikeyanı çayda çimərkən görür və ona aşiq olur. Öz aqibətinin də çoban Himnesinki kimi olacağından qorxan Dionis, Nikeyanın su içdiyi çaya şərab qarışdırır və sərxoş olan Nikeyanı yoldan çıxarır.
IPNI
Bitkilərin Elmi Adının Beynəlxalq Siyahısı (ing. IPNI — ing. International Plant Names Index) — İnternet şəbəkəsində bitkilərin latın dilində adları olan verilənlər bazasına keçidi təmin edən sayt. Vəsait botaniki nomenklatura haqqında informasiyaların standartlaşdırılması məqsədilə yaradılıb.
Ablakim İlmiy
Ablakim İlmiy — (1887 – 1947, Mecidiya[d], Konstantsa) — krım tatar yazıçı, jurnalist, pedaqoq, ictimai xadim. == Haqqında == Ablakim İlmiy 1887-ci ildə Tavrida quberniyasının Simferopol uyezdinin Duvankoy volostinin Eski-El kəndində anadan olub. İbtidai təhsilini kənd məktəbində aldıqdan sonra Baxçasarayda orta təhsilini davam etdirib. İstanbulda təhsil aldığı dövrdə krım tatar tələbələrinin gizli "Tələbə cəmiyyəti" təşkilatına üzv olub. Burada o Krım tatar milli hərəkatının fəalları Cəfər Seyidəhməd Krımər, Noman Çələbi Cihan, Həbibulla Odabaş ilə tanış olur. Ablakim İlmiyin "Xanların çəhrayı gül bağı və ya Krımın tarixi" kitabının tərcüməsi onu tanıdan əsas əsərlərdən biri olur. Bu əsər 1811-ci ildə Gəraylar nəslindən olan Həlim Gəray tərəfindən Krım xanlığının tarixi haqqında yazılıb. 1909-cu ildə Ablakim İlmiy öz şərhləri ilə bu əsərin tərcüməsini İstanbulda çap etdirdi. 1914-cü ildə Ablakim İlmiy Krıma geri dönür. Tavdair mədrəsəsinin rektoru kimi fəaliyyət göstərir.
Lişniy adası
Lişniy adası — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasından 2 km aralıda yerləşir. Bolşevik adasından Nenametnıy boğazı ilə ayrılır. Lişniy adasından cənubda Vstreçnıye adaları yerləşir. Lişniy adasının qrupa daxil ən yaxın adası arasında məsafə 400 metrdir. Ada ərazisi kiçik təpəciklərdən ibarətdir. == Təsviri == Cənubdan şimala doğru uzanır. Uzunluğu 6 km, eni 3,5 km təşkil edir.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Nijniy Lomov
Nijniy Lomov — Rusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijnıy (ada)
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Nijnıy adası
Nijnıy adası — Xəzər dənizinin şimal-qərbində Volqa deltasında olan ada. Ada inzibati cəhətdən Rusiyanın Həştərxan vilayətinin Kamızyak rayonuna daxildir. Qışda sahil suları donu.
Rıbnıy yarımadası
Rıbnıy yarımadası — Taymır yarımadasının şimal-qərbində yerləşir. Materikin əsas hissəsindən Xutuqa Fiordu vastəsi ilə ayrılır. Kara dənizinin Pyasin və Minina körfəzləri onun sahillərini yuyur. Yarımada Tundra bitkiləri ilə örtülüdür. Şimalda Pessovıy adasından Sterleqov boğazı vastəsi ilə ayrılır. Sahilləri çox parçalıdır və fiordlar 15 km daxilə keçir. Yarımadada bir sıra çay və göllər vardır. Onlardan ən irisi Vısokoye gölü Taymırın ən irisidir. Yarımadada daimi yaşayış məntəqəsi olanasada burada balıqçı düşərgələrinə rast gəlmək olar. Yarımada bütünlüklə 1993-ci ildə təşkil olunan Böyük Arktik qoruğunun ərazisinə daxildir.
Vışniy Voloçyok
Vışniy Voloçyok — Rusiya Federasiyasında yerləşən şəhər. Tver vilayətinə daxildir.
Yunıy boğazı
Yunıy boğazı (rus. Пролив Юный ) - Komsomoles (ada)sını Pioner adasından ayırır. Şimal Buzlu okeanına daxil olan Kara dənizində yerləşir. Uzunluğu 60 km ,eni 4–24 km , dərinliyi 220 m təşkil edir. Sahilləri sıldırımlı və qayalıdır, buzla örtülüdür. Boğazda Paputnıy, Kaplya, Buyan və Povaratnıy adaları vardır. Sahillərində Festivalnıy , Otkrıtıy (Komsomoleç), Ojıdannıy və Xolmıstıy (Pioner) burnuları vardır. Boğaza İlistaya çayı axır . Boğaz 1932-ci ildə əraziyə təşkil edilən ekspedisiya zamanı sovet gənclərinin şərəfinə adlandırılmışdır.
İniya Trinkuniyene
İniya Trinkuniyene (lit. Inija Trinkūnienė; 25 oktyabr 1951) — Litva etnoloqu, sosioloq, folklorşünas, psixoloq; 2014-cü ildən bəri Romuva adlı Litva neobütpərəst cəmiyyətinin lideri (krive, baş kahinə). Cəmiyyətin qurucusu və "Kūlgrinda" adlı musiqi folk-qrupunun lideri Yonas Trinkunas onun həyat yoldaşıdır. == Həyatı == 1969-cu ildə Kelme şəhərində orta məktəbi və 1974-cü ildə psixologiya ixtisası üzrə Vilnüs Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. Litva Mədəni Tədqiqatlar İnstitutunda (Vilnüs Fəlsəfə və Sosiologiya İnstitutu) sosioloq kimi çalışmışdır. 1990-cı ildə, 1988-2014-cü illərdə Romuva dini bütpərəst icmasının rəhbəri olan əri ilə birlikdə Litva xalq musiqi ansamblını və "Kūlgrinda" xorunu təsis etdi. Onun Rimqayle, Vetra, Uqne və İndre adlı 4 uşağı var. Elmi karyerası boyunca Trinkuniyene xalq mədəniyyətinin yayılması sahəsində araşdırmalarla məşğul olmuşdur. 60-dan çox elmi məqalə yazmış, Litva və xaricdə müxtəlif elmi konfranslarda iştirak etmişdir. 2004-2013-cü illərdə Litva Respublikası Seymi yanında Xalq Mədəniyyətininin Müdafiəsi Şurasının üzvü olmuşdur.
İonik order
İonik order — (yun. Ιωνικός ρυθμός) Qədim Yunanıstanda mövcud olan klassik orderlərdən biri. Daha qədim dorik orderdən zərifliyinə və mürəkkəbliyinə görə fərqlənir. Buna görədə Qədim Yunanıstanda onu dorik orderdən («kişi») fərqli olaraq "qadına" bənzədirlər Dekorativliyinə və kapitelin görünüşünə görə diqqəti cəlb edir. == Tarixi == İonik orderin vətəni İoniya hesab olunur. İoniyalılarda, dorilər, axeylər və eoliyalılar kimi Qədim Yunan tayfalarından biri hesab olnur. İlk ionik order nümunəsi e.ə. VI əsrə təsadüf edilir. Vitruviyə görə bu order ilk dəfə «Dünyanın yeddi möcüzəsi»ndən biri hesab olunan Artemida məbədidinin tikintisi zamanı tədbiq olunub. Digər fikirlərə görə ilk ionik order nümunələrindən biri Samos adasında olan Heranın məbədi hesab olunur.
İrnik burnu
İrnik burnu (bolq. нос Ирник, ‘Nos Irnik’ \'nos ir-'nik\) — Antarktidanın Cənubi Şetland adalarının Snou adası sahillərindən şimal-qərbdə yerləşən buzlaqlardan azad olan burundur. Burun Bolqar xanlarının adları arasında adı olan İrnik xanın adını daşıyır. == Yerləşməsi == Timblon burnundan 3.5 km cənub-qərbdə, Mezdra burnundan 2 km cənub-qərbdə, Byevoter burnundan 7.4 km şimal-şərqdə yerləşmişdir. Britaniya xəritəsinə 1968-ci ildə, Bolqarıstan xəritəsinə 2005 və 2009-cu ildə daxil edilmişdir. == Xəritə == L.L. Ivanov et al. Antarctica: Livingston Island and Greenwich Island, South Shetland Islands. Scale 1:100000 topographic map. Sofia: Antarctic Place-names Commission of Bulgaria, 2005. L.L. Ivanov.
İsnik Alimi
İsnik Alimi (mak. Исник Алими; 2 fevral 1994) — Albaniya futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Qəbələ" FK-nın mərkəz yarımmüdafiəçisi. == Klub karyerası == === Ohrid FK === Deloqozdi kəndində anadan olmuş Alimi gənclik karyerasına 7 yaşında Makedoniyanın "Vlaznimi Struqa" komandasında başlamışdır. O, 2010-cu ildə "Ohrid"ə keçmiş və 2011-ci ildə əsas komandaya yüksəlmişdir. Alimi 30 iyul 2011-ci ildə Makedoniya Birinci Liqası çempionluğu uğrunda "Renova" ilə səfərdə 2:0 hesablı məğlubiyyətlə başa çatan matçda debüt etmişdir. === Atalanta === "Lumessane"yə 1 illik icarəyə verildikdən sonra Alimi "Kyevo"ya qayıtmış, lakin 26 iyun 2015-ci ildə "Atalanta" ilə 4 illik müqavilə imzalamışdır. === Qəbələ === 30 iyul 2021-ci ildə Alimi "Qəbələ" ilə bir illik müqavilə imzalamışdır. 22 may 2022-ci ildə “Qəbələ” Aliminin klubla yeni bir illik müqavilə imzaladığını açıqlamışdır.
İznik gölü
İznik gölü — Bursada yerləşən göl. Təqribən 32 km uzunluğunda və 10 km enindədir. Maksimum dərinliyi 80 metrdir. İznik şəhəri (tarixi adı Nikeadır) gölün şərq ucunda yerləşir. == Əhəmiyyətli quş arealı == 1989-cu ildə mühafizəsiz statusunda olan göl "Beynəlxalq quş həyatı" (BirdLife International) təşkilatı tərəfindən istirahət mərkəzi olan İznikin inkişafı və ciddi çirklənmə ilə təhdid edilən su quşları üçün mühüm ərazi kimi elan edildi. == Su altındaki bazilika == 2014-cü ildə Bursa Böyükşəhər Bələdiyyəsi gölün havadan şəkillərinini çəkib. Fotolarda İznik sahillərində su altında qalan tarixi xarabalıqlar diqqət çəkmişdir. Bazilikanın tapılmasında suların çəkilməsi və soyuq havada planktonun azlığı mühüm rol oynamışdır.
İznik qalası
İznik qalası — Türkiyənin Bursailinin İznik ilçəsində yerləşən C. İbrahim Paşa küçəsi üzərində yerləşir. Tarixi tikilinin yerləşdiyi yerin dəniz səviyyəsindən hündürlüyü təxminən 102 metrdir. == Tarixi == Roma imperiyası dövründən qalmışdır. Bursa İznik gölünə yaxındır və 310-ci ildə Filippin oğlu Antignius tərəfindən inşasına başlamışdır. 330-ci ildə qala, düşmən hücumlarına mane olmuşdur. Qala Bizans dövründə mühüm təmirlər keçirmişdir. Tikildiyində təxminən 3000 metr olan qala ətrafı, təmirdən sonra təxminən 4500 metr olmuştur. Qala Divarların hündürlüyü isə təxminən 10-13 metrdir. Qalada olan 114 dairəvi bürclər qala divarlar gücləndirmək üçün mövcuddur. İznik qalasının ən diqqətçəkən tərəfi isə İstanbul qapısı və Lefke qapısında yerləşən İ.Ö. III əsrə aid olduğu irəli sürülən və bir müharibə təsvir edildiyi relyeflidir.
İznik saxsısı
İznik saxsısı ilk olaraq XV əsrdə ortaya çıxmışdır. O dövrdə hazırlanan Bursa Yaşıl Məscidində və Türbəsində (1421), Bursa Muradiyə Məscidində (1426) ilk nümunələrinə rast gəlinir. XVI əsrdə isə Osmanlı Dövlətinin güclənməsi və yeni formaların ortaya çıxması ilə İznik saxsısı ən möhtəşəm günlərini yaşadı. Bu dövrdə tikilən Süleymaniyyə Məscidində və Səlimiyə kimi əsərlərdə İznik saxsıları ilə müxtəlif bəzəmələr edilmişdir. XVII əsrdə isə İznik Saxsısı itməyə başlamış və XVIII əsrin əvvəllərində tamamilə məhv olmuşdur. 300 il aradan sonra 1985-ci ildə Faiq Krımlı Usta, İstanbuldan İznikə gələrək Əşrəf Əroğlu və xanımı Seyhan Ağayeva ilə birlikdə bir sex qurmuşdur. İznik saxsıları burada təkrar istehsal edilməyə başlanmışdır. XV və XVI əsrlərdə Osmanlı Türk Mədəniyyət Sənətinin zirvələrindən biri olan İznik saxsısını məscidlərdə, evlərdə, Türk və dünya muzeylərində mövcud nümunələri hələ də heyranlıqla izlənir. == İznik saxsısının hazırlanma mərhələləri == Naxışlarının quruluşu: İznik saxsısı müxtəlif formalarda olduğundan (boşqab, fincan və s), əvvəlcədən uyğun naxış bu görüləcək işə görə müəyyən olunur. Naxış iynələmə: Hazırlanacaq naxış kağız üzərində cizgilər iynə ilə deşilir.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.
Thaleropis ionia
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. == Həyat tərzi == Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
İoniya bərqvuranı
İoniya bərqvuranı (lat. Thaleropis ionia) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin nimfalidlər fəsiləsinin bərqvuran cinsinə aid heyvan növü. == Təsviri == Qanadları açıq halda 40-50 mm-dir. Ön qanadların xarici kənar boyunca ensiz qonur haşiyə keçir. Qanadların ümumi rəngi narıncı, əsası tünddür. Ön qanadların yuxarı küncündə bir neçə ağ ləkə vardır. Qanadların yığmış vəziyyətdə budaqda oturmuş kəpənək rənginə və formasına görə saralmış, quru yarpağı xatırladır. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Cənubi Qafqazda rast gəlinir. Azərbaycanda Zəngəzur və Dərələyəz silsiləsinin cənub yamaclarında yayılmışlar. == Həyat tərzi == Kserofil kol bitkiləri olan yamaclar və ya seyrək meşəliklər, tək-tək hallarda yolların kənarı.
Ayasofiya (İznik)
Ayasofiya (hərf. Müqəddəs hikmət; q.yun. Ἁγία Σοφία, Hagía Sophía; türk. Ayasofya) — Türkiyənin Bursa vilayətinin İznik şəhərində Bizans dövrünə aid bazilika kilsəsi. Osmanlı fəthindən sonra Orxan məscidinə (Orhan Camii) çevrilmiş, 1935-ci ildə muzey olmuşdur. Kilsə indi yenidən məscid olaraq xidmətdədir. İznik şəhərinin mərkəzində, köhnə divarlı ərazidə yerləşir. == Tarixi == Ərazidə tikilmiş ilk kilsə IV əsrə aid edilir. Daha sonra kilsə VI əsrin ortalarında imperator I Yustinianın himayəsi altında yenidən tikilmişdir. Kilsə 787-ci ildə Bizans ikonoborçuluğunun birinci dövrünü rəsmi olaraq sona çatdıran İkinci Nikeya Şurasına ev sahibliyi etmişdir. Yustinian dövrünə aid kilsə XI əsrdə zəlzələ nəticəsində dağıdılmış və indiki tikili təxminən 1065-ci ildə köhnəsinin xarabalıqları üzərində ucaldılmışdır.