Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zubov
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb. == Fəaliyyəti == Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu.
Aleksandr Dubov
Aleksandr Dubov (1877, Helsinki – 1964, Bakı) ― 1904-cü ildən ömrünün sonuna qədər Bakıda fəaliyyət göstərmiş memar. O, Bakıda bir çox monumental binaların tikintisində iştirak etmiş bəzi binaların o cümlədən də 1918-ci il soyqırımında yandırılmış İsmailiyyə sarayının 1922–1923-cü illərdə bərpasında iştirak etmişdir. == Haqqında == Mülki mühəndis Aleksandr Dubov 1877-ci ildə Helsinkidə anadan olub, orada yaşayıb və təhsil alıb. O dövrdə Finlandiya Rusiya İmperiyasının tərkibində olub.Orta məktəbi bitirdikdən sonra Peterburqda yerləşən tikinti məktəbində təhsil alıb. Sonradan isə təhsilini Finlandiyada yerləşən Texniki Peşə Məktəbində davam etdirib. İlk tikinti fəaliyyətinə Rusiyada 1900-cü ildə başlayıb. Burada o Politexnik İnstitutunun köməkçi binalarının tikintisində iştirak edib. Burada o, Rusiya İmperiyasında dəmir beton konstruksiyaları tətbiq edən fransızlarla əməkdaşlıq edir. Bu əməkdaşlığı nəticəsində bu sahədə böyük təcrübə qazanır. 1902–1904-cü illərdə Qaqrada İmperator II Nikolayın kiçik bacısı Olqa Aleksandrovanın həyat yoldaşı şahzadə Aleksandr Oldenburq üçün saray tikir.
Luqov kərtənkələsi
Luqov kərtənkələsi (lat. Darevskia praticola) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Elədə böyük olmayan, 5 — 10 sm uzunluğa malik olan (bədəni 6 — 7 sm, quyruğu 3 sm) kərtənkələ. Tünd-yaşıl rəngə malikdir. Başı yuxarıdan bütünlüklə tünd qəhvəyidir. == Arealı == Növ əsasən Şimali Qafqaz və Cənubi Qafqaz ərazilərdə rast gəlinir. Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə və Bolqarıstan ərazilərində yayılmışdır. == Həyat tərzi == Günlük aktiv canlıdır. Əsasən açıq çəmənliklərə daha çox əhəmiyyət verir.
Lyubov Akselrod
Lyubov İsaakovna Akselrod (rus. Любо́вь Исаа́ковна Аксельро́д; təxəllüsü – Ortodoks; 1868[…], Vileyski qəzası[d], Vilen quberniyası[d] – 5 fevral 1946, Moskva) — Rusiya filosofu və ədəbiyyatşünası. == Həyatı == Lyubov İsaakovna Akselrod 1868-cı ildə Rusiya imperiyasında, indiki ərazisində anadan olmuşdur. O, 1884-cü ildən inqilabi hərəkata qoşulmuşdur. Akselrod1887–1906-cı illərdə mühacirətdə yaşamış, 1900-cu ildə Bern Universitetini qurtarmışdır. O, 1892-ci ildə "Əmək azadlığı" qrupuna daxil olmuşdur. Akselrod tarixi materialistcəsinə anlayışı müdafiə etmiş, neokantçılığın idrak nəzəriyyəsinə, empiriokritisizmə qarşı çıxmışdır. O, Marksist fəlsəfənin şərhində aqnostisizm və relyativizmə bir növ razılaşmışdır. Akselrod Vladimir Leninin "Materializm və empiriokritisizm" əsərinə qarşı çıxmışdır. O, 1903-cü ildə menşeviklərə qoşulmuşdur.
Lyubov Berejnaya
Lyubov Berejnaya-Odinokova (qızlıq soyadı: Berejnaya; d. 24 iyun 1955; Otradnıy, Rusiya) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lyubov Berejnaya, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lyubov Berejnaya, həm də Dünya Çempionatlarında 1 qızıl və 1 gümüş medala sahib olub. == Karyerası == Lyubov Berejnaya, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lyubov Berejnaya növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Lyubov Blok
Lyubov Blok, Mendeleyeva (29 dekabr 1881, Sankt-Peterburq – 27 sentyabr 1939, Leninqrad) — aktrisa, balet tarixçisi, memuarist, "Blok və özü haqqında hekayə və nağıllar" və "Klassik rəqs: tarix və müasirlik" kitablarının müəllifi. Kimyaçı Dmitri Mendeleyevin qızı, şair Aleksandr Blokun həyat yoldaşı. == İstinadlar == == Əsərlər == Блок Л. Д. И были, и небылицы о Блоке и о себе. Бремен: Кафка-Пресс. 1979. Блок Л. Д. Классический танец: История и современность (25000 nüs.). М.: Искусство. Вступит. слово Гаевский, Вадим Моисеевич; рецензент: Пётр Гусев; ред. коллегия: В. М. Красовская,Суриц, Елизавета Яковлевна.
Lyubov Dobrjanskaya
Lyubov İvanovna Dobrjanskaya (rus. Любовь Ивановна Добржанская ; d. 24 dekabr 1905, Kiyev — ö. 3 noyabr 1980) — sovet aktrisası. Stalin mükafatı laureatı (1951). SSRİ xalq artisti (1965).
Lyubov Odinokova
Lyubov Berejnaya-Odinokova (qızlıq soyadı: Berejnaya; d. 24 iyun 1955; Otradnıy, Rusiya) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lyubov Berejnaya, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lyubov Berejnaya, həm də Dünya Çempionatlarında 1 qızıl və 1 gümüş medala sahib olub. == Karyerası == Lyubov Berejnaya, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lyubov Berejnaya növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Lyubov Orlova
Lyubov Orlova (29 yanvar (11 fevral) 1902, Zveniqorod, Moskva quberniyası[d] – 26 yanvar 1975, Moskva) — sovet aktrisa və müğənnisi, SSRİ xalq artisti (1950). == Həyatı == Lyubov Orlova qədim dvoryan nəslindəndir, onun nəsil şəcərəsi Ryurikoviçlərə qədər gedib çıxır. Amma Oktyabr inqilabından sonra o, bioqrafiyasında düzəlişlər etməyə məcbur idi. Orlovlar ailəsi Moskva ətrafında böyük malikanədə yaşayırdılar. Balaca Lyubov vokal və fortepiano dərsləri alırdı. Rəvayətə görə, balaca qızın ifasını dinləyən böyük Şalyapin özü ona xeyir-dua verib - bu qız tanınmış aktrisa olacaq, deyib. Bəlkə də doğrudan da Şalyapin belə deyib, - imanımızı yandırmayaq. Moskva konservatoriyasına daxil olmağa hazırlaşan Lyubov Orlova, amma sən saydığını say, gör fələk nə sayır. Bolşevik qarmaşası zamanı musiqimi yada düşərdi, hərə öz canının hayındaydı. Müflis olmuş dvoryan ailəsi acından ölməmək üçün inək saxlayır, Lyuba hər səhər ağır süd bidonlarını bazara daşıyır.
Lyubov Sobol
Lyubov Eduardovna Sobol (née Fedeneva; 13 sentyabr 1987, Lobnya, Moskva vilayətisentyabr 1987 , Lobnya, Moskva vilayəti ) — Rusiya siyasi və ictimai xadimi, qeydiyyatdan keçməmiş Gələcəyin Rusiyası adlı partiyanın idarə heyətinin üzvü. 2021-ci ilə qədər Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) hüquqşünas , işləyib, o cümlədən RosPil layihəsi çərçivəsində (2011-2018), Rusiya Müxalifət Koordinasiya Şurasının üzvü olub (2012-2013) .
Lyubov Tolkalina
Lyubov Tolkalina (rus. Любо́вь Никола́евна Толка́лина; 16 fevral 1978, Ryazan vilayəti) — Rusiya kino və teatr aktrisası. == Həyatı == Lyubov Tolkalina 16 fevral 1978-ci ildə Mixaylovka kəndində anadan olub.
Lyubov Uspenskaya
Lyubov Zalmanovna Uspenskaya (Любо́вь За́лмановна Успе́нская) (d. 24 fevral 1954, Kiev) —müğənni. == Həyatı == L. Uspenskaya 24 fevral 1954-cü ildə Kiyevdə (Ukrayna) anadan olub. Doğuş zamanı anasını itirən L. Uspenskayanı nənəsi və atası böyüdüb. Kiyevdə musiqi məktəbini bitirən L. Uspenskaya burada ilk mahnılarını Qriqori Balberlə yazmağa başlayıb. O, 17 yaşında Ermənistana gedib və orada bir neçə il çalışdıqdan sonra Moskvaya yollanıb. 1978-ci ildə həyat yoldaşı Yuri Uspenski ilə İtaliyaya, 1990-cı ildə isə ABŞ-yə (Los-Anceles) köçüb. Müğənni ilk albomunu (“Lyubimıy”) 1985-ci ildə yazıb. Həmin albom ona SSRİ-də və ABŞ-də populyarlıq qazandırıb. Daha sonra müğənni yenidən Moskvaya köçüb və hazırda da orada yaşayır.
Lyubov Virolaynen
Lyubov Virolaynen (14 yanvar 1941, Borisov, Minsk vilayəti) — Aktrisa, RSFSR-in əməkdar artisti (1980). == Həyatı == Lyubov Virolaynen 14 yanvar 1941-ci ildə Minsk vilayətinin Borisov şəhərində doğulub. == Filmoqrafiya == Ürək... Ürək...
Mariano Lukov
Mariano Domuşiyev (2 aprel 1958) — Bolqarıstanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Mariano Domuşiyev Bolqarıstanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Valerian Zubov
Valerian Aleksandroviç Zubov (1771 — 1804) — rus hərbi xadimi, Rus ordusunun İran yürüşü (1796) zamanı baş komandanı, Dərbəndin alınmasında fərqlənib və 25 yaşında general-mayor (1796) rütbəsi alıb. == Fəaliyyəti == Zubov II Yekaterinanın məşuqlarından biri olmuşdur. Polşada üsyanı yatıran zaman qıçını itirmiş və əvəzində ona qızıl protez qoyulmuşdur. Ağa Məhəmməd xan Tiflisi tutandan sonra II Yekaterina başda Zubov olmaqla rus qoşunlarının 30 minlik korpusunun Azərbaycana yürüşünü təşkil edir. Xəzər dənizindəki Rusiya hərbi donanması da onun sərəncamına verilmişdi. Azərbaycan xanlıqlarına yürüş 1796-cı il aprelin 18-də başlandı. Rus qoşunlarının yürüşü xəbərini alan Ağa Məhəmməd xan Azərbaycanı tərk etdi. Qubalı Şeyxəli xanın müqavimət göstərməsinə baxmayaraq, mayın əvvəllərində rus qoşunları Dərbəndə daxil oldular. Şeyxəli xan yaxınları ilə birlikdə əsir götürülüb Zubovun yanına gətirildi və o, imperatriçənin adından əsirlərə əfv olunacaqlarını vəd etdi. Dərbəndin idarəsini Rusiyameylli mövqedə duran Fətəli xanın qızı və Şeyxəli xanın bacısı Pəricahan xanıma tapşıran Zubov rus qoşunlarını Qubaya tərəf yeritdi və iyunun 6-da onu tutdu.
Lyubov Pançenko
Lyubov Pançenko (ukr. Любов Михайлівна Панченко) — Ukraynalı rəssam-moda dizayneri, Buçi şəhərinin fəxri vətəndaşı, V. Stus adına mükafat laureatı, Ukrayna Qadınlar Birliyinin üzvü. O, Xruşşov yumuşalması zamanı Ukrayna mədəniyyətini canlandıran altmışıncı rəssamlar qrupuna aid idi. == Bioqrafiya == Rəssam 1938-ci il fevralın 2-də Kiyev vilayətinin Yablunka kəndində (1966-cı ildən Buça kəndi, indiki Buça şəhəri daxilində) anadan olmuşdur. 1950-ci illərin sonlarında Kiyev Tətbiqi Sənət Məktəbini (tikmə fakültəsini) bitirmişdir. Sonralar dərzi emalatxanasında işləyir və eyni zamanda sənət haqqında bilik üfüqlərini genişləndirir, linoritlə maraqlanır. 1968-ci ildə İ. Fyodorov adına Ukrayna Poliqrafiya İnstitutunun Qrafika fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. 1960-cı illərdə o, Sovremennik Qurucu Gənclər Klubunda iştirak edir və onun Qeyts ədəbi bölməsinin üzvü olur. Lyubov Pançenko Dizayn və Dizayn Texnologiya İnstitutunda modelyer, Respublika Modellər Evində işləyib. O vaxta qədər onun parlaq istedadı çiçəklənir: bir sıra akvarellər, geyim modelləri, tikmə dizaynları, kitablar üçün qrafik ekran qoruyucuları və rəsm əsərləri hazırlayır.
Lyubov Mala
Lyubov Troximivna Mala (ukr. Любов Трохимівна Мала; 13 yanvar 1919 və ya 1919, Kopani[d] – 14 aprel 2003 və ya 2003, Xarkov) — Sovet ukraynalı terapevt, tibb elmləri doktoru (1954), professor (1955), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1974), Sosialist Əməyi Qəhrəmanı (1979), Ukrayna Qəhrəmanı (1999), Ukrayna SSR əməkdar elm xadimi (1968), SSRİ Dövlət Mükafatı laureatı (1980), Ukrayna Dövlət Mükafatı laureatı (2003, ölümündən sonra). == Həyatı və fəaliyyəti == Lyubov Mala 1919-cu il yanvarın 13-də Ukraynanın Zaporojya vilayəti, Orixiv rayonu, Kopani kəndində anadan olub. Atası Troxim Yevdokimoviç (1895–1945), anası Katerina Qrixorovna (1895–1985) kəndli idilər. 1938-ci ildə 1-ci Xarkov Tibb İnstitutunu bitirdikdən sonra Voroşilovqrad vilayətinin İvanovka rayonunun Petrovenki kəndində kənd tibb məntəqəsində həkim işləyib. Böyük Vətən Müharibəsi başlayandan 1946-cı ilin sentyabr ayına qədər Sovet Ordusunun bir hissəsi kimi Qırmızı Ordu sıralarında təxliyə hospitalları rəisinin müavini, Şimali Qafqaz Cəbhəsinin təxliyə məntəqəsinin təxliyə bölməsi rəisinin müavini, Xarkov Hərbi Dairəsinin müalicə şöbəsinin rəis müavini vəzifələrində xidmət etmişdir. 1946-cı ildən Xarkov Tibb İnstitutunda klinik assistent (1946–1949), elmi işçi (1949–1952), doktorant (1952–1954), dosent (1954–1955) kimi fəaliyyət göstərib. 1955-ci ildən səhiyyə və pediatriya fakültələrinin terapiya kafedrasının müdiri, 1961-ci ildən hospital terapiya kafedrasının müdiri, eyni zamanda (1962-ci ildən) həmin institutun kardiologiya laboratoriyasının problemləri üzrə elmi məsləhətçi vəzifələrində çalışmışdır. 1986-cı ildən Ukrayna SSR Səhiyyə Nazirliyinin nəzdində yeni yaradılmış Xarkov Elmi Tədqiqat Terapiya İnstitutunun (hazırda Ukrayna Milli Elmlər Akademiyasının Terapiya İnstitutu kimi tanınır) direktoru vəzifəsində çalışmışdır. 1950-ci ildə B. M. Xmelnitskinin rəhbərliyi altında "Daxili xəstəliklər klinikalarında vərəmin diaqnostikası və vərəmin müalicəsi" mövzusunda elmlər namizədi üzrə doktorluq dissertasiyasını, 1954-cü ildə "Vərəmdə ürək-damar sistemindəki dəyişikliklər" mövzusunda elmlər doktoru üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Lyubov Qakkebuş
Lyubov Mixaylivna Qakkebuş (ukr. Любов Михайлівна Гаккебуш; 14 (26) sentyabr 1888, Nemirov[d], Podolsk quberniyası[d] – 28 may 1947, Kiyev) — Ukraynalı səhnə aktrisası, müəllim və tərcüməçi, Ukrayna SSR xalq artisti (1943). O, 80-dən çox aparıcı və köməkçi rolu, o cümlədən Vilyam Şekspirin "Makbet" pyesində Ledi Makbet və Henrik İbsenin "Kabuslar" pyesində Fru Alvinq rollarını ifa edib. == Erkən həyat və təhsil == Lyubov Qakkebuş 26 sentyabr 1888-ci ildə Rusiya İmperiyasının Nemirov şəhərində anadan olub. O, Moskva Kamerni teatrında oxuyub və Moskvada Ukraynanın Kobzar klubunun səhnələşdirdiyi həvəskar tamaşalarda çıxış edib. == Karyera == Qakkebuş 1917-ci ildə Kiyevdəki Ukrayna Xalq Teatrının səhnəsində Miss (Aleksandr Olesin "Payız" əsəri) rolunda debüt edib. O, 1919–1921-ci illərdə Kiyevdə Ukrayna Sovet Respublikasının Şevçenko adına Birinci Teatrında, 1921–1922-ci illərdə isə Vinnitsada İvan Franko adına Milli Akademik Dram teatrında oynamışdır. Qakkebuş 1922-ci ildən 1926-cı ilə qədər Berezil teatrında çalışmış və 1926-cı ildə əri Vasil Vasilko Qakkebuş ilə birlikdə Odessaya köçmüşdür. O 1926–1928-ci illərdə Odessanın Ukrayna Dram Teatrında işləyib. 1928-ci ildə Qakkebuş və Vasilko Xarkova köçdülər və burada Qakkebuşun əri Çervonozavodsk Ukrayna Dram Teatrının bədii rəhbəri oldu.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Lyubov Berejnaya-Odinokova
Lyubov Berejnaya-Odinokova (qızlıq soyadı: Berejnaya; d. 24 iyun 1955; Otradnıy, Rusiya) — Sovet İttifaqını təmsil edən Ukraynalı sabiq həndbolçu. Lyubov Berejnaya, Sovet İttifaqının yığması ilə birgə 1976 Monreal Olimpiadasında və 1980 Moskva Olimpiadasında qızıl medal qazanıb. Lyubov Berejnaya, həm də Dünya Çempionatlarında 1 qızıl və 1 gümüş medala sahib olub. == Karyerası == Lyubov Berejnaya, 1976-cı ildə Sovet İttifaqının yığması ilə birgə Kanadanın Monreal şəhərində baş tutan XXI Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların son turunda Sovet İttifaqının yığması, Şərqi Almaniya yığmasını 14:11 hesabı ilə məğlub etdi və XXI Yay Olimpiya Oyunlarının çempionu oldu. Lyubov Berejnaya növbəti dəfə Olimpiya Oyunlarına, 1980-ci ildə elə Sovet İttifaqının Moskva şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların son turunda Sovet İttifaqının yığması, yenə Şərqi Almaniya yığmasını 18:13 hesabı ilə məğlub etdi və XXII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Sobol, Lyubov Eduardovna
Lyubov Eduardovna Sobol (née Fedeneva; 13 sentyabr 1987, Lobnya, Moskva vilayətisentyabr 1987 , Lobnya, Moskva vilayəti ) — Rusiya siyasi və ictimai xadimi, qeydiyyatdan keçməmiş Gələcəyin Rusiyası adlı partiyanın idarə heyətinin üzvü. 2021-ci ilə qədər Korrupsiyaya Qarşı Mübarizə Fondunda (FBK) hüquqşünas , işləyib, o cümlədən RosPil layihəsi çərçivəsində (2011-2018), Rusiya Müxalifət Koordinasiya Şurasının üzvü olub (2012-2013) .
Lbov Y. İ. və oğulları
"Lbov Y. İ. və oğulları" — Azərbaycanda fəaliyyət göstərmiş balıq sənayesi səhmdar cəmiyyətlərindən biri. == Tarixi == "Lbov Y. İ. və oğulları" səhmdar cəmiyyəti 1913-cü ildə, Rusiya imperiyası tərkibində yaradılmışdı. Təqribən 1 milyon manat əsas kapitalı var idi. Yalama, Lənkəran və Astarada siyənək balığı vətəgələri, iri soyuducuları, emal zavodları və s. fəaliyyət göstərmişdir. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra müəssisələri milliləşdirilmişdir.
Buzov
Buzov — inəklərin, doğulduğu andan süddən kəsilənə qədər olan müddətdə balalarına verilən addır. Süddən ayrıldıqdan sonra bir yaşa qədər olan cavan mal-qaraya dana deyilir. Danaların bir qisminin iribuynuzlu mal-qaraya çevrilməsi gözlənildiyi halda, bəziləri kəsilir, ətindən və dərisindən istifadə edilir.
Jukov
Georgi Konstantinoviç Jukov (rus. Георгий Константинович Жуков; 19 noyabr (1 dekabr) 1896 – 18 iyun 1974[…], Moskva) — hərbçi, Sovet İttifaqı Marşalı, SSRİ-nin müdafiə naziri (1955–1957), O, dörd dəfə Sovet İttifaqı Qəhrəmanı (1939, 1944, 1945, 1956), iki dəfə "Qələbə" ordeni (1944, 1945) laureatı olmuşdur. Georgi Jukovun məzarı Qırmızı Meydanda Kremlin divarında yerləşir. == Həyatı == == Hərbi fəaliyyəti == == Təltif və mükafatları == Leonid Brejnevlə yanaşı dördqat Sovet İttifaqı Qəhrəmanı olan 2 şəxsdən biridir. Ümumilikdə 14 orden, 16 medala layiq görülmüşdür.
Kubok
Kubok— ilk dövrlərdə şərab içilməsi üçüm istifadə edilən qab. Metaldan hazırlanırdı, bəzən sümükdən, şüşədən də hazırlanırdı. Orta əsrlərdə cəngavər döyüşlərindən sonra qalib şəxsə kubok işərisində şərab verilirdi. XIX əsrin ortalarından isə idman yarışlarında hədiyyə kimi verilməyə başlandı.
Kurov
Kurov (pol. Kurów) — Polşanın cənub-qərbində kənd. Lyubel voyevodalığının Kurov qminasının mərkəzidir və 2005-ci il siyahıyaalmasına görə əhalisi 2811 nəfərdir. Kurov 1442-1870-ci illərdə şəhər statusuna malik olub. == Tarixi == Buradakı ilk yaşayış məskəni XII əsrə aid edilir. XVI əsrdə Kurov Kalvinizm hərəkatının mərkəzi olsa da, 1660-cı ilə qədər əhalinin böyük hissəsi Arianlığa keçib. 1939-cu ildə İkinci dünya müharibəsinin ilk günlərində Kurov Lüftvaffenin şiddətli bombardmanına məruz qalmış və müharibə dövründə burada almanların iki toplama düşərgəsi yerləşmişdir. == Məşhur şəxslər == Voyçex Yaruzelski — Polşa dövlət və hərbi xadimi, kommunist rejimi dövründə Polşanın siyasi və hərbi rəhbərlərindən biri, ordu generalı (1923-cü ildə Kurovda doğulmuşdur).
Lugoa
Lukuv
Lukuv (və ya Lukov) (pol. Łuków) — Polşada şəhər. Lyublin voyevodalığının Lukuv povyatının tərkibinə daxildir. Şəhər qminası statusuna malikdir. Sahəsi 35,75 km², əhalisi 30.698 nəfərdir (2014).