Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mucuq
Mucuq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1199-cu ildə yaradılmışdır. Burada orta əsrlərə aid bir neçə məscid və qəbiristanlıq var. == Toponimikası == Mucuq Oykonim “soyuq (Mur) ve yer (cuq) ” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1366 nəfər əhali yaşayır.
Böyük Muruq
Böyük Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd erkən orta əsrlərdə salınmışdır. "Muruğ " komponentindən ərsəyə gələn iki kənd adı var: Çexi Muruğ yəni Böyük Muruğ və Zindanmuruğ . Kəndin ərazisində Xlll əsrə aid məscid və tarixi çox qədimlərə gedib çıxan qəbirlərə rast gəlinir. Tarixi mənbələr bu kəndlərin əsasının hələ erkən orta əsrlərdə salındığını göstərir. "Muruğ" oykoniminə ilk dəfə X əsrdə "Abu Müslimin tarix " kitabında rast gəlinir.Bundan başqa mənbələrdə 1710-cu ildə Şirvanşah ll İbrahimin dövründə Böyük Muruq kəndinin adı çəkilir. == Toponimikası == Böyük Muruq oyk., mür. Qusar r-nunun Əcəxur i.ə.v.-də kənd. Yan silsiləsinin (Böyük Qafqaz) ətəyindədir. Yerli əhali arasında Çexi Murux da deyilir.
Mucuq şəlaləsi
Mucuq şəlaləsi — Azərbaycan Respublikasının Qəbələ rayonu, Laza kəndi yaxınlığında yerləşir. Mucuq şəlaləsi Dəmiraparançayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 40 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür. Şəlaləyə gələn və həmçinin şəlaləni əmələ gətirən su, kiçik çay əmələ gətirir. Çaya Muçuqçay adı verilmişdir. Muçuqçay Dəmiraparan çayının çox qollarından biridir. Çay Tufandağ massivinin cənub-şərq yamacında yerləşən Qotur dağı (3226 m) massivindən (məşhur Salavat aşırımı bu massivdə yerləşir) 2800-3000 metr hündürlükdən başlayır.
Muncuq Xan
Muncuq (Munçuk, Mundzuk və ya Moncak, yun. Μουνδίουχος, mac. Bendegúz; bilinmir, bilinmir – ən geci 435) — hunların bəylərindən. Haylandur boyundan, Balamirli sülaləsindəndir. Bilgə və İdil xanların atası, Rua xanın qardaşı, Uldız xanın oğlu idi.
Munəq (Miyanə)
Munəq (fars. مونق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 259 nəfər yaşayır (62 ailə).
Zindan-Muruq
Zindan-Muruq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Zindanmuruq bələdiyyəsinin mərkəzi. == Toponimikası == Zindan-Muruq oyk., miir. Qusar rayonunun eyniadlı i.ə.v.-də kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Qusarçayın sağ sahilində, Qızılqaya platosunun (Böyük Qafqaz) yamacmdadır. Əsl adı Sindanmuruqdur. Dağıstanın cənubunda erkən orta əsrlərə aid Sindan (Şindan) qalasının adından və Muruq kəndinin adından yaranmışdır. Talış zonasında da Şindan qalası var. Qalanın adı ilk dəfə VII əsr hadisələri ilə əlaqədar çəkilir. Oykonim "Sindan yaxınlığındakı Muruq kəndi" mənasmdadır.
Yunq Munq Sunq (film, 2017)
"Yunq Munq Sunq" filmi — çəkilişləri 2017-ci ildə başlamış tamildilli Hindistan filmidir. == Rollarda == Prabhu Deva Lakşmi Menon Tanqar Baçan RJ Balaci Prabhakar Çxitxra Lakşmanan Aşvin Raca Uma Padmanabxan == İstehsal == Prabhu Deva 2017-ci ildə belə bir film çəkmək barədə müqavilə imzaladı. Çəkilişlər həmin il başladı. Deva bu filmdə hind əsilli çinli Kunq-Fu ustası rolunu oynamalı idi. Həmin ilin fevral ayı təqdimatla filmin çəkilişləri başladı və hələ də davam etməkdədir. Bu illər ərzində filmin mahnıları da müəyyənləşməyə başladı. == Xarici keçidlər == Yunq Munq Sunq filmi Görün kim yenidən birləşdirir!
Buduq
Buduq — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Şahdağ xalqlarının nümayəndələrindən biri olan buduqluların tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Buduq mahalının, Çar Rusiyası dövründə Buduq sahəsinin, SSRİ dövründə Buduq kənd sovetliyinin, hazırda Buduq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Şimaldan-Karlac, Suxtəkələ, Tülər, Əlik və Xəngah Şərqdən-Söhüb Cənubdan-Rük Qərbdən Zeyid və Yergüc kəndləri ilə həmsərhəddir == Tarixi == Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimakasına nəzər salsaq burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluqunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanin 64;km cənubi-qərbində, Qaraçayın sol sahillində 2 km aralı, Böyük-Qafqazın yan siisiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana(Güləxana)karst maqarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağll yamacda yerləşən Buduqun stareşi əhəmiyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb.
Bunud
Bunud — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.
Buruq
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur == Tarixi == Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin] == Coğrafiyası == Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir.
Cunud
Cunud — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Cunud Şəki rayonunun Baş Layski inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. Oykonimin XIII əsrdə monqolların tərkibində olmuş türkdilli sunnit tayfasının adından olması ehtimal edilir. == Əhalisi == Kəndin əhalisi 1010 nəfər təşkil edir ki, onun da 518 nəfəri kişi, 492 nəfəri isə qadındır. .
Dunus
Dunus — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə Qantiadi kənd inzibati-ərazi dairəsinə daxildir. == Coğrafiyası == Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 8 km şərqdə, Çapal çayının sol sahilində, Başkeçid yaylasında yerləşir. == Tarixi == Borçalı bölgəsində "Dunus" yaşayış məntəqəsi adına ilk dəfə 1536-ci ilə aid məxəzlərdə rast gəlinmişdir. == Əhalisi == Kənddə 1870-ci ildə 8 ailədə 54 nəfər, 1926-cı ildə 26 ailədə 195 nəfər azərbaycanlı yaşayırdı. 17–24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 454 nəfər (223 nəfəri kişilər, 231 nəfəri qadınlar) əhalinin 100 %-i etnik azərbaycanlılardan ibarətdir. 1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 612 nəfər əhali yaşayır. == Təhsil == Hazırda kənddə bir ibtidai məktəb fəaliyyət göstərir. Və məktəbdə 84 şagird təhsil almaqdadır.
Eunus
Yevn (yun. - Eunus) (? - e.ə.132, Enna) - Siciliya adasında birinci qul müharibəsinin rəhbəri (e.ə. 138-e.ə. 132). == Həyatı == Mənşəcə suriyalı idi. Üsyançılar onu Antiox adı ilə çar elan etmişdilər. E.ə. 132-ci ildə Roma konsulu Rupili tərəfindən əsir alınmış və həbsxanada işgəncə ilə öldürülmüşdü.
Hunud
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hünüt
Hunud, Hünüt — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Meğri rayonunda) kənd adı.Ermənistanın indiki Sünik mərzində kənd. Çarlıq dövründə keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına, sovet dövründə isə Kapan (Qafan) rayonuna aid idi. == Tarixi == Rayon mərkəzindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı Hünüt formasında da qeyd edilir. == Toponimi == Toponim qədim türk mənşəli hun etnoniminə türk dilində cəmlik bildirən "-ud" şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir. Görkəmli türk tədqiqatçısı "Türk tarixi" əsərində yazır: "Hunlar çox qüvvətli, döyüşdə çox cəsur və mahir olan türklərdir". "Hunlar kəndi" mənasını verir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1918-ci ildə kəndin əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir. 1922-ci ildə əhalinin bir hisəsi geri qayıdaraq yenidən məskunlaşmışdır və ermənilərlə qarışıq yaşamışdır.
Hüquq
Hüquq — davranışı tənzimləmək üçün sosial və ya hökumət institutları tərəfindən yaradılmış və tətbiq edilə bilən qaydalar toplusu, onun dəqiq tərifi uzun müddətdir müzakirə olunan bir məsələdir. "Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir. Bu söz ingilis dilində "right" sözünə uyğun gəlir. Müasir hüquq ədəbiyyatında hüququn ümumi qəbul edilmiş anlayışı yoxdur. Müxtəlif nəzəriyyələrdə hüquqa fərqli tərif verilmişdir. == Hüququn əlamətləri == normativlik (məcburi davranış qaydasını müəyyən edir); ümumilik; dövlətin təminatı ilə icra edilir; obyektivlik; rəsmilik — normalar rəsmi yazılı formada mövcuddur; dəfələrlə qeyri müəyyən müddətdə tətbiq edilir; ədalətlilik; sistemlilik — hüququn daxili sistemləşdirilməsi mövcuddur. == Hüquq haqqında nəzəriyyələr == Bu nəzəriyyələr daha çox hüququn mənbəyini və onun xüsusiyyətlərini izahetmə baxımından irəli sürülmüşdür. Habelə bu nəzəriyyələrdən bəziləri eyni zamanda fəlsəfi məqsəd də güdür. Pozitiv nəzəriyyə — hüququn əsasını dövlətin müəyyən etdiyi normalar təşkil edir və müvafiq məcburiyyət tədbirləri ilə dövlət onun icrasını təmin edir. Hüququn əsas əlaməti onun normalarının məcburi xarakter daşımasıdır.
Kunqu
Kunqu (Çin: 崑曲; pinyin: Kūnqǔ; Wade-Giles: k'un-ch'ü) Kunju, Kun operası və ya Kunqu Operası adı ilə də tanınır. Çin operasının günümüzə qədər gələn ən qədim formasıdır. Kunshan melodiyasından götürülmüşdür. XVI-XVIII əsrlərdə Çin teatrında üstünlük təşkil etmişdir. Təxminən 600 illik tarixi olan Kunqu yüzlərlə operanın “müəllimi” və ya “anası” sayılır; Buraya Pekin operası da daxildir. Kunqu, 2001-ci ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi İrsinin Şah əsərlərindən biri elan edilmişdir.
Manui
Manui adası (fr. Manui) — Qambe arxipelaqına daxil olan kiçik ada (Fransa Polineziyası). == Coğrafiya == Taiti adasından 1650 km şimal-qərbdə yerləşir. Adanın sahəsi 0,1 km²-dir. Maksimal hündürlüyü 54 metrdir. Ərazisinin böyük hissəsi qayalıqlarla örtülüdür. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2002-ci il məlumatına əsasən adada daimi yaşayış yoxdur. Bununla belə digər adaların sakinləri bəzən adaya balıq tutmağa gəlirlər.
Manul
Manul (lat. Otocolobus manul) — Pişiklər fəsiləsinin yırtıcı məməli heyvanıdır. == Ümumi məlumat == Bədənin uzunluğu təxminən 55 sm, quyruğun isə 30 sm çatır. Ölçüləri ev pişiyi boyda olsa da, görkəmcə ondan xeyli fərqlənir. Onun qolları daha qısa, bədəni daha massiv, xəzi isə sıx və uzundur. Enli və yastı başının üzərində kiçik qulaqları bir-birindən aralı şəkildə yerləşmişdir, bəzən tükün içində gizlənmiş olur. Gözlərinin qırağından sifətinin kənarı ilə uzun tüklər (baklar) nəzərə çarpır. Xəzi bəzən tutqun (çirkli-sarı-boz), bəzən isə qırmızımtıl-sarı rəngdə olur. == Yayılması == Orta və Mərkəzi Asiya, cənubi Qafqaz və qərbi İrandan başlayaraq, Baykal ətrafı, Monqolustan və şimal-qərbi Çinə qədər. Azərbaycanda, yalnız Naxçıvanda rast gəlinməsi barədə 3 - 4 fakt vardır.
Manyuq
Manyuq — Yardımlı rayonu ərazisində çaydır. Hidronim Ağdam rayonundakı Manik çayının adı ilə eynimənşəli olub, “kiçik çay” mənasındadır.
Menua
Menua — Şərqi Anadoluda Urartuların beşinci məşhur kralıdır. E.Ə. 810-cu ilə E.Ə. 786 illəri arasında hökmdarlıq etmişdir. Etdiyi fəthlərdən daha çox tikdirdiyi binalar və şəhərlər ilə ölkənin inkişafını təmin etdi və ölkənin rifahını artırdı.
Minqu
Minqu (民具) – Yaponiyada gündəlik həyatda, eləcə də, mərasimlərdə istifadə olunan ənənəvi alətlər və ləvazimatlara verilən ümumi ad. == Eimologiya == "Minqu" sözü ilk dəfə folklorşünas Şibusava Keyzo tərəfindən ortaya atılmışdır. Bu söz "xalq" (民) və "alət" (具) heroqliflərinin birləşməsi ilə yaranmışdır. == Təsnifat == Yanaqi Muneyoşi tərəfindən başladılan xalq sənətkarlığı hərəkatına qədər Yaponiyadakı mədəni mülklərin kataloqlaşdırılması zamanı minqular nəzərə alınmırdı. XX əsrin ilk illərində minquların gündəlik həyatda əhəmiyyəti müzakirə olunmağa başlanmışdır. Nəticədə, ənənəvi əşyaların tədqiqatı və kolleksiyası prosesinin əsası qoyulmuşdur. 1950-ci ildə qəbul edilən ilk Mədəni Mülklər Qanunu ilə Yaponiyadakı bütün əhəmiyyətli minquların qorunub saxlanılması qərarı verilmişdir. 1975-ci ildə qəbul edilən Mədəni Mülklər Qanununa əsasən minqular maddi xalq mədəniyyəti mülkləri hesab olunur. Qanuna əsasən minquların 10 kateqoriyası mövcuddur: gündəlik həyatda, mətbəxdə, hamamda istifadə olunan əşyalar; işdə istifadə olunan əşyalar; nəqliyyat və kommunikasiyada istifadə olunan əşyalar; ticarətdə istifadə olunan əşyalar; ictimai təşkilatlarda istifadə olunan əşyalar; xalq inancları ilə bağlı olan əşyalar; təqvim, falabaxma kimi xalq biliklərinə əsaslanan əşyalar; xalq sənətində istifadə olunan əşyalar; ad günü, toy kimi ailə mərasimlərində istifadə olunan əşyalar; yeni il kimi illik tədbirlərdə istifadə olunan əşyalar. == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Moruq
Moruq (lat. Rubus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda həm yabanı, həm də mədəni şəkildə yayılmışdır. Tünd-qırmızı rəngli, turşməzə meyvələri olur. Meyvələri qurudulan zaman bozumtul-qonur rəngə çevrilir. Ən əla keyfiyyətli meşə moruğu hesab olunur. Meşə moruğunun meyvələri xırda olsa da, çox şirəli, şirin və ətirlidir. Meyvələri avqust ayında yetişir. Moruğun meyvələrini günəşli quru havada, tam yetişən dövrdə yığmaq lazımdır. Qurudulması isə o qədər də isti olmayan sobalarda və ya xüsusi quruducularda aparılmalıdır.
Müçüş
Müçüş- İranın Kürdüstan ostanının Kamyaran şəhristanının Müçüş bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,950 nəfər və 769 ailədən ibarət idi.
Qumuq
Qumuqlar və ya kumıklar (qum. Къумукълар) — Əsasən Dağıstanda, eləcə də Şimali Osetiyada (Mozdok rayonunda) və Çeçenistanda kompakt şəkildə yaşayan xalq. Qumuqlar Ural-Altay dillərinin türk dili qrupuna daxil olan qumuq dilində danışırlar. Qafqazda sayca ən çoxsaylı 2-ci türkdilli xalqdır. Rusiya Federasiyasında 2010-cu il siyahıyaalmasına əsasən 503,060 qumuq yaşayır. Bunlardan 431,736 nəfəri Dağıstan Respublikası ərazisində yaşayır. == Antropoloji tip == Qumuqlar anrtopoloji cəhətdən tipik Qafqaz xalqlarına uyğundur. == Rusiya federasiyası üzrə == Bundan başqa Estoniyada 10 nəfər (2000-ci il siyahıya almasına əsasən), Ukraynada 718 nəfər (5 – 14 dekabr, 2001) qumuq yaşayır.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.