Bunud

BunudAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Bunud
40°55′09″ şm. e. 47°59′09″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 592 m
Saat qurşağı
Əhalisi
Əhalisi 900 (2009) nəfər
Xəritəni göstər/gizlə
Bunud xəritədə
Bunud
Bunud

Kəndin adı keçən əsrə aid olan bir mənbədə Bunut formasında göstərilmişdir. XIX əsrin ikinci yarısında Vəndam kəndindən əmələ gəlmiş dörd kiçik məntəqədən biri-Buntdan söhbət gedir. Görünür Bunt məntəqəsi yaranmazdan əvvəl Bunut yer adı olub. Naməlum toponimlərdən sayılır və ümumiyyətlə mənası bəlli olmayan bu toponimlər Qafqaz mənşəli adlardır ki, zaman keçdikcə təhrif olunub, ya da Azərbaycan dilinin təsiri altında fonetik dəyişikliyə uğrayıb. Ancaq xalq yaddaşına əsaslansaq hər bir yurd yerinin yaranışı ilə bağlı fərziyyələr səslənir. Bu kəndin də qədim olduğu söylənilir. Hazırda 900 nəfər əhalidən ibarətdir. Əhali heyvandarlıqla məşğul olur, tərəvəz yetişdirir, taxıl sahələri, sarı buğda zəmilərinə xüsusi qulluq edirlər. Elektron ATS-i var.[1]

Bunud oyk., sadə. Qəbələ r-nunun Vəndam i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. XIX əsrin əvvəllərində Vəndam kəndindən yaranmış dörd kiçik məntəqədən (Nohurqışlaq, Seyidqışlaq, Həzrə və Bunud) biridir. Yerli əhali oykonimi Bulud kimi tələffüz edir. Kənd əvvəllər Buludun suyu adlı kiçik çayın sahilində salınmış, sonralar buraya köçürülmüşdür. Adını kəndə vermiş çay da öz adını buludlu nəslindən almışdır.[2]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
  • Bunud dağətəyi kənddir.
  • Kəndin əhalisi 900 nəfər təşkil edir.
  • Əhalinin əksəriyyəti azərbaycanlılar olsa da ləzgi və xınalıqlılar da var.

Təhsilin vəziyyəti

[redaktə | mənbəni redaktə et]
  • Bunud kəndində 1 orta məktəb var. Bu məktəb Fövzi Həmidovun adını daşıyır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427