Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Havana
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Ramana
Ramana (nadir hallarda Romanı, Romana) — Bakı şəhərinin Sabunçu rayonu inzibati rayonu ərazisində qəsəbə. == Tarixi == Ramana Abşeron zonasının ənənəvi kəndlərindən olub Qala kəndi ilə yanaşı regiondakı ən qədim yaşayış məskənlərindən biridir. Bu qəsəbənin ən məşhur tikilisi XIV əsrdə inşa edilmiş Ramana qalasıdır. 1893-cü ilin məlumatına görə, Ramana kəndində 873 nəfər yaşamışdır. Bu gün isə qəsəbə sakinlərinin sayı təxminən 13.000 nəfərdir. Azərbaycan tarixçisi Sara Aşurbəyova (1906–2001) "История города Баку" adlı kitabında belə bir versiya irəli sürür ki, Ramana kəndinin əsasını I əsrin 84–96-cı illərində Roma imperiyasının XII İldırım sürətli legionunun hərbçiləri qoymuşlar. Bu legion e.ə. 58-ci ildə Roma diktatoru Qay Yuli Sezar (e.ə. 100–44) təsis etmişdir. Legion 5000 piyadadan, 300 süvaridən ibarət idi.
Ravenna
Ravenna — İtaliyada Emilia-Romagna regionunda olan və eyni adı daşıyan Ravenna vilayətinin mərkəzidir. Ravenna Emilia-Romagna rügionunun ən böyük əhalili və tarix baxımından ən əhəmiyyətli şəhəridir. Ravenna sahəhəsinə görə Roma şəhərindən sonra, bütün İtaliyada ikinci böyüklükdədir. Əyalət sərhədləri içində ("11 İyun Parkı" və "1 May Parkı" adlı) iki böyük şəhərdaxili park var və Punt Alberetedə Dünya Təbiəti Qoruma Vəqfinin bir qoruma sahəsi mövcuddur. Ravenna şəhəri mərkəzi Adriatik dənizindən 10km içəridə var. Lakin şəhər dənizə "Candiano Marina di Ravenna" marinası ilə "Mərkəz Garı" arasından keçən bir kanalla bağlıdır. Şəhər dəniz sahilə doğru uzanmaqda və sahildə olan Ravenna Limanı Adriatik dənizi üzərində ən əhəmiyyətli ticarət limanlardan biridir. Şəhərlə bəziləri birləşmiş, digərlərinin isə şəhərlə aralarında boş sahələr olmaqla birlikdə, şəhər yaxınlığındakı sahillərdə olan 9 tətil plajının hamısına "Ravenna çimərliklər" adı verilməkdədir. Ravenna çimərliklərindən "Casal Borsetti", "Marina Romea", "Porto Corsini" şəhərin dənizə kanalının şimalında və "Marina di Ravenna", "Punta Marina Terme", "Lido Adriano", "Lido di Dante", "Lido di Classe" və "Lido di Savıo" adı verilən isə kanalın cənubunda yerləşirlər.
Danaa
Acrisione (lat. Acrisione) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Danaa Colla == Növləri == Acrisione cymosa (J.Rémy) B.Nord. Acrisione denticulata (Hook. & Arn.) B.Nord.
Havana Universiteti
Havana Universiteti (isp. Universidad de La Habana) — Kubanın paytaxtı Havana şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 5 yanvar 1728-ci ildə qoyulmuşdur.
Havana şəhəri
Havana (isp. La Habana) — Kubanın paytaxtıdır. 2,2 milyon əhalisi ilə həm Kubanın, həm də Karib dənizindəki ərazilərin ən böyük şəhəridir. Dolanışıq qaynağı başda sigar, qarğıdalı və şəkər qamışı. Havana ayrıca bir turizm şəhəridir. Şəhərdə yaz aylarında sürəti 200 km çatan qasırğalar baş verir. Havana uzun illər ispanların müstəmləkəsi altında qalmışdır. Bu səbəbdən ötəri bəzi küçələrində ispan adət-ənənələri görülər. Havana Latın Amerikanın qabaqda gələn şəhərlərindəndir. Havanada tropik bir iqlimə rast gəlinir.
Mavana (Urmiya)
Mavana (fars. موانا‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.134 nəfər yaşayır (179 ailə).
Mimocichla ravida
Böyük Kayman qaratoyuğu (lat. Turdus ravidus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Niv Kavana
Niv Kavana (irl. Niamh Kavanagh; d. 13 fevral 1968, Dublin, İrlandiya) - İrlandiya müğənnisi. O, İrlandiyaya 1993 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazandırmışdır. == Musiqi karyerası == Niv Kavana 1993-cü ildə İrlandiyanın Milstrit şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində "In Your Eyes" adlı mahnı ilə ev sahibi ölkəni təmsil etmiş və 25 ölkənin iştirak etdiyi müsabiqədə qələbə qazanmışdır.. Mahnı həmin illərdə İrlandiya və Böyük Britaniya radiolarının ən çox səsləndirilən mahnılarından biri idi. Daha sonra 17 illik fasilədən sonra Niv Kavana 2010-cu ildə bir daha Avroviziyaya geri dönmüşdür. Norveçin paytaxtı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində "It's for You" mahnısı ilə İrlandiyanı təmsil edən Niv ölkəsini müsabiqənin final mərhələsinə yüksəltməyə nail olmuşdur. Finalda isə müğənni 25 iştirakçı arasında 23-cü yerdə qərarlaşmışdır. Əsasən Avroviziyadakı qalibiyyətinə görə tanınan müğənni 2015-ci ildən etibarən səhnədən uzaqlaşmışdır və buna səbəb kimi Niv ailəsinə daha çox vaxt sərf etmək istəməsini göstərmişdir.
Qədim Havana
Qədim Havana (isp. La Habana Vieja) — Kubanın paytaxtı Havana şəhərinin mərkəzi və 15 bələdiyyəsindən (və ya boro) biri. Əhalinin sıxlığına görə Qədim Havana şəhərdə ikinci yerdədir və orijinal şəhərin əsasıdır. Orijinal Havana şəhərinin divarları Qədim Havanın müasir sərhədləri kimi götürülür. Qədim Havana 1982-ci ildə YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır. == Tarix == Qədim Havananın əsası 1519-cu ildə ispanlar tərəfindən Havana körfəzinsdəki təbii limanda qoyulmuşdur. Qədim Havana xəzinə daşıyan İspaniya qaleonları üçün Yeni dünya ilə Qədim dünya arasında dayanacaq nöqtəsi olmuşdur. XVII əsrdə isə əsas gəmi tikintisi mərkəzlərindən biri olmuşdur. Şəhər barokko və neoklassisizm stillərində inşa olunmuşdur. Qədim Havananın qədim tikililərinin böyük hissəsi XX əsrin ikinci yarısında baxımsız vəziyyətə düşmüşdür, lakin bir çox tikililər bərpa olunmaqdadır.
Ramana-450
Ramana-450 — 2007-ci ildə Sabunçu rayonu ərazisində salınmış qəsəbə. == Əhalisi == Əhalisi Şuşa rayonu Malıbəyli kənd sakinlərindən ibarətdir.
Ramana (dəqiqləşdirmə)
Ramana — Azərbaycanda yaşayış məntəqəsi. Yeni Ramana — Azərbaycanda yaşayış məntəqəsi. Ramana (Pakistan) — Pakistanda yaşayış məntəqəsi. Ramana (aktyor) — aktyor.
Ramana bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ramana məscidi
Ramana məscidi və ya Qurban məscidi — 1912–1914-cü illərdə Ramana kəndində tikilib. Məscidin memarı Zivər bəy Əhmədbəyovdur. == Haqqında == XIX–XX əsrlərdə yanında yerləşən hamam və yaşayış evləri ilə birgə bu məscid tarixi mərkəz rolunu oynayır. Məscid 1912–1913-cü illərdə tikilib. Memarı Zivər bəy Əhmədbəyovdur. Plana görə məscid iki kvadrat şəkilli ibadət zalından, qadınlar üçün birinci mərtəbə, zalın şimal və şərq hissələrində yerləşən yardımçı otaqlardan ibarətdir. Zivər bəy Əhmədbəyov məscidi təkcə müsəlman məbədi kimi tikmir, həm də yerli Abşeron məktəbinin bütün xüsusiyyətlərini nəzərə almaqla yaradır. Məscidin baş fasadının həlli üçün səciyyəvi olan portalın yerinin XX əsrin əvvəllərində dini tikililərdə müşahidə olunduğu kimi səthi variantda deyil, dərin taxçalı, uyğun bölgülərdə qeyd edilən girişli Abşeron memarlığının klassik üsulları ilə müəyyən edilməsidir.
Ramana qalası
Ramana qəsri — Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Qəsr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alımışdır. 2001-ci ildə Ramana qalası digər Xəzəryanı müdafiə qurğuları ilə birlikdə UNESCO-nun Ehtiyat siyahısına daxil edilmişdir. Qəsr, Şirvanşahların sifarişi ilə XIV əsrdə inşa edilmişdir. Bəzi tədqiqatçılar qəsrin inşa tarixini XII əsrə aid edirlər. Qəsrin daxili həyətinin tərəfləri 28x10 metr ölçüyə malikdir. Qəsrin xarici divarları künclərdən və divar boyunca yerləşdirilmiş yarımdairəvi formaya malik kor qüllələrlə möhkəmləndirilmişdir. Ramana qalasının girişi üzərində müdafiə meydançası yerləşir. Dairəvi donjonlar üçün xarakterik olan üç yaruslu formanın əksinə, Ramana qəsrinin kvadrat formalı donjonu dörd yarusa bölünür. == Tarixi == Qəsr, Şirvanşahların sifarişi ilə ehtimal ki, XIV əsrdə müdafiə məqsədi ilə inşa edilmişdir.
Raqnar Friş
Raqnar Friş (ing. Ragnar Anton Kittil Frisch; 3 mart 1895 – 31 yanvar 1973) — norveçli iqtisadçı. 1969-cu ildə Yan Tinberqen ilə birlikdə ilk dəfə olaraq İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Raqnar Friş məktəbi bitirdikdən sonra atasının zərgərlik firmasında köməkçi olaraq işləməyə başladı. Ustalığa yüksələnə qədər Oslo Universitetində iqtisadiyyat ixtisası üzrə təhsil almağa davam etdi. 1919-cu ildə universiteti bitirdi və diplom aldı. Növbəti il ustalığa yüksələrək atasının zərgərlik firmasında şərik kimi fəaliyyətə başladı. 1920-1923-cü illərdə Oslo Universitetindən aldığı təqaüdlə iqtisadiyyat və riyaziyyat üzrə biliklərini artırmaq üçün Fransa və İngiltərədə oldu. 1923-cü ildən ciddi şəkildə akedemik karyeraya başladı. 1925-ci ildə Oslo Universitetində riyazi statistika üzrə doktorluq dərəcəsi aldı.
Raqnar Lodbrok
Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviya – təq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarım-əfsanəvi qəhrəman, İsveç və Danimarka kralı. Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransa və İngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir. Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuş. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Ivar və Björnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 9-cu əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə kral Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür.
Ravand (Xoy)
Ravand (fars. روند‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 236 nəfər yaşayır (52 ailə).
Ravesa Lleşi
Ravesa Lleşi — 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatı-nın Cenevrə-dəki Ofisində Albaniya-nın daimi nümayəndəsi oldu. == Həyatı == Ravesa Lleşi 1 iyun 1976-cı ildə anadan olub və Hollandiya-da Tilburq Universitetini beynəlxalq və Avropa ictimai hüququ üzrə magistr dərəcəsi ilə bitirib. İngilis və Holland dillərini yaxşı bilir.2010-cu ildən 2014-cü ilə qədər Tiranada, Nyu-Yorkun Tirana Universitetinin təklif etdiyi müəssisədə dərs verdi. Xarici İşlər Nazirinin müşaviri olduğu 2018-ci ilin yanvar ayına qədər ölkəsinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı missiyasına rəhbərlik etdiyi vaxtdan 2018-ci ildə Avstriya-da idi.2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki Ofisində Albaniyanın Daimi Nümayəndəsi oldu. Lleşi, ölkəsinin Dünya Fikri Mülkiyyət Təşkilatındakı təmsilçiliyindən də cavabdehdir, məsələn, 2019-cu ildə Darjeeling çayı kimi regional məhsullara qoruma təmin edəcək beynəlxalq bir müqaviləyə imza atanlardan biri idi.
Ravyan (Xoy)
Ravyan (fars. راويان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Ravşan İrmatov
Ravşan Sayfiddinoviç İrmatov (özb. Ravshan Sayfiddinovich Ermatov; 9 avqust 1977-ci il, Daşkənd, Özbəkistan SSR, SSRİ) — futbol hakimi, təlimatçı və futbolçu. Özbəkistan Futbol Assosiasiyasının birinci vitse-prezidenti (15 iyul 2019-cu ildən). Doqquz dəfə Özbəkistanda ilin yaxşı hakimi, beş dəfə Asiyada ilin ən yaxşı hakimi, dünyanın ən yaxşı hakimi kateqoriyasında «Global Soccer Awards» mükafatının qalibi. 2013-cü ildə IFFHS görə dünyanın ən yaxşı 10 hakimi sırasına daxil oldu. Özbəkistanın ən yüksək mükafatlarının və ordenlərinin sahibi. == Bioqrafiyası == === Futbolçu karyerası === 1996-cı ildə Özbəkistan çempionatının Birinci Liqasında, Daşkənd vilayətinin "Qazalkent" klubunda oynamış, lakin ciddi zədədən sonra futbolçu kimi karyerasını başa vurmuşdur. Ravşanın atası Sayfiddin İrmatov SSRİ çempionatının tanınmış futbol hakimi idi. O Ravşana gələcək hakimlik karyersının qurmasında böyük dəstək olmuşdur. === Məşqiçilik karyerası === Əvvəlcə Özbəkistan çempionatının birinci liqasının, daha sonra bu ölkənin əsas liqasının oyunlarına hakimlik etməyə başladı.
Ravşana Kurkova
Ravşana Kurkova (özb. Ravshana Kurkova; d. 22 avqust 1980, Daşkənd, SSRİ) — rusiyalı teatr və kino aktrisası, prodüser, model. == Həyatı == Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub. Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar. 1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" (özb. «Kirk Kulok Siri») filmində çəkilir. Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçür.
Yeni Ramana
Yeni Ramana — Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Ramana qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Qəsəbədə 24 dekabr 2013-cü ildə Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin açılışı olmuşdur. == Təhsil == Qəsəbədə 316 nömrəli tam orta məktəbi, 90 nömrəli tam orta məktəb, Qubadlı rayonu Fərrux İsrafil oğlu Mehdiyev adına Qaralar kənd tam orta məktəbi, Qubadlı rayonu Xanlar kənd tam orta məktəbi, Xankəndi rayonu 4 nömrəli tam orta məktəb yerləşir.
Havnar Bóltfelag
HB Tórshavn Farer adalarının ən uğurlu və ən qədim futbol klublarından biridir. 1904-cü ildə yaradılmış bu klub Farer adalarının paytaxtı Torshavn şəhərini təmsil edir. Oyunlarını Gundadalur Stadionunda keçirir və Farer Adaları Premyer Liqasında (Betrideildin) oynayır. HB adının mənası Havnar Bóltfelag və yaxud tərcümədə Port Futbol Klubu deməkdir. Havn sözü Torshavn şəhərinin adından götürülüb.