Ravşana Kurkova

Ravşana Kurkova (özb. Ravshana Kurkova; d. 22 avqust 1980, Daşkənd, SSRİ) — rusiyalı teatr və kino aktrisası, prodüser, model.

Ravşana Kurkova
özb. Ravshana Kurkova
Doğum adı Ravşana Matçanova
Doğum tarixi (44 yaş)
Doğum yeri Daşkənd, SSRİ
Vətəndaşlığı Rusiya Rusiya
Fəaliyyəti aktrisa, prodüser, model
Fəaliyyət illəri 1992 — hazırda
Təhsili
  • Moskva Dövlət Pedaqoji Universiteti[d]
İstiqamət drama, komediya
IMDb ID2045831
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub.[1]

Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar.[2]

1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" (özb. «Kirk Kulok Siri»)[3] filmində çəkilir. Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçür.[4] Burada o, musiqi məktəbinə daxil olaraq fortepiano və vokal dərsləri alır. Sonralar London Universitetinin filialı olan liseyə daxil olur. Liseyi bitirdikdən sonra Rusiyada qalmaq qərarına gəlir və Moskva Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olur.[4][5] Universiteti bitirdikdən sonra qrimçi köməkçisi, rejissor köməkçisi və tok-şou redaktoru işləyib.[1]

Ravşana Kurkova kino aləmində Murad İbrahimbəyovun 2007-ci ildə ekranlara çıxan "Üç qız" filmindən sonra tanınmağa başlayıb.[4] Aktrisa bu filmdə canlandırdığı Maya roluna görə "Yeni kino. XXI əsr" Beynəlxalq Film Festivalının "Ən yaxşı qadın aktrisa" mükafatına layiq görülüb.[4]

2007-ci ildə rejissor Pavel Ruminovun "Ölü qızları" adlı qorxu filmində çəkilib. Bu filmdən sonra Ravşanaya çoxlu təkliflər gəlməyə başlayıb.[4] Növbəti iki il ərzində "Kənarda dayanıram", "Məhəbbətin bir gecəsi", "Zabitlər 2", "Hindistan kinosu", "Qardaşlar" və s. film və seriallarda çəkilib.[4]

2009-cu ildə TNT telekanalında efirə çıxan və gənclər arasında sevilən "Barvixa" teleserialında əsas rollardan birini ifa edib.[4]

Rövşanə Kurkova kino ilə yanaşı, Machete-nin "Nejnost" və Kasta qrupunun "Soçinyay meçtı" kliplərində çəkilib.[1][4]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Aktrisanın birinci həyat yoldaşı əyləncə gecəsində tanış olduğu fotoqraf Semyon Kurkov olub.[1][4] Boşanmadan sonra Ravşana birinci ərinin soyadını saxlayıb.

2004-cü ildən 2008-ci ilədək aktyor Artyom Tkaçenko ilə nikahda olub.[1][4]

2012-ci ildən 2016-cı ilədək "Qlavkino"nun baş direktoru İlya Baçurinlə münasibətdə olub.[6][7] Aktrisa 2016-cı ilin mayında münasibətlərinin pozulduğunu elan edib.[8]

2017-ci ilin avqustunda Kurkova özündən 11 yaş kiçik olan aktyor və kaskadyor Stanislav Rumyançevlə evlənib. Cütlük 2016-cı ildə baş rolda oynadıqları "Qara rus" tamaşası zamanı tanış olub.[9]

  1. 1 2 3 4 5 "Равшана Куркова". Cosmopolitan. 2016. 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  2. "Равшана Куркова: Российское кино только учится ходить". Snob.ru. 28 oktyabr 2013. 2013-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-11.
  3. "«Тайна папоротников»". Ruskino.ru. 2009-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
  4. 1 2 3 4 5 6 7 8 9 10 "Равшана Куркова, биография, новости, фото - узнай вce!". Uznayvse.ru. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
  5. "Интервью на радио «Маяк»". 2017-09-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-17.
  6. "Cosmopolitan: Равшана Куркова рассталась с возлюбленным после четырёх лет отношений". 2016-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
  7. "Парапсихология: интервью с Равшаной Курковой и Ильёй Бачуриным, парой года по версии Glamour". 2017-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
  8. "Комсомольская правда: Равшана Куркова впервые заговорила о разрыве с возлюбленным - главой киностудии". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-29.
  9. "Равшана Куркова вышла замуж за актёра Станислава Румянцева". hellomagazine.com. 14 августа 2017. 2017-08-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-15.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]