Raqnar Lodbrok

Raqnar Lodbrok (Qədim Skandinaviya dili - Ragnarr Loðbrók; IX əsr, Skandinaviyatəq. IX əsr) — German-skandinav mifologiyası və ədəbiyyatında adı keçən yarım-əfsanəvi qəhrəman, İsveç,NorveçDanimarka kralı. Haqqında bir neçə saqa olan Raqnar çox məşhur bir vikinq qəhrəmanıdır. Müvəffəqiyyətli bir komandir olan Raqnar Fransaİngiltərəyə uğurlu hərbi səfərlər təşkil etmişdir. Mübarizə apararaq Danimarka taxtına çıxmağa nail olmuş. Həm Danimarka, həm də İsveç kralı olmuşdur. Məşhur qadın döyüşçülər Lagerta və Aslauq ilə evlənmişdir. Saqalarda övladları Ivar və Björnün şöhrətinin kölgəsində qalacağı qorxusu olduğu da yazılır. Xüsusilə Fransada çaylardan istifadə edərək çox geniş diametrli bir bölgəni qarət etməyə nail olmuşdur. 9-cu əsrdə çox sayda müharibədən qalib çıxdıqdan sonra İngiltərədə kral Aellaya əsir düşmüş və alçaldıcı bir şəkildə ilanların olduğu bir çuxura atılaraq öldürülmüşdür. Həyatı haqqındakı çox saylı əfsanələr bir-birindən fərqli detallara malikdir.

Raqnar Lodbrok
Ragnarr Loðbrók
Raqnarın ölümü
Raqnarın ölümü
Doğum tarixi IX əsr
Doğum yeri
Vəfat tarixi təq. IX əsr
Həyat yoldaşları Lagerta, Kraka Aslauq Siqurdsdatter, Tora Borqarhyört
Uşağı
Atası Siqurd Hrinq
Fəaliyyəti Vikinqlər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İngilis antikvarian Hilda Ellis Davidsonun fikrincə Raqnar Lodbrok həqiqətən də mövcud olmuş, illərlə Avropanın qorxusu olmuşdur. [1] Katrin Holmanın fikrincə isə Raqnar Lodbrok əfsanəsi ədəbi uydurmadan başqa bir şey deyil. [2] Fransa və İngiltərə torpaqlarına basqınlar etmiş, ömrünün sonunda da kral Aella tərəfindən ilan dolu bir çuxura atılaraq edam edilmişdir. Oğulları onun ölümündən sonra Böyük vikinq işğalı başlatmışlar.

Ənənəvi qaynaqlara görə

[redaktə | mənbəni redaktə et]

Saqalara mövzu olan bu şəxsi bir neçə tarixi şəxsiyyət ilə əlaqləndirirlər. Raqnar olduğu düşünülən şəxslərdən bir vikinq dəniz qulduru və döyüşçü Raqnaldır. O xüsusilə Fransaya qarətçi yürüşlər etmişdir. Xristian şəhərlərində hücum üçün istifadə etdiyi ən əhəmiyyətli döyüş taktikası şəhərdəki bütün döyüşçülərin kilsədə ayində olduğu bazar günlərini seçməsidir. Ümumiyyətlə böyük miqdarda girov pulu aldıqdan sonra qurbanlarını sərbəst buraxar, eyni yerə davamlı olaraq hücumlar edərək zənginləri talan edərdi.

Fransa, Paris mühasirəsi

[redaktə | mənbəni redaktə et]

845-ci ildə Raqnar cənuba doğru yola çıxmışdır. 120 gəmi və təxminən 5 min vikinq döyüşcüsü ilə bərabər Sena çayından başlayaraq Karolenj İmperatorluğunun Fransa Krallığındakı qərb sahillərini qarət etmişdir. Fransanın içərilərinə doğru hərəkət edən vikinqlər Parisi ələ keçirmişdilər. Fransa kralı keçəl Karl, Raqnala şəhərə zərər verməməsi üçün böyük miqdarda daneqeld fidyə ödəmişdir. Səfərə qatılan çox sayda vikinq döyüşçüsünün səfər əsnasında, Raqnalın isə səfərdən dərhal sonra öldüyü deyilir. Parisdən sonra vikinqlər Fransanın digər bölgələrinə doğru irəliləmiş və uzun müddət franklar tərəfindən müqavimətə rast gəlməmişdilər. Sonrakı dövrdə vikinqlər Ruan şəhərini yerlə yeksan etmişdilər. Bölgəyə yerləşən vikinqlər şimallılar mənasında "nordmen", "norsmen" adlandırılmışdılar. Tarixdəki "normand" adı buradan qaynaqlanır, məskunlaşdıqları bölgə isə Normandiya adlandırılmışdı .

Bütün qaynaqlar Raqnar Lodbrokun İngiltərədə öldüyü mövzusunda həmfikirdir. Raqnarın hansı şərtlərdə Nortumbriya kralı Aellanın əlinə düşdüyü məlum deyil. Raqnarın ölüm tarixi 840 və ya 865-ci il kimi verilir. Atalarının ölüm xəbərini aldıqlarında Raqnarın oğullarının davranışlarına dair müxtəlif əfsanələr olsa da İvarın İngiltərəyə hücum edərək torpaqları qarət etdiyi və kral Aellanı müharibədə məğlub edərək əsir aldığı məlum faktdır. Aella çox əzabverici bir işgəncə olan Blodorn ilə öldürülmüşdür. Böyük bir orduyla irəliləyən vikinqlər Bardni, Kroylend və Medeşampsted monastırlarına hücum edərək və buradakı rahibləri öldürmüşdülər. Səfər əsnasında Şərqi Anqliya kralı Edmund əsr almış və öldürmüşdülər. Bu vuruşmalar Böyük Alfred dövründəki anqlosakson və vikinq döyüşlərin başlanğıcı sayılır.

Matəm nəğməsi

[redaktə | mənbəni redaktə et]

Raqnarın ilan dolu çuxura atıldığı zaman aşağıdakı məşhur ölüm nəğməsini söylədiyi iddia edilir.

" Odinin mənim üçün mərasim masasını hazırladığını bilmək çox gözəldir. Tezliklə qıvrım buynuzlardan şərab içəcəyik. Odinin Valhallasına gələn bir döyüşçü şikayət etməz. Onun yanına dilimdə qorxu sözləri ilə getməyəcəyəm. Aesir məni qarşılayacaq. Ölüm yas olmadan gələcək. Mən də getmək üçün səbirsizlənirəm. Disir, artıq məni evə apar, Odinin göndərdiyi Valkürlər. Aesir ilə qürur duyaraq içkimizi içək. Ömrümün günləri sona çatır. Ölərkən gülürəm. "

Ayrıca 12-ci əsr Şotlandiya qaynaqlı olan "Krakumal" adlı şeirdə də Raqnarın son anları təsvir edilir.

Raqnar Lodbrokun adının keçdiyi orta və qədim dövr mənbələri bunlardır:

  • Anqlo-Sakson salnamələri
  • Tarixçi Sakson Qrammatikin «Danların əməlləri» əsərinin 9-cu kitabı.
  • Raqnarın övladları saqası (Ragnarssona þáttr)
  • Raqnar Lodbrok saqası.
  • IX əsr şairi Bragi Boddasonun Ragnarsdrápa şeiri.
  • XII əsr bir şotland anonim şair tərəfindən yazılan "Krakumal" şeiri.

Raqnar Lodbrok əfsanəyə görə 3 dəfə evlənmişdir: Lagerta, Kraka Aslauq Siqurdsdatter və Tora Borqarhyört. Övladları:

"The Vikings" (1958) filmi - Ernest Borqnin tərəfindən canlandırılıb. Oğlu Sümüksüz İvar isə filmdə Einar adlanmış və bu rol Kirk Duqlas tərəfindən ifa edilmişdi.[3] Hazırda Raqnar rolu "The Vikings" serialında Trevis Fimmel tərəfindən canlandırılır.

  1. Saxo Grammaticus (1979/1980). Davidson, Hilda Roderick Ellis, ed. Gesta Danorum [Saxo Grammaticus: Danimarkalıların tarixi: kitablar I–IX]. 1 & 2. Peter Fisher tərcüməsi. Cambridge: D. S. Brewer. Rəylər. ISBN 9780859915021.
  2. Holman, Katherine (July 2003). Vikinq tarixi lüğəti. Lanham, Maryland: Scarecrow Press. ISBN 9780810848597.
  3. IMDb: The Vikings, 1958 Arxivləşdirilib 2013-02-03 at the Wayback Machine