Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ritsa gölü
Ritsa gölü (gürc. რიწა; abx. Риҵа; rus. Рица) ― de fakto olaraq tanınan Abxaziya dövlətinin şimalında yerləşən dağ gölü. Göl subalp çəmənlikləri, dağ meşələri ilə əhatə olunmuşdur. Suyu təmiz və soyuqdur. Ətrafında hündürlüyü 2 220–3 500 metr olan dağlar yerləşir. Euksin-Kolçik enliyarpaqlı meşələri buradadır və xeyli şümşad ağacı bitir. 70 metrə qədər hündürlükdə gölün ətrafında Şərqi Qaradəniz küknarının nümunələri tapılmışdır. Gölü qorumaq üçün 1930-cu ildə Ritsa Dövlət Təbiət Qoruğu (162,89 km²) qurulmuşdur.
Nitsa
Nitsa (fr. Nice) — Fransada şəhər. Fransız Rivyerasının ən çox səyahət edilən şəhəri – Nis şəhəri soyuq şimal küləklərindən qoruyan Dəniz sahili Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində yerləşir. == Coğrafiyası == Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir. Nitsa – Alp, Provans, Korsika və İtalyanın görüşdükləri yerdir. Şəhər Mavi sahilin ən mənzərəli mərkəzi hissəsində yerləşir. Arxa planda Alp dağlarının zirvələri görünür. Bu zirvələrdən bəzilərinin hündürlüyü dəniz səviyyəsindən 3000 metrə çatır. Nitsa əlverişli iqlimə malikdir. Nitsanın iqlimi mülayim və sabitdir (havanın temperaturu +10 dərəcədən aşağı, yayda isə +25 dərəcədən yuxarı olmur).
Pitsa
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. == Həyat tərzi == Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Nitsa (rayon)
Nitsa (fr. Nice) — Fransanın Provans-Alp-Kot-d'Azur regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dənizkənarı Alplar. Suprefektura — Nitsa. Rayon əhalisi 2006-cı ildə 521 254 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 170 nəf / km². Rayon ərazisi — 3067 km².
Nitsa FK
"Nitsa" Futbol Klubu fr. Olympique Gymnaste Club de Nice-Côte d'Azur,(Fransızca tələffüz: [ɔlɛ̃pik ʒimnast nis kot dazyʁ] və ya OGC Nice) — eyni adlı şəhəri təmsil edən Fransanın futbol klubu. Klub 1904-cü ildə yaradılıb və hazırda Futbol üzrə Fransa Çempionatında liqa 1 -də oynayır. Ev oyunlarını Alyans Rivyera stadionunda oynayır. Nitsa Futbol Klubu Lyusyen Favre tərəfindən idarə olunur və müdafiəçi Pavel Baysse klubun kapitanıdır. Nitsa klubuGymnaste Club de Niceadı altında yaradılıb və Fransa futbolunun birinci diviziyasında yaradıcılarından biridir. Klub dörd dəfə liqa 1 və üç dəfə Coupe de France turnirinin qalibi olmuşdur. Nitsa Nouma Andoire, İngiltərli Uilyam Berri və Jan Luçano kimi məşqçilər tərəfindən idarə olunan 1950-ci ildə mükafatların əksəriyyətini əldə edən klubdur. Klub ötən finalda penaltilər seriyasında Guingamp 4–3 hesab ilə məğlub olduqdan sonra sonra 1997-ci ildə Coupe de France turnirinin qlibi olub. Nitsa klubunun rəngləri qırmızı və qaradır.
Nitsa OGK
"Nitsa" Futbol Klubu fr. Olympique Gymnaste Club de Nice-Côte d'Azur,(Fransızca tələffüz: [ɔlɛ̃pik ʒimnast nis kot dazyʁ] və ya OGC Nice) — eyni adlı şəhəri təmsil edən Fransanın futbol klubu. Klub 1904-cü ildə yaradılıb və hazırda Futbol üzrə Fransa Çempionatında liqa 1 -də oynayır. Ev oyunlarını Alyans Rivyera stadionunda oynayır. Nitsa Futbol Klubu Lyusyen Favre tərəfindən idarə olunur və müdafiəçi Pavel Baysse klubun kapitanıdır. Nitsa klubuGymnaste Club de Niceadı altında yaradılıb və Fransa futbolunun birinci diviziyasında yaradıcılarından biridir. Klub dörd dəfə liqa 1 və üç dəfə Coupe de France turnirinin qalibi olmuşdur. Nitsa Nouma Andoire, İngiltərli Uilyam Berri və Jan Luçano kimi məşqçilər tərəfindən idarə olunan 1950-ci ildə mükafatların əksəriyyətini əldə edən klubdur. Klub ötən finalda penaltilər seriyasında Guingamp 4–3 hesab ilə məğlub olduqdan sonra sonra 1997-ci ildə Coupe de France turnirinin qlibi olub. Nitsa klubunun rəngləri qırmızı və qaradır.
Nitsa sazişi
Nitsa sazişi və ya Nitsa müqaviləsi — 2001-ci ildə Fransanın Nitsa şəhərində Avropa Parlamentinin sədri Nikol Fontenin iştirakı Avropa İttifaqı Şurasının görüşündə dövlət və hökumət başçıları tərəfindən imzalanıb. İrlandiyalı seçicilər ilk referendumdan sonra müqaviləni imzalamaqdan imtina etsələr, 2002-ci ildə II referendumdan sonra müqaviləyə razılıq verdilər. Nitsa müqaviləsi 2003-cü ildə üzv dövlətlər tərəfindən ratifikasiya olunaraq qüvvəyə mindi. Müqaviləyə əsasən Aİ-nin vahid valyutası olan avronu və eyni zamanda 3 sütunlu idarə sistemini yaradan Maastrix müqaviləsinə, həmçinin Avropa İqtisadi Cəmiyyətinin və Avropa Atom Birliyinin əsasını qoyan Roma müqavilələrinə dəyişikliklər edildi. Nitsa müqaviləsinin əsas məqsədi Avropa İttifaqı institutlarını genişləmə prosesinə hazırlamaq idi. Nitsa Müqaviləsi ilə Parlamentin qanunvericilik və nəzarət səlahiyyətləri artırılır və ixtisaslı səs çoxluğu Şura daxilində daha çox sahəyə şamil edilir.
Ritsu Doan
Ritsu Doan (堂安律, Dōan Ritsu, 16 iyun 1998-ci ildə Amaqasakidə anadan olub) — Yaponiyalı futbolçu. Hal-hazırda Cey Liqa Diviziya 1 təmsilçilərindən olan Qamba Osaka klubunda yarımmüdafiəçi kimi çıxış edir. == Karyera statistikası == === Klub === Sonuncu dəyişiklik: 31 May 2017 1 Yaponiya Superkuboku və Suruqa Bank Çempionatı görüşləri daxildir.
Birk Risa
Birk Risa (13 fevral 1998, Stavanqer[d], Ruqalann[d]) — Bundesliqa təmsilçilərindən olan Köln klubunda müdafiəçi kimi çıxış edən peşəkar Norveçli futbolçudur. == Həyatı == Birk Risa 13 fevral 1998-ci ildə Norveçdə anadan olub. == Klub karyerası == === Köln === Risa Köln akademiyası vasitəsilə inkişaf etmişdir. Risa öz peşəkar karyerasında debütünü 10 dekabr 2017-ci ildə Frayburq klubuna qarşı oyunda etmişdir. O, 72-ci dəqiqədə Konstantin Rauşu əvəz etmişdir. Həmin görüşdə Köln liqa görüşündə rəqibinə 3-4 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 10 dekabr 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
Risa Oribe
Lisa (fransız musiqiçi)
Risa Şimizu
Risa Şimizu (d. 15 iyun 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 19 oyun keçirib.
Rita Dravuç
Rita Dravuç (14 aprel 1980, Solnok) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Rita Dravuç, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra Rita Dravuç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Rita Dravuç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Heyvort
Rita Heyvort (ing. Rita Hayworth, 17 oktyabr 1918, Nyu-York, ABŞ — 14 may 1987, Nyu-York, ABŞ) — ABŞ aktrisası.
Rita Kestxey
Rita Kestxey (d. 10 noyabr 1991) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == Rita Kestxey, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Daha sonra Rita Kestxey, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Rita Ora
Rita Ora (ing. Rita Sahatçiu Ora; 26 noyabr 1990, Priştina, Kosova ve Metohiya muxtar vilayəti, Yuqoslaviya SFR) — ingilis müğənni və aktrisa. 2012-ci ildə ilk albomu Ora, Birləşmiş Krallıqda siyahılarda birinci yerə yüksəldi. Albomun ən məşhur sinqlları R.İ.P və How We Do(Party) olmuşdur. Rita Ora, arxa-arxaya üç dəfə zirvədə olmaqla UK Singles Chartda bir nömrə olan ən çox sinqla malik müğənni oldu Həmçinin 2015-ci ildə The Voice UK dördüncü sezonunda jüri stulunda əyləşmişdir.
Rita Renuar
Rita Renoir (16 yanvar 1934, XV arondisman (Paris)[d] – 4 may 2016, XVIII arondisman (Paris)[d]) — fransız kino və teatr aktrisası. == Həyatı == Rita Renuar 1938-ci ildə Parisda anadan olmuşdur. Aktrisa 1960-cı illərdə "Crazy Horse Saloon"da çalışmağa başlasa da, son 10-15 ildə teatrda işləməyə üstünlük vermişdir.. 4 may 2016-cı ildə 78 yaşında vəfat edib. == Kino == 1953: Les Compagnes de la nuit 1958: Le Sicilien 1962: Commandant X (TV) 1963: Mondo di notte n. 3 1963: Dragées au poivre 1964: Ni figue ni raisin (TV) 1964: Qırmızı səhra, rejissor Mikelancelo Antonioni 1966: Chappaqua 1967: Fantomas Skotland-Yarda qarşı 1970: Cannabis 1975: Le Futur aux trousses 1981: Sois belle et tais-toi 1982: The Angel 1984: Lire c'est vivre: Élie Faure, Vélasquez et les Ménines (TV) == Teatr == 1965: Du vent dans les branches de sassafras, rejissor René Dupuy; Miriam 1967: Le Désir attrapé par la queue, Pablo Pikasso 1973: Et moi qui dirai tout, Le Diable, Théâtre de Plaisance, Paris == Biblioqrafiyası == J'aime le strip-tease, Frank Horvat-Patrick Lindermohr, Éditions Rencontres, 1962 Entretien avec Rita Renoir, in Plexus, la revue qui décomplexe, n. 3, Paris, 1966 Homenaje a una joven bruja, Julio Cortázar, Territorios, Mexico-Madrid-Buenos Aires, Siglo Veintiuno, 1978 Le Diable et la Licorne: métaphysique du strip-tease, Jean-Pierre Georges, Paris, La Table ronde, 2004, 153 pagg. == İstinadlar == == Xarici keçidlər == Rita Renuar — IMDb səhifəsi Jean-Michel Palmier, «Rita Renoir: Les Voyeurs attrapés par la queue», in Politique Hebdo.
Rita Taketsuru
Rita Taketsuru (竹鶴リタ, 14 dekabr 1896, Kirkintillox – 17 yanvar 1961, Yoiçi[d]) və ya əsl adı ilə Cessi Roberta Kovan – şotlandəsilli yaponiyalı iş qadını. O, "Yaponiya viskisinin anası" hesab olunur. == İlk illəri == Cessi Roberta Kovan 1896-cı ildə Şotlandiyanın Kirkintillox şəhərində həkim ailəsində doğulmuşdur. Onun İzabella və Luci adında iki bacısı, Kambell adlı bir qardaşı olmuşdur. Cessinin nişanlısı Birinci dünya müharibəsi zamanı Dəməşqdə öldürülmüş, atası isə 1918-ci ildə ürək tutmasından ölmüşdür. Buna görə müharibədən sonra ailə maddi problemlər yaşamağa başlamışdır. == Yaponiya == 1918-ci ildə onun ailəsinə qonaq olan və Şotlandiyaya viski sənayesini öyrənmək üçün gəlmiş yapon kimyaçı Masataka Taketsuru ilə tanış olmuşdur. Onlar 8 yanvar 1920-ci ildə Qlazqo şəhərində evlənmişdirlər. Cessi özünə Rita adını götürmüşdür. Evlilikdən 10 ay sonra onlar Yaponiyaya köçmüş və viski sənayesi ilə məşğul olmağa qərar vermişdirlər.
Rita Zeqiri
Rita Zeqiri (8 dekabr 1995) — Kosovolu üzgüçü. Rita Zeqiri Kosovonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Rita Zeqiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 1:12.31 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Rita Əmirbəyova
Rita Cəmil qızı Əmirbəyova (d. 30 avqust 1955) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Rita Əmirbəyova 30 avqust 1955-ci ildə Bakıda anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini (Cənnət Səlimovanın kursunu) bitirmişdir. == Fəaliyyəti == Rita Əmirbəyova 1978-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Aktrisa teatr səhnəsində yaratdığı müxtəlif taleli qadın obrazlarının daxili sarsıntısını və psixoloji vəziyyətlərini nümayiş etdirə bilir. O, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi kinofilmlərə də çəkilmişdir.
Çiçen-İtsa
Çiçen-İtsa — mayyalılar tərəfindən ən son klassik mədəniyyət dövründə tikilmiş Kolumb əvvəli şəhərdir. O, arxeoloji cəhətdən Meksinanın Yukatan ştatındakı Tinum bələdiyyəsində yerləşir. Çiçen-İtsa son klassik dövrdən (600-900) başlayaraq ən son klassik dövrdə (800-900) bütövlükdə və hətta post-klassik dövrün (900-1200) erkən illərində şimali mayya ovalıqlarının əsas fokus nöqtəsi olmuşdur. Ərazidə Şimali Mayya ovalıqlardakı Puuk və Çenes və həmçinin mərkəzi Meksikada rast gəlinən digər arxeoloji üslubların qalıqları cəmləşmişdir. Burada mərkəzi Meksika üslublarına rast gəlinməsi ilk öncə birbaşa miqrasiya və ya Meksika tərəfindən işğalın nəticəsi kimi başa düşülürdü, lakin ən müasir araşdırmalar bunun mədəni diffuziya nəticəsində baş verdiyini qeyd edir. Çiçen-İtsa mayya sivilizasiyasına aid ən böyük şəhərlərdən biri idi. == Ad və orfoqrafiya == Mayalılara məxsus “Chichen İtsa” adı “İtsa quyusunun ağzında” mənasını verir. Yəni, chi' sözü ağız və ya kənar, chʼen və ya chʼeʼen sözləri isə quyu kimi tərcümə olunur. Itzá isə şimali yarımadada iqtisadi və siyasi üstünlük əldə etmiş etnik qrupun adıdır. Bu sözün tərcüməsi ilə bağlı ehtimallardan biri “suyun sehrbazı (və ya sehri)” dir.
Rita Sarkisyan
Rita Aleksandri Sarkisyan (erm. Ռիտա Ալեքսանդրի Սարգսյան, née Dadayan (Դադայան); 6 mart 1962, Stepanakert – 20 noyabr 2020, Almaniya Federativ Respublikası) — 2008–2018-ci illərdə Ermənistan prezidenti olmuş Serj Sarkisyanın həyat yoldaşı. O, hərbçi ailəsində anadan olub, ixtisasca musiqi müəllimi olub. == Həyatı == 1962-ci il martın 6-da Xankəndi şəhərində anadan olub. Stepanakertdəki Aleksandr Qriboyedov adına 3 saylı orta məktəbi bitirib, musiqi təhsili alıb. Bir müddət uşaq bağçasında musiqi müəllimi işləyib. Stepanakertdən İrəvana köçəndən sonra işləməyib. 1983-cü ildə Serjlə evlənib. Onların Anuş və Satenik adlı iki qızı və Məryəm, Rita, Ara və Serj adlı dörd nəvəsi var. 2020-ci il noyabrın 16-da Rita Sarkisyan son dərəcə ağır vəziyyətdə "Nairi" tibb mərkəzinə yerləşdirilib.
Ritsa Sərt Təbiət Qoruğu
Ritsa Sərt Təbiət Qoruğu ― Abxaziyanın Qudat rayonun qoruq. Qoruğun əsas məqsədi Ritsa gölü və ətrafındakı dağlıq ərazinin flora və faunasını qorumaqdır. == Tarix == 20-ci əsrdə ərazidəki faktiki nəzarət tez-tez dəyişmişdir. 1930-cu ildə Rusiya Federasiyası ərazidə Ritsinskiy qoruğunu yaratdı. 1991-ci ildə Gürcüstan müstəqilliyini bərpa etdikdə qoruğun ərazisi genişləndirildi və müasir RitsaTəbiət Qoruğu yaradıldı. Abxaziya-Gürcüstan münaqişəsinin başlaması və sonrakı müharibə ilə faktiki nəzarət 1996-cı ildə burada Ritsinskiy Milli Parkını quran Abxaziya höümətinə keçmişdir. == Coğrafiya == Ritsa Sərt Təbiət Qoruğu Abxaziyanın dağlıq hissəsində, Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşir. Relyefin dəniz səviyyəsindən 100 metr yüksəklikdən 3 256 min metr yüksəkliyə qədər kəskin fərqlənməsi bir çox bitki və heyvan növünün yaşaması üçün zəngin bir ekoloji şərait yaradır. Parkdakı göllərdən ən böyüyü, ən gözəli və ən məşhuru Ritsa göldür. Ərazidə bir neçə şəlalə var və bunların arasında ən məşhuru 55 metr hündürlüyündəki Qeqskiy şəlaləsidir.
2016 Nitsa hücumu
2016-cı il Nitsa hücumu Fransanın Nitsa şəhərində törədilmiş qanlı hücumdur. Yük maşını kütlənin üstünə sürülüb, sonra naməlum şəxslər avtomobildən enərək insanlara atəş açıblar. İnsanlar həmin zaman Bastilya qələbəsini bayram edirdilər. Terrorçu-intiharçı 31 yaşlı Tunisli Mohamed Laueezh Boolelldir. Təsdiqlənməmiş məlumatlara görə, hadisədə "İslam Dövləti" terror təşkilatı məsuliyyəti götürdü. == Hadisə == Nitsada çox insanlar axşam, 14 iyul 2016-cı ildə Bastiliya Günü şərəfinə pirotexnika performansı izləmək üçün toplanmışdır. bayram şənliyində iştirak edən izdihamın içinə yük avtomobilin girməsi nəticəsində 84 nəfər həyatını itirdi, 100-dən çoxu yaralandı. Təxminən saatda 90 kilometr sürətlə hərəkət edən yük avtomobili fişənglərin havaya atılmasını izləyən insanların içinə daxil olaraq 2 kilometr irəliləyib və onların üzərinə atəş açdı. İnsanların çoxu yük avtomobilin altında qalaraq həyatını itirdi. Ölənlərin içində Ermənistan, Avstraliya, Çin Xalq Respublikası, Estoniya, Almaniya, İrlandiya, Mərakeş, Portuqaliya, Rusiya, İsveçrə, Ukrayna, Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatları vətəndaşları var idi..
İncəsənət Muzeyi (Nitsa)
İncəsənət Muzeyi Nitsa şəhərində (fr. Musée des beaux-arts de Nice) — bələdiyyə muzeyi. Muzey 1932-ci ildə Nitsa şəhərində dünyasını dəyişən müasir posterin təsisçisi, tanınmış rəssam və qrafik rəssamı Jyul Şere adına layiq görülmüşdür. Muzeydə onun əsərlərinin bir kolleksiyası təqdim edilib. == Saray == 1878-ci ildə Rus İmperatoru Aleksandrın 1859-cu ildən bəri gizli məsləhətçisi Şahzadə Lev Kochubey həyat yoldaşı Elizaveta Vasilievna ilə Niceə köçdü. Şahzadə torpaq qazanmışdı və onun adından Mayın 30-dan başlayaraq neo-Renaissance üslubunda bir ev qurmağa başladı . 1881-ci ildə saray tamamlanmadı. Bəlkə də, işin yavaş templəri şahzadənin tikiliyi hələ tikinti mərhələsində satma qərarının səbəbi idi. 18 aprel 1883-cü ildə saray, Amerika sənayeçisi James Thompson tərəfindən alındı. Quruluş mərhələsinin sonunda əsərləri İtalyan memarı Konstantin Skala idarə edir .
Litsea
Litsea (lat. Litsea) — dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Litsea:The Plant List saytında takson barədə məlumat.
Litva
Litva (lit. Lietuva) köhnə Azərbaycandilli mənbələrdə Litfa və ya Litvaniya, rəsmi adı Litva Respublikası (lit. Lietuvos Respublika) — Avropada, Baltik dənizinin şərq sahilində dövlət. Şimalda Latviya, cənub-şərqdə Belarus, cənub-qərbdə Polşa və Rusiyanın Kalininqrad bölgəsiylə həmsərhəddir. 2004-cü ildən NATO-nun və Avropa İttifaqının üzvüdür. == Tarix == Bunu Litvanın İntibah dövrünün tətqiqatçılarından biri, fəlsəfə doktoru, professor Bronislav Qenzelis belə təsdiq edir. == Siyasət == Litva Polyaklarının Seçimi, lider: V. Tomaşevski. Liberal və Mərkəzçilik İttifaqı, lider: A. Zuokas. Liberal — Demokrat Partiyası, lider: V. Mazuronis. Litva Sosial — Demokrat Koalisiyası, lider: A. M. Brazauskas.
Ratuşa
Ratuşa və ya Bələdiyyə zalı (alm. Rathaus‎ — sözün hərfi mənasında "Şura evi", pol. ratusz) — şəhər və ya qəsəbə rəhbərliyinin özunu idarə etmə orqanı və orqanın binası. Bələdiyyə binası, şəhər şurası, idarə binası anlaşılır. == Tarixi == Ratuşalar ilk dəfə Almaniyada ticarət şəhərlərində meydana gəlib, daha sonra digər ölkələrə yayılır. Artıq orta əsrlərdə Ratuşa şəhərin özünü idarəetmə və müstəqillik əlamətinə çevrilmişdi. == Ölkəmizdə == Ölkəmizdə bu daha çox Bələdiyyə idarəsi kimi anlaşılır. == Digər ölkələrdə == Almaniya: Rathaus — sözün hərfi mənasında "Şura evi" İngiltərə: Taun Holl (ing. Town Hall) və ya Şəhər binası (ing. City Hall) — Hərfi tərcümədə "şəhər iclas salonu" Fransa: Otel de ville (fr.