Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Söyud
Ağ söyüd
Ağ söyüd (lat. Salix alba) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Avropada təsvir olunub. Avropanın hər yerində, İranda, Hindistanda, Çində, Kiçik və Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 2-3 m-ə çatan, geniş çətirli, iri gövdəli ağacdır. Qabığı bozdur, budaqları gümüşü tüklüdür. Yarpaqaltlıqları хırda, gümüşü tüklü və erkən töküləndir. Yarpaq saplaqlarının uzunluğu 3-10 mm-dir, üst tərəfində vəziləri vardır. Yarpaqlarının uzunluğu 5-12 sm, eni 1-3 sm-dir. Sırğaları nazikdir, uzunluqları 3-5 sm, yarpaqları ilə eyni zamanda açılır.
Ağacvari söyüd
Ağacvari söyüd (lat. Salix arbuscula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyanın Avropa hissəsində, Şotlandiyada, Skandinaviyada və İsveçrədə təbii аrеаllаrı vardır. == Azərbaycanda yayılması == Quba rayonunda alp və aşağı alp qurşağında təbii halda yayılmışdır. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yеr == Orta və yuxarı dağ qurşaqlarında qayalıq yerlərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Təbiətdə hündürlüyü 30 sm-ədək, çoxbudаqlı kоlcuqdur. Bitkinin budаqlаrı qırmızıqоnur rəngli, çılpаqdır. Tumurcuqlаrı хırdа və sivri olub, qırmızı-sаrıdır.
Ağlar söyüd
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Ağçubuq söyüd
Ağçubuq söyüd (lat. Salix triandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Boyu 10 m-ə, diametri 12 sm-ə çatan alçaq boylu ağac və ya uca boylu koldur. Budaqları qonur-yaşıl və ya zeytun rəngində olub, elastikdir. Hündürlüyü 5-6 sm-ə qədər olan kol və ya nadir halda ağacdır. Budaqları nazik, elastikdir, zeytun və ya qonurtəhər-yaşıl rəngdədir. Tumurcuqları yumurtaşəkilli, sivri və çılpaqdır. Yalançı zoğları uzun müddət qalan, böyrəkşəkilli və ya yumurtaşəkillidir, dişlidir. Yarpaqları neştərvari, uzunsovneştərvari, elliptik və ya ensiiz elliptikdir, uzunluğu 4-13 sm, eni 0,5-3 sm-dir, qısa sivriləşmiş, qaidə hissəsinə doğru pazşəkilli və ya qövsşəkilli daralmış, kənarları vəzili-mişarvaridir, çılpaqdır, üst tərəfdən tünd yaşıl, alt tərəfdən adətən boz və ya ağımtıl göy rəngdədir, qırmızımtıl və ya sarımtıl rəngli nəzərə çarpan orta damarı vardır. Sırğaları yarpaqların əmələ gəlməsindən sonra açılır, illik budaqların sonunda əmələ gəlir, qaidə hissəsində xırda yarpaqlarladır.
Beşerkəkcikli söyüd
Beşerkəkcikli söyüd (lat. Salix pentandrifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 10–15 m hündürlüyündə, digər növlərə nisbətən gec böyüyən ağacdır. İlk budaqları zeytunu-qara, parlaqdır. Gövdəsinin qabığı boz, dərininə çatlıdır. Tumurcuqları yapışqanlı, çılpaq, parlaq olub, xırdadır. Yarpaqaltlıqları yumurtavri, vəzilidişli, erkən töküləndir. Cavan zoğları və yarpaqları yapışqanlıdır, ətirlidir, silkələdikdə balzam iyi verir.
Dəfnəyarpaqlı söyüd
Dəfnəyarpaqlı söyüd (lat. Salix pentandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avrasiyanın meşə və çöl zonalarını əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 16 m-dək (bəzən 3- 5 m), gövdəsinin diametri 75 sm olan yumurtavari çətirli ağac və ya şaxələnmiş kiçik koldur. Cavan budaqları yapışqanlıdır, illik budaqları qara-qonur və ya sarımtıl rəngli, çılpaq və parlaqdır. Qoca gövdələrinin qabağı boz və ya tünd qonur, yarıqlı və pulcuqludur. Tumurcuqları yumurtavari, əyilmiş, hər iki tərəfi qonur, parlaqdır. Yalançı zoğları uzunsov və ya enli-yumurtavari, vəzicikli dişli, tez töküləndir. Yarpaqları möhkəm, dərili, üstü tünd yaşıl, parlaq, alt tərəfi açıq, yumurtavari-uzunsovdan enli-lansetvari, uzunluğu 5-13 sm, eni 2-4 sm, bünövrəsi küt, ucu iti, tamam çılpaqdır. Saplağı çılpaq, uzunluğu 0,2-1,4 sm-dir.
Kolvari söyüd
Keçi söyüdü (lat. Salix caprea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki təsviri == Bu növə Bədmüşk də deyilir. Boyu 18 m-ə və diametri 60 sm çatan ağac və ya koldur. Qabığı yaşılımtıl boz və hamardır. Yaşlı gövdələrinin qabığı qaramtıl və uzununa dərin çatlıdır. Zoğları yoğun, bozumtul yaşıl və tumurcuqları iridir. Yarpaqları qalın, iridir, 11-18 sm uzunluqdadır. Enli-yumurtavari, azacıq qarışıqlıdır, kənarı dalğavari dişlidir. Üstdən tünd-yaşıl, altdan sıx ağımtıl saçaqlı tükcüklüdür, yan damarları 6-9 cüt olub aydın seçilir.
Kövrək söyüd
Kövrək söyüd (lat. Salix × fragilis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Qərbi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 15-20 m-ə, gövdəsinin diametri 1 m-ə çatan ağac və ya kol bitkisidir. Çətri şarşəkilli, salxımvaridir. Qabığı külvarı, dərin çatlıdır. Budaqları düz, bir qədər əyilmiş, çılpaq, parlaq, qırmızımtıl və ya yaşımtıl göy rəngdədir. Yarpaqları çılpaq, nazik, uzunluğu 5-7, 5 sm, eni 1,2 sm, yumurtavari, lansetvari, parlaq, kənarları dişlidir. Tumurcuqları tünd-qonur rəngli, bir qədər uzun, əyilmişdir. Sırğaları yarpaqlarla eyni vaxtda əmələ gəlib, uzunluğu 4-5 sm, meyvələrdə dişi sırğalar isə 6-7 sm uzunluğa çatır.
Küllü söyüd
Külvari söyüd
Külvari söyüd (lat. Salix cinerea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropa, Kiçik Asiya, Qara dəniz sahilləri, Qərbi Sibir, Orta Asiya, Qafqazda yayılıb. Vətəni Cənub-Qərbi Asiyadır. Türkiyə, Zaqafqaziyanın cənubu, Şimali İran, Misir, İraq, Əfqanıstan və Pakistanda rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 5 m-ə qədər olan yoğun budaqlı ağac və ya koldur. Qabığı bozdur, birillik və ikillik zoğları sıхsacaqlı-keçətüklüdür. Soyulmuş oduncaqda 1,5 sm-ə qədər uzunluqda düyünlər vardır. Yarpaqlarının uzunluğu 4-12 sm, eni 1-3 sm-dir, tərsinə yumurtaşəkilli və ya uzunsov ellipsşəkillidir, qaidəyə tərəf daralmışdır, uc tərəfi sivri, üst tərəfi bulanıq-yaşıl, alt tərəfi boz-yaşıl olub, damarları qabarıq, hər iki tərəfi qısa keçətüklüdür və ya yalnız alt tərəfində damarların yanları tüklüdür, kənarları хırda mişardişlidir. Yeni açılan zaman təхminən 2 sm uzunluqda, ipək kimi, yanları içəri qatlanmışdır.
Otvari söyüd
Otvari söyüd (lat. Salix herbacea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ripselaxis herbacea (L.) Raf. === Heterotipik sinonimləri === Salix herbacea f. latifolia J.Rousseau & Rouleau Salix nivalis Schur Salix pumila Salisb.
Parlaq söyüd
Parlaq söyüd (lat. Salix lucida) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diplima lucida (Muhl.) Raf. Pleiarina lucida (Muhl.) N.Chao & G.T.Gong Salix pentandra var.
Purpur söyüd
Purpur söyüd (lat. Salix purpurea) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir.
Qonur söyüd
Sallaq söyüd
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Tükcüklü söyüd
Tükcüklü söyüd (lat. Salix lanata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Yarımnövləri == Salix lanata subsp. lanata Salix lanata subsp.
Xərçəngvari söyüd
Üçerkəkcikli söyüd
Ağçubuq söyüd (lat. Salix triandra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Boyu 10 m-ə, diametri 12 sm-ə çatan alçaq boylu ağac və ya uca boylu koldur. Budaqları qonur-yaşıl və ya zeytun rəngində olub, elastikdir. Hündürlüyü 5-6 sm-ə qədər olan kol və ya nadir halda ağacdır. Budaqları nazik, elastikdir, zeytun və ya qonurtəhər-yaşıl rəngdədir. Tumurcuqları yumurtaşəkilli, sivri və çılpaqdır. Yalançı zoğları uzun müddət qalan, böyrəkşəkilli və ya yumurtaşəkillidir, dişlidir. Yarpaqları neştərvari, uzunsovneştərvari, elliptik və ya ensiiz elliptikdir, uzunluğu 4-13 sm, eni 0,5-3 sm-dir, qısa sivriləşmiş, qaidə hissəsinə doğru pazşəkilli və ya qövsşəkilli daralmış, kənarları vəzili-mişarvaridir, çılpaqdır, üst tərəfdən tünd yaşıl, alt tərəfdən adətən boz və ya ağımtıl göy rəngdədir, qırmızımtıl və ya sarımtıl rəngli nəzərə çarpan orta damarı vardır. Sırğaları yarpaqların əmələ gəlməsindən sonra açılır, illik budaqların sonunda əmələ gəlir, qaidə hissəsində xırda yarpaqlarladır.
İtiyarpaqlı söyüd
İtiyarpaqlı söyüd (lat. Salix acutifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Zaqafqaziyada, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə, şaxələnmiş çətirinin diametri 6 m-ə çatan ağacdır. Yarpaqları neştərvari, tünd yaşıl, alt hissəsi açıq, göyümtül çöküntülüdür. Sırğaları sarıdır. Aprel ayında çiçəkləyir və may ayının 1-ci ongünlüyünə qədər davam edir. Meyvəsi may ayında yetişir. == Ekologiyası == Torpağa tələbkar deyil. == Azərbaycanda yayılması == Azərbaycanın bir çox rayonlarında, park və bağlarda mədəni şəraitdə becərilir.
Çubuqşəkilli söyüd
Çubuqşəkilli söyüd (lat. Salix viminalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diplima viminalis (L.) Raf. Salix viminalis var. genuina Turcz.
Yalançı-orta söyüd
Yalançı-orta söyüd (lat. Salix pseudomedemii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazın bir neçə qoruqlarında, yaxın Şərqdə, Gürcüstanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-6 m olan kol və ya kiçik ağacdır. Budaqları tünd boz-qonur, çox qalın, möhkəm burulmuşdu. Yarpaqları sıx, al qırmızı, ellipsvari-uzunsov, (1,5-) 6-8,5 x (1-) 1,6-2,2 mm, ucu biz, üstü çılpaq, alt tərəfi zəif tükcüklü, saplağının uzunluğu 3-7 mm-dir. Erkək çiçəkləri 2 х 1,5 sm-dək, erkəkcikləri 2, bünövrəsində tükcüklü, tozluqları 0,4-0,5 mm; dişicik çiçəkləri silindvari, saplağı 7-12 mm, çiçək saplağı 2 mm-dir. Aprelin axırlarında çiçəkləyir. Dekorativ oduncağı çıxıntılıdır. == Ekologiyası == Çay sahillərində, meşədə dəniz səviyyəsindən 400-2350 m hündürlükdə kolluqlar əmələ gətirir.
Qırmızı baftalı söyüd sovkası
Budanmış söyüd ağacları mənzərəsi (rəsm əsəri)
Budanmış Söyüd Ağaclarının Mənzərəsi — 1884-cü ilin aprelində Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir.
Dorud
Dürud – İranın Luristan ostanının şəhərlərindən və Dürud şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 100,528 nəfər və 23,596 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti lurlardan ibarətdir, lur dilində və bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Kosid
Kozis — alban hökmdarı Oroysun qardaşı və Qafqaz Albaniyası çarı. Qafqaz Albaniyasını tutmaq istəyən Pompeyin Roma legionlarına qarşı ikinci savaşda Kozis alban qoşunlarına başçılıq edirdi. Kozisin qoşunlarının romalılarla döyüşü e.ə. 65-ci ildə Kürün sol sahilindəki qollarından birinin sahilində baş vermişdir. Kozisin başçılıq etdiyi alban qoşunları 60 min piyada və 12 min süvaridən ibarət idi. Albanların süvari qüvvəsi güclü olduğu halda, romalıların əsas zərbə qüvvəsini yaxşı təlim görmüş intizamlı piyada qoşunu təşkil edirdi. Buna görə də döyüşün başlanmasınadək Pompey piyadalarını süvarilərin arxasında gizlətmişdi. Albanlar təkcə Roma süvariləri ilə savaşacaqlarını zənn etdiklərindən onlara hücuma keçdilər. Bu zaman Roma piyadaları döyüşə qoşuldular və amansız savaş başlandı. Antik müəlliflərin məlumatına görə, döyüşün qızğın çağında Kozis bir neçə alban döyüşçüsü ilə Roma legionerlərinin sırasını yarıb Pompeyin müşayiətçilərinədək çatdı.
Qovşud
Qovşud — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. == Tarixi == Kəndin başqa adları Qovşuq, Qovşutlu olmuşdur. Rayon mərkəzində 17 km şimalşərqdə, Kığı və Oxçu çaylarının qovuşduğu Zeyvə qalasının yaxınlığında yerləşir. Toponim qovşud etnonimi əsasında əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur. == Toponimi == Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Türkmənistanda Qovşut, Qovşutbənd, Qovşutyap, Qovşuxanqala , Azərbaycanda Qovşutlu (başqa adı Hüsеynbəyli) (Cəbrayıl r-nu) kənd adları göstərir ki, Qovşut tayfa adıdır. == Əhalisi == Kənddə 1897-ci ildə 163 nəfər, 1914 - cü ildə 320 nəfər azərbaycanlı yaşamışdır.
Sopdu
Sopdu — (həmçinin Septu və ya Sopedu kimi tərcümə olunur) Qədim Misir dinində göyün və şərq sərhəd bölgələrinin tanrısı idi. Hensitin əri idi. Göy tanrısı olaraq Sopdu, Orion bürcünün təcəssümü olan Sak tanrısı və Sirius ulduzunu təmsil edən ilahə Sopdet ilə əlaqələndirilirdi. Piramida Mətnlərinə görə, Sopdu və böyük göy tanrısı Horusun birləşməsindən ibarət olan Hor-Sopdu, Osiris-Saha və İsis-Sopdet nəslindəndir. Hesab olunurdu ki, şərq tanrısı Sopdu Misirin sərhədlər boyu postlarını qoruyur və firona bu bölgələrin əcnəbi sakinlərini idarə etməkdə kömək edir. O, Şərqin Rəbbi adlanırdı. Onun Sinay yarımadasındakı Misir yaşayış məntəqələrində, məsələn, Serabit əl-Xadimdəki firuzəyi mədənlərində ziyarətgahları var idi. == Adı == Sopdunun adı kəskinlik heroqlifindən, uclu üçbucaqdan və üçüncü şəxs cəm şəkilçisindən (bildirçin) düzəlib; beləliklə, onun adının hərfi tərcüməsi sərtdir. Piramida mətnlərində onun ölən fironun dişlərini qoruduğu deyilir. Sopdu dini bayraqda oturan, tez-tez başında iki lələkli tac və çiynində yellək olan şahin kimi təsvir edilmişdir.