Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanya Stupar-Trifunoviç
Tanya Stupar-Trifunoviç (serb. Тања Ступар Трифуновић; 20 avqust 1977, Zadar) — Bosniya serb yazıçısı. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı çap olunmuşdur. Şeir və nəsr sahələrində bir neçə Bosniya mükafatı laureatıdır. == Həyatı == 1977-ci ildə Zadarda anadan olmuşdur. Banya Luka Universiteti fəlsəfə fakültəsinin serb dili və ədəbiyyatı şöbəsini bitirmişdir. Müharibə ilə əlaqədar olaraq Banya Lukaya köçmüşdür. Onun dörd şeir kitabı və bir ibrətli hekayələr kitabı nəşr olunmuşdur, şeirləri ingilis, alman, polyak, sloven, makedon, macar, danimarka, fransız və rus dillərinə tərcümə olunmuşdur. "Barbarlar səhər yeməyi zamanı nə düşünürlər" kitabı, Bosniya və Herseqovinada 2007-2008-ci illərin ən yaxşı kitabı olaraq CEE Literature Award mükafatına (Şərqi və Cənub-Şərqi Avropanın Ədəbi Mükafatı) namizəd olmuşdur, mükafat olaraq ona Vyanada ev verilmişdir. 2009-cu ildə "Baş qəhrəman uğursuzluğa aşiq olan bir insandır" kitabı ən yaxşı şeir kitabı olaraq "Fra Qro Martiç" mükafatına layiq görülmüşdür, bosniya və xarici şeir toplularına daxil edilmişdir.
Stupor
Stupor (lat. stupor "keylik, uyuşuqluq") — tibbdə, xüsusilə psixatriyada hərəki pozğunluğun bir növü. Mutizm (səssizlik) hərəkətsizliyi, taqətsizlik, halsızlıq, qıcığa qarşı reaksiya sönüklüyü.
Stepan
Stepan — kişi adı.
Sukat
Sukat - müxtəlif meyvələrdən hazırlanan quru mürəbbə. Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur. Alma sukatı Armud sukatı Ərik sukatı Qarpız sukatı Qovun sukatı Qabaq sukatı Gavalı sukatı Limon qabığından sukat Portağal qabığından sukat Heyva sukatı == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Surat
Surat (ing. Surat, qüc. સુરત) — Hindistanın Qucarat ştatında şəhər. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2011-ci ilin məlumatına görə şəhərin əhalisi 4 462 002 nəfərdən ibarətdir.; Şəhərdə əhali əsasən qucarat, sindhi, hindi, marvari, marathi və başqa dillərdə danışır.
Tupak
Tupak — Kişi adı. Tupak Şakur — afro-amerikan hip-hop ifaçısı. Tupak Amaru — İnk hökmdarı. Digər Tupak (Əbyəlil) — Rusiyada kənd.
Aleksandr Stüart
Aleksandr Stüart (30 aprel 1514, Stirlinq – 18 dekabr 1515) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən kiçik oğlu.
Aleksey Stukas
Aleksey Stukas (17 fevral 1979, Odessa – 2002, Odessa) — Ukrayna və Azərbaycan futbolçusu, yarımmüdafiəçi. == Klub karyerası == Odessa futbolunun yetirməsi. On altı yaşında ikinci liqada çıxış edən Dinamo-Fleş komandasında debüt etdi. 1995/96 mövsümü başa çatdıqdan sonra bu klub həvəskar statusu aldı. Aleksey həvəskar səviyyədə çıxışlarını davam etdirdi. 1998-ci ildə "Neftçi"yə dəvət olundu. Bakı təmsilçisinin heyətində o, ölkə kubokunu qazandı. həmçinin 1999-cu ildə "Kəpəz" komandasına vurduğu qolla klubun çempionatda 500-cü qolunun müəllifi oldu. Sonradan Azərbaycan vətəndaşlığını aldı. Ukraynaya qayıtdıqdan sonra "Mikolayiv" munisipal futbol klubunda bir mövsüm keçirdi, orada o, digər milliləşən Azərbaycanlı oyunçu Vladimir Poşexontsev və sonradan milliləşən Aleksandr Çertoqanov ilə brilikdə oynuyurdu.
Anna Stüart
Anna Stüart (ing. Anne Stuart) (6 (16) fevral 1665 və ya 6 fevral 1665, Sent-Ceyms sarayı, Böyük London regionu[d] və ya London – 1 (12) avqust 1714 və ya 1 avqust 1714, Kensinqton, Midlseks[d] və ya London) — İngiltərə, Şotlandiya və İrlandiyanın, 1 may 1707-ci ildə bağlanan uniyanın ardından Böyük Britaniya krallığının kraliçası. Anna və bacısı Mariya qatı protestant olan əmisi II Karlın səltənətində dünyaya gəldi. Əmisinin övladı olmadığı üçün ataları Ceyms İngiltərə taxtının vəliəhdi elan edilmişdi. Ancaq onun katolik inancına mənsub olması ölkədə tərəfdar itirməsinə səbəb olmuşdu. Bu səbəblə hər iki qız əmiləri II Karlın himayəsində əsl anqlikan-protestant olaraq böyüdüldülər. Yenə əmisinin istəyilə Mariya 1677-ci ildə protestant olan bibisi oğlu Oranjlı Vilhelmlə, Anna isə 1683-cü ildə yenə protestant-lüteran olan Danimarka kralı III Fridrixin oğlu Corcla evləndirildi. 1685-ci ildə II Karl vəfat etdi və varisi olan qardaşı Ceyms taxta çıxdı. Ancaq cəmi 3 il sonra baş tutan Şanlı inqilabla taxtdan devrilərək Fransaya qaçdı. Kralın böyük qızı Mariya və əri Oranjlı Vilhelm İngiltərənin ortaq monarxları olaraq taxta çıxarıldılar.
Ceyms Stüart
Ceyms Stüart — Kişi adı. Ceyms Stüart (d. 20 may 1908 - ö. 2 iyul 1997) — məşhur ABŞ və Böyük Britaniya aktyoru. Ceyms Stüart (d. 1531 - ö. 23 yanvar 1570) — Şotland əsilzadəsi. Ceyms Stüart (d. 21 fevral 1507 – ö. 27 fevral 1508) — Şotlandiya kralı IV Ceymsin və Marqarita Tüdorun ən böyük oğlu.
Elizabet Stüart
Elizabet Stüart (19 avqust 1596[…], Fayf[d] – 13 fevral 1662[…], London) - Bohemiya kralı V Frederikin xanımı, Şotlandiya, İrlandiya və İngiltərə kralı I Ceyms və Danimarkalı Annanın ən böyük qızı. Bundan başqa Şotlandiya kraliçası Mariya Stüartın nəvəsi idi. Ərinin Bohemiyadakı səltənəti yalnız 1 qış davam etdiyinə görə, tarixi qaynaqlarda "Qış Kraliçası" adlanır. Şotlandiya, İrlandiya və İngiltərə kralı olan qardaşı I Karldan cəmi 4 yaş böyük idi.
Henri Stüart
Henri Stüart (d. 1495 – ö. 1552) — İngiltərə kralı VII Henrinin böyük qızı Marqarita Tüdorun sonuncu həyat yoldaşı və Methven lordu. Henri Stüart (d. 7 dekabr 1545 – ö. 10 fevral 1567) — Şotlandiya kraliçası I Mariyanın həyat yoldaşı və Darnley lordu. Henri Stüart (d. 8 iyul 1640 – ö. 13 sentyabr 1660) — İngiltərə kralı I Karlın oğlu.
Kristen Stüart
Kristen Ceyms Stüart (ing. Kristen Jaymes Stewart; 9 aprel 1990[…], Los-Anceles, Kaliforniya, ABŞ) — amerikalı aktrisa. "Alatoran" filmində oynadığı Bella Svon rolu ilə tanınma qazanmışdır. Aktrisa həmçinin "Panic Room" (2002), "Zathura" (2005), "Müjdəçilər" (2007), "Qadınlar ölkəsində" (2007), "Vəhşi təbiətdə" (2007), "Macəra diyarı" (2009) və "The Runaways" (2010) filmlərində də rol almışdır. == Həyatı == Kristen Stüart Los-Anceles şəhərində doğulmuş və böyümüşdür. Onun atası Con Stüart səhnə yönədicisi və Fox telekanalında televizor prodüseridir. Anası Culs Mənn – Stüart Avstraliyanın Queensland vilayətinin Maroochydore şəhərində əlyazma supervayzeri olmuşdur. Aktrisanın Kameron Stüart adında özündən böyük bir qardaşı var. == Karyerası == Aktrisanın bütün ailəsi (anası, atası və özündən böyük üç qardaşı) kamera arxasında çalışırlar və Kristen Stüart da düşünürmüş ki, o da yazıçı və ya ssenarist olacaq, lakin heç vaxt aktrisa olmağı ağlına gətiməmişdir. "Mən heç vaxt diqqət mərkəzində olmaq istəməmişəm, heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm, lakin həmişə avtoqraf verməyi öyrənməyə çalışmışam, çünki mən qələmləri sevirəm.
Mariya Stüart
Mariya Stüart (ing. Mary, Queen of Scots) (8 dekabr 1542 və ya 1542 – 8 fevral 1587[…] və ya 1587, Northemptonşir qraflığı[d]) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası. Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı. Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi.
Stepan Ablasad
Stepan Ablasad (erm. Ստեփանոս Աբլասադ) — alban əsilli işxan, Muxank knyazı. Babəkə kömək edən Yesai Əbu Musanun dayısı olmuşdur.
Stepan Ağacanyan
Stepan (Stepanos) Meliksetoviç Ağacanyan (erm. Ստեփան Աղաջանյան; 16 (28) dekabr 1863, Şuşa[…] – 13 dekabr 1940[…], İrəvan[…]) — erməni əsilli rəssam, müəllim və Ermənistan SSR xalq rəssamı (1938).. == Həyatı == Stepan Ağacanyan 1863-cü ilin 16 dekabr tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasında Şuşa qəzasına daxil olan Şuşa şəhərində, dərzi Melikset Ağacanyanın ailəsində anadan olmuşdur. 1872–1881-ci illərdə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasına tabe olan Qazançetsots kafedralında ruhani təhsil almışdır. 1881–1884-cü illərdə Şuşada yerləşən rus məktəbində oxumuşdur. 1884-cü ildə Bakıya gələn rəssam iki il bu şəhərdə yaşadıqdan sonra 1886-cı ildə Fransaya yollanmışdır. Ağacanyanın peşəkar formada rəssamlıqla məşğul olması Fransanın cənub hissəsində yerləşən liman şəhəri Marseldə məskunlaşmasından sonra baş vermişdir. Belə ki, Stepan 1886–1890-cı illərdə Marseldə yerləşən Marsel Rəsm Studiyasında daha sonra isə Parisdəki Julian Akademiyasında təhsil almışdır. Parisdə oxuduğu 1897–1900-cı illər rəssamın ən məhsuldar yaradıcılıq dövrlərindən biri hesab olunmaqdadır. 1900-cu ildə rəssam Şuşa şəhərinə qayıtmış, 1902-1904-cü illərdə Bakıda rəssam kimi çalışmışdır.
Stepan Bandera
Stepan Andreyeviç Bandera (ukr. Степан Андрійович Бандера; 1 yanvar 1909, Starı Uqrinov, Qalisiya və Lodomeriya krallığı, Avstriya-Macarıstan — 15 oktyabr 1959, Münhen, Almaniya) — ukraynalı siyasətçi. == Həyatı == Stepan Bandera 1909-cu ilin yanvarın birində Avstriya-Macarıstan imperiyasının Qalisiya bölgəsinin “Stari Uqrinov” kəndində anadan olub. Atası Andrey Mixayloviç Bandera katolik keşişi idi. Stepan 9 uşaqlı ailənin 3-cü övladı olaraq dünyaya gəlib. Bandera ailəsinin şəxsi evləri olmayıb onlar kilsəyə məxsus evdə yaşayıblar. Ata Bandera tam bir ukrayna milliyətçisi idi və uşaqlarınıda bu yöndə tərbiyə edirdi. Stepanın dünyaya göz açdığı evdə böyük bir kitabxana və milliyətçilik mövzusunda müzakirlər aparan qonaqlarla bol olub. Banderaların qonaqları Ukrayna Milliyətçi Təşkilatının liderləri – Pavel Qlodzinski, Yaroslav Vaselovski ( Avstrya-Macarıstan parlametninin vəkili) Mixayıl Qavrilko və başqaları olub. Bu ev Stepan üçün ilk məktəb kimi olub.
Stepan Burnaşov
Stepan Daniloviç Burnaşov (1743–1824) – diplomat, səyyah, general-mayor, senator, yazıçı və topoqraf. == Həyatı == O, Krım xanlarının nəslindən idi və Rusiya dövlətinə xidmət edirdi. S. D. Burnaşov 1768–1774-cü və 1787–1791-ci illər rus-türk müharibələrinin iştirakçısı olmuşdur. S. D. Burnaşov 1783-cü ilin may ayında knyaz Q. A. Potyomkin Tavriçeski tərəfindən Kartli-Kaxetiyaya – II Iraklinin və I Solomonun sarayına Rusiya dövlətinin səlahiyyətli nümayəndəsi kimi göndərilmişdi. O, sarayda 1787-ci ilin oktyabr ayına qədər qulluq etmişdi. S. D. Burnaşov Kartli-Kaxetiya sarayında yalnız hərbi-diplomat işi ilə deyil, həm də Qafqaz ölkələri haqqında geniş məlumat toplamaqla da məşğul olmuşdur. Onun "Gürcüstanın xəritəsi", "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərləri çapdan çıxmışdır. S. D. Burnaşovun Azərbaycanla bağlı olan əsəri Azərbaycan MEA-nın Tarix Institutunun Elmi Arxivində saxlanılır. Bundan başqa onun müxtəlif illərdə Sankt-Peterburqa göndərdiyi məktubları A. A. Çaqareli tərəfindən çap edilmişdir və monoqrafiyada həmin məktublardan istifadə olunmuşdur. S. D. Burnaşov "Irandakı Azərbaycan əyalətinin təsviri və onun siyasi vəziyyəti" adlı əsərində Azərbaycanın ayrı-ayrı xanlıqları, onların siyasi vəziyyəti, coğrafi mövqeyi, bəzi tayfa və xalqlar haqqında məlumat verir.
Stepan Erzya
Stepan Dmitriyeviç Erzya (Nefyodov) (rus. Степа́н Дми́триевич Э́рьзя (Нефёдов); 27 oktyabr (8 noyabr) 1876 – 24 noyabr 1959, Moskva) ― Rusiya və Argentinada yaşamış Mordva heykəltəraşı. Erzya öz təxəllüs adını yerli etnik qrup olan erzya mordvalarından ilhamlanıb seçmişdir. O, 27 oktyabr 1876-cı ildə Rusiya imperiyasının Simbirsk quberniyasının Alatır qəzasının Bayevo kəndində anadan olmuşdur. 1892-ci ildə ailəsi Alatıra köçdü; Stepan sənətə müxtəlif ikona çəkmə studiyalarında yiyələndi. 1893–1897-ci illərdə o, Kazanda yaşayırdı, orada ilk öncə dülgərlik emalatxanasında, sonra isə P. A. Kovalinskinin ikona çəkmə atelyesində işləmişdir. O dövrdə Erzya Volqa çayının sahilində yerləşən fərqli şəhər və kəndlərindəki kilsələri bəzəyirdi və Kazan İncəsənət Məktəbinə gedirdi. 1902–1906-cı illərdə Moskva Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq məktəbində oxudu, məktəbin tələbələrinin sərgilərində iştirak etdi. 1906–1914-cü illərdə İtaliyada və Fransada yaşadı. 1909-cu ildə Venesiya və Milanda və 1912-ci ildə Parisdə keçirilən sərgilərdə iştirak etmişdir.
Stepan Kuznetsov
Stepan Leonidoviç Kuznetsov 2 (14) yanvar 1879, Kişinyov, Bessarabiya quberniyası[d] – 18 aprel 1932, Moskva1879, Kişinyov, Bessarabiya quberniyası - 18 aprel 1932, Moskva) - rus və sovet teatr aktyoru, Kiyevdəki Solovtsov teatrının, Moskva İncəsənət teatrının və Malı teatrının artisti, Respublikanın xalq artisti (1929). == Haqqında == Stepan Leonidoviç Kuznetsov keçmiş təhkimli kəndli ailəsində anadan olub – teatrların bufetində aşpaz işləyib. Daha sonra atası Odessada teatr sahibi oldu, lakin iki mövsümdən sonra müflis oldu. Stepan Kuznetsovun ailəsinin maddi durumu aşağı üçün təhsilini paroxial məktəbdə məhdudlaşdırıb, gənc yaşlarından kitab mağazalarında çalışıb. 1901-ci ildə Oreldə Kuznetsov ilk dəfə peşəkar səhnəyə çıxdı, lakin 1902-1906-cı illərdə hərbi xidmətdə olduğuna görə Mançuriyada Rus-Yapon müharibəsində iştirak etmişdir. Sonra yenidən səhnəyə qayıdıb və 1907-1908-ci illər də Kiyevin Solovtsov teatrında çıxış edib. Stepan Kuznetsov 1908-ci ildə Moskvaya köçdü və Moskva İncəsənət teatrının truppasına daxil oldu. 1910-cu ilə qədər teatrda fəaliyyət göstərmişdir. Stepan Kuznetsovun yaradıcılığının ən parlaq dövrü Solovtsov teatrındakı işlərlə bağlı idi (1912-1919, fasilələrlə). 1923-1925-ci illər də Moskva da MGSPS adına teatrda çalışmışdır.
Stepan Lianozov
Stepan Qeorqiyeviç Lianozov (erm.Ստեփան Գևորգի Լիանոսյան; 9 avqust 1872, Moskva – 10 avqust 1949, Paris) — Rusiya (Bakı) sənayeçisi, mesenat və siyasi xadim. Rusiyanın ən iri neftxudası. Atası S. M. Lianozov 1873 ildə Xəzər dənizinin cənub hissəsində balıq tutmaq üçün İran şahından konsessiya almışdır. Qimnaziyanı 1894 ildə bitirdikdən sonra Moskva universitetinin təbii elmlər fakültəsinə daxil olur. 1898 ildə onu bitirir. İki il Moskva məhkəmə palatasında vəkil kimi çalışır. 1901 ildə Bakıya köçür və neft işi ilə məşğul olmağa başlayır. 20 dən artıq neft və başqa şirkətlərin icraçı direktroru olur. 1907 ildə Peterburqda 2 mln. əsas kapitalı olan "Lianozov Q. M və oğulları"(tovarişestvo) yoldaşlığı yaradır.
Stepan Makarov
Stepan Osipoviç Makarov (1848–1904) — rus dənizçisi, okeanoqrafı və qütb tədqiqatçısıdır. == Həyatı == Stepan Osipoviç Makarov rus okeanoqrafiyasının ən görkəmli nümayəndələrindən biri kimi coğrafiya tarixində özünə yer tapmış tədqiqatçılardan biri sayılır. Onun fəaliyyətinin çiçəklənmə dövrü XIX əsrin ikinci yarısında Rusiyada yelkənli gəmilərin buxar gəmiləri ilə əvəz olunmasının son ərəfəsinə düşür. Rus dəniz donanmasının texniki cəhətdən inkişafında böyük zəhməti olan Makarov birinci rus buzqıran "Ermak" gəmisinin konstrukturu olmuşdur. O, ilk dəfə "Abrek" gəmisində üzmüş, sonra isə "Boqatr" gəmisinə keçirilmişdir. 1881-ci ildə "Taman" hərbi gəmisində komandir olarkən Qara dənizlə Aralıq dənizi arasında gedən su mübadiləsini öyrənməklə onların elmi izahını vermişdir. O, həmçinin Qara dənizdə bütün axını sisteminin izahını vermişdir. Bu işlərinə görə Makarov Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür. 1885-ci ildə Makarov "Vityaz" gəmisinə komandir təyin olunur. 1886-cı ilin avqust ayında "Vityaz" gəmisi dünya səyahətinə çıxır.
Stepan Maynaqaşev
Stepan Maynaqaşev (8 yanvar 1886 – 29 aprel 1920) — xakas mənşəli türkoloq. Rusiya imperiyasındakı etnoqraf xakas ədəbi dilinin yaradıcısıdır. Xakas əlifbasının banisi. Sosialist, populist siyasi fəal. == Bioqrafiya == 1886-cı ildə Aşıs Bozkır Bələdiyyəsi Məclisinə bağlı olan Iresov (Xakasça: İres aal) kəndində anadan olmuşdur. Xakas türkləri arasında sagay türklərinin bir etnik qrupu olan Tomlar tayfasındandır. 1906-1907-ci illər arasında Krasnoyarsk Ruhban məktəbində işləmiş; 1907-1910-cu illərdə Asxıs yerli məclisin üzvü olmuş; 1910-1911-ci illərdə Tomsk universitetində təhsil almışdır. Mərkəzi və Şərqi Asiya Tədqiqat Komitəsinin göstərişi ilə 1913-1914-cü illərdə Xakasiyada tədqiqatlar aparmışdır. Tədqiqatlarının məqsədi xakas ləhçələrini öyrənmək idi. Tədqiqatının nəticələri Mərkəzi və Şərqi Asiya üzrə Tədqiqat Komitəsi tərəfindən dərc edilmişdir.
Stepan Nəzəryan
Stepan Nəzəryan (erm. Ստեփանոս Նազարեան; rus. Степанос Исаевич Назарян; 15 (27) may 1812, Tiflis, Gürcüstan quberniyası – 27 aprel (9 may) 1879, Moskva) — erməni əsilli Rusiya naşiri, maarifçi, ədəbiyyat tarixçisi və şərqşünas. == Həyatı == Stepan Nəzəryan 15 may 1812-ci ildə Tiflisdə (indiki Gürcüstan) keşiş ailəsində anadan olmuşdur. 1840 -cı ildə Tartu Universitetində fəlsəfə fakültəsini bitirmişdir. Nəzəryan 1849-cu ildə Moskvada yerləşən Lazarev adına Şərq Dilləri İnstitutunda fars və ərəb ədəbiyyatı professoru oldu. O, bir sıra elmi əsərlər nəşr etdirmiş və doktorluq dissertasiyasını Firdovsinin "Şahnamə" əsərini təhlil edərək qorumuşdur. Nəzəryan 1840-cı illərdəki Avropa maarifçilik hərəkatının və Rusiyada ictimai hərəkatın təsiri altında getdikcə feodal sistemə və ideologiyasına qarşı yazmağa başlamışdır. O, 1850-ci illərdə erməni maarifçilik hərəkatının lideri olmuşdur. Nəzəryan 1858–1864-cü illərdə Moskvada nüfuzlu "Hyusisapayl" jurnalını nəşr etdirmişdir.
Stepan Razin
Stepan Timofeyeviç Razin ( rus : Степа́н Тимофе́евич Ра́зин , tələffüz olunur : [sʲtʲɪˈpan tʲɪmɐˈfʲe(j)ɪvʲɪtɕ ˈrazʲɪn] ; 1630 – Razʲɪn] ; 1630 – 16 iyun [16 ] Stezinka kimi tanınır. [ˈsʲtʲenʲkə] ), 1670-1671-ci illərdə Rusiyanın cənubunda zadəganlara və çar bürokratiyasına qarşı böyük üsyana rəhbərlik edən kazak lideri idi. == Həyatı == === Erkən həyat === Razinin atası Timofey Razya, guya, Voronej ətrafında, Rusiyanın çöl sərhədi yaxınlığında, Vəhşi tarlalar adlanan şəhərdən gəlmişdir . Razinin əmisi və nənəsi hələ 1667-ci ilə qədər Voronejdən 8 kilometr (5,0 mil) kənarda yerləşən Yeni Usman və ya Usman Sobakina kəndində yaşayırdılar. Razinin anasının kimliyi müzakirə olunur. Bir sənəddə Razinə “yarı qan” mənasını verən tuma kazak deyilirdi, bu da onun anasının əsir götürülmüş “türk” ( turçanka ) və ya Krım tatarı qadın olması fərziyyəsinə səbəb olur. Lakin bu termin " tərəfindən də istifadə edilmişdir.[ əlavə izahat tələb olunur ] mənşəyindən asılı olmayaraq bütün "aşağı kazaklara" qarşı alçaldıcı ləqəb kimi Başqa bir fərziyyə Razinin xaç anası Matrena Qovoruxa haqqında məlumatlara əsaslanır. Ənənəyə görə, xaç anası doğulan ana ilə qohum olmalıdır və Stenkanın xaç anası Ukraynanın Sloboda bölgəsindəki Tsarev-Borisov [ ru ] şəhərində yaşayırdı. Beləliklə, Stepanın anası da ukraynalı ola bilərdi. Tarixi mənbələrdə ilk dəfə Razinin adı 1652- ci ildə Ağ dənizdəki böyük Solovetski monastırına uzun məsafəli həcc ziyarətinə getmək üçün icazə istəyərkən çəkildi .