Stepan (Stepanos) Meliksetoviç Ağacanyan (erm. Ստեփան Աղաջանյան; 16 (28) dekabr 1863[1][2], Şuşa[3][1][…] – 13 dekabr 1940[3][1][…], İrəvan[3][1][…]) — erməni əsilli rəssam, müəllim və Ermənistan SSR xalq rəssamı (1938).[4].
Stepan Ağacanyan | |
---|---|
erm. Ստեփան Աղաջանյան | |
| |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniya |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | İrəvan, Ermənistan SSR |
Milliyyəti | erməni |
Vətəndaşlığı | SSRİ |
Fəaliyyəti | rəssam |
Təhsili | Marsel Rəsm Studiyası |
Janr | Portret |
Təsirlənib | Jan Paul Laurens |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Stepan Ağacanyan 1863-cü ilin 16 dekabr tarixində Rusiya imperiyasının Yelizavetpol quberniyasında Şuşa qəzasına daxil olan Şuşa şəhərində, dərzi Melikset Ağacanyanın ailəsində anadan olmuşdur. 1872–1881-ci illərdə Erməni Qriqorian Kilsəsinin Qarabağ yeparxiyasına tabe olan Qazançetsots kafedralında ruhani təhsil almışdır. 1881–1884-cü illərdə Şuşada yerləşən rus məktəbində oxumuşdur.
1884-cü ildə Bakıya gələn rəssam iki il bu şəhərdə yaşadıqdan sonra 1886-cı ildə Fransaya yollanmışdır. Ağacanyanın peşəkar formada rəssamlıqla məşğul olması Fransanın cənub hissəsində yerləşən liman şəhəri Marseldə məskunlaşmasından sonra baş vermişdir. Belə ki, Stepan 1886–1890-cı illərdə Marseldə yerləşən Marsel Rəsm Studiyasında daha sonra isə Parisdəki Julian Akademiyasında təhsil almışdır.
Parisdə oxuduğu 1897–1900-cı illər rəssamın ən məhsuldar yaradıcılıq dövrlərindən biri hesab olunmaqdadır. 1900-cu ildə rəssam Şuşa şəhərinə qayıtmış, 1902-1904-cü illərdə Bakıda rəssam kimi çalışmışdır. 1905-ci ildə Rostov-na-Don şəhərinə köçmüş və 1921-ci ilə qədər dövlət məktəblərində və Dövlət Rəssamlıq Studiyalarında rəssam və məsləhətçi kimi çalışmışdır.
Stepan Ağacanyan 1921-ci ildə Ermənistan SSRə qayıtmışdır. 1922–1929-cu illərdə İrəvan şəhərində yerləşən Dövlət Rəssamlıq Akademiyasında müəllim kimi çalışmışdır. 1938-ci ildə Ermənistan Sovet Sosialist Respublikasının "xalq rəssamı" fəxri adına layiq görülmüşdür. 1940-cı il dekabrın 13-də, 76 yaşında Ermənistan Sovet Sosialist Respublikasının paytaxtı İrəvan şəhərində vəfat edib.