Stepan Nəzəryan (erm. Ստեփանոս Նազարեան; rus. Степанос Исаевич Назарян; 15 (27) may 1812[1][2], Tiflis, Gürcüstan quberniyası[3][1] – 27 aprel (9 may) 1879[1][2], Moskva[3][1]) — erməni əsilli Rusiya naşiri, maarifçi, ədəbiyyat tarixçisi və şərqşünas.
Stepan Nəzəryan | |
---|---|
erm. Ստեփանոս Նազարյան | |
Doğum tarixi | 15 (27) may 1812[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 27 aprel (9 may) 1879[1][2] (66 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | publisist, müəllim, filosof, şərqşünas, ədəbiyyat tənqidçisi |
Vikianbarda əlaqəli mediafayllar |
Stepan Nəzəryan 15 may 1812-ci ildə Tiflisdə (indiki Gürcüstan) keşiş ailəsində anadan olmuşdur. 1840 -cı ildə Tartu Universitetində fəlsəfə fakültəsini bitirmişdir. Nəzəryan 1849-cu ildə Moskvada yerləşən Lazarev adına Şərq Dilləri İnstitutunda fars və ərəb ədəbiyyatı professoru oldu. O, bir sıra elmi əsərlər nəşr etdirmiş və doktorluq dissertasiyasını Firdovsinin "Şahnamə" əsərini təhlil edərək qorumuşdur.
Nəzəryan 1840-cı illərdəki Avropa maarifçilik hərəkatının və Rusiyada ictimai hərəkatın təsiri altında getdikcə feodal sistemə və ideologiyasına qarşı yazmağa başlamışdır. O, 1850-ci illərdə erməni maarifçilik hərəkatının lideri olmuşdur. Nəzəryan 1858–1864-cü illərdə Moskvada nüfuzlu "Hyusisapayl" jurnalını nəşr etdirmişdir. O, erməni ictimaiyyətindəki təhkimçilik və ruhani gücü tənqid etmişdir. Buna baxmayaraq Nəzəryan hərəkətlərini daha geniş bir sinFI mübarizənin bir hissəsi olaraq təsnif etməkdən imtina etmişdir. O, deizm tərəfdarı idi, rus və xarici ədəbiyyatı təbliğ edirdi. Fridrix Şillerin bir çox dramlarını tərcümə etmişdir.