Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
JunOS
Junuper JunOS — firmasının yönləndirmə avadanlıqları ilə birgə istifadə olunan FreeBSD bazalı əməliyyat sistemidir. Juniper müştərilərinə əlavə olaraq 'Software Development Kit (SDK)' təqdim edir. Sahəsində tək rəqibi Cisco Systemsin IOS əməliyyat sistemidir.
Knos
Knos ― Minoy sivilizasiyasının paytaxtı olan qədim şəhərdir. Kritin şimalında, Heraklion şəhərinin yaxınlığında yerləşir. Knos sarayı qədim şəhərin ən vacib tikintisidir. Qədim qazıntı sahəsindən aşkarlanmış bir çox əşyalar Heraklion Arxeologiya Muzeyində sərgilənir. Bu obyektlərdən ən məşhuru, bütün Krit ilə eyniləşdirilən bir ilanlı ana ilahə fiqurudur. Knos sarayını meydana çıxaran arxeoloq Artur Evans, sarayın sənəti və memarlığı haqqında dəyərli məlumatların gün üzünə çıxarılmasında böyük rol oynamışdır. Sarayın təməllərində Neolit ​​dövrünə qədərki yaşayış məskənləri müəyyənləşdirilmişdir. Lakin Knosdakı sarayın ilk dəfə e.ə. 1900-cü ildə tikildiyi məlumdur. Knos sarayı bir çox həyət və otaqdan ibarət olduğu üçün labirintə bənzəyirdi.
Unus
Unus — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Unus kəndi Dırnıs kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Unus kənd inzibati ərazi dairəsi yaradılmışdır. Rayonun mərkəzindən 33 km şimal-qərbdə, Zəngəzur silsiləsinin ətəyindədir. Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi vardır. == Toponomikası == Yaşayış məntəqəsi keçmişdə Piçənis kəndindən çıxmış bir qrup ailənin Unusalı adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Əhalisi türk dilində danışan kiçik yaşayış məntəqəsi olmuşdur. Bəzi tədqiqatçılara unus türk dillərindəki əniz/eniz (çuxur yer, tarla,əkin yeri, örüş, boş çöl ) sözünün təhrif olunmuş şəklidir. == Əhalisi == Əhalisi 786 nəfərdir. Əhalisi Meyvəçilik, əkinçilik və heyvandarlıqla məşğuldur.
Ünəş
Ünəş — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 646-IIIQ saylı Qərarı ilə Yardımlı rayonunun Yardımlı qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Ünəş kəndi Yardımlı qəsəbəsi ilə birləşdirilmiş və bu kənd Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmışdır.
UNO
Uçan naməlum obyektlər (abr. UNO) və ya ingiliscə UFO (ing. unidentified flying object) — elmə məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. == Üzən naməlum obyektlər == Səmadan başqa su hövzələrində — dəniz və okeanlarda müşahidə olunması onların üzən obyektlərə də malik olmasını təsdiqləyir. Dünyanın çox hissəsinin su olduğundan və əldə edilən sübutlardan başa düşmək olar ki, UNO-lar planetdə heç kimə görünmədən gəlib-getmək üçün su yollarından da istifadə edirlər. Bu cisimlərə ÜNO-lar (Üzən naməlum obyektlər) adını veririk. Heç də çoxumuz bunu bilməsə də onlara dair çoxlu raportlar mövcuddur. Əsasən Bermud üçbucağında Bimini bölgəsi, nəməlum üzən cisimlər və əsrarəngiz dənizaltı cisimlərdən gələn işıqların tez-tez müşahidə edildiyi bir bölgədir. Bermud üçbucağında əsrarəngiz hadisələri tədqiq edən zooloq, arxeoloq Dr. Manson Valentine, Bermuddakı ÜNO müşahidələrindən belə bəhs edir: "Bu bölgədə başqa hər hansı bir yerdə rast gəlinən müşahidələr daha çoxdur.
Miqel Munos
Miqel Munos Mosun (isp. Miguel Muñoz Mozún; d. 19 yanvar 1922 – ö. 16 iyul 1990) — keçmiş İspaniya futbolçusu, yarımmüdafiəçisi və baş məşqçisi. O, futbol karyerasının çox hissəsini "Real Madrid" FK-da keçirmiş, daha sonra isə klubun baş məşqçisi olmuşdur. Munosun baş məşqçi olduğu dövrdə "Real Madrid" FK iki dəfə Avropa Kuboku çempionu və doqquz dəfə La Liqa çempionu olmuşdur. Munos İspaniya milli futbol komandasının da baş məşqçisi olmuşdur və İspaniya millisini UEFA Avro 1984-ün çempionu etmişdir.
Uroş Matiç
Uroş Matiç (serb. Уpoш Maтић; 23 may 1990, Şabats[d]) — Serb əsilli Makedoniyalı futbolçu. Səudiyyə Ərəbistanının "Abha" klubunun yarımmüdafiəçisi. Uroşun böyük qardaşı Nemanya məşhur futbolçusudur. == Klub karyerası == Matic "Edinstvo" klubunun yetirməsidir. 2008-ci ildə Uroş Slovakiyanın "Koşize" klubuna keçir. 30 May 2009-cu ildə Slovakiya Çempionatında debüt edir. 26 Noyabr 2010-cu ildə Matiç "Koşize" klubunda ilk qolunu vurur. 2013-cü ilin yayında Uroş Portuqaliyanın "Benfika" klubuna transfer olunur. Portuqaliya klubu ilə 1+5 illik müqavilə bağlayan futbolçu, klubun ikinci komandasının oyunlarında iştirak edir. .
İqnats Kunos
İqnats Kunoş (tam adı: İqnats Lüstiq Kunoş, mac. Ignác Lusztig Kúnos; 22 sentyabr 1860, Haydusamson[d], Haydu-Bihar medyesi[d] – 12 yanvar 1945, Budapeşt) — Macarıstan filoloqu, türkoloqu, linqivisti və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü. Türkdilli xalqların folkloru, etnoqrafiyası və dillərinə, eləcə də macar dilindəki türk ünsürlərinə dair tətqiqatların müəllifidir. Kiçik Asiyaya, Misirə və Balkan ölkələrinə elmi ekspedisiyalarda iştirak etmişdir. Əsas əsərləri Kiçik Asiya türk dialektlərinə həsr olunmuşdur. Həmçinin onun Türk dili dərslikləri də var. == Həyatı == İqnats Kunoş 22 sentyabr 1860-cı ildə Hayduşamşonda yəhudi ailəsində anadan olmuşdur. Debreçen Kollecini bitirdikdən sonra 1879-1882-ci illərdə Budapeşt Universitetində dilçilik üzrə təhsil almışdır. Macarıstan Elmlər Akademiyasının və Budapeşt yəhudi icmasının maliyyə dəstəyi ilə beş il Konstantinopolda türk dili və mədəniyyətini öyrənmişdir. 1890-cı ildə Budapeşt Universitetində Türk filologiyası üzrə professor təyin olunmuşdur.
Enos (dağ)
Enos (yun. Αίνος) — Yunanıstanın Kefaliniya adasında ən yüksək dağ zirvəsi. Hündürlüyü 1627 metrdir. Dağ silsiləsinin çox hissəsi milli park hüquqi statusuna malikdir.
Kanin Nos
Kanin Nos — Rusiyanın Nenets Muxtar Dairəsi ərazisində, Ağ dəniz ilə Barens dənizi arasında yerləşən burun. Sahilləri sıldırımlıdır. burada hündürlük 15-20 m arasında dəyişir. Kanin yarımadasının şimal-qərb nöqtəsini təkil edir. Ərazi tundra bitkiləri ilə örtülüdür. Maralçılıq inkişaf etmişdir. == Mereostansiya və mayak == Burunda 1915-ci ildə Hidrometeoloji stansiya quraşdırılmışdır. Eyni adlı mayakda 1915-ci ildə inşa edilmişdir və bu gündə fəaliyyət göstərir. == İqlim == Orta illik temperatur −0,5° C təkil edir. Ən soyuq ay fevral, ən isti ay isə avqustdur.
Mikulkin Nos
Mikulkin Nos — burun Kanin yarımadasının şərqində yerləşir. Cənubdan isə Çyeşskaya estuarisi ilə yuyulur. Burun yaxınlığında vaxtı ilə eyni adlı qəsəbə yerləşirdi. 1990-cı illərdə qəsəbə tamamilə boşalmışdır.
Məclisi-üns
“Məclisi-üns” (Dostluq məclisi) - 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə "Məclisi-üns" adlı ədəbi məclis görkəmli şuşalı alimlərdən Mirzə Əbdülqasımın mədrəsəsində təşkil edilir. Məşğələləri şair Hacı Abbas Agahın evində keçirilən bu məclisin əvvəllər dörd üzvü var idi. Lakin 1872-ci ildə Xurşidbanu Natəvanın məclisi öz himayəsinə götürməsi onun məşğələlərini daha da canlandırdı; məclis üzvlərinin sayı çoxalıb otuza yaxınlaşdı, şöhrəti Qarabağın hüdudlarını aşıb Azərbaycanın başqa yerlərinə də yayıldı. 1872-ci ildə, "Məclisi-üns" Natəvanın evinə köçəndən sonra Mir Möhsün Nəvvabın təşəbbüsü ilə "Məclisi-fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi məclisi yarandı.
Ryoko Uno
Ryoko Uno (d. 9 noyabr 1975) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 6 oyun keçirib.
Çiyo Uno
Çiyo Uno (yap. 宇野千代; 28 noyabr 1897, Yokoyama[d], Yamaquçi prefekturası – 10 iyun 1996[…], Tokio[d], Yaponiya) – Yaponiya yazıçısı, nəşrçisi və dəb dizayneri. XX əsrin ən tanınmış qadın Yaponiya yazıçılarından biri hesab olunur. 1936-cı ildə qurduğu, Yaponiyanın ilk dəb jurnalı olan "Sutairu" jurnalına görə tanınır. İkinci dünya müharibəsindən sonra Qərb dünyasına ixrac etdiyi kimono dizaynları ilə məşhurlaşıb. "Rəng etirafları" (1935) və "Arvad" (1957) ən məşhur romanlarıdır. == Həyatı == === Müharibədən əvvəl === 28 noyabr 1897-ci ildə Yamaquçi prefekturasının İvakuni (keçmiş Yokoyama) şəhərində doğulub, həyatının böyük hissəsini Hokkaydo və Tokioda keçirib. Uşaqlığında evindəki qadağalara baxmayaraq, jurnal və qəzetlərə böyük marağı olub. 18 yaşında yaxınlıqdakı ibtidai məktəbdə müəllim kimi işləməyə qərar verib. Daha sonra Tokioya köçərək xidməti işlərdə işləməyə başlayıb.
Üns teatrı
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.
Nasist UNO-ları
Elmi fantastika, konspirasiya nəzəriyyələri və yeraltı komikslər, UNO və Nasistləri əlaqələndirən hekayələr və ya iddialar yayılmışdır. Nasist UNO nəzəriyyələrinə görə İkinci Dünya Müharibəsi dövründə və ondan əvvəl qabaqcıl təyyarələrin və ya kosmik gəmilərin inkişaf etdirilməsi üçün uğurlu cəhdlərin edildiyi və bundan əlavə bu nəqliyyat vasitələri müharibədən sonra yaradıcıları ilə birlikdə Antarktida, Cənubi Amerika və ABŞ-dakı gizli yeraltı bazalarda qorunması iddia edilir. Mediya kanonunda UFO nəqliyyat vasitələri üçün bir neçə kod adı və ya alt təsnifatı təyin edilmişdir: Rundflugzeug, Feuerball, Diskus, Haunebu, Hauneburg-Geräte, V7, VRIL, Kugelblitz, Andromeda-Geräte, Flugkreisel, Kugelwaffen, Reichsflugscheiben == Vril == Vril, Nasist Almaniyasının istehsal etdiyi iddia edilən uçan nəlbəki modelidir. Bu şəhər əfsanəsinə görə almanlar İkinci Dünya müharibəsinin əvvəlində, xüsusən dünyada Hitlerin təşviqi ilə; İkinci Dünya Müharibəsində əhəmiyyətli fayda verəcək əhəmiyyətli hadisələri, ixtiraları və kəşfləri araşdırmaq üçün bir qrup topladılar. Komanda, Ararat dağının yaxınlığındakı bir əfsanəni araşdırmaq üçün Türkiyəyə gəldi. Region sakinlərin dediyinə görə, uçan dairə şəklində dolaşan bir obyekt Ararat dağına düşmüşdü. Komanda qazıntı işlərinə başladı və qısa müddətdə uçan dairəni tapdı. Şayiələrə görə, uçan dairə havada dövrə vururdu və istənilən fiziki müdaxiləyə tez reaksiya verirdi. Almaniyaya aparılmış uçan dairənin aparılmış tədqiqatlar nəticəsində alman versiyası istehsal edildi. Vril adlı bu insan istehsalı olan uçan dairə, yüksək sürətlərə çata bilir və daha az yanacaq sərf edirdi.
Suxoy Nos burnu
Suxoy Nos burnu — Şimal adasının cənub-qərbində yerləşir. Burunda bir çox quşlar yuva qurur. Sovet dönəmində burada nüvə sınaqları həyata keçirilmişdir. Bu paliqon Yeni Torpaq arxipelaqında yerləşən iki sınaq meydancasından biri olmuşdur. 1958–1961 illəri arasında sınaqlar davam etmişdir.
Svyatoy Nos burnu
Svyatoy Nos burnu — Şimal Buzlu okeanın Dmitriy Laptev boğazında yerləşir. İnzibati cəhətdən Yakutiya ərazisinə daxildir. Svyatoy Nos burnu Syorryoktyax və Abelyaxaya buxtası arasında yerləşir. Hündürlüyü 28–56 fut təşkil edir. Lyaxovski adalarına gedənlər burada çoxlu sayda xaç quraşdırmışlar. Svyatoy Nos burnu 1648-ci ildə Budlakov tərəfindən aşkarlanmışdır. Sonradan Hedenştorm və Pyotr Anju tərəfindən ziyarət edilmişdir. Sovet dönəmində burada rabitə xətti ilə əlaqəli 11/103 "Kvarc" stansiyası qurulmuşdur.
Svyatoy Nos yarımadası
Svyatoy Nos yarımadası (bur. Хилмэн хушуун, rus. Святой Нос) — Baykal gölü ərazisində yerləşən iri yarımada. İnzibati baxımından Rusiya Federasiyası, Buryatiya Respublikası, Barquzin rayonu ərazisinə daxildir. Əhatə etdiyi su sahəsi ilə birlikdə Zabaykal Milli parkı ərazisinə daxildir. Ərazisində ən iri yaşayış məntəqəsi Kurbulıkdır. Yaşayış məntəqələri əsasən adanın şərqində, Civıykuy körfəzi sahilində yerləşir. Yarımadada yerləşən yaşayış məntəqələri:Uroçişe Qlinka, Katun, Kurbulık, == Coğrafiya == Yarımadanın sahəsi 596 km², uzunluğu 53 km, ən enli hissəsi 20 km-dir. Ən hündür nöqtəsi Markov dağıdır (1878 m). Svyatoy Nos yarımadası ərazisindən su ayrıcı Akademik silsiləsi keçir.
Tehran UNO hadisəsi
1976-cı il Tehran UNO hadisəsi — 19 sentyabr 1976-cı ildə səhər saatlarında İranın paytaxtı Tehranda həm vizual olaraq, həm də radarlar vasitəsilə uçan naməlum obyektin (UNO) görünməsi hadisəsidir. Hadisə obyektin yaxınlığında radioelektron maneələrin müşahidə olunması ilə diqqət çəkir: UNO-lara tərəf uçan iki F-4 Phantom II təyyarəsi ilə əlaqə kəsilmiş, obyektə yaxınlaşdıqda göyərtədəki avadanlıqlar və təyyarələrdən birinin silah sistemləri müvəqqəti olaraq sıradan çıxmışdı. ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Ağ Evə, ABŞ Dövlət Katibinə, Qərargah Rəislərinin Birləşmiş Komitəsinə, Milli Təhlükəsizlik Agentliyinə və Mərkəzi Kəşfiyyat İdarəsinə təqdim etdiyi dörd səhifəlik hesabatında geniş şəkildə işıqlandırılan hadisə, tarixdə hərbçilərlə əlaqəli ən yaxşı sənədləşdirilmiş anomal hadisələrindən biridir. == Hadisə == 19 sentyabr 1976-cı il tarixdə, yerli vaxtla təxminən 00:30-da, İran Hərbi Hava Qüvvələrinin Tehran komandanlığına Şemiranat şəhristanı sakinlərindən gecə səmasında qeyri-adi aktivlik barədə dörd telefon zəngi gəldi. Zəng edənlərin bəziləri quşa bənzər bir cisimdən, bəziləri parlaq işıqlı bir helikopterdən bəhs edirdilər. Havada helikopter olmadığı məlum olduqda, şəhristanın hava qüvvələrinin komandiri general Yusifi ilə əlaqə yaradıldı. General əvvəlcə müşahidə olunan parıltının normal ulduz işığı olduğunu düşünürdü, lakin Mehrabad beynəlxalq hava limanının dispetçer xidməti ilə məsləhətləşəndən və yerdən görünən ulduzlardan ölçücə daha böyük bir parlaq cismi şəxsən müşahidə etdikdən sonra hərbi-hava qüvvələrinin Tehrandan 282 km qərbdə yerləşən Həmədandakı Şahruxi hərbi bazasından bir ədəd F-4 Phantom II önləmə təyyarəsini qaldırmağa qərar verdi. Saat 01:30-da kapitan Məhəmməd Rza Əzizxaninin idarə etdiyi F-4 havaya qalxdı və Tehranın 64 kilometr şimalındakı bir nöqtəyə doğru irəlilədi. Obyekt o qədər parlaq idi ki, 112 kilometr uzaqdan görünürdü. Təyyarə obyektə təxminən 40 kilometr yaxınlaşdıqda, onun bütün avadanlıqları söndü və rabitə kəsildi, bu da Əzizxanini istiqamətini dəyişməyə və yenidən bazaya qayıtmağa məcbur etdi.
Üns Yaradıcılıq Səhnəsi
"Üns Yaradıcılıq Səhnəsi" teatrı 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.
İino UNO Muzeyi
İino UNO Muzeyi (福島市飯野UFOふれあい館, Fukuşima İino UFO Fureaykan) – Yaponiyanın Fukuşima prefekturasının İino qəsəbəsində yerləşən muzey. Uçan naməlum obyektlərə və yadplanetlilərə həsr olunmuşdur. == Tarixi == Muzeyin yerləşdiyi İino qəsəbəsi Yaponiyada "UNO-ların evi" kimi tanınır və qəsəbənin gəlir mənbələrindən biri UNO turizmidir. Belə ki, burada tez-tez UNO müşahidələri qeydə alınmışdır və iddialara görə qəsəbə ətrafında yerləşən bir çox qayalıq yadplanetlilər tərəfindən qoyulmuşdur. Muzeyin yanında yerləşən Senqanmori dağının əslində yadplanetlilər tərəfindən tikilmiş piramida olduğu, dağdan baza kimi istifadə olunduğu iddia olunur. Qəsəbənin UNO-larla olan əlaqəsini işıqlandırmaq üçün hökumətin dəstəyi ilə 1992-ci ildə İino UNO Muzeyi açılmışdır. Muzeyin indiki direktoru Toşio Kannodur. == Xüsusiyyətlər == Muzey binası uçan boşqab formasındadır. Muzeydə UNO-lar və digər müəmmalara aid 935 CİA sənədi nümayiş etdirilir və sərgilər keçirilir. Muzeyin məqsədi UNO-ların fotolarını və videolarını toplamaq, UNO-lar haqqında tədqiqat işləri aparmaqdır.
Azərbaycanda UNO görülməsi halları
Azərbaycanda UNO müşahidə halları — bu Azərbaycanda UNO görülməsi hallarının tamamlanmamış siyahısıdır. == 1952 == Xəzər əjdahası Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazasıdır. == 2014 == Qax rayonunun Fıstıqlı kəndi sakinləri ışıq kütləsini və onun sonradan böyüyərək şaxələnməsini müşahidə ediblər.
İstanbul Beynəlxalq UNO muzeyi
İstanbul Beynəlxalq UNO muzeyi (İstanbul Uluslararası UFO Müzesi) Türkiyədə ilk olan Dünyadakı 4 UNO muzeyindən biridir. Muzey Sirius UNO Kosmos Elmləri Araşdırma Mərkəzi və onun prezidenti Türk araşdırmaçı ufoloq Haktan Akdoğan tərəfindən 18 Yanvar 2001-ci ildə qurulub.2005-ci ildə muzeyin Kapadokya və Denizli şöbələri açılmışdır. Muzey Türkiyənin İstanbul şəhərində Beyoğlu küçəsində yerləşir.
Azərbaycanda UNO müşahidə halları
Azərbaycanda UNO müşahidə halları — bu Azərbaycanda UNO görülməsi hallarının tamamlanmamış siyahısıdır. == 1952 == Xəzər əjdahası Bakının Suraxanı rayonunda olması ehtimal olunan UNO bazasıdır. == 2014 == Qax rayonunun Fıstıqlı kəndi sakinləri ışıq kütləsini və onun sonradan böyüyərək şaxələnməsini müşahidə ediblər.
Anas
Çay ördəyi (lat. Anas) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Anod
[[İmage:Zinc anode.png|thumb|Sink anodu]] Anod (yunanca ἄνοδος — yuxarıya hərəkət) cərəyan mənbəyinin müsbət qütbü və ya qurğunun elektrodu olub, cərəyan şəbəkəsinin müsbət qütbünə birləşdirilir. İş zamanı anodun potensialı katoda nisbətən müsbət olur. Elektroliz prosesində də anod müsbət mənbə olur və onun üzərində oksigenləşmə baş verir. Bu anlayış fizika elminə Maykl Faradey tərəfindən daxil edilmişdir.
Anons
Anons – mətbuat, tele-radio kompaniyalar bizim üçün hazırladıqları əsas və maraqlı hadisələrin elanıdır. "İzləyin", "Bu günkü efirdə dinləyin", "Növbəti sayda oxuyacaqsınız" — bunlar anonsun müxtəlif formalarıdır. Anons Jurnallar gələcək sayda gedəcək ən maraqlı xəbərlərin xülasəsinə yer ayıra bilər. Qəzetlər də, heç də onlardan geri qalmır. Bir qayda olaraq anonslar qısa şəkildə verilir: tele-radiolarda anonslar təxminən 30 saniyə çəkir. Qısa bir vaxt ərzində böyük bacarıq və istedad tələb olunur ki, bizləri anonslarda gedən verilişlərə baxmağa inandıra bilsinlər.
Anus
Anal dəlik və ya anus (Lat. Anus; Mənası: "Halqa", "çevrə" [1]) həzm sisteminin sonunda yer alan və defekasiya prosesini yerinə yetirən dəlik. Əsas vəzifəsi defekasiya olan anal dəliyin açılması və qapanmasını daxili və xarici büzüşmüş əzələlər (sfinkter) nəzarət edir. Daxili anal sfinkter iradi, xarici anal sfinkter isə qeyri-iradi şəkildə hərəkət edir. Anus, qadınlarda uşaqlıq yolunun, kişilərdə isə testis kisəsinin arxasında yer alır.
BIOS
BIOS (Basic Input/Output System – giriş /çıxış baza sistemi) — əməliyyat sistemindən asılı olmayan, proqramlaşdırılan daimi yaddaş qurğusuna (və ya fleş-yaddaşa) yazılan, eləcə də ekran, klaviatura və s. periferiya qurğuları ilə əməliyyatları nizamlayan proqram. Kompüter qoşularkən BİOS ilkin testləri yerinə yetirir və çox böyük inteqral sxemləri inisiallaşdırır və ya başqa cür desək proqram olub sabit yaddaş qurğusunda saxlanılır və fərdi kompüterin resurslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır. Fərdi kompüterin daimi yaddaşında kompüter avadanlıqlarının işini yoxlayan (məlumatı ekrana çıxarmaqla), əməliyyat sisteminin yüklənməsini təmin edən proqramlar toplusu yerləşir. Həmin proqramlar toplusunun çox hissəsi müəyyən dərəcədə kompüterdə daxiletmə-xaricetmə əməliyyatlarını yerinə yetirir. Belə proqramları BIOS adlandırırlar. BIOS ayrıca mikrosxem şəklində düzəldilir. == Funksiyası == Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir. Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial ATA, SCSI göstərmək olar.
Banos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
Buros
Buros (Borås) — İsveçin cənub qərbində şəhər. == Əhalisi == Əhalisi 66,3 min (2010) nəfərdir. == Coğrafiyası == Katteqat boğazının 70 km-liyində, Viskan çayı sahilində, Höteborqdan şərqdədir. Nəqliyyat qovşağı. Beynəlxalq aeroport. == Tarixi == 1621-ci ildə salınmışdır. Qəsr (15 əsr), kilsə (1699), Ratuşa (1909–1910, memarlar İ. Tenqbum və E. Torulf) saxlanılmışdır. == Memarlığı == Universitet (1977), Ali memarlıq məktəbi fəaliyyət göstərir. Rəssamlıq, müasir incəsənət, toxuculuq (2000) muzeyləri, açıq səma altında etnoqrafiya muzeyi, yanğınsöndürmə işi muzeyi; şəhər teatrı (1964); zoopark var. Xidmət sferası (o cümlədən internet-ticarət) inkişaf etmişdir.
CMOS
CMOS (ing. Complementary metal–oxide–semiconductor—metal oksid yarımkeçirici) CMOS ana plata üzərində yerləşir . Bu elektron sxemin funksiyası kompüterin konfiqrasiyasını , vaxtı və tarixi yadda saxlamaqdır . CMOS özündə(xüsusi batareyada ) elektrik enerjisi saxlayaraq kompüter sönülü olanda da fəaliyyətdə olur . Bunun nəticəsində uzun müddət kompüterdən istifadə etməsək belə , tarix , saat və ümumi konfiqrasiyayadda saxlanılır . CMOS daimi yaddaşdır , yəni enerji olmadıqda belə , orada saxlanılan informasiya itmir . Lakin kompüter sönülü olan zaman vaxtın hesablanması , kalendarın nizamlanması kimi əməliyyatlar üçün enerjiyə ehtiyac duyulur ki , CMOS-un batareyası da bunun üçün nəzərdə tutulub.
Cuno
Cuno (Alyaska)
Donos
Donos — cinayət haqqında dövlət səlahiyyətlilərinə ismarış. Müasir istifadəsində bu, qanuni olaraq cəzalandırılan, lakin müəyyən bir şəxsin baxış bucağından cinayət sayılmayan və ya xırda xarakter daşıyan hərəkətlər haqqında dövlət səlahiyyətlilərinə ismarışdır. Sözün müasir mənası sırf neqativdir, çünki hüquqi istifadədə yalnız "yalan olduğu bilinən" sifəti ilə işlənir. Monteskyö bildirir ki, bu söz cəmiyyətin mənafeyi ilə hakimiyyətin maraqları arasındakı uçurumu, qanunların xalqı korladığı zaman ikinci növ hakimiyyətin azğınlığını göstərir. Karl Marks bu mahiyyəti belə izah edirdi ki, xalq cəzanı görür, lakin cinayəti görmür və məhz cinayət olmayan yerdə cəzanı gördüyü üçün cəza olan yerdə cinayəti görməkdən əl çəkir. == İstinadlar == == Əlavə ədəbiyyat == Борис Бурда «Доносы: факты, страны, века» С. Васильев. О функциях «соков» в связи с проблемой древнерусских «ябетников» и «ябедничеством» Судебника 1497 г. Архивная копия от 10 декабря 2007 на Wayback Machine // Исследования по истории средневековой Руси. М.; СПб. 2006, с.