İqnats Kunoş (tam adı: İqnats Lüstiq Kunoş, mac. Ignác Lusztig Kúnos; 22 sentyabr 1860[1], Haydusamson[d], Haydu-Bihar medyesi[d] – 12 yanvar 1945[1], Budapeşt) — Macarıstan filoloqu, türkoloqu, linqivisti və Macarıstan Elmlər Akademiyasının müxbir üzvü.
İqnats Kunoş | |
---|---|
mac. Ignác Lusztig Kúnos | |
Doğum tarixi | 22 sentyabr 1860[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 12 yanvar 1945[1] (84 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili |
|
Fəaliyyəti | dilçi, universitet müəllimi[d] |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Türkdilli xalqların folkloru, etnoqrafiyası və dillərinə, eləcə də macar dilindəki türk ünsürlərinə dair tətqiqatların müəllifidir. Kiçik Asiyaya, Misirə və Balkan ölkələrinə elmi ekspedisiyalarda iştirak etmişdir. Əsas əsərləri Kiçik Asiya türk dialektlərinə həsr olunmuşdur. Həmçinin onun Türk dili dərslikləri də var.[2]
İqnats Kunoş 22 sentyabr 1860-cı ildə Hayduşamşonda yəhudi ailəsində anadan olmuşdur.[3] Debreçen Kollecini bitirdikdən sonra 1879-1882-ci illərdə Budapeşt Universitetində dilçilik üzrə təhsil almışdır. Macarıstan Elmlər Akademiyasının və Budapeşt yəhudi icmasının maliyyə dəstəyi ilə beş il Konstantinopolda türk dili və mədəniyyətini öyrənmişdir. 1890-cı ildə Budapeşt Universitetində Türk filologiyası üzrə professor təyin olunmuşdur. 1899-1919-cu illərdə Budapeştdə yeni təşkil edilən Şərq Ticarət Kollecinin direktoru olmuşdur. 1919-1922-ci illərdə Budapeşt İqtisadiyyat Universitetinə birləşdirilmiş Şərq İnstitutunda eyni vəzifəni icra etmiş, 1922-ci ildən isə universitetdə türk dilini tədris etmişdir.
12 yanvar[4] 1945-ci ildə Budapeşt əməliyyatı zamanı aldığı yara nəticəsində vəfat etmişdir.
Elmi fəaliyyətinin ilk illərində əsasən Macar dilinin, eləcə də Mordov dillərinin dialektologiyasını, fonoloji və morfoloji məsələlərini araşdırmışdır. Armin Vamberinin şagirdi olmaqla, onun maraqları türk dilinə və filologiyasına istiqamətləndi. 1885-1890-cı illərdə Konstantinopolda qaldığı müddətdə Rumeliyə, Anadoluya, Suriyaya, Fələstinə və Misirə səfər etmişdir. Səfər zamanı türk və digər yerli xalqların türk dialektlərinin, etnoqrafiyasının, folklor şeirinin və xalqın adət-ənənələrinin xüsusiyyətlərini müşahidə etmiş və araşdırmışdır. Ən önəmlisi isə, onun macarca və digər bir çox Avropa dillərində dərc olunan əhəmiyyətli miqdarda xalq nağılları və lətifələri toplaması idi.
Elmi nəticələrinin tanınması ilə Macarıstan Elmlər Akademiyasının müxbir üzvü seçilmiş, eyni zamanda Mərkəzi və Şərqi Asiya Araşdırmaları üzrə Beynəlxalq Cəmiyyətin vitse-prezidenti olmuşdur.