Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siqaret
Siqaret (fr. cigarette – kiçik siqar) — içərisində xırdalanmış tütün olan kağız silindr. Siqaretlərin əksəriyyəti eyni ölçüdə — uzunluğu 84 mm, diametri 7–8 mm olmaqla hazırlanır və ziyanverici qatranı tutmaq üçün xüsusi filtrə malik olur. Hər biri 20 ədəd olmaqla kiçik qutularda buraxılır. 10–25 və s. sayda xüsusi siqaretlər qutusu da ola bilər. Siqaret kağızının əksəriyyəti kətandan hazırlanır. Onun tərkibinin 20–30%-ni ağardıcı effekt verən kalsium-karbonat təşkil edir. == Tarixi == İlk dəfə siqaretin oxşarı Amerika hinduları tərəfindən düzəldilib. Siqaret Avropada Krım müharibəsindən (1853–1856) sonra yayılmağa başlayıb.
Sığorta
Sığorta (ing. Insurance) – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir. Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir. Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur.
Şaqarda
Şaqarda — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonu ərazisində kənd. == Tarixi == Azərbaycan dilində s~ş səs əvəzlənməsinin qanunauyğun hal olduğunu nəzərə alıb qeyd edə bilərik ki, Şaqarda toponiminin birinci komponenti şaq, saq etnonimini əks etdirir. Saq etnonimi ilə bağlı ilk məlumata Strabonun "Coğrafiya" əsərində rast gəlinir. Saq etnonimi türk tayfasıdır. == Toponimi == Deməli, toponim saq türk etnonimi ilə türk dilində "dağbeli", "arxa tərəf, yayla, dağ, dağ keçidi", "təpə" mənasında işlənən art sözünün birləşməsindən əmələ gəlib "dağ keçidində, yaylada, dağda sakların yaşadığı yer" mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. XIX əsrin ikinci yarısında əhalisi qarışıq kənd idi. Kənd ermənicə Tsarqanist adlandırılmışdır. Əsli Şakartı.
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
Siqar
Puro və ya siqar — Silindrik formada yuvarlanan tütün yarpaqlarından ibarət tütün məmulatıdır. Ortada tütün hissəcikləri olan "tutucu" yarpağı və ətrafına spiral şəklində bükülmüş "sarğı" yarpağı var. Puronun ən bahalı hissəsi olan sarğı yarpağı; güclü, çevik və ipək kimi quruluşa malik olmalı, nizamlı yanmağı təmin etmək üçün xoş ətirli və yanar xüsusiyyətə malik olmalıdır. Qısa puro da adətən "siqarillo" termini ilə tanınır. Daha çox Kuba və Dominikan Respublikası kimi ölkələrdə yetişdirilir.
Atəşgah sığorta
Atəşgah sığorta (tam adı:"Atəşgah" Sığorta Şirkəti Qapalı Səhmdar Cəmiyyəti) — Azərbaycanın sığorta və biznes bazarında fəaliyyət göstərən şirkətlərdən biri. 1996-cı ildə yaradılıb.
Ekoloji sığorta
Ekoloji sığorta sisteminin əsas göstəriciləri: sığorta riski, sığorta ödənişinin həcmi, sığorta haqqı, sığorta tarifləri və s. Son illərdə sığortanın yeni növü- ekoloji sığorta növü yaranmışdır. Belə sığorta ətraf mühitə, insanların sağlamlığına ziyan vuranların məsuliyyətini artırmağa xidmət edir. Müxtəlif müəssisələrin istehsal fəaliyyəti nəinki ətraf mühitə, eləcə də insan sağlamlığına ziyan vurur. Hazırda zərərli tullantıların atmosferə, su hövzələrinə və s. yerlərə atılması ilə üzləşmək olar. Bunun səbəbi müxtəlif ola bilər. məsələn, hal –hazırda istehsalatda tətbiq olunan texnoloji proseslərin əksəriyyəti köhnəlmiş və ağlasığmaz dərəcədə ətraf mühitə zərərli tullantılar buraxır. Bunlara misal olaraq neft sənayesini və kimya zavodlarını yada salmaq kifayətdir. Məlumdur ki, hazırda ekoloji baxımdan təmiz texnologiya, yeni təmizləyici qurğular işlənib hazırlanır, əhalisi sıx olan yaşayış məntəqələrindən zərərli məhsul istehsal edən müəssisələrin şəhərətrafı ərazilərə köçürülməsi və s.
Elektron siqaret
Elektron siqaret — tütün məhsulları ilə mübarizə yollarından biri.[mənbə göstərin] Elektron siqaretin xüsusi hazırlanmış tüstüsü var. Bu tüstü siqaret çəkən zaman elektron siqaretdən havadan ibarətdir. Onun tüstü vermə effekti öz xüsusiyyətlərinə görə seçilir. Belə ki, elektron siqaretdə yanma prosesi olmur və bu səbəbdən ziyanverici qazlar buraxmır. Həmçinin, onun tərkibində tənbəki yoxdur. Buna baxmayaraq bəzi ölkələrdə elektron siqaretlər də adi siqaretlərlə eyni tutularaq, onların çəkilməsi də qadağan edilmişdir. == Mədəniyyətdə == Turist filmində baş personaj (Conni Depp) elektron siqaret çəkir, amma sonra normal siqaretlərə keçməyə qərar verir. == Mənbə == Siqaretə yox deyirik!!!
Parlament (siqaret)
Parlament — Philip Morris tərəfindən satılan siqaret markasıdır. Ən yüksək bazar payına malik ölkələr Səudiyyə Ərəbistanı, Yaponiya, Argentina, İsrail, Qazaxıstan, Türkiyə, Rusiya, Monteneqro, Ukrayna və ABŞ-dır. 1931-ci ildə yaradılmışdır.
Qarant Sığorta
Rəvan Sığorta
Sığorta bazarı
Sığorta bazarı — sığorta xidmətlərinin təklif olunduğu maliyyə bazarının bir hissəsi. Bu bazarda sığorta xidmətləri sığorta şirkətləri tərəfindən təklif olunur. Sığorta xidmətləri bazarı üçün vacib olan sığorta fəaliyyətinin dövlət tənzimlənməsidir ki, bu da icbari lisenziyalaşdırmanı, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə nəzarəti nəzərdə tutur. Sığorta bazarının təşkilinin ən mühüm prinsiplərindən biri sığorta şirkətlərinin ədalətli rəqabətinin təmin edilməsidir. Rusiya Federasiyasında sığorta xidmətləri bazarında ədalətli rəqabət meyarlarını müəyyən edən "Rəqabətin qorunması haqqında" xüsusi qanun mövcuddur. Azərbaycan müstəqillik illərindən sonra, yerli sığorta bazarı formalaşmağa başladığı vaxtdan etibarən, cəmi 2 xarici kapitalla işləyən sığorta şirkəti daha uzun dövrdə bazarda fəaliyyət göstərmişdir. Onlardan biri 90-cı illərin sonunda Azərbaycan-Türkiyə müştərək müəssisəsi olaraq yaradılmışdır (Başak-İnam Sığorta Şirkəti) və sonradan bu şirkət müstəqil yerli şirkət kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə maliyyə vəziyyətinə əsaslanaraq, sığorta requlyatoru tərəfindən şirkətin lisenziyası ləğv edilmişdir. Xarici şirkət olaraq, yerli bazarda 2-ci ən uzun müddət fəaliyyət göstərən şirkət isə "AXA MBASK" şirkəti olmuşdur ki, bu da Fransaya məxsus qlobal "AXA" şirkətinin törəmə müəssisəsi olmuşdur. Bu şirkət ilk olaraq, yerli "MBASK" şirkətinin səhmlərinin 51%-ni alaraq fəaliyyətə başlamış, sonrakı illərdə şirkətin səhmləri 100% qlobal "AXA" şirkətinə satılmışdır.
Sığorta daxılı
Sığorta daxılı – hər hansı eyni sığorta növünü aparan sığortaçıların həmin sığorta növü üzrə maliyyə sabitliyinin təmin edilməsi məqsədi ilə sığorta müqavilələri üzrə iştirakçılarının birgə öhdəliyini nəzərdə tutan hüquqi şəxs olmayan birliyi
Sığorta müqaviləsi
Sığorta müqaviləsi (alm. Rückversicherungsvertrag‎) — müqavilə və protokol Pavel Şuvalov və Otto fon Bismark tərəfindən 1887, iyunun 18-də imzalanmışdı. == Tarixi == Məlum Olduğu Kimi, Bismarkın başlıca məqsədlərindən biri Rusiya ilə ikitərəfli müqavilə imzalamaq, gələcəkdə Almaniya və Fransa arasında olacaq müharibədə Rusiyanın bitərəfliyinə nail olmaq idi. Lakin onun bir neçə dəfə bu istiqamətdə etdiyi təşəbbüslər uğur qazanmamışdı. 3 imperator ittifaqının müddətinin qurtarmasından istifadə edərək Bismark bu istiqamətdə yeni təşəbbüslə çıxış etdi. Çar 1887, apreldə danışıqlara razılıq verdi. Berlində Bismarkla Pavel Şuvalov arasında bağlanılacaq müqavilənin layihəsini Bismarka verdi. Layihənin birinci maddəsi qızğın müharibəyə səbəb oldu. Bu maddədə göstərilirdi ki, razılığa gəlmiş yüksək tərəflərdən biri III bir böyük dövlətlə müharibə vəziyyətində olarsa, digər təfər ona qarşı xeyirxah bitərəflik saxlayır. Bismark hər vasitə ilə çalışırdı ki, bu Avstriyaya yox, təkcə Fransaya aid edilisin.
Tibbi sığorta
Tibbi sığorta — sığorta siyasətində və ya qanunda göstərilən tibbi xidmətlərin hamısını və ya bir hissəsini ödəmək üçün ümumi bir fonda ödənilən töhfələr və ya vergilər hesabına tibbi xərclərin maliyyələşdirilməsi sistemidir. Tibbi sığortası gündəlik sağlamlıq müayinələri, mütəxəssis müraciətləri, stasionar və ambulator cərrahiyyə, xəstəlik və ya xəsarət kimi gözlənilməz hadisələr və dərman resept ilə əlaqəli, lakin bununla məhdudlaşmayan sağlamlıq xərclərini əvəz edir. Tibbi sığorta siyasəti fərdi şəxs tərəfindən ödənilən, Sosial Təminat vasitəsilə bir xidmət olaraq təqdim edilən və ya bir şirkət tərəfindən işçi müavinət paketinin bir hissəsi olaraq ticari olaraq təsnif edilir. Tibbi sığortanın bəzi növləri xəstəliyə (yəni, əlillik məzuniyyətinə) və ya valideyn məzuniyyətinə görə itirilmiş iş vaxtı üçün gəlir müavinətlərini də əhatə edə bilər. "Sığortalı" tibbi sığorta siyasətinin sahibi və ya tibbi sığortası olan şəxsdir. Tibbi sığortanın növündən asılı olaraq ya sığortalı xərcləri cibdən ödəyir və kompensasiya alır, ya da sığortaçı birbaşa provayderə ödəniş edir. Amerika Birləşmiş Ştatları kimi universal səhiyyə əhatəsi olmayan ölkələrdə tibbi sığorta ümumiyyətlə işəgötürənlərin müavinət paketlərinə daxil edilir. Amerikanın Tibbi Sığorta Assosiasiyasına görə, tibbi sığorta "xəstəlik və ya yaralanma nəticəsində verilən müavinətlərin ödənilməsini təmin edən əhatəetmə kimi təyin olunur. Buraya qəza, tibbi xərclər, əlillik və ya təsadüfən ölüm və s. sığorta daxildir" Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.
Şahin Sinaria
Şahin Sinaria - yazıçı, tərcüməçi. == Həyatı == Şahin Ərşad oğlu Əliyev 1965-ci ildə Laçın rayonunda anadan olub. Bakıda Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakultəsini bitirib, sonra isə Tiflis Kino Akademiyasını bitirib. 1990-cı ildə Sankt-Peterburqa "Lenfilm"də işləməyə dəvət alıb və bir film çəkibdir, lakin filmin nümayişinə icazə verilməyərək qadağa qoyulub. 1995-ci ildən Fransada yaşayan Şahin Sinarianın fransız dilində bir neçə kitabı dərc olunub. 10-dək əsəri teatrlarda səhnələşdirilib. 2005-ci ildə pyeslərinə görə Avropa ssenaristləri müsabiqəsinin qalibi olub. Azərbaycan yazıçılarından Cəlil Məmmədquluzadənin, Elçin Əfəndiyevin, Ramiz Rövşənnin, Rəşad Məcidin kitablarını fransız dilinə tərcümə etmiş. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin, Mehriban Zəkinin gecələrini təşkil etmiş, Fransada Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun, ədəbiyyatının təbliğində çox böyük işlər görmüşdür. Şahin Sinaria aktyor kimi fəaliyyət göstərməsə də öz əsərlərini bir çox teatrlarda səhnələşdirmişdir.
Sığorta şirkəti
Sığorta şirkəti — sığorta fondunun tarixən müəyyən edilmiş sosial fəaliyyət forması, sığorta müqavilələrinin bağlanmasını və onların saxlanmasını həyata keçirən ayrıca strukturdur. Sığorta şirkətlərinin fəaliyyət sahəsi kommersiya sığortasıdır, sığortanı həyata keçirmək üçün sığorta şirkətinə dövlət sığorta nəzarəti orqanından lisenziya lazımdır. == Dünyanın ən böyük sığorta şirkətləri == Sığorta İnformasiya İnstitutunun məlumatına görə, aşağıdakı sığorta şirkətləri 2013-cü ildə mükafatların toplanması baxımından dünyanın ən böyük şirkətləri olub: == Qarşılıqlı sığorta == Sığorta şirkətləri adətən qarşılıqlı və ya özəl şirkətlər kimi təsnif edilir. Qarşılıqlı şirkətlər sığortalılara, səhmdarlar isə (polislərə sahib ola və ya olmaya bilər) özəl sığorta şirkətlərinə məxsusdur. Qarşılıqlı sığortaçıların səhmdar cəmiyyətləri yaratmaq üçün demutuallaşdırılması, eləcə də qarşılıqlı holdinq şirkəti kimi tanınan hibridin formalaşması XX əsrin sonlarında ABŞ kimi bəzi ölkələrdə adi hala çevrilib. Bununla belə, bütün dövlətlər qarşılıqlı holdinq şirkətlərinə icazə vermir. == Təkrar sığorta şirkətləri == Təkrarsığorta şirkətləri digər sığorta şirkətlərinə sığorta polisləri təqdim edən sığorta şirkətləridir ki, bu da onlara öz risklərini azaltmağa və əhəmiyyətli itkilərdən qorunmağa imkan verir. Təkrarsığorta bazarında böyük ehtiyatlara malik bir neçə iri şirkət üstünlük təşkil edir. Təkrarsığortaçı həmçinin sığorta risklərinin birbaşa təkrarsığortaçısı ola bilər. == Keptiv sığorta şirkətləri == Keptiv sığorta şirkətləri, əsas qrup və ya qrupların yaratdığı riskləri maliyyələşdirmək üçün xüsusi məqsədlə yaradılmış məhdud təyinatlı sığorta şirkətləri kimi müəyyən edilə bilər.
Azərbaycanda sığorta
1917-ci il inqilabına qədər Rusiya imperiyasının tərkibində olan Azərbaycanda bir çox dövlətlərin – Rusiya, Almaniya, İngiltərə və başqa dövlətlərin sığorta cəmiyyətləri var idi. 1918-ci ilin 28 may tarixində Şərqdə ilk olaraq Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin 1920-ci il 29 aprelində XI Qırmızı Rus Bolşevik Ordusu tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti işğal olundu. Demokratik Respublika devrildi. Azərbaycan Sovet Sosialist Respublikası Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası tərkibində elan olundu və SSRİ-nin tərkibinə 1920-ci ildə daxil edildi. Dövlət sektorunda müəssisələrin maliyyə və əmlakının mühafizəsi məqsədilə 1921-ci ildə Moskvada SSRİ-i Maliyyə Xalq komisarları tərkibində Dövlət Sığorta İdarə edilməsi yaradilmışdır. Dövlət Sığorta sisteminin yaradilması böyük şəbəkə filiallarının və bütün SSRİ ərazisində nümayəndəliklər qurulması nəzərdə tutuldu. 1921-ci il 21 oktyabrda Azərbaycan Sovet Sosialist Respublikasında yerli Dövlət Sığorta İdarəsi yaradıldı. Bütün SSRİ Dövlət Sığorta İdarələri böyük şəhərlərdə və respublikanın rayonlarında, regionlarda, vilayətlərdə geniş filiallar şəbəkəsinə malik oldular. Azərbaycan SSR-ın Dövlət Sığorta İdarəsi Bakı şəhəri üzrə 11 filiala, şəhər və rayonlarında isə 80 filialdan ibarət təşkil edilmişdir.
Nyuport (siqaret)
Nyuport — hazırda R. J. Reynolds Tobacco Company şirkətinə məxsus olan və istehsal olunan Amerikan mentollu siqaret markası. Brend adı əvvəlcə Rhode İsland, Nyuport limanı üçün seçilib. Dünyanın ən çox satılan mentollu siqaret markasıdır.
Camel (siqaret)
Camel (Kemel) — hazırda ABŞ-də RJ Reynolds Tobacco Company və ABŞ-dan kənarda Japan Tobacco şirkətlərinə məxsus və istehsal olunan Amerika siqaret markasıdır Kemel siqaretlərində ən çox türk tütünü və Virciniya tütünün qarışığı istifadə olunur. Uinston-Salem, Şimali Karolina, RJ Reynolds şirkətinin qurulduğu şəhər, brendin populyarlığına görə "Camel City" ləqəbini alır.
Kent (siqaret)
Kent — Amerika siqaret markası. Hazırda ABŞ-də "R. J. Reynolds Tobacco Company" və başqa yerlərdə "British American Tobacco" tərəfindən istehsal olunur. Brend "Lorillard Tobacco Company"nin keçmiş icraçı direktoru Herbert Kentin adını daşıyır. == Məhsullar == === Azərbaycan === Kent 1 Kent 4 (nazik) Kent 4 (qalın) Kent 8 Kent Mentol Kent Kristal – satışı dayandırılıb.
Sığorta siyasəti
Sığorta siyasəti və ya sığorta polisi (ing. insurance policy, fr. police, it. polizza — çek, qəbz) — bir qayda olaraq sığorta şirkəti (sığortaçı) tərəfindən sığortalıya (sığorta olunana) verilən sığorta müqaviləsinin bağlanmasını təsdiq edən şəxsi sənəd. Sığorta polisində həmçinin sığorta münasibətlərinin subyektləri və sığorta müqaviləsinin əsas şərtləri, məsələn, sığortanın növü, obyekti, başlanğıcı və sonu, sığorta məbləğinin məbləği, sığorta müqaviləsi haqqında sığortalı, sığortaçı və digər şərtlər. Polis müqavilə bağlandıqdan və sığorta haqqı ödənildikdən sonra sığortalıya verilir. Siyasətdə həmçinin mövcud sığorta qaydalarına istinad olmalıdır. Sığorta siyasəti qiymətli kağızlara şamil edilmir. Dəniz sığortası polislərində memorandum sığortaçının heç bir riski öz üzərinə götürmədiyi təhlükələrin hesablanmasıdır. Sığorta polisində adətən aşağıdakılar olmalıdır: Sənədin adı; sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri; sığortalının tam adı və ya soyadı, adı, atasının adı və ünvanı; sığorta obyektinin göstərilməsi; sığorta məbləğinin məbləği; sığorta riskinin göstəricisi; sığorta haqqının (bağışlarının) məbləği, onun ödənilməsi şərtləri və qaydası; sığorta müqaviləsinin qüvvədə olma müddəti, sığorta müqaviləsinin dəyişdirilməsi və ləğv edilməsi qaydası; tərəflərin razılığı ilə digər şərtlər, o cümlədən sığorta qaydalarına əlavələr və ya istisnalar; tərəflərin imzaları.
Yava (siqaret)
Yava — hazırda British American Tobacco-nun törəmə şirkəti olan BAT Russia-ya məxsus və istehsal olunan Rusiya siqaret markası. Yava brendi 1966-cı ildə yaradılıb və Sovet İttifaqında siqaret filtrləri istehsal edən ilk şirkət olub.
Siarak (Urmiya)
Siarak (fars. سيارك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (8 ailə).
Silark boğazı
Silark boğazı (ing. Sealark Channel) - Solomon adaları qurupuna daxil olan Quadakanal adası ilə Florida adalarını bir-birindən ayırır. Burada Tayvu burnu yerləşir. Üstəlik adalar arasında kiçik mərcan adaları vardır ki, onların sayəsində üç boğaz əmələ gəlir. Misal: Nqqela boğazı ,Silark və Lenqo boğazı. Bu boğazlar özləridə İndispenseybl boğazı və Ayron-Botton boğazını birləşdirirlər. Boğazın eni 2,7 km təşkil edir. Bu üç boğaz İkinci Dünya müharibəsinə qədər Silark boğazı adlanırdı.