Maliyyə |
---|
Maliyyə sistemi |
Sığorta bazarı — sığorta xidmətlərinin təklif olunduğu maliyyə bazarının bir hissəsi[1].
Bu bazarda sığorta xidmətləri sığorta şirkətləri tərəfindən təklif olunur. Sığorta xidmətləri bazarı üçün vacib olan sığorta fəaliyyətinin dövlət tənzimlənməsidir ki, bu da icbari lisenziyalaşdırmanı, sığorta şirkətlərinin maliyyə sabitliyinin təmin edilməsinə nəzarəti nəzərdə tutur[2].
Sığorta bazarının təşkilinin ən mühüm prinsiplərindən biri sığorta şirkətlərinin ədalətli rəqabətinin təmin edilməsidir. Rusiya Federasiyasında sığorta xidmətləri bazarında ədalətli rəqabət meyarlarını müəyyən edən "Rəqabətin qorunması haqqında" xüsusi qanun mövcuddur[3][4].
Azərbaycan müstəqillik illərindən sonra, yerli sığorta bazarı formalaşmağa başladığı vaxtdan etibarən, cəmi 2 xarici kapitalla işləyən sığorta şirkəti daha uzun dövrdə bazarda fəaliyyət göstərmişdir. Onlardan biri 90-cı illərin sonunda Azərbaycan-Türkiyə müştərək müəssisəsi olaraq yaradılmışdır (Başak-İnam Sığorta Şirkəti) və sonradan bu şirkət müstəqil yerli şirkət kimi fəaliyyət göstərmişdir. 2017-ci ildə isə maliyyə vəziyyətinə əsaslanaraq, sığorta requlyatoru tərəfindən şirkətin lisenziyası ləğv edilmişdir. Xarici şirkət olaraq, yerli bazarda 2-ci ən uzun müddət fəaliyyət göstərən şirkət isə "AXA MBASK" şirkəti olmuşdur ki, bu da Fransaya məxsus qlobal "AXA" şirkətinin törəmə müəssisəsi olmuşdur.
Bu şirkət ilk olaraq, yerli "MBASK" şirkətinin səhmlərinin 51%-ni alaraq fəaliyyətə başlamış, sonrakı illərdə şirkətin səhmləri 100% qlobal "AXA" şirkətinə satılmışdır. Yerli bazarda təxminən 8 il ərzində ciddi uğur qazanan və göstərdiyi xidmətlərin keyfiyyəti ilə seçilən şirkət artıq 2019-cu ildən etibarən öz faəliyyətini Azərbaycan sığorta bazarında və bir sıra başqa ölkələrdə məhdudlaşdırmağa qərar vermişdir. Xarici sığorta şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsinin mənfi və müsbət tərəfləri mövcuddur. Müsbət tərəf kimi onu qeyd etmək olar ki, xarici sığorta şirkətinin yerli bazarda fəaliyyəti özü ilə gətirdiyi korporativ sığorta xidməti mədəniyyətinin yüksək olması ilə, yeni texnologiyaların tətbiqi ilə, yeni məhsulların bazara çıxarılması ilə, agent şəbəkəsinin yaradılması ilə və s. kimi müsbət amillərlə səciyyələnir[5].
XX əsrin ikinci yarısından başlayaraq müxtəlif ölkələrin sığorta bazarları vahid beynəlxalq sığorta məkanının yaradılması istiqamətində fəal şəkildə inkişaf etməyə başladı. Milli sığorta bazarlarının bu inteqrasiya tendensiyası sığorta işinin bütün sahələrinə təsir göstərmişdir[6].
2017-ci ildə dünyada bütün sığorta şirkətləri tərəfindən toplanan sığorta haqlarının həcmi əvvəlki illə müqayisədə 1,5% artaraq 4,9 trilyon ABŞ dolları təşkil edib[7].
Region | Sığorta haqqının həcmi, mln. ABŞ dolları | Keçən il üçün artım tempi, % | Dünya bazar payı | Hər sakin üçün mükafat, ABŞ dolları | Sığortanın ÜDM-də payı, % |
---|---|---|---|---|---|
Şimali Amerika | 1496634 |
0,0 |
30,60 |
4120 |
7,11 |
Cənubi Amerika | 167888 |
0,1 |
3,43 |
262 |
3,06 |
Qərbi Avropa | 1416184 |
-0,7 |
28,95 |
2568 |
7,28 |
Mərkəzi və Şərqi Avropa | 63013 |
5,8 |
1,29 |
198 |
1,92 |
Asiya, cəmi | 1590688 |
5,7 |
32,52 |
360 |
5,62 |
O cümlədən inkişaf etmiş Asiya bazarları (Yaponiya və s.) | 810858 |
-1,1 |
16,58 |
3755 |
10,51 |
O cümlədən Asiyada inkişaf etməkdə olan bazarlar ([[Çin] daxil olmaqla) | 719778 |
14,7 |
14,7 |
188 |
4,06 |
O cümlədən Orta Asiya və Yaxın Şərq | 60052 |
5,0 |
1,23 |
164 |
2,12 |
[[Океания]] | 90597 |
-6,2 |
1,85 |
2236 |
5,62 |
Afrika | 66691 |
0,5 |
1,36 |
54 |
2,96 |
Dünyada cəmi | 4891694 |
1,5 |
100,00 |
650 |
6,13 |
Sığortanın inkişafında dünya liderləri inkişaf etmiş ölkələr və bəzi offşor zonalardır[7].
Ölkə | Əhali sayına görə sığorta haqlarının həcmi, ABŞ dolları | O cümlədən həyat sığortası, ABŞ dolları | Toplanan sığorta haqlarının ümumi məbləği, mln |
---|---|---|---|
Kayman adaları | 12122 |
490 |
746 |
Honkonq | 8313 |
6756 |
61286 |
İsveçrə | 6811 |
3522 |
57904 |
Danimarka | 5772 |
4215 |
33141 |
Lüksemburq | 5011 |
3091 |
30277 |
Çin Respublikası | 4997 |
4195 |
117474 |
Sinqapur | 4749 |
3835 |
28831 |
Finlandiya | 4737 |
3870 |
26158 |
İrlandiya | 4687 |
3880 |
64306 |
Niderland | 4631 |
915 |
79013 |
Amerika Birləşmiş Ştatları | 4216 |
1674 |
1377114 |
Birləşmiş Krallıq | 3810 |
2873 |
283331 |
İsveç | 3672 |
2694 |
36580 |
Cənubi Koreya | 3522 |
1999 |
181218 |
Fransa | 3446 |
2222 |
241603 |
Norveç | 3429 |
2134 |
19790 |
Yaponiya | 3312 |
2411 |
422050 |
Kanada | 3260 |
1407 |
119520 |
Avstraliya | 3247 |
1304 |
80061 |
…. |
…. |
…. |
…. |
Rusiya | 152 |
39 |
21898 |
Braziliya | 398 |
224 |
83315 |
Çin | 384 |
225 |
541446 |
Hindistan | 73 |
55 |
98003 |