Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Coşua Kallan
Coşua Kallan (8 aprel 1991) — Avstraliyalı peşəkar kişi BMX velosipedçisi. Coşua Kallan Avstraliyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Coşua Kallan 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.726 saniyəlik nəticəsi ilə 44-cü yeri tutdu.
Coşua Kimmix
Yozua Kimmix (alm. Joshua Kimmich‎, 8 fevral 1995) — Alman futbolçusu, Bayern Münhen FK və Almaniya milli futbol komandasının oyunçusu.
Coşua Palmer
Coşua Palmer (10 avqust 1991) — Avstraliyanı təmsil edən üzgüçü. Coşua Palmer Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Palmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Coşua Reynolds
Ser Coşua Reynolds (ing. Joshua Reynolds; 16 iyul 1723[…], Plimpton[d], Devon qraflığı – 23 fevral 1792[…], London) — tarixi janr və portretçi rəssamı, XVIII əsr ingilis portret məktəbinin nümayəndəsidir. Kral İncəsənət Akademiyasının prezidenti və London Kral Cəmiyyətinin üzvü olmuşdur. Antik incəsənətin öyrənilməsi məqsədilə yaradılmış həvəskar Cəmiyyətin üzvü olmuşdur. == Həyatı və təhsili == 1723-cü il 16 iyul tarixində Plimptonda, Devonşir qraflığında anadan olub. Atası onun tibb sahəsində nəzərdə tutsa da, amma cavan oğlanın tez bir zamanda xüsusi sənətə sevgisi və portretçi Corc Riçardsonun traktatlarını oxuması rəsm haqqında onun əsl istedadını müəyyən etdi. 1741–ci ildə Londonda Reynolds portretçi T. Qudsonun şagirdləri sırasına daxil olub, onun rəhbərliyi altında üç il məşğul olmuş, növbəti üç ili Devonportda və yenidən Londonda keçirmiş, 1746–1749–cu illər arası İtaliyaya getmiş və burada, əsasən, böyük ustaları Tisianı, Korredconu, Rafaeli və Mikelancelonu öyrənmişdir. 1752–ci ildə Londona qayıdışında o, özünə yüksək və qeyri-adi mahir portretçi kimi hörmət qazandı və ingilis rəssamları arasında yüksək mövqe tutdu. Ölümünə bir il qalmış o, görmə qabiliyyətini itirmişdir. 23 fevral 1792-ci ildə Londonda vəfat etmişdir.
Coşua Steyger
Coşua Yanos Qreqor Steyger (6 aprel 2001-ci ildə anadan olub) — Avstriya Bundesliqa təmsilçilərindən olan Volfsberq klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Avstriya futbolçusudur. == Klub karyerası == === Volfsberq === Steyger Volfsberq akademiyası vasitəsilə inkişaf etmişdir. Steyger öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Admira Vakker Mödlinq klubuna qarşı oyunda etmişdir. O, 71-ci dəqiqədə Dominik Frieseri ilə əvəz olunmuşdur. Həmin görüşdə Volfsberq liqa görüşündə rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 19 avqust 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Avstriya Superkuboku görüşləri daxildir.
Coşua Tibatemva
Coşua Tibatemva (10 sentyabr 1996, Kampala) — Uqandalı üzgüçü. Coşua Tibatemva Uqandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Tibatemva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 25.98 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Coşua açılış mərasimində Uqandanın bayraqdarı idi.
Coşua Vays
Coşun (Vərzəqan)
Coşun (fars. جوشين‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 499 nəfər yaşayır (122 ailə).
Coşua Bassett
Joshua Taylor Bassett (22 dekabr 2000, Oşensayd, Kaliforniya) — amerikalı aktyor və müğənnidir. == Həyatı == Bassett Kaliforniyada, valideynləri Taylor və Lauranın ailəsində anadan olub böyüdü. Beş bacısı var və evdə təhsil alıb.
Coşua Cekson
Coşua Karter Cekson (11 iyun 1978, Vankuver, Britaniya Kolumbiyası) — Kanadalı aktyor. O, 1998–2003-cü illərdə yayımlanan Dawson's Creek teleserialında Peysi Vitter rolu ilə məşhurlaşmışdır.
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Kükrəyən iyirmilər
Kükrəyən iyirmilər (ing. Roaring Twenties, Roaring '20s) — Qərb dünyası və Qərb mədəniyyətində olduğu kimi musiqi və dəbdə 1920-ci illərin on illiyini ifadə edir. ABŞ və Avropada, xüsusilə də Berlin, Buenos-Ayres, Çikaqo, London, Los-Anceles, Mexiko, Nyu-York, Paris və Sidney kimi böyük şəhərlərdə üstün mədəniyyətə malik iqtisadi tərəqqi dövrü idi. Bu on illik Fransada dövrün sosial, incəsənət və mədəni dinamikasını vurğulayan "çılğın illər" (fr. années folles) kimi tanınır. Caz çiçəklənmiş, flepper ingilis və amerikan qadınlarının müasir görünüşünü yenidən təyin etmiş və ar-deko zirvəyə çatmışdı.
Corab
Corab, ayaqlara geyilən və tez-tez topuq və ya baldırın bir hissəsini örtən geyimdir. Ayaqqabı və ya çəkmələrin bəzi növləri adətən corabın üstündən geyilir. Qədim dövrlərdə corablar dəri və ya tutqun heyvan tükündən hazırlanırdı.
Cənub
Cənub və ya Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Cənub qütbünə işarə edir və "S"-lə işarələnir.
Doşab
Bəkməz, bəhməz və ya doşab — çeşidli meyvələrdən hazırlanmış şəkərli, qatı maye. == Etimologiya == Bəkməz sözü Azərbaycan dilində türkəsilli sözlərdəndir. Divanü Lüğəti it-Türk əsərində bekmes - qatılaşdırılmış üzüm şirəsi mənasında verilmişdir. Doşab - Azərbaycan dilinə fars dilindən keçmişdir. Duş - sağmaq, sıxmaq; ab - su deməkdir. "Sıxılmış su" mənasına gəlir. == Ümumi məlumat == Bəkməz müxtəlif çeşidli meyvələrdən hazırlanır. Tut bəkməzi bu bəkməzlər arasında ən çox istehsal edilən növüdür. Üzüm, xurma və digər meyvələrdən də bəkməz hazırlanır. == Hazırlanma qaydası == Bəkməz hazırlamaq üçün tam yetişmiş və nisbətən şirin tut və ya üzüm sortlarından istifadə edilir.
Xoşun
Xoşun — (Çin heroqlifi ilə — 旗, pinyin transkripsiyası ilə — qí, palladiya transkripsiya sistemi ilə — tsi, monqol yazısı ilə — ᠬᠣᠰᠢᠭᠤ)- Çinin Daxili Monqolustan Muxtar Rayonunda inzibati ərazi vahidi. Öz inzibati funksiyasına əsasən qəza inzibati ərazi vahidinə uyğundur. Çində həmçinin muxtar qəza şölgüsünə uyğun gələn muxtar xoşunlar da mövcuddur. Müasir dövrdə Çin Xalq Respublikasında 49 xoşun və 3 muxtar xoşun vardır.
Yoşua
Yuşə və ya Yeşua (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן‎, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non; mənası – "Yahve xilas edir"), xristianlıqda İisus Navin, İsus Navin və ya Yisus Navin (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu, islamda Yuşa ibn Nun (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ‎, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur. Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Coogan, Michael D. A Brief Introduction to the Old Testament. Oxford: University Press. 2009.
Conu
Conu — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 354 nəfərdir. == Toponimiyası == Conu kəndi Peştəsər silsiləsinin ətəyindədir. Talış dilində coni "yersiz, torpaqsız" kimi izah olunur. Oykonim kəndin ərazisində əkinə yararlı torpağın olmaması ilə bağlıdır. 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Coni kəndi Conu kəndi adlandırılmışdır.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
ARB Cənub
ARB Cənub — 2007-ci ildə Lənkəran şəhərində "Cənub TV" adıyla yayıma başlayan televiziya kanalı. == Tarixçə == “Cənub TV” Məhdud Məsuliyyətli Cəmiyyəti 2007-cı il tarixdə yaradılmışdır. Həftəlik yayımının ümumi həcmi 168 saat təşkil edir. Ümumi efir vaxtının 70 faizini ölkədə istehsal olunan proqramlar, 30 faizini xaricdə istehsal olunan proqramlar təşkil edir. Azərbaycanın cənub bölgəsində yayımlanan Lənkəran TV, 2007-ci ilin iyununda yayımını dayandırdıqdan sonra, yaranan efir tezliyinə Milli Televiziya və Radio Şurası tərəfindən elan edilən müsabiqədə qalib gələn “CTV”, 6 il müddətinə lisenziya aldı. Azərbaycan teleməkanına 29-cu tezlikdən 14-cü televiziya olaraq vəsiqə qazanan CTV, 31 dekabrı Cənublular üçün üçqat bayrama çevirdi. İlk ərəfələrdə “CTV” Azərbaycanın Cənub rayonları olan Lənkəran, Astara, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Biləsuvarda yayımlanmağa başladı. Hazırda “ARB Cənub” səhər saat 08:00-dan gecə saat 02:00-yə qədər 18 saat ərzində müxtəlif səpkili veriliş və filmlərlə efirə çıxır. Müxtəlif analitik-informasiya proqramları, musiqili-əyləncəli verlişlər, müəllif telelalayihələr, ictimai-siyasi verlişlər hazırlayan CTV ailəsi, tezliklə daha da genişlənmək və inkişaf etməyi qarşısına məqsəd qoyub. Fəaliyyətə başladığı ilk 2 ay ərzində 10-a yaxın müxtəlif proqram və verlişləri, həmçinin sənədli, bədii filmləri bölgə tamaşaçısına təqdim edən “CTV”- də hal-hazırda 30-dan çox telelayihə ekranlaşdırılıb.
Atlı qoşun
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. == Tətbiqi və xüsusiyyətləri == Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. == Yaranması və inkişafı == Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Cocuq Mərcanlı
Cocuq Mərcanlı — Azərbaycan Respublikasının Cəbrayıl rayonu Çaxırlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Mehdili kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Cocuq Mərcanlı kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada cocuq sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. Yerli ləhcədə "Cojux Mərcannı" kimi tələffüz edilir.
Cozue Karduççi
Cozue Karduççi (it. Giosuè Alessandro Giuseppe Carducci; 27 iyul 1835[…] – 16 fevral 1907[…], Boloniya[…]) — italyan şair və tənqidçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1906). == Həyatı == İtaliyanın ədəbiyyat sahəsində ilk Nobel mükafatı laureatı, şair və tənqidçi Cozue Karduççi 1835-ci ildə İtaliyanın şimalında, Toskana əyalətinin Valdikastello şəhərində doğulmuşdur. Atası həkim idi və İtaliyanın birliyi uğrunda fəal mübarizlərdən biri kimi tanınırdı. Onun siyasi baxışlarına, habelə sərt xarakterinə görə Karduççi ailəsi tez-tez yaşayış yerini dəyişməli olurdu. Nəticədə övladların ən böyüyü olan Cozue ilk təhsilini ev şəraitində almışdı. 1849-cu ildə isə o, heç bir çətinlik çəkmədən Florensiyada, piaristlər dini ordeninin himayəsi altındakı məktəbə daxil olmuşdu. Məktəbdə Cozue İntibah dövrü və çağdaş italyan müəlliflərini, eləcə də Bayron və Şiller kimi sənətkarları dərindən mənimsəmişdi. Eyni zamanda özü də ilk lirik və satirik şerlərini yazmış, "İliada"nın onuncu nəğməsini qədim yunancadan italyan dilinə çevirmişdi. Atasının ziddiyyətli xarakteri Cozueyə də sirayət etmiş, hətta yaradıcılığında da əksini tapmışdı.
Coşqun Diniyev
Coşqun Şahin oğlu Diniyev (13 sentyabr 1995, Bakı) — Türkiyə 1-ci Liqası təmsilçilərindən olan [[Ümraniyəspor]] klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar azərbaycanlı futbolçudur. == Şəxsi həyatı == 13 sentyabr 1995-ci ildə Bakıda anadan olub. Diniyevin atası Şahin Diniyev hal-hazırda AFFA-da Məşqçilər Şurasının üzvüdür. Azərbaycan futbolu tarixinin əfsanəvi futbolçularından biri olub. Məşqçi kimi də fəaliyyət göstərib. Böyük qardaşı Kərim Diniyev də Kəpəz PFK, Zirə FK, Sabah, Səbail kimi klublarda futbolçu kimi çıxış edib. == Karyerası == === İnter Bakı FK === İlk peşəkar futbolçu karyerasına 2012-ci ildə Bakının ovaxtkı İnter Bakı FK klubunda başlayan Coşqun, 2015-ci ilə qədər bu klubun şərəfini qoruyur. 2012/13-cü il futbol mövsümündə “İnter”in heyətində 2 oyuna çıxır və ümumilikdə 15 dəqiqə meydanda olur. Növbəti 2013/14 mövsümündə 7 oyunda meydanda olur. Bunlardan beşinə start heyətdə meydana çıxıb.
Coşqun Məmmədov
Coşqun Elnur oğlu Məmmədov (9 mart 1994, Qarabörk, Ucar rayonu – 16 oktyabr 2020, Ağdərə, Tərtər rayonu) — Azərbaycanlı şəhid. == Həyatı == Coşqun Məmmədov Elnur oğlu 1994-cü il sentyabrın 9-da Ucar rayonunun Qarabörk kəndində anadan olub. === Təhsili === 2000-ci ildə Ucar rayon 5 saylı tam orta məktəbin birinci sinfinə daxil olur. 2011-ci ildə məktəbi bitirib. == Hərbi xidməti == 2012-ci ilin aprel ayında həqiqi hərbi xidmətə çağrılıb.
Coser
Coser (e. ə. XXVIII əsr – e. ə. XXVII əsr) — Misirin Qədim padşahlığa aid III sülalənin e.ə. 2720–2700 ci illərdə hökmranlıq etmiş fironu Coser zəmanəsinə aid Horus adı Netyeri-xet kimi də identifikasiya olunur. Qədim padşahlığa aid ilk tikilmiş qatlı ya pilləli Coser ehramı məhz ona məxsusdur. == Coser adının mənşəyi == Arxeoloji məlumatlar təsdiqləyir ki, Coser Hor adı Netyeri-xet ilə bərabər və ya yanaşı göstərilə bilər. Belə ki, XII sülalə firon II Senusert heykəlinin altında şahin adı "Hor-Netyeri-xet-coser" kimi göstərilmişdir. Coser adı əsasən Sakkaradakı Coser ehram kompleksindəki yazılardan üzə çıxmışdır.
Cosmus
Kosmos (lat. Cosmos) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bitkinin vətəni Şimali və Cənubi Amerikanın tropik vilayətləridir. Növün adı yunan sözü olub, "bəzək" deməkdir. Kosmos cinsinin 25 növündən ikisi yaşıllaşdırmada geniş istifadə olunur. İkilələkli kosmos (C.bipinnatus) yabanı halda Meksikanın dağlarında bitir.1799-cu ildən gülçülükdə istifadə olunur. Sadə və çoxləçəkli, müxtəlif rəngli hamaşçiçəkləri olub (ağ, çəhrayı, qırmızı), müxtəlif növləri vardır. Bozumtul-sarı kosmosun (C.sulphureus) hamaşçiçəkləri sarı və ya narıncı rəngdə olur. Bu növün vətəni Cənubi Afrika, Meksika və Braziliyanın dağ rayonlarıdır. Bu bitki növü torpağa tələbkardır.
Costus
Kostus (lat. Costus) - kostuskimilər fəsiləsinə aid bitki cinsi.
Mosul
Mosul (ərəb. الموصل‎ – əl-Mavsil; kürd. مووسڵ – Musil; süry. ܢܝܢܘܐ – Ninve; türk. Musul) — İraq Respublikasının Neynəvə mühafəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəridir. == Tarixi == Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, Mosul ərazisi hələ 8 min il bundan əvvəl insanlar tərəfindən məskunlaşdırılmışdır. Təqribən e.ə. 700-cü ildə Fərat çayı sahillərində (Assuriyanın paytaxtı Nineva şəhərinin yerləşdiyi sahilin qarşı tərəfində) Mosul şəhərinin əsası qoyulmuşdur. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilmişdir.
Söhüb
Söhüb — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Söhüb oyk., sadə. Quba r-nunun Rük i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Əsl adı Söhübqaladır. Sonralar qala sözü düşmüşdür. Kəndin yaxınlığındakı dağda Divlərqala adlı qəd. qalanın xarabalıqları var. Bəzi tədqiqatçılara görə, söhüb komponenti fars dilindəki soub (tərəf, səmt, istiqamət) sözünün təhrif formasıdır. Onların fikrincə, Söhübqala “qala tərəfi, qalanın səmti” mənasındadır.
Çotur
Çotur - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Hamamlı (Spitak) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km cənub-qərbdə yerləşir. Hamamlı (Spitak) rayonu təşkil edilənə kimi (1937) Quqark (Qarakilsə) rayonunun tərkibində olmuşdur. Toponim türk dilində "uc", "kənar" mənasında işlənən "çotur" sözü əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Sarameç qoyulmuşdur.
Çoğur
Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir. == Tarixçə == Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir. == Söz açımı == Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir . Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir.
Cosey
Josei və ya Cosey 18 yaş üstü qadın auditoriyası üçün nəzərdə tutulan anime və manqa janrı. Süjet adətən Yaponiyada yaşayan qadınların gündəlik həyatları haqqda bəhz edir. Cizgi şocoya oxşasa da, ondan bir qədər realistik olur. Sevgi münasibətlərinə daha çox diqqət ayrılır ("Paradise Kiss", "Honey and Clover").