Coşqun Şahin oğlu Diniyev[3] (13 sentyabr 1995[4][5], Bakı) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Zirə FK klubunda müdafiəyə meylli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Azərbaycanlı futbolçudur. [6]
Coşqun Diniyev [1] | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Coşqun Şahin oğlu Diniyev [2] | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 172 | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | Zirə | |||||||||||||||||||||||||||||||||
Nömrəsi | 91 | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
13 sentyabr 1995-ci ildə[7] Bakıda anadan olub.
Diniyevin atası Şahin Diniyev[8] hal-hazırda AFFA-da Məşqçilər Şurasının üzvüdür. Azərbaycan futbolu tarixinin əfsanəvi futbolçularından biri olub.[9] Məşqçi kimi də fəaliyyət göstərib. Böyük qardaşı Kərim Diniyev də Kəpəz PFK, Zirə FK, Sabah, Səbail kimi klublarda futbolçu kimi çıxış edib. [10]
İlk peşəkar futbolçu karyerasına 2012-ci ildə Bakının ovaxtkı İnter Bakı FK klubunda başlayan Coşqun, 2015-ci ilə qədər bu klubun şərəfini qoruyur. 2012/13-cü il futbol mövsümündə “İnter”in heyətində 2 oyuna çıxır və ümumilikdə 15 dəqiqə meydanda olur. Növbəti 2013/14 mövsümündə 7 oyunda meydanda olur. Bunlardan beşinə start heyətdə meydana çıxıb. Digər 2 qarşılaşmada isə əvəzetmədən oyuna çıxıb. Peşəkar futbolçu kimi ilk qolu 2014/15 mövsümünə təsadüf edir. Həmin mövsümdə klubun əsas oyunçularından birinə çevrilən Coşqun, 26 oyuna 2 qol vurmağı bacarır. Azərbaycan Premyer Liqasının turu çərçivəsində keçirilən İnter 7-0 Bakı FK oyununda və Araz Naxçıvan FK 1–3 İnter oyunlarında fərqlənir. Gərgin mövsümdə komandasının heyətində 5 dəfə sarı vərəqə ilə cəzalandırılıb. Ümumilikdə isə İnterin heyətində 35 oyun keçirir və 2491 dəqiqə meydanda olur. Komandası ilə 2013/14 və 2014/15 mövsümündə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazanırlar.
İlk Avrokubok matçına da “İnter”in heyətində çıxır. Belə ki, UEFA Avropa Liqasının təsnifat mərhələsi çərçivəsində Finlandiyanın Mariehamn FK –a qarşı oyunda avrokubok debütünü edir. Növbəti mərhələyə yüksələn komandanın rəqibi Moldovanın Tiraspol kollektivi olur. “İnter”in Bakıda 3-1 hesabı ilə qalib gəldiyi oyunda Coşqun da meydanda olur.
2015-ci ildə baş məşqçi Qurban Qurbanovun istəyi ilə Ağdamın Qarabağ FK klubuna transfer olunur.[11] “Qarabağ”a transfer olunuduğu ilk mövsümdə 32 rəsmi matça çıxır və 1 qol vurur. Gəncədə keçirilən Kəpəz PFK 2-3 Qarabağ FK oyununda komandasının qollarından birinin müəllifi olur.[12] 2015-16 Avrokubok mövsümündə Qarabağ FK ilə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Rudar FK ilə keçirilən hər oyunda meydana çıxıb. 2015/16 və 2016/17 –ci il mövsümlərində Azərbaycan Kubokunun qalibi, 2015/16, 2016/17, 2017/18-ci illərdə isə Azərbaycan Premyer Liqasının qızıl medallarının sahibi olub. Ümumilikdə Qarabağ FK ilə Azərbaycan Kubokunun 2, Azərbaycan Premyer Liqasının isə 3 qat qalibi olub.
2016/17 futbol mövsümündə Qarabağ FK ilə 21 rəsmi oyuna çıxır və 1 qol vurur. 2017/18 mövsümündə 22, 2018/19 mövsümündə isə 7 oyunda meydanda olur. [13]
Ağdam təmsilçisi ilə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqasının təsnifat, qrup mərhələlərində iştirak edib.[14]
2018-ci ildən 2021-ci ilin sentyabr ayına qədər Sabah FK-nun [15] [16] şərəfini qoruyub. [17] Bu komandada 38 rəsmi oyuna çıxıb, 2 qol vurub.[18] [19] [20] [21] [22] [23] [24]
2021-ci ildən etibarən Zirə FK-nun[25][26] heyətinə cəlb edilib.[27] Qarabağ FK-da oyunçu yoldaşı olan Rəşad Sadıqov baş məşqçi kimi çalışdığı kluba Coşqunu transfer edir.[28] [29] Zirə FK ilə 2021/2022-ci il Azərbaycan Premyer Liqasında 12 rəsmi oyuna çıxıb və 1 qol vurub. Hal-hazırda Zirə FK-nun şərəfini qoruyur. [30] [31]
17 yaşı olarkən ilk dəfə milli komandaya çağırılıb.[32] 2011-ci ilə təsadüf edən vaxtda Azərbaycan Milli Futbol [33] Komandasının 17 yaşlılardan ibarət heyətində 3 rəsmi oyuna çıxıb. U21 millinin heyətində isə 1 rəsmi oyuna çıxıb. [34]
Əsas milli komandaya 2015-ci ildə çağırılıb[35]. İlk rəsmi oyuna Norveç ilə səfərdə çıxıb. Həmin qarşılaşma 0-0 hesabı ilə başa çatıb.[36] Ümumilikdə Azərbaycan milli komandası ilə 28 oyuna çıxıb. [37] [38]