Yuşə[2] və ya Yeşua[3][4] (q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן, Yexoşua bin-Nun; süry. ܝܫܘܥ ܒܪ ܢܘܢ,Yəşu bar Non;[5][6] mənası – "Yahve xilas edir"),[7] xristianlıqda İisus Navin,[8][9] İsus Navin[10] və ya Yisus Navin[11] (yun. Ἰησοῦς; lat. Iosue), Qafqaz albanlarına görə Esu,[10] islamda Yuşa ibn Nun[12][13] (ərəb. يُوشَعُ ٱبْنُ نُونٍ, Yuşə ibn Nun) — Çıxış və Saylar kitablarında Musanın köməkçisi kimi fəaliyyət göstərmiş, daha sonra Yəhudi Bibliyasının Yuşənin kitabında Musadan sonra İsrail qəbilələrinin başçısı olmuşdur.[14] Bibliyada verilən məlumata görə, o, Çıxışdan əvvəl Misirdə anadan olmuşdur.
Yuşə | |
---|---|
q.yəh. יְהוֹשֻׁעַ בִּן נוּן | |
Doğum tarixi | ən tezi e.ə. 1650 və ən geci e.ə. 1350[1] |
Vəfat tarixi | ən tezi e.ə. 1422 və ən geci e.ə. 1245[1] |
Vəfat yeri | |
Vikianbarda əlaqəli mediafayllar |