Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
I Daud
I Daud (1499–1582) — Afrikada müasir Mali dövlətinin ərazisində mövcud olmuş Sonqai dövlətinin hökmdarı (1549–1582). == Haqqında == Afrikada müasir Mali dövlətinin ərazisində mövcud olmuş Sonqai dövlətinin askiyası (hökmdarı) Məhəmməd Benkanın sonuncu oğlu I Daud 1549-cu ildə, 50 yaşında hakimiyyətə gəlmişdir. Onun 33 il davam edən hakimiyyəti dövründə Sonqai dövləti xeyli möhkəmlənmişdir. Orduda intizamı bərpa edən I Daud İslam dinini yaymaq məqsədilə dörd dəfə mosi tayfaları ilə müharibə aparmışdır. O, 1558-ci ildə Mali dövlətini ağır məğlubiyyətə uğradaraq xeyli əsir və qənimət ələ keçirmişdir. I Daud bu müharibədə əsir tutulan Mali şahzadəsi Naru ilə evlənmişdir. Mənbələrdə onun hafizi-Quran olduğu da qeyd olunmuşdur. O, məscidlərin bərpasına və yenidən tikilməsinə, kitabxanaların açılmasına, xeyriyyə işlərinə daha çox diqqət yetirmişdi. I Daid 1582-ci ildə vəfat etmiş və onun ölümündən sonra 36 il ərzində hakimiyyətdə növbə ilə 7 oğlu bir-birini əvəz etmişdi. == Mənbə == A. Hüseynli.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həmdə Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Maqomed Daudov
Maqomed Xojaxmedoviç Daudov (rus. Магомед Хожахмедович Даудов, çeç. Дауди Хожахьмадан Мохьмад; 26 fevral 1980, Mixaylovsk, Stavropol diyarı), həmçinin Lord təxəllüsü ilə də tanınır — çeçen əsilli Rusiya dövlət xadimi və siyasətçisi, 2007-ci ildə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür. Çeçenistan Respublikası Parlament sədrinin güc sektoru üzrə birinci müavini (2010–2012), Çeçenistan Respublikasının Başçısı və Hökuməti Administrasiyasının rəhbəri (2011–2015). Çeçenistan Respublikası III çağırış (2015–2016) və IV çağırış (2016-cı ilin oktyabrından) Parlamentinin sədri. Çeçenistan Respublikasının İqtisadi və İctimai Təhlükəsizlik Şurasının daimi üzvü (2015-ci ildən). Rusiya Federasiyası Federal Məclisi yanında Rusiya Federasiyası Qanunvericilər Şurasının üzvü (2016-cı ildən), "Vahid Rusiya" ümumrusiya siyasi partiyasının üzvü, partiyanın baş şurasının Rəyasət Heyətinə seçilib (2018), partiyanın regional şöbəsinin katibi seçilib (2019), Rusiya Federasiyası Prezidenti yanında Yerli Özünüidarəetmənin İnkişafı Şurasına daxil edilib (2019). Rəsmi KİV-də onun Rusiya dövlətçiliyinin gücləndirilməsinə yönəlmiş fəaliyyətləri və əldə etdiyi nailiyyətlər arasında terrorizmlə mübarizəyə əhəmiyyətli töhfələri vurğulanır. O bir sıra vəzifələrdə çalışmışdır: Əhməd Kadırovın Təhlükəsizlik Xidmətində işçi (2002–2004), keçmiş bölük komandiri, sonra Çeçenistan Respublikası üzrə Daxili İşlər Nazirliyinin Şali rayonunun Daxili İşlər Şöbəsi üzrə xüsusi polis batalyonu komandiri (2004–2005), respublika OMONunun qərargah rəisi (2006–2007), Şali rayonunun Daxili İşlər Şöbəsi (2007–2010). Polis polkovniki, bir çox mükafata malikdir, o cümlədən iki "Cəsarət" ordeni (2005, 2006), Çeçenistan Respublikasının ən yüksək mükafatı "Kadırov" ordeni (2006), "Çeçenistan Respublikasının fəxri vətəndaşı" (2007), vəzifə borcunu yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə "Rusiya Federasiyasının Qəhrəmanı" fəxri adına layiq görülmüşdür (2007).
Nasser Daudu
Nasser Daudu M'Sa (26 fevral 1998-ci ildə anadan olub) — İsveçrə Super Liqası təmsilçilərindən olan Sion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Dransi === Daudu Dransi akademiyası vasitəsilə inkişaf etmişdir. O, Dransi klubu ilə debütünü 20 may 2017-ci ildə Dyeppe klubuna qarşı oyunda etmişdir. O, 80-ci dəqiqədə Arnold Abelintini əvəz etmişdir. National 2 görüşündə Dransi rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir. === Sion === 25 iyul 2018-ci ildə Daudu Sion klubu ilə 3 illik olan ilk peşəkar müqaviləsini imzalamışdır. Daudu klub ilə debütünü 29 iyul 2018-ci ildə Sent-Qallen klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Filippe ilə əvəz olunmuşdur. İsveçrə Super Liqası görüşündə Sion rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. == Şəxsi həyatı == Daudu Fransada anadan olmuşdur.
Daur
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Davud
Davud (David; e.ə. 1039, Beytləhm – e.ə. 969, Qüds) — İsrail-Yəhudi dövlətinin (e.ə. 11 əsrin sonu-e.ə. təqr. 950) padşahı. Padşah Şaulun silahdarı və sonra kürəkəni olmuş, lakin sədaqəti şübhəyə alındığı üçün Cənubi Fələstin səhrasına qaçmış və sonra fələstinlilərə xidmət etmişdi. Saul(Şaul) öldükdən sonra Yəhudi padşahı elan edilmişdi. İsrail tayfalarının ərazilərini Yəhudi padşahlığına birləşdirmiş, kənanilərdən Qüds şəhərini almış və paytaxt etmiş, bir sıra qonşu əraziləri tutmuşdu. Davud mərkəzləşdirilmiş İsrail-Yəhudi dövlətini yaratmış, əhalisini siyahıya almışdı (e.ə.
Dard dilləri
Dard dilləri — hind-Avropa dillərinin ari qoluna daxil olan dil qrupu. == Yayılması == Şimali Əfqanıstanın, Pakistanın və Hindistanın dağlıq rayonnlarında yayılmışdır. Bu dildə danışanların ümumi sayı 1990-cı illərdə 5 milyon nəfərdən çox idi. == Tərkibi == Dard dilləri 5 yarımqrupa bölünür: şərq yarımqrupuna kəşmiri, şina, phalura dilləri; şərti olaraq kuhistani adı altında birləşdirilən bir sıra dillər və dialektlər – mayyan, kanyavali, torvali və s.; başkarik və ya qarvi adlanan dialektlər qrupu; katar kalai dili və bəzi digər dillər daxildir. Kunar yarımqrupu qavar-bati, şumaştivə qlanqali dillərindən ibarətdir. Bəzi məlumatlara görə, tirahi dili də bu yarımqrupa aiddir. Son dərəcə fərqli paşai dialektləri ayrıca yarımqrup əmələ gətirir. Digər yarımqrup khovar və kalaşa dillərindən ibarətdir. Genetik mövqeyi qeyri-müəyyən olan dameli dili müstəqil yarımqrup hesab olunur. Daha əvvəllər Nuristan dili də Dard dilinə daxil edilmişdir.
Daue Bob
Daue Bob Postyuma (nid. Douwe Bob Posthuma; d. 12 dekabr 1992, Amsterdam, Niderland) və ya sadəcə Daue Bob — Niderland müğənnisi və bəstəkarı. O, Niderlandın De beste singer-songwriter van Nederland yarışmasında qələbə qazanmışdır. Əsasən kantri və folk musiqisi ifa edən müğənni Niderlandı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Daue Bob Postyma 12 dekabr 1992-ci ildə Niderlandın paytaxtı Amsterdamda anadan olmuşdur. Onun atası Simon Postyuma Niderlandın The Fool dizayn şirkətinin üzvüdür. Daue 6 yaşında ikən pianoda ifa etməyi öyrənmiş və musiqi janrı kimi ilkin olaraq klassik musiqi və caz ilə maraqlanmışdır. O, 14 yaşında gitarada ifa etməyə başlamışdır. Daue musiqiyə 50-ci və 70-ci illərin kantri, folk və pop musiqilərindən ilham aldığını söyləmişdir.
Daun sindromu
Daun sindromu (yaxud Trisomiya 21) —21-ci xromosom cütlüyünün trisomiyası (üçlük) sonucunda yaranan sindrom. Ümumiyyətlə fiziki inkişafdan geriyə qalma, yüngül və orta dərəcədə zəka əlilliyi və xarakterik üz xüsusiyyətləri ilə ortaya çıxır. Daun sindromlu bir yetkin gəncin orta intellekt əmsalı 50-dir, lakin bu göstərici fərqli də ola bilər. Sindroma səbəb olan 21-ci cütdəki əlavə xromosomun təsadüfən meydana gəldiyinə inanılır, çünki bu ehtimalı yüksəldəcək məlum olan ətraf mühit faktoru yoxdur. == Tarixi və diaqnozu == Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına təpgisindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır.
Daur acıçiçəyi
Daur acıçiçəyi (lat. Gentiana dahurica) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Daur dili
Daur dili (daqur dili, daxur dili) — daurların dili. Monqol dilləri ailəsinin kidan qrupuna aiddir. Monqol dillərindən daha zəngin fonetikasına görə fərqlənir. Leksika sahəsində mancur, çin dilləri, həmçinin tunqus-mancur dilləridən, xüsusi ilə evenk dilindən xeyli sözlər götürmüşdür. == Həmçinin bax == Kiril qrafikalı əlifbalı dillər siyahısı == Mənbə == Грамматики: Поппе Н. Н. Дагурское наречие М., 1930. Martin S.E. Dagur Mongolian. Grammar, Text, and Lexicon (pdf, 4.8 Mb, 1961) Arxivləşdirilib 2014-07-26 at the Wayback Machine на сайте Алтаика.
Daur durnası
Daur itburnusu
Daur itburnusu (lat. Rosa davurica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Daur kirpisi
Daur kirpisi (lat. Mesechinus dauuricus) — Kirpilər fəsiləsinə aid kirpi növü. == Xarici görünüş == Bu növ ölçülərinə görə elədə böyük deyildir. Rəngləri parlaq-qum, tünd-qonur rəngdə olur. Ölçüləri: uzunluğu 19,5—29 sm, quyruğu 25–37 mm, çəkimisi isə yaşdan asılı olaraq 600—1400 q arasında dəyişir. Başı konusvari olub uzun çənəyə malikdirlər. Qulağı elədə byük deyildir. Uzunluğu isə 29–34 mm-dir. Adi Kirpidən fərqli olaraq baş nahiyyəsində xətt yoxdur. == Yayılması == Daur kirpiləri əsasən Zabaykal diyarının çöl, meşə çöl ərazilərində yayılmışlar onlars həmçinin Monqolustanın şimal-şərq və Çinin şimal ərazilərində yayılmışdır.
Daur qulançarı
Daur qulançarı (lat. Asparagus dauricus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü.
Daur silsiləsi
Daur silsiləsi və ya sadəcə Daur (rus. Даур) — Rusiya Federasiyasındə, Yəhudi muxtar vilayətində orta yüksəklikli silsilər və və dağ massivləri. == Haqqında == Qranit və kristallik şistlərdən ibarətdir. Cila çayının yuxarı axınından Uldurqa çayının mənbəyinədək şimal-şərq istiqamətində 300 kilometrlik bir məsafədə uzanır. Silsilənin maksimal nöqtəsi 674 metr yüksəklikdə olan Daur dağıdır. Silsilənin aşağı hissəsində geniş yarpaqlı musson tipli meşələr üstünlük təşkil edir. Daur dağının zirvəsində isə onları iynəyarpaqlı meşələr əvəz edir. Silsilənin yamaclarında nadir bir gəlincik növü olan solonqoy və ya dağ gəlinciyi, bəzi nadir yırtıcı quşlar və kəpənəklər yaşayır.
Daur simisifuqası
Daur tütəkcəsi
Daur tütəkcəsi (lat. Angelica dahurica) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin tütəkcə cinsinə aid bitki növü.
Daur çirişi
Daur çirişi (lat. Eremurus tauricus) - çiriş cinsinə aid bitki növü.
Daur çoğanı
Daur çoğanı (lat. Gypsophila davurica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü.
Daur ətirşahı
Daur ətirşahı (lat. Geranium dauricum) - ətirşah cinsinə aid bitki növü.
Davud Danişdust
Davud Danişdust (6 avqust 1985) — İran futbolçusu, müdafiəçi. Danişdust 2010-cu ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Məşhədin Əbumüslüm klubunda oynamışdır.
Davud Hacıyev
Davud Novruz oğlu Hacıyev (14 iyul 1998, Xaçmaz – 10 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Davud Hacıyev 1998-ci il iyulun 14-də Xaçmaz şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Davud Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Davud Hacıyev oktyabrın 10-da Hadrutun azad edilməsi zamanı şəhid olub. Xaçmaz şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Hacıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Davud Həsənov
Davud Gülalı oğlu Həsənov (11 iyul 1932, Kür Qaraqaşlı, Salyan rayonu) — kimyaçı alim. Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri, baş elmi işçi, texnika üzrə elmlər doktoru. == Həyatı == Həsənov Davud Gülalı oğlu 11 iyul 1932-ci ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində anadan olub. 1941-ci ildə Kürqaraqaşlı kənd "7" illik məktəbinə daxil olmuş və 1947-ci ildə məktəbi bitirərək, Salyan tibb məktəbinə daxil olmuş, 1949-cu ildə oranı bitirdikdən sonra Saatlı rayonunda feldşer vəzifəsində çalışmışdir, Saatlı rayonunda işlədiyi müddətdə məktəbin 10-cu sinfini bitirib. 1952-ci ildə Az\ərbaycan Sənaye Universitetinə daxil olub və 1957-ci ildə oranı bitirərək "Azərneftyağ" Neft Emalı zavoduna təyinat almış, 1957-ci ildən 1962-ci ilədək "Azərneftyağ" Neft Emalı zavodunda müxtəlif vəzifələrdə çalışnışdır. 1962-ci ildə АМЕА-nın Neftkimya Prosesləri İnstitutunda aspiranturaya daxil olub və 1967-ci ildə müdafiə edərək texnika elmlər namizədliyinə layiq görülmüşdür.1991-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmlər doktoru adını alıb, 1988-ci ildən AMEA-nın AKİ-də "Aşqarların texnologiyası" laboratoriyasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == O, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş CБ-3, СК-3, БФК-1,БФКу, ИХП-21, ИХП-101, AKİ-114 və AKİ-130 aşqarlarının istehsala tətbiqi üçün texnoloji proseslərin işlənib hazırlanmasında və eləcə də onların istehsalata tətbiqində yaxından iştirak etmişdir. O, hazırda institutda yaradılan effektli aşqarların istehsalı üçün fasiləsiz işləyən texnoloji proseslərin üzərində çalışır. == Elmi əsərləri == D.Həsənov 135 elmi əsərin müəllifidir. === Elmi məqalələri === Mövsümzadə M.M., Həsənov D.G., Fəttayeva Ç.Ş., İmanov N.İ. "Siokar-2 katalizatorun iştirakı ilə yüksək indeksli sintetik yağların alınması", N.Q.Ç. problemləri və KETİ-əsərləri.
Davud Kazımov
Davud Mehdi oğlu Kazımov (9 noyabr 1926, Bakı – 14 fevral 2015, Bakı) — Azərbaycan boyakarı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). == Həyatı == Davud Kazımov 1926-cı ildə Bakıda anadan olmuşdur. Sənətin sirlərini ilk olaraq Azərbaycanın xalq rəssamı Kamil Xanlarovun rəssamlıq dərnəyində alıb. 1945-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib, 1947-ci ildən isə respublika və ümumittifaq sərgilərinin daimi iştirakçısı olmuşdur. Yaradıcılığının erkən dövrlərində çəkdiyi "Zuğulba", "Dəniz sahili" kiçik həcmli lirik mənzərələr olub. == Yaradıcılığı == Rəssamın yaradıcılığında əmək mövzusu əsas yerlərdən birini tutur. Sonrakı illərdə Azərbaycanın müxtəlif bölgələrində yaşayan insanların həyat tərzi, adət-ənənələri, etnoqrafik incəllikləri, rəngarəng milli geyimləri rəssamın yeni mövzuları olub. Bu səfərlərindən gətirdiyi bir sıra etüdləri əsasında işlədiyi əsərlər dəfələrlə Azərbaycan və SSRİ sərgilərində uğurlar qazanıb. "Xəzərin təkində", "Sağıcılar", "Yollar" və əsərləri xüsusi fərqlənir. Davud Kazımov Azərbaycan təsviri sənətində qrafika ustası kimi də tanınır.
Davud Müzəffərli
Davud Müzəffərli — Ssenari müəllifi. Kino redaktoru. == Həyatı == Davud Müzəffərli 19 dekabr 1974-cü il tarixində Yardımlı rayonunun Ostair kəndində doğulmuşdur. Ostair kənd orta məktəbini bitirmişdir. 1993-cü ilin aprel ayından 1996-cı yanvar ayınadək həqiqi hərbi xidmətdə olmuşdur. Ağdam rayonu uğrunda savaşda iştirak etmişdir, Qarabağ müharibəsi veteranıdır. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuşdur. 2003-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ilin sentyabr ayından Lider televiziyasında (Lider Media Holding) Sənədli filmlər redaksiyasında redaktor və ssenari müəllifi vəzifəsində yaradıcı fəaliyyətə başlamışdır. 2007-ci ildən "MZ Production" MMC-də ssenari müəllifi kimi çalışmış, "Vətən sağ olsun" adlı hərbi-vətənpərvərlik layihəsinin (İctimai televiziyada yayımlanmışdır) ssenari müəllifi olmuşdur.
Davud Məhəmmədov
Davud Məhəmmədov (8 noyabr 1970, Mahaçqala – 7 iyun 2005, Mahaçqala) — 1991–1993-cü illərdə Rusiyanı, 1994–2003-cü illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Davud Məmmədov 1991-ci lin iyununda SSRİ Çempionatının bürünc medalına sahib oldu. SSRİ-nin dağılmasından sonra isə Davud Məmmədov 1992-ci ildə Rusiya çempionu, 1993-cü ildə isə turnirin finalçısı oldu. Rusiya yığmasının əsas heyət üzvü olmadığına görə Davud Məhəmmədov 1994-cü ildə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Davud Məhəmmədov 1994-cü ilin avqustunda İstanbul şəhərində baş tutan Dünya Çempionatının gümüş medalına sahib oldu. 1996-cı ildə isə Davud Məhəmmədov Azərbaycanı Atlanta şəhərində (ABŞ) baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil elədi. Davud Məhəmmədov olimpiadanın birinci görüşündə İran nümayəndəsi Abbas Cədidi ilə üz-üzə gəldi. Həmin görüşdə rəqibinə 0:4 hesabı ilə məğlub olan Davud Məhəmmədov mübarizəsini təsəlliverici qrupda davam elədi. Qrupun birinci görüşündə Davud Məhəmmədov Albaniya nümayəndəsi Şelqin Troplini üzərində 10:0 hesabı ilə inamlı qələbə qazansa da, növbəti görüşdə Dünya və Avropa çempionu Almaniya nümayədəsi Aravat Sabeyeva 1:4 hesabı ilə məğlub oldu və olimpiadanı 11-ci pillədə başa vurdu. 1997-ci ilin iyununda Polşada Avropa Çempionatını 6-cı pillənin sahibi olan Davud Məhəmmədov həmin ilin avqustunda Rusiyada Dünya Çempionatını 18-ci pillədə başa vurdu.